Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə50/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   46   47   48   49   50   51   52   53   ...   145

__________________________________________ 

168


TÜRKİYƏ PREZİDENTİ SÜLEYMAN  

DƏMİRƏLİN VƏ AZƏRBAYCAN PREZİDENTİ  

HEYDƏR ƏLİYEVİN TÜRKİYƏNİN VƏ  

ANKARADA AKKREDİTƏ OLUNMUŞ XARİCİ  

ÖLKƏLƏRİN JURNALİSTLƏRİ  

QARŞISINDA BƏYANATLARI 

 

9 yanvar 2000-ci il 



 

Ankara, 

Esenboğa hava limanının Şərəf salonu 

 

Türkiyə Prezidenti Süleyman Dəmirəlin bəyanatı 

 

Dost Azərbaycanın dəyərli cümhur başkanı,  əziz qardaşım 



Heydər Əliyevi Ankarada görməkdən şərəf duyduğumu bildirir 

və «Xoş gəlmisiniz!» deyirəm. 

Biz Türkiyə ilə dost, qardaş Azərbaycan arasındakı 

münasibətləri,  əlaqələri də, bölgədəki vəziyyəti də  bərabər 

nəzərdən keçirəcək, müzakirə edəcəyik. Biz Qafqazda sülh 

arayırıq. 

Bildiyiniz kimi, Azərbaycanın torpaqlarının önəmli bir 

hissəsi işğal altındadır və bir milyona yaxın qardaşımız illərdən 

bəri çadırlarda yaşamaqdadır. Onlar evlərindən, yerlərindən-

yurdlarından uzaq düşmüşlər. Ötən illərdə sülh üçün 

əhəmiyyətli, önəmli zəhmətlər sərf edilmişdir. Bu işlər, təbii ki, 

davam etdiriləcəkdir. Bütün Qafqazda sülh Qafqazda yaşayan 

hər kəs üçün əhəmiyyətlidir, Azərbaycan üçün əhəmiyyətlidir və 

nəhayət, qafqazlıların qonşusu olan Türkiyə üçün fövqəladə 

önəmlidir. Arzu edirik ki, 2000-ci il Qafqaza sülh gətirsin və bu, 

bir təmənnadır. Bunun üçün zəhmət sərf  

 

 

 




__________________________________________ 

169


olunması davam etdiriləcək. Ümid edirik ki, Azarbaycanın 

cümhür başkanı, dəyərli qardaşım Heydər  Əliyevin müdrik, 

uzaqgörən siyasəti nəticəsində bölgədə sülhə nail olunacaqdır. 

Bir daha «Xoş gəlmisiniz!» deyirəm. 

 

Azərbaycan Przidenti Heydər Əliyevin bəyanatı 

 

Əziz dostum, qardaşım, prezident hörmətli Süleyman 



Dəmirəl! 

Hörmətli mətbuat nümayəndələri! 

Mən çox məmnunam ki, bu gün, bayram günü Türkiyədəyəm 

və dostlarımla, qardaşlarımla bir yerdəyəm. Mən buraya cümhur 

başkanı, dostum Süleyman Dəmirəlin dəvəti ilə  qısa bir 

müddətli işgüzar səfərə gəlmişəm. 

İlk öncə, hörmətli dostum, qardaşım Süleyman Dəmirəl, Sizi, 

Sizin simanızda bütün Türkiyə xalqını, Türkiyənin 

vətəndaşlarını  həm Yeni il - 2000-ci il münasibətilə, həm də 

bizim hamımız üçün, müsəlmanlar üçün çox əziz olan Ramazan 

bayramı münasibətilə təbrik edirəm və Türkiyə Cümhuriyyətinə

Türkiyə xalqına sağlıq, xoşbəxtlik, səadət və  işlərində  uğurlar 

arzulayıram. 

Mənim buraya gəlməyimin məqsədi və  məramını dostum, 

hörmətli cümhur başkanı Süleyman Dəmirəl artıq söylədi. Bu, 

həqiqətən belədir və bunun da səbəbi ondan ibarətdir ki, Türkiyə 

ilə Azərbaycan arasında mövcud olan əlaqələr yüksək dərəcəli 

dostluq və qardaşlıq  əlaqələridir. Ona görə  də biz bir çox 

məsələlərin- həm dünya, beynəlxalq məsələlərin həll 

olunmasında, həm bölgəmizdə olan məsələlərin həll 

olunmasında, başqalarında öz ölkələrimizin, öz dövlətlərimizin 

siyasətini müəyyən etmək üçün, yaxud da konkret tədbirlərini 

müəyyən etmək üçün daim məsləhətləşirik, görüşürük.  Bu 

məsləhətlər, bu görüşlər, bu danışıqlar hər iki tərəf üçün fayda 

  

 

  




__________________________________________ 

170


veribdir. Mən şəxsən deyə bilərəm ki, bu, Azərbaycan üçün çox 

faydalıdır və yeddi ilə yaxındır ki, hörmətli dostum, qardaşım 

Süleyman Dəmirəl Türkiyənin cümhur başkanı olduğu dövrdə 

mən Azərbaycan prezidenti kimi, bu görüşlərdən, bu 

danışıqlardan, bu məsləhətləşmələrdən həmişə böyük faydalar 

almışam. 

Güman edirəm ki, bu müddətdə  də biz bir çox məsələləri 

müzakirə edəcəyik. Həqiqətən bizim bölgəmizdə olan vəziyyəti 

müzakirə edəcəyik, ümumiyyətlə, Qafqazda indi yaranmış 

gərgin vəziyyət haqqında fikir mübadiləsi aparacağıq və  ən 

əsası, - Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll 

olunması barəsində fikir mübadiləsi, danışıqlar aparacağıq. 

Bilirsiniz ki, bu problem artıq 12 ildir ki, mövcuddur. Beş il 

bundan öncə Azərbaycan ilə Ermənistan arasında atəşkəs sazişi, 

anlaşması  əldə olunubdur. İndi savəş yoxdur, atəşkəs vardır, 

ancaq sülh də yoxdur. Azərbaycanın torpaqlarının 20 faizi 

Ermənistan silahlı qüvvələrinin işğalı altındadır və bu işğal 

olunmuş torpaqlardan bir milyondan artıq azərbaycanlılar zorla 

çıxarılıblar. İndi onların tam əksəriyyəti çadırlarda yaşayır. Bax, 

burada bu qan görürəm, soyuğu görürəm. Bilin ki, 

Azərbaycanda da belədir. Belə bir vəziyyətdə, qışın soyuğunda, 

yayın istisində, yağışda, yaxud başqa hallarda çadırın içərisində 

bu qədər yaşamaq çox ağır bir haldır. Amma yaşayırlar, dözürlər 

və ümid edirlər ki, məsələ sülh yolu ilə  həll olunacaqdır. 

Ümidlərinin də çoxu onunla bağlıdır ki, biz Türkiyə ilə bu 

barədə daim iş birliyi edirik. 

Türkiyə birinci bizim dostumuzdur, bizim üçün ən yaxın 

ölkədir. Ermənistan-Azərbaycan münaqişəsində Türkiyə həmişə 

Azərbaycanın haqq işini dəstəkləyibdir, müdafiə edibdir. Bütün 

beynəlxalq təşkilatlarda, hər yerdə Türkiyə hökuməti, 

Türkiyənin cümhur başkanı  həmişə Ermənistanı Azərbaycana 

təcavüz etmiş bir dövlət kimi qiymətləndiribdir, bildiribdir və 

eyni zamanda Türkiyə ATƏT-in Minsk qrupunun üzvüdür. 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə