Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə53/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   49   50   51   52   53   54   55   56   ...   145

__________________________________________ 

179


TÜRKİYƏNİN BAŞ NAZİRİ  

BÜLƏND ECEVİT İLƏ GÖRÜŞDƏ  

SÖHBƏT 

 

Ankara, «Cankaya» köşkü 



 

10 yanvar 2000-ci il 

 

Bülənd Ecevit: Qardaş Azərbaycanın hörmətli cümhur 

başkanı cənab Heydər Əliyevi Ramazan bayramında Türkiyədə, 

Ankarada görməkdən böyük məmnunluq duyuram. Möhtərəm 

cənab Heydər  Əliyev ilə tez-tez görüşməyimiz bölgəmizdəki 

vəziyyət, ölkələrimiz arasındakı  əlaqələrin genişləndirilməsi 

məsələlərinin vaxtaşırı müzakirə edilməsi baxımından çox 

dəyərlidir. Bu gün biz bu məsələləri yenidən, bir daha müzakirə 

edəcəyimizdən çox məmnunuq. 

Hörmətli cənab prezident, xoş gəlmisiniz! 



Heydər Əliyev: Hörmətli Baş nazir, əziz dostum! 

Səmimi sözlərə görə təşəkkürumü bildirirəm. Mən Ramazan 

bayramında Türkiyədə olmağımdan həddindən ziyadə 

məmnunam. Doğrudur, bu bayram günü mənim buraya 

gəlməyim bayram edənlərə  bəlkə bir az problem yaradıbdır. 

Çünki biz görüşlər keçiririk, danışıqlar aparırıq. Hörmətli 

cümhur başkanı Süleyman Dəmirəl məni Türkiyəyə  dəvət 

edəndə dedim ki, bayram edirsiniz, bayram günü gəlib sizin 

işlərinizə mane olacağam. Amma cənab Süleyman Dəmirəl dedi 

ki, bayram günü sizin gəlməyiniz daha da yaxşı olacaqdır. 

Hesab etdim ki, bayram günü Türkiyədə olmaq mənim uçün 

fövqəladə gözəl bir işdir. Çünki biz də Ramazan bayramını qeyd 

edirik, amma biz bunu sovet dövləti dağılandan sonra edirik. O 

vaxta qədər bizdə din yasaq idi, Ramazan 

  

 

 



  


__________________________________________ 

180


bayramını keçirmək olmazdı. Amma mənim anam, atam 

Ramazan ayında daim bütün ibadətləri keçirərdilər. Gənclər yox, 

insanların çoxu Ramazan bayramını o vaxt özləri bayram 

edirdilər. Ancaq həm Ramazan, həm də Qurban bayramları dini 

bayramlar olduğuna görə 70 il Azərbaycanda yasaq edilmişdi. 

Mənim anam Ramazan bayramında yeməklər,  şirin çörəklər 

bişirərdi. 

Biz bu bayramı Azərbaycan müstəqillik qazandıqdan sonra 

qeyd edirik. Amma indi biz Ramazanı bir gün bayram edirik, siz 

isə bu bayramı üç gün qeyd edirsiniz. Türkiyə bu bayramın 

məkanıdır. Biz isə bu bayramda yeni adamlarıq. Ona görə  də 

bayram günündə Türkiyədə olmaq mənim öçün çox gözəldir. 

Mən çox məmnunam, Ramazan bayramı və Yeni il - 2000-ci 

il münasibətila sizi təbrik edirəm. Sizi və sizin şəxsinizdə 

Türkiyə Cümhuriyyətinin hökumətini, xalqını, vətəndaşlarını 

təbrik edirəm. Sizə uğurlar arzulayıram. 

Mən sizinlə yaxın vaxtlarda görüşmüşdüm. Görürəm ki, ötən 

qısa zamanda Türkiyənin hökuməti - 57-ci hökumət çox 

bacarıqlı  işlər aparır, çox yaxşı nailiyyətlər  əldə edir, ölkənin 

iqtisadiyyatında çox gözəl dəyişikliklər baş verir. Türkiyənin 

Avropa Birliyinə üzvlüyə namizəd qəbul edilməsi sizi 

sevindirdiyi qədər bizi də sevindirdi. Bu və bunun kimi bir neçə 

digər işlər 57-ci hökumətin vaxtında baş vermiş nailiyyətlərdir. 

Mən bütün bunlara görə sizi təbrik edirəm. Ümidvar 

olduğumu bildirmək istəyirəm ki, sizin hökumətiniz, Baş nazir 

olduğunuz hökumət bundan sonra da belə  uğurlar  əldə 

edəcəkdir, apardığı  işləri sona çatdıracaqdır və öz fəaliyyəti 

dövründə Türkiyəni daha da yüksəklərə qaldıracaqdır. 



Bülənd Ecevit: Xoş sözlərə  və  təbrikə görə Sizə bir daha 

minnətdarlığımı bildirirəm. Ümidvaram ki, İsveçrənin Davos 

şəhərində keçiriləcək iqtisadi forumda görüşəcəyik. 

  

 




__________________________________________ 

181


TÜRKİYƏ PREZİDENTİ 

SÜLEYMAN DƏMİRƏLİN VƏ 

AZƏRBAYCAN PREZİDENTİ 

HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANIN, 

TÜRKİYƏNİN VƏ ANKARADA 

AKKREDİTƏ OLUNMUŞ XARİCİ ÖLKƏLƏRİN 

JURNALİSTLƏRİ QARŞISINDA BƏYANATLARI 

 

Ankara, Esenboğa hava limanının şərəf salonu 



 

10 yanvar 2000-ci il 

 

Türkiyə Prezidenti Süleyman Dəmirəlin bəyanatı 

 

Qardaş, qonşu və dost Azərbaycanın dəyərli cümhur başkanı, 



əziz qardaşım, hörmətli Heydər  Əliyevin qısamüddətli işgüzar 

səfəri artıq başa çatır.  İndi onlar Azərbaycana dönmək 

ərəfəsindədirlər. Ziyarət qısamüddətli idi, amma zaman və 

faydalılığı baxımından fövqəladə bir ziyarət idi. İkitərəfli 

əlaqəlarimiz və bölgədəki vəziyyət barəsində qarşılıqlı 

danışıqlar, fikir mübadiləsi apardıq. 

Ölkələrimiz arasındakı ikitərəfli  əlaqələr mükəmməldir. Bu 

əlaqələrin daha da yaxşı inkişaf etdirilməsi qərarındayıq. 

Bölgədəki  ən  əsas məsələ, təbii ki, Qafqazda sülhün 

yaradılmasıdır. Qafqazda sülh üçün Türkiyə sülhə fövqəladə 

səmimi dəstəklərini hər zaman vermişdir və verməyə də davam 

edəcəkdir.  İstər Qafqazın, istərsə  də Orta Asiyanın Avrasiya 

qitəsi olaraq bir-birinə daha çox yaxınlaşması, qaynayıb-

qarışması  məsələsində neft, qaz boru xətlərinin inşasının 

gerçəkləşdirilməsi çox böyük əhəmiyyət daşımaqdadır. İstan- 

  

 



  

 

 




__________________________________________ 

182


  

bulda 19 noyabr tarixində imzalanmış anlaşmaların tam həyata 

keçirilməsi üçün səylər sərf edirik. Bu işdə  də  qərarlı 

olduğumuzu təkrarən dünyaya bildirmək istəyirəm. Bütün 

bunları müzakirə etdik. Ümumiyyətlə, bu səfər iki ölkənin 

münasibətlərinə yararlı, bölgədə sülhə yararlı bir ziyarət 

olmuşdur. 

Mənim sizə söyləmək istədiyim bu qədər. 

 

*** 


 

Azərbaycan Prezidenti Heydər Əliyevin bəyanatı 

 

Dəyərli mətbuat nümayəndələri, xanımlar, cənablar! 



Əziz qardaşım, dostum, Türkiyənin cümhur başkanı 

Süleyman Dəmirəlin dəvəti ilə mən dünən Ankaraya, Türkiyəyə 

gəlmişəm və indi də artıq yola düşürəm, Bakıya dönürəm. Mən 

bu dəvətə görə  və burada mənə göstərilən çox böyük dostluq, 

mehribanlıq, qardaşlıq münasibətinə görə dostum, qardaşım, 

cümhur başkanı Süleyman Dəmirələ təşəkkürümü bildirirəm. 

Türkiyəyə hər dəfə gəlmək mənim üçün böyük bir hadisədir, 

yəni böyük bir sevinc hadisəsidir. Bu dəfə  mən Türkiyəyə 

mübarək Ramazan bayramı günü gəlmişəm. Mən bir tərəfdən 

rahatsız idim ki, Ramazan bayramı zamanı - insanlar bayram 

edib, istirahət etdiyi zaman mən buraya gəlib bu istirahətə mane 

olacağam. Amma eyni zamanda düşündüm ki, bu Ramazan 

bayramını Türkiyədə çox gözəl keçirirlər. Bizdə, Azərbaycanda 

Ramazan bayramı 7-8 il bundan öncə  bərpa olunubdur. Ondan 

öncə, Sovetlər Birliyi dövründə Azərbaycanda din qadağan, 

yasaq olunduğuna görə, Ramazan bayramı da dini bayram 

olduğuna görə bu qadağan idi. İndi isə insanlar çox qısa bir 

zamanda öz dinini dəstəklədi, aldı  və Ramazan bayramı da 

keçirilir. Amma Türkiyədəki kimi yox. 

  

  




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə