Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə57/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   53   54   55   56   57   58   59   60   ...   145

__________________________________________ 

195


Amerika Ticarət Palatasının  Bakıda daha geniş və daha böyük 

ofisinin açılmasında da iştirak edəcəyik. 

Biz bu iki mühüm tədbirdə özümüz iştirak edəcəyik və bizə 

verilən məlumata görə, siz də lütfkarlıq göstərərək yanvarın 20-

də bizi, bütün nümayəndə heyətini qəbul etmək  şərəfinə layiq 

görmüsünüz. Həm mən, həm də burada olacaq bütün səfirlər bu 

imkana böyük ümidlə baxırıq və sizinlə geniş fikir mübadiləsi 

aparmaq  əzmindəyik. Ümidvarıq, etiraz etməyəcəksiniz ki, bu 

görüşə ticarət palatasının təmsilçiləri də qoşulsunlar. 

Bildiyiniz kimi, elə həmin həftə ərzində də, cənab prezident

bizim hökumətlərimiz - Amerika Birləşmiş  Ştatları  və 

Azərbaycan hökumətləri arasında yeni sənəd imzalanacaqdır. Bu 

sənəd ölkələrimiz arasında iqtisadi, kommersiya 

münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qaldırılması və bu 

münasibatlərin institutlar şəklində daha səmərəli olmasının 

təmin edilməsi işinə də öz töhfəsini verəcəkdir. 

Cənab prezident, beləliklə, növbəti həftə Amerika-

Azərbaycan ikitərəfli münasibətlərinin inkişaf etdirilməsi üçün 

çox önəmli bir həftə olacaqdır. Bu həftə bizə imkan 

yaradacaqdır ki, Amerika Birləşmiş  Ştatlarının Azərbaycana 

güclü dəstəyi, sizin apardığınız siyasətə göstərdiyi güclü 

dəstəyini ictimai şəkildə kütləvi informasiya vəsitələrinə bir 

daha  əyan edək və dövlətlərimiz arasındakı münasibətləri daha 

da genişləndirək. 

Heydər  Əliyev: Mən sizin bu məlumatmızdan çox 

məmnunam. Mən  əvvəlcədən bilirdim ki, belə bir tədbir 

Azərbaycanda planlaşdırılır. Amma bunun belə geniş  və eyni 

zamanda çox yüksək səviyyəli tərkibdə olduğunu bilmirdim. Bu, 

məni çox sevindirdi. Burada Amerika Birləşmiş  Ştatlarının 

Azərbaycandakı səfirliyi mərkəz rolunu oynayır. Güman edirəm 

ki, bu, Amerika Birləşmiş Ştatlarının hökuməti tərəfindən ABŞ-

ın Azərbaycandakı  səfirliyinə göstərilən etimad və qayğıdır.  

Eyni zamanda, təbildir ki,  bu, Azərbaycana 

  

 




__________________________________________ 

196


göstərilən çox böyük diqqətdir, qayğıdır, dəstəkdir. Mən bunu 

yaxşı anlayıram. 

Bu tədbirlərinizin burada keçirilməsini və sizin indi 

verdiyiniz məlumatı  mən alqışlayıram. Xahiş edirəm, bizdən 

asılı olan məsələləri vaxtında bizə deyəsiniz ki, onları həll edək. 

Yəni mən istəyirəm ki, Azərbaycana gələn qonaqlar həm 

səmərəli işləyə bilsinlər, həm də onların burada səmərəli 

işləməsi üçün bütün lazım olan şərait yaradılsın. 



Stenli Eskudero: Çox sağ olun, cənab prezident. Bilirdim ki, 

sizdən də güclü dəstək alacağıq və sizin bu işə reaksiyanız çox 

müsbət olacaqdır. Bir daha çox sağ olun. Biz tərəddüd etmədən, 

lazım olan bütün yardımlar üçün sizin hökumət orqanlarına 

müraciət edəcəyik. 

Heydər  Əliyev:  Bəli, müraciət edin. Sizin bütün 

müraciətlərinizə çox diqqətlə baxılacaq, yardımlar ediləcəkdir. 

Mən hesab edirəm ki, bu, bizim üçün çox əhəmiyyətli bir 

tədbirdir. 

Yanvar ayının 20-də  mən də - söz vermişəm - mütləq 

buradakı bütün iştirakçıları, siz kimləri məsləhət bilsəniz 

hamısını qəbul edəcəyəm. Bilirsiniz ki, ayın 20-si bizdə matəm 

günüdür. Amma bu günlər biz işləyirik. Ona görə  həmin gün 

mən söz vermişəm, biz görüşəcəyik. Çox məmnunam. 

Stenli Eskudero:  Cənab prezident, Azərbaycanın tarixində 

çox önəmli, mühüm bir hadisənin ildönümünə  təsadüf edən bu 

matəm günündə sizin işləməyiniz, sizin iş yerində çalışacağınız 

barədə  xəbəri almaq mənim üçün heç də  təəccüblü deyildir. 

Çünki mən, cənab prezident, şəxsən sizinlə iş təcrübəmdən belə 

xatırlayıram ki, sizinlə keçirdiyim gürüşlər bəzən gecədən xeyli 

keçmiş, bəzən çox erkən, səhər, bəzən gündüz olubdur və heç 

cür vaxt, zaman çərçivəsinə sığmayıbdır. Hərdən düşünürəm ki, 

sizdən soruşum: Sizin heç yatdığınız vaxt olur? 

Heydər   Əliyev: Olur, amma az olur. 

Stenli   Eskudero: Mən buna inanıram. 

  

 



 

        



__________________________________________ 

197


Heydər  Əliyev: Yanvar ayının 19-da bizim Respublika 

sarayında bu yanvar hadisələrinin 10-cu ildönümü münasibətilə 

bir matəm mərasimi olacaqdır.  Əgər uyğun görsəniz, sizin 

qonaqlarınızı - bu, saat 5-də olacaqdır, təxminən bir-iki saat 

çəkəcəkdir - mən dəvət edirəm, burada iştirak edə bilərsiniz. Ora 

bütün səfirlər dəvət olunurlar. Amma yenə  də deyirəm,  əgər 

imkanmız olsa, mən sizin qonaqlarınızı da dəvət edirəm. 

Stenli Eskudero: Çox sağ olun. Çox böyük diqqət 

göstərirsiniz. 



Heydər Əliyev: 1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycanın 

XX  əsrdəki tarixində  ən dəhşətli faciədir. Sovet hökumətinin, 

kommunist rejiminin öz xalqına qarşı bu qədər dəhşətli terror, 

təcavüz  əməliyyatı buna qədər heç vaxt keçirilməmişdir. Ona 

görə onu biz hər il qeyd edirik. Amma bu il faciənin 10-cu 

ildönümüdür. 



Stenli Eskudero: Düzdür, cənab prezident. Mən yalnız onu 

deyə bilərəm ki, döviətlərin tarixində bu cür faciəli hadisələr 

həmin dövlətlərin öz müstəqilliyini almağa yaxın olduğu 

zamanlara daha çox təsadüf edir. Ən ağrıdıcı, insana əziyyət 

verən cəhət isə odur ki, o insanlar günahsız olaraq həyatlarını 

qeyb etdilər. 

Ötən illərdə  mən sizinlə  bərabər  Şəhidlər xiyabanında 

olmuşam və Azərbaycan xalqının faciəsinə qoşularaq, 

həyatlarını itirmiş  şəxslərin matəm mərasimlərində  iştirak 

etmişəm. 

İstəyirəm biləsiniz ki, Amerika Birləşmiş Ştatlarının Bakıdakı 

səfirliyi, bizim nümayəndələrimiz və bütün Amerika xalqi 

Azərbaycan xalqının bu kədərini bölüşür və hər zaman bu hadisə 

barədə düşünəndə qəibimiz ağrıyır. 



Heydər  Əliyev:  Təşəkkür edirəm. Sizin başqa bir sözünüz 

varmı? 


  


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə