Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə52/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   48   49   50   51   52   53   54   55   ...   145

__________________________________________ 

175


dövlətini yaratmış biz azərbaycanlılar üçün də çox mühümdür. 

Biz Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan 

qaldırılmasını, Azərbaycan ilə Türkiyə arasında ikitərəfli 

əlaqələrin daha da möhkəmləndirilməsini istəyirik. Siyasətimiz 

də bu istiqamətdədir. 

Hüseyn Kıvrıkoğlu: Cənab prezident, Türkiyə ordusu 

həmişə Vətənin, sülhün keşiyində durub və duracaqdır. 



Heydər Əliyev: Mən buna əminəm. Sizinlə görüşümdən çox 

məmnunam və Sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm. 



Hüseyn Kıvrıkoğlu: Təşəkkür edirəm, cənab prezident. Sizin 

dəvətinizi məmnunluqla qəbul edirəm. 

 

  

 




__________________________________________ 

176


TÜRKİYƏ BAŞ NAZİRİNİN MÜAVİNİ,  

DÖVLƏT BAXÇƏLİ İLƏ GÖRÜŞDƏ 

SÖHBƏT 

 

Ankara, «Çankaya köşkü»  



 

10 yanvar 2000-ci il 

 

Heydər  Əliyev: Hörmətli dostum Dövlət Baxçəli, mən 

sizinlə görüşməyimdən məmnunam. Bilirsiniz ki, mən cümhur 

başkanı Süleyman Dəmirəlin dəvəti ilə Türkiyəyə qısamüddətli 

işgüzar ziyarətə  gəlmişəm. Sizinlə görüşüb yaxından tanış 

olmağımdan çox məmnunam. Mən sizi Ramazan bayramı, yeni 

il - 2000-ci il münasibətilə  təbrik edirəm. Sizin şəxsinizdə 

Türkiyə Cümhuriyyətinin hökumətini, xalqını, sizin partiyanın 

üzvlərini və Türkiyənin bütün vətəndaşlarını Türkiyənin  ən 

yaxın dostu olan Azərbaycan xalqı, vətəndaşları adından təbrik 

edirəm. Arzu edirəm ki, 2000-ci il Türkiyə üçün, Türkiyə xalqı 

üçün daha da uğurlu olsun. 

Biz görürük ki, Türkiyənin yeni hökuməti çox yaxşı nəticələr 

əldə edir, bu hökumətin böyük nailiyyətləri vardır. Arzu edirəm 

ki, belə nailiyyətlər davam etsin, hökumətiniz apardığı  işləri 

sona qədər davam etdirə bilsin və daha yeni nailiyyətlər 

qazansın. 

Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sizə məlumdıır. Bu 

dostluq, qardaşlıq münasibətləri Azərbaycan üçün çox böyük 

əhəmiyyət daşıyır və ön sırada durur. Azərbaycan öz dövlət 

müstəqilliyini  əldə etdikdən sonra qardaş Türkiyə ilə  əlaqələr 

daim inkişaf etmiş, möhkəmlənmişdir. Türkiyə dövlətinin 

hörmətli prezidenti, Baş naziri, Baş nazirin müavinləri

  



__________________________________________ 

177


millət vəkilləri həmişə Azərbaycana dostluq, qardaşlıq 

münasibətləri göstərirlər. Azərbaycanda da Türkiyəyə dost və 

qardaş münasibəti bəsləyirlər. Ona görə  də Azərbaycan xalqı 

Türkiyəni həmişə sevir və sevəcəkdir. Mən bu xoş arzularımı 

sizə bildirmək istəyirdim. 

Dövlət Baxçəli: Hörmətli prezident, mən Sizinlə görüşümdən 

böyük  şərəf duyduğumu bildirirəm. Zati-aliləri, mən Sizi və 

Sizin şəxsinizdə qardaş Azərbaycan xalqını müqəddəs Ramazan 

bayramı  və 2000-ci il münasibətilə  təbrik edirəm, Azərbaycan 

xalqına səadət arzulayıram. 

Zati-aliləri, mən onu da deməliyəm ki, bizim qəlbimizdə 

Azərbaycanın xüsusi yeri vardır. Azərbaycan müstəqil bir dövlət 

olduqdan sonra respublikanızda gedən demokratik prosesləri və 

sizin rəhbərliyinizlə hüquqi demokratik dövlət quruculuğu 

sahəsində görülən işləri biz yüksək qiymətləndiririk. Türkiyə hər 

zaman Azarbaycanla bərabər olmağı arzulamışdır və bundan 

sonra da həmişə olacaqdır. 

Bizim Azərbaycanda könül bağımız, xan bağımız vardır. 

Zati-alinizin cümhur başkanlığı dövründə Azərbaycanda irəliyə 

doğru çox böyük addımlar atılmışdır. Biz cənab Heydər 

Əliyevin xidmətləri sayəsində  İstanbulda imzalanmış Bakı-

Ceyhan  əsas ixrac neft boru kəməri barədə sazişi yüksək 

dəyərləndiririk və hesab edirik ki, bu kəmər ölkələrimiz 

arasındakı  əməkdaşlığı daha da möhkəmləndirəcək, bölgədə 

sülhün,  əmin-amanlığın  bərqərar edilməsinə  kömək  

göstərəcəkdir. 

Zati-aliləri,mən Sizi Türkiyədə görməkdən məmnunluq 

duyduğumu bir daha bildirmək istəyirəm. 

Heydər  Əliyev:  Səmimi sözlərə görə Sizə  təşəkkür dirəm, 

cənab Baxçəli. Sizə  məlumdur ki, Ermənistanın Azərbaycana 

təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal atındadır. Bir 

milyondan çox vətəndaşımız yerindən-yurdundan zorla 

qovularaq çadırlarda ağır şəraitdə yaşayır.  Bu 

  

  




__________________________________________ 

178


münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün ATƏT-in 

Minsk qrupu çərçivəsində və birbaşa danışıqlar aparılır. 



Dövlət Baxçəli: Qafqazda baş verən hadisələr bizi çox 

narahat edir. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu 

ilə həll edilməsi olduqca vacibdir. 

H e y d ə r Ə 1 i y e v: Bu, doğrudan da mühüm şərtdir. Biz 

sülh yolunu üstün tuturuq. Biz xalqlarımızın rifahı naminə hələ 

çox işlər görməliyik. Bakı-Ceyhan  əsas ixrac neft boru 

kəmərinin tikintisi sürətləndirilməlidir. Quruculuq planlarımız 

çoxdur. Lakin biz ilk növbədə torpaqlarımızın qaytarılmasını, 

problemin sülh yolu ilə həll olunmasını istəyirik. 

Əziz dostum Dövlət Baxçəli, səmimi söhbətimizdən razı 

qaldığımı biıdirirəm və bir daha Sizi Azərbaycana rəsmi səfərə 

dəvət edirəm. 

Dövlət Baxçəli:  Cənab prezident Heydər  Əliyev! Dəvətə 

görə minnətdarlığımı bildirirəm və  dəvəti məmnunluqla qəbul 

edirəm. 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə