Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə60/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   56   57   58   59   60   61   62   63   ...   145

__________________________________________ 

207


luyünün tanınmasına, bir-birinin daxili işlərinə qarışmamağa 

əsaslanan  ən səmimi, bərabər hüquqlu münasibətlərin inkişaf 

etdirilməsinə  tərəfdar olmuşuq və  tərəfdar olaraq qalırıq. Bu 

baxımdan bizim qətiyyən heç bir məsələmiz yoxdur. 

Mətbuatdakı bu və ya digər yazılara gəldikdə, bilirsiniz ki, 

biz mətbuata nəzarət etmirik, o azaddır.  Əgər  əndazədən çıxan 

bir  şey olarsa, onda biz bunu düzəltməyə çalışırıq. Təəssüf ki, 

verilmiş  bəyanatla  əlaqədər da belə olmuşdur. Biz Xarici İşlər 

Nazirliyinin müvafiq bəyanatı ilə  çıxış edərək, düzəliş verdik. 

Təəssüf ki, bu cür qüsurların qarşısını  hələlik tamailə almaq 

olmur. Ancaq hər halda çalışacağıq.  

Sizin kimi biz də  ərazi bütövlüyünə  tərəfdarıq. O ki qaldı 

səsvermədə  iştirak etməməyimizə, görünür, başqa cür hərəkət 

etmək çox çətin olmuşdur, çünki biz bu münaqişədə  vəsitəçi 

olmağa və qərəzsiz mövqe tutmağa çalışırıq. Bu gün biz həmin 

məsələlər barəsində də daha ətraflı fikir mübadiləsi edə bilərik.  

Biz Ermənistan prezidenti ilə dialoqunuzu çox alqışlayırıq. 

Hesab edirik ki, bu, münaqişənin döyüş meydanında deyil, məhz 

danışıqlar stolu arxasında həlli üçün düzgün yoldur. Ümidvarıq 

ki, bu dialoq tezliklə müsbət nəticəyə  gətirib çıxaracaqdır. Öz 

tərəfimizdən biz hazırıq və bu cür nəticə  əldə olunmasına 

köməyimizi əsirgəməyəcəyik. 

Biz bunu çox qiymətləndiririk ki, Siz bu nizamasalmada 

Rusiyanın fəal rol oynamasına tərəfdarsınız. Biz digər 

münaqişələr kimi, bu münaqişənin də dondurulmasını deyil, 

məhz nizama salınmasını istəyirik və  mən bunu vurğulamaq 

istəmirəm.  Əgər Sizə kömək üçün az-çox səylərimiz hər hansı 

bəhrə verərsə, biz bundan çox məmnun qalarıq. Ümidvarıq ki, 

razılıq verdiyiniz, - biz buna görə sizə minnətdarıq, - Moskva 

görüşü bu düzgün istiqamətdə bir addım olacaqdır. 



Heydər    Əl i y e v: Yaxşı. Belə isə, mən söhbətimizi davam 

etdirmək üçün mətbuata təşəkkürümü bildirirəm. 

  

 

 



__________________________________________ 

208


 

BÖYÜK BRİTANİYANIN «RAMKO» ŞİRKƏTİNİN 

DİREKTORLAR ŞURASININ ÜZVÜ, 

KEÇMİŞ XARİCİ İŞLƏR NAZİRİ SER MALKOLM 

RUFKİND VƏ ŞİRKƏTİN PREZİDENTİ 

STİV REMPİ İLƏ GÖRÜŞDƏ SÖHBƏT 

 

Prezident sarayı  



 

17 yanvar 2000-ci il 

 

Heydər Əliyev: Azərbaycana xoş gəlmisiniz! Sizinlə yenidən 

görüşməyimdən çox məmnunam. Məlumatlar gəlir ki, sizin 

«Muradxanlı»da gördüyünüz işlər yaxşı gedir. Yəqin ki, başqa 

işləriniz də yaxşı gedir. Buyurun. 

Malkolm Rifkind: Çox sağ olun, cənab prezident. Bizdə 

böyük məmnuniyyət hissi doğurur ki, yenidən Bakıdayıq, 

Azərbaycana gəlmişik. Azərbaycana yenidən qayıtmaq bizim 

üçün xoşdur. Artıq bu çox çətin regionda sabitlik vardır. Biz 

böyük məmnuniyyətlə Sizə xəbər veririk ki, Birləşmiş Krallıqda 

Azərbaycan haqqında daha çox məlumatlanırlar. «Ramko» bu 

yaxınlarda böyük sarayların birində simpozium keçirmişdir və 

bu simpoziumda Azərbaycan haqqında geniş  məlumat 

verilmişdir. Bizim simpoziumda yüksək vəzifəli  şəxslər çıxış 

etmişlər. Onlar Azərbaycan haqqında geniş  məlumatlar 

vermişlər, Azərbaycanda gedən müxtəlif proseslər haqqında 

məlumatlar vermişlər və simpoziumda Azərbaycan haqqında 

tam təəssürat yaranmışdır. 

Sizə  məlum olduğu kimi, sabah Azərbaycanda, Bakıda 

«Ramko» daha bir seminar keçirəcəkdir. Bu seminar sərma- 

  

 



 


__________________________________________ 

209


yələrin Azərbaycana cəlb olunmasının vacibəliyi haqqındadır. 

Biz çox ümid edirik ki, Azərbaycanı təmsil edən yüksək vəzifəli 

şəxslər seminarda iştirak edəcək və seminarı giriş sözü ilə 

açacaqlar. 

Elə bilirəm ki, Azərbaycanda  İqtisadi inkişafı görmək Sizin 

dövlətinizin  ən  əsas istiqamətlərindən biridir. Lakin eyni 

zamanda bu, beynəlxalq icma üçün də çox vacibdir. Çünki bu 

regionda sabitliyi və  İqtisadi inkişafı görmək beynəlxalq icma 

üçün çox vacibdir. İcazənizlə, cənab Remp Azərbaycanın quru 

sahələrində neftlə bağlı aparılan işlər haqqında məlumat vermək 

istəyir. 

S t i v R e m p: Cənab prezident, dünən bizim çox maraqlı 

bir səyahətimiz olmuşdıır. Biz «Muradxanlı»ya getdik ki, ən son 

işlərin nəticəsini görə bilək. Sonra biz İmişli Rayon İcra 

Hakimiyyətinin başçısı ilə görüşdük və o, mənə bir sənəd 

təqdim etdi. İndi mən  İmişli rayonunun hörmətli vətəndaşı 

sayılıram. Bu mənə imkan verir ki, Azərbaycana pasportsuz 

gedib-gəlim. 

Heydər Əliyev: Siz onsuz da Azərbaycana pasportsuz gedib-

gələ bilərsiniz. 



Stiv Remp: «Muradxanlı»da gedən işlərdən çox məmnunam. 

Sizə vermək üçün çox yaxşı  məlumatlarım vardır. Beş gün 

bundan əvvəl ilk quyunu qazmağa başlamışıq və artıq 550 metr 

dərinliyədək qazmışıq. 

Mənim oktyabrda son səfərimdən indiyədək «Muradxanlı»da 

həqiqətən nəzərəçarpacaq dəyişikliklər vardır. Azərbaycan 

vətəndaşlarını təmsil edən gözəl bir komanda vardır. Onlar çox 

qabiliyyətli işləyirlər və işlərini bacarıqla yerinə yetirirlər. Mən 

gələcəyə çox ruh yüksəkliyi ilə baxıram. Elə bilirəm ki, bu 

əməkdaşlıq çox məhsuldar olacaqdır. Çünki burada yatağı 

tanıyan yerli əməkdaşlar, mütəxəssislər çalışırlar. Eyni zamanda 

onlar qərblilərlə birlikdə Qərb texnologiyası ilə işləyirlər. 

  

 

  




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə