Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə59/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   55   56   57   58   59   60   61   62   ...   145

__________________________________________ 

204


Heydər  Əliyev: Amma nədənsə Azərbaycana səfəri çox 

qısamüddətli planlaşdırmısınız. Odur ki, dərhal müəyyən rəy və 

təbii ki, qısqanclıq yaranır. 

Ən  əvvəl, mənə  məlumat verildiyi kimi, Koçaryanla 

Moskvada qarşıdakı görüşümüz barədə. Biz Ermənistan 

prezidenti ilə razılığa gəlmişik ki, MDB-nin iclasında olarkən 

görüşək. Mənə onu da bildirdilər ki, belə bir fikir var ki, sonra 

biz Rusiya Federasiyası prezidentinin vəzifəsini icra edən 

Vladimir Vladimiroviç Putinin iştirakı ilə üçlükdə görüşək. Mən 

buna razılıq verdim. Mənə dedilər ki, səfəriniz  əsasən bu 

görüşün hazırlanması ilə bağlıdır.  Əgər məsələ yalnız bundan 

ibarətdirsə, mən artıq öz razılığımı vermişəm.  Əgər lazımdırsa, 

biz bir sıra məsələləri müzakirə edə bilərik. 

Əlbəttə, bununla yanaşı, bizi narahat edən başqa məsələlər də 

var. Belə ki, Şimali Qafqazdakı hadisələrlə əlaqədər mətbuatda 

Azərbaycanın ünvənına intəhasız və tamamilə  əsassız, 

anlaşılmaz ittihamlar ara vermir. Hətta bəzən Azərbaycana  şər 

atırlar ki, guya o, Rusiya əleyhinə siyasət aparır və sair. 

Təbii ki, bu, bizi narahat edir və narazılıq doğurur. Özü də 

təkcə bizdə - ölkənin rəhbərliyində deyil, həm də 

ictimaiyyətimizdə. Çünki bütün bunlar həqiqətə qətiyyən uyğun 

deyildir. Məsələn, bir az əvvəl mənə  «İnterfaks» Agentliyinin 

guya burada hansısa bir təşkilat yaradıldığı  və sair barədə 

məlumatını verdilər, siz bu informasiya ilə tanış ola bilərsiniz. 

Belə xəbərləri daim verirlər. Lakin bunların hamısı uydurmadır. 

Biz dəfələrlə demişik ki, gəlin, nə  qədər istəyirsinizsə baxın, 

yoxlayın, belə şey yoxdur. 

Amma, görünür, indi Azərbaycanla Rusiya arasında gərginlik 

yaratmaq kiməsə  sərfəlidir. Biz bunun əleyhinəyik, bunu rədd 

edirik, bu cür siyasəti pisləyirik, çünki Rusiya ilə Azərbaycan 

arasında münasibətləri bütün istiqamətlərdə möhkəmlətmək və 

inkişaf etdirmək siyasəti yeridirik və yeridəcəyik.  Əgər kimsə 

nəsə uydurursa, kiməsə nəsə həqiqət 

  



__________________________________________ 

205


kimi görünürsə  və bunu həqiqət kimi qələmə verirsə, başlıcası 

isə bu, mətbuatda dərc edilirsə  və bu, təbii olaraq, ictimai rəy 

yaradırsa, onda sual olunur - bu, kimə gərəkdir, kimə sərfəlidir? 

Biz bunu istəmirik. Görünür, bu məsələ barəsində  də fikir 

mübadiləsi aparmağımız lazımdır. 

Bir dəfə Şimali Qafqazdakı qoşun qrupunun mətbuat xidməti 

bizim üçün çox narahatlıq doğuran məlumatla çıxış etdikdə, biz 

Xarici  İşlər Nazirliyinin bəyanatını verməli olduq. Lakin sonra 

İTAR-TASS, Rusiyanın Müdafiə Nazirliyi bildirdilər ki, bu, 

dövlətin deyil, ayrı-ayrı  şəxslərin nöqteyi-nəzəridir. Bəs ayrı-

ayrı şəxslər nə üçün belə edirlər? 

Biz demişdik, yeri gəlmişkən, Xarici işlər Nazirliyimizin 

bəyanatında da bildirmişdik ki, on iki ildir separatçılıqdan, 

Azərbaycanın  ərazi bütövlüyünün pozulmasından  əziyyət 

çəkirik. Hərçənd, indi bəziləri Azərbaycanın  ərazi bütövlüyünü 

tanımamağı mümkün sayırlar. Hətta, Birləşmiş Millətlər 

Təşkilatında Ermənistan-Azərbaycan münaqişəsi haqqında 

layihə olmuşdur, lakin ATƏT-in təqdim etdiyi mətndə bu tezis, 

təəssüflər olsun, yox idi. Halbuki bütün əvvəlki illərdə belə 

qərar qəbul edilərkən bu məsələ  hər il təsbit olunmuş  və bizi 

hamı  dəstəkləmişdir. Təəssüf ki, bu dəfə  bəziləri səsvermədə 

bitərəf qalmış, bəziləri isə  əleyhinə  səs vermişdir. Bilmirəm, 

Rusiya necə səs vermişdir? 

Vilayət Quliyev  (xarici işlər naziri): Rusiya səs 

verməmişdir. 



Heydər Əliyev: Rusiya səs verməmişdir. Bu, necə olur? Bu 

gün biz bütün ölkələrin, o cümlədən də Rusiyanın  ərazi 

bütövlüyünə  hər yerdə  səs veririk və bunu dəstəklədiyimizi 

dəfələrlə demişik. Biz terrorizmin əleyhinə olmuşuq və 

əleyhinəyik, çünki terrorizm nəinki Rusiya üçün, həm də bizim 

üçün təhlükədir. Biz islam təməlçiliyinin  əleyhinəyik və bunu 

dəfələrlə demişik. Özü də, ola bilsin ki, islam təməlçiliyi Rusiya 

üçün o qədər də təhlükəli deyildir, çünki əhalinin ümumi sayı ilə 

müqayisədə islama etiqad edənlərin sayı o qədər də çox deyildir. 

  



__________________________________________ 

206


  

Bizdə isə əhalinin tam əksəriyyəti islama etiqad edir. Lakin biz 

hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu mövqeyində 

durmuşuq. Odur ki, biz heç cür islam dövləti və ya islam 

təməlçiliyinin tərəfdarı ola bilmərik. Yeri gəlmişkən, biz bir çox 

ölkələrin, o cümlədən qonşu dövlətlərin nümayəndələrinə açıq 

demişik ki, sizin daxili işlərinizə qarışmırıq. Sizdə hansı quruluş 

olması öz işinizdir, amma bizim də daxili işlərimizə qoy heç kim 

qarışmasın. Biz dünyəvi dövlətik. 

Ona görə də Rusiyanın Şimali Qafqazda nəyə qarşı mübarizə 

aparması, orada terror əleyhinə  əməliyyat keçirməsi ilə bağlı 

bütün başqa məsələlər barəsində açıq-aydın mövqe olduğu 

halda, nə üçün Azərbaycan barəsində belə fikir, belə  təsəvvür 

yaradılır? Bu, bizi təəccübləndirir. Biz bu məsələlər barəsində 

də fikir mübadiləsi edə bilərik. 

O ki qaldı Ermənistanla münaqişə, Dağlıq Qarabağ 

münaqişəsi məsələsinə, siz bilirsiniz ki, - biz bunu dəfələrlə 

bəyan etmişik, bu gün bir daha deyirəm, - biz bu münaqişənin 

dinc-ölkə nizama salınması mövqeyində durmuşuq. Prezident 

Koçaryanla görüşlərimiz zamanı biz bəzi variantları müzakirə 

etmişik və belə bir yekdil fikirdə olmuşuq ki, bu məsələdə 

qarşılıqlı güzəştlər gərəkdir. Biz danışıqları bu ruhda aparmışıq, 

onları bu gün də, sabah da belə aparmağa hazırıq. Bir sözlə, bu 

məsələdə də bizim movqeyimiz aydındır. 

Yeri gəlmişkən, Vladimir Vladimiroviç Putin hələ Rusiyanın 

Baş naziri olarkən onunla Kiyevdə görüşüm zamanı  mən bunu 

ona demişdim. Mən bunu yanvarın  əvvəllərində onunla telefon 

danışığımız zamanı da demişəm. Aydındır ki, ATƏT-in Minsk 

qrupunun həmsədri olaraq Rusiya bu prosesdə,  şübhəsiz, çox 

fəal iştirak etməlidir. 

Görünür, indi söhbətimizin  əsas mövzusu olan məsələlər 

barəsində mövqeyimiz bax, belədir. 



Qriqori Berdennikov:  Mən öz tərəfimdən demək istərdim  

ki,   biz  Azərbaycanla  əməkdaşlığa,   ərazi   bütöv- 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə