Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə55/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   51   52   53   54   55   56   57   58   ...   145

__________________________________________ 

187


C a v a b: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 

münaqişəsinin sülh yolu ilə  həll olunması barədə danışıqlar 

davam edir. Biz bu danışıqları aparırıq və aparacağıq. 

S u a l: Cənab prezident, Gürcüstan Neft Şirkəti ilə 

danışıqlar apara bildinizmi? 

C a v a b: Gürcüstan Neft Şirkəti ilə danışıqlar aparılmır, 

ancaq biz - Türkiyə, Azərbaycan və Gürcüstan qərar qəbul 

etmişik, yanvar ayının 21-22-də nümayəndə heyətlərimiz 

görüşəcəklər, maneçilik edən məsələləri aradan qaldıracaqlar və 

Bakı-Ceyhan neft kəməri tikiləcək, vaxtında işə başlayacaqdır. 

S u a l: Gürcüstanın irəli sürdüyü tələbləri biz qəbul 

edəcəyik? 

C a v a b: Dedim ki, nümayəndə heyətlərimiz orada görüşüb 

danışacaqlar. 



S u a l: Cənab prezident, Türkiyə ilə Ermənistan arasında 

yolların açılması barədə söhbət oldumu? 

C a v a b: Yox, olmadı  və olmaz. Çünki Ermənistan-

Azərbaycan münaqişəsi hələ ki, həll olunmayıb, Türkiyə 

Ermənistana nə yol açacaqdır, nə diplomatik əlaqələr 

quracaqdır. Türkiyə bunu dəfələrlə  bəyan edibdir. Bu, çox 

prinsipial məsələdir. 

S u a l: Cənab prezident, Şevardnadze Ankaraya niyə 

gəlmədi, dəvəti qəbul etmədi? 

C a v a b: Hansı dəvəti? 

M ü x b i r: Sizə verilən məktub ona da verilmişdi. 

Heydər  Əliyev:  Mən Türkiyəyə o məktuba görə 

getməmişəm. Elə bilirsiniz ki, mən o məktuba görə oraya 

getmişəm? Yox, mən bu məktuba görə oraya niyə gedirəm? 

Məktuba görə telefonla danışardıq. Siz burada səhv edirsiniz. 

Cənab Süleyman Dəmirəl mənə danışdı ki, yanvarın 15-də 

onun Gürcüstana rəsmi səfəri olacaqdır. Ancaq mənim 

Türkiyəyə  səfərim heç də  həmin məktubla  əlaqədər deyil. 

Məktub xırda bir şeydir. 

  

 



__________________________________________ 

188


S u a l: Cənab prezident, Süleyman Dəmirəlin 

Gürcüstana səfəri Bakı-Ceyhan boru kəməri ilə  əlaqədər 

yaranan anlaşılmazlıqla bağlı deyil ki? 

C a v a b: Yox. Bu, əvvəldən planlaşdırılmış səfərdir. 

S u a l: Cənab prezident, üzr istəyirəm, burada çox söz-

söhbətlər gəzir ki, Siz Gülhanəyə baş  çəkmisiniz, orada 

həkimlərlə görüşmüsünüz. Siz bunu təkzib edə bilərsinizmi? 

C a v a b: Birincisi, bunlar yalandır.  İkincisi, sən 

poliklinikaya gedirsən, yoxsa yox? Sən də, o da, başqası da 

gedir. İndi bunu niyə bir problem edirsiniz? 

M ü x b i r: Biz etmirik, istəyirik ki, Siz təkzib edəsiniz. 

Heydər  Əliyev:  Nəyi təkzib edim? Sizin uydurduqlarınızın 

hamısını təkzib edirəm. 



Müxbir:Cənab prezident, Təbriz Universitetinin 

professoru Çehreqani müraciət edib və Sizdən incikliyini 

bildirib. 

Heydər  Əliyev: Bilirsən, mən isə deyirəm, o yalanları 

danışmayın. Azərbaycan ilə 

İran arasında 

əlaqələri 

gərginləşdirmək istəyən bizim içimizdəki bəzi yaramaz qüvvələr 

- mən indi bunu əsəbiliklə deyirəm - ortaya problem çıxarırlar, 

hansı ki, yoxdur. Prezidentin mətbuat xidməti iki-üç gün bundan 

əvvəl bu barədə  məlumat veribdir. Birincisi, Çehreqaninin nə 

məktubu, nə  də buraya gəlmək arzusu var. İkincisi, 

Azərbaycandan gündə nə qədər adam Təbrizə, Tehrana müalicə 

olunmaq üçün gedir. İndi İranda tibbi xidmət və tibbi işlər çox 

ölkələrdən yüksəkdir, Azərbaycandan qat-qat yüksəkdir. Burada 

gedib Tehranda ürək-damar cərrahiyyə  əməliyyatı keçirirlər, 

başqa müalicələr alırlar. İndi nə olubdur ki, müalicə almaq üçün 

buraya gəlsinlər? Bunu sizin dostlarınız yayırlar. Sən hansı 

qəzetdənsən? 



Müxbir:Cənab prezident, mən «Turan» agentliyindənəm, 

müraciət ediblər. 

Heydər  Ə l i y e v: Elə bu işlərin çoxunu «Turan» yayır. 

Bunları «Turan» yayır. Belə bir iş yoxdur, hamısı yalandır. Sağ 

olun. 



__________________________________________ 

189


 

ÖZBƏKİSTAN RESPUBLİKASININ  

PREZİDENTİ ZATİ-ALİLƏRİ  

CƏNAB İSLAM KƏRİMOVA 

 

Hörmətli İslam Abduqəniyeviç! 



Sizi Özbəkistan Respublikasının  prezidenti vəzifəsinə 

yenidən seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm. 

Prezident seçkilərində qalib gəlməyiniz inandırıcı  şəkildə 

sübut edir ki, qardaş Özbəkistan xalqı ölkənin müstəqilliyini və 

suverenliyini möhkəmləndirmək, cəmiyyəti 

demokratikləşdirmək, dərin sosial-iqtisadi dəyişikliklər həyata 

keçirmək istiqamətində sizin yeritdiyiniz xətti dəstəkləyir. 

Azərbaycanın və Özbəkistanın xalqları çoxəsrlik tarixi 

köklərlə bir-birinə bağlıdır.  Əminəm ki, ölkələrimiz arasında 

ənənəvi dostluq və  tərəfdaşlıq münasibətləri xalqlarımızın 

mənəfeyi naminə, regionda sülh, sabitlik və  tərəqqi naminə 

bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir. 

Sizə möhkəm cansağlığı, səadət və dövləti fəaliyyətinizdə 

böyük müvəffəqiyyətlər arzulayıram. 



Hörmətlə, 

 

HEYDƏR ƏLİYEV  



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 11 yanvar 2000-ci il 



 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə