Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə58/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   54   55   56   57   58   59   60   61   ...   145

__________________________________________ 

198


Stenli Eskudero: 

Cənab prezident, mətbuat 

nümayəndələrinin qarşısında demək istədiklərim ancaq bu 

qədərdir. Amma sizə deyiləcək sözüm vardır. 



Heydər  Əliyev:  Mətbuat nümayəndələrinin qarşısında mən 

də demək istəyirəm ki, siz bilirsiniz ki, mən Türkiyəyə  səfər 

etmişdim. Bu səfərimin məqsədi və səfər zamanı gördüyüm işlər 

haqqında mən artıq mətbuata məlumat vermişəm.  Əgər bu 

barədə sizi hansı  məsələlər maraqlandırsa, mən bu barədə sizə 

geniş danışa bilərəm. 



Stenli Eskudero:  Bəli, cənab prezident, mənim üçün çox 

maraqlıdır və mühümdür. 

 



__________________________________________ 

199


XALQ ARTİSTİ CƏNNƏT SƏLİMOVOYA 

 

Hörmətli Cənnət Səlimova! 

Sizi – Azərbaycan teatr sənətinin görkəmli nümayəndəsini 60 

illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirik. 

Siz Azərbaycan klassik teatr məktəbinin ənənələrini qoruyub 

yaşatmaqla yanaşı, öz novətorluğu ilə seçilən bir rejissor kimi 

sənətsevarlərin boyük məhəbbətini qazanmış, milli dram 

əsərlərimizə, habelə Avropa və rus klassikasının bir çox 

nümunələrinə  səhnə  həyatı verməklə respublikamızın sənət 

aləmində yaxşı tanınmısınız. Malik olduğunuz zəngin 

yaradıcılıq imkanları  və  dərin səhnə duyumu sizin bütün 

fəaliyyətinizdə, xüsusilə müxtəlif səpgili  əsərlərə maraqlı 

quruluş verməkdə öz əksini tapmışdır. Dram əsərləri ilə yanaşı, 

quruluş verdiyiniz musiqili komediya, operetta və opera 

tamaşaları mütəxəssislər tərəfindən həmişə yüksək 

qiymətləndirilmişdir. 

Yaradıcılıq potensialınız rəhbərlik etdiyiniz Bakı Kamera 

Teatrının işində özünü xüsusilə büruzə vermişdir. Bu sənət ocağı 

üslub və janr baxımından olduqca maraqlı tamaşaları ilə 

Azərbaycanın teatr məkanında özünəməxsus yer tutmuşdur. 

Respublikamızda keçirilən bir çox kütləvi tədbirlərə böyük 

məharətlə verdiyiniz quruluşlar xalqımızın  əlamətdar günlərinə 

xüsusi rövnəq verəcək tamaşaçıların ürəklərində silinməz izlər 

qoymuşdur. Azərbaycan Dövlət Mədəniyyət və  İncəsənət 

Universitetinin professoru kimi, gənc sənətkarlar nəslinin 

yetişdirilib formalaşdırılmasında və yaradıcılıq yollarında ilk 

addımlarını atmasında da xidmətləriniz böyükdür. 

Əminəm ki, siz yeni sənət  əsərlərinə  səhnə hayatı verməklə 

və respublikamızın teatr səhnələrində hələ neçə istedadın üzə 

  

 




__________________________________________ 

200


çıxmasına  şərait yaratmaqla tamaşaçılarımızı bundan sonra da 

sevindirəcəksiniz. 

Sizə cansağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları 

arzulayıram. 

 

HEYDƏR ƏLİYEV  

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 17 yanvar 2000-ci il 



 

 

 



 

 

 




__________________________________________ 

201


ŞAİR ZƏLİMXAN YAQUBA 

 

Hörmətli Zəlimxan Yaqub! 



Sizi - xalqımızın tanınmış  şairini 50 illik yubileyiniz 

münasibətilə səmimi-qəlbdən təbrik edirəm. 

Siz müasir ədəbiyyatımızda Azərbaycanın zəngin  şeir 

ənənələrini yaşadan 

şairlər nəslinə 

mənsub olan 

sənətkarlardansınız. Xalqımızın yüksək insani keyfiyyətlərini, 

əxlaqi dəyərlərini, mənəvi məziyyətlərini təcəssüm etdirən şifahi 

xalq yaradıcılığından ustalıqla bəhrələnməklə siz Azərbaycan 

poeziyasının inciləri səviyyəsinə qalxa bilən nəzm  əsərləri 

yaratmısınız. Mövzuca rəngarəng və  məzmunca dolğun olan 

şeirləriniz poeziyamızda həmişə yeni səs, yeni söz kimi qəbul 

edilmişdir. Vətən övladlarının qəhrəmanlıq ruhu, ocaq, yurd 

həsrəti ilə dolu şeirləriniz sizin əsl vətəndaş mövqeyinizi 

nümayiş etdirərək gənc nəslə  vətənpərvarlik duyğuları  aşılayır, 

nikbin əhval-ruhiyyə yaradır və gələcəyə olan ümidləri daha da 

möhkəmləndirir. 

Ana dilimizin tükənməz imkanlarından məharətlə istifadə 

edərək təbiətimizin füsunkarlığını, oğul-qızlarımızın qeyrətinə, 

ata-babalarımızın müdrikliyinə  həsr etdiyiniz misralarmız 

oxucular tərəfindən böyük hüsn-rəğbətlə qarşılanır. Ulu 

əcdadlarımızın qədim sənəti olan aşıq yaradıcılığının 

incəliklərini dərindən bilməyiniz isə  şeirlərinizin bədii siqlətini 

daha da artırır. 

İctimai xadim kimi fəaliyyətiniz də çox səmərəlidir. Xüsusilə 

Azərbaycan -gürcü mədəni  əlaqələrinin inkişafı istiqamətində 

apardığınız işlər, habelə Gürcüstanda yaşayan çoxsaylı 

soydaşlarımızla yaratdığınız sıx münasibət diqqətə layiqdir. 

  

 



__________________________________________ 

202


Əminəm ki, yaradıcılığınızın  ən məhsuldar dövrü hələ 

qabaqdadır və siz bundan sonra da ədəbiyyatımızın inkişafı 

naminə var qüvvənizi sərf edəcək,  şeir pərəstişkarlarını yeni-

yeni sənət inciləri ilə sevindirəcəksiniz. Bu yolda sizə 

yaradıcılıq uğurları, uzun ömür və cansağlığı arzulayıram. 

 

HEYDƏR ƏLİYEV 



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 17 yanvar 2000-ci il 



  


__________________________________________ 

203


RUSİYA XARİCİ İŞLƏR NAZİRİNİN MÜAVİNİ  

QRİQORİ BERDENNİKOV BAŞDA OLMAQLA  

RUSİYA NÜMAYƏNDƏ HEYƏTİ İLƏ  

GÖRÜŞDƏ SÖHBƏT 

 

Prezident sarayı  



 

17 yanvar 2000-ci il 

 

H e y d ə r Ə 1 i y e v: Hörmətli Qriqori Vasiliyeviç, 

hörmətli qonaqlar, sizi Azərbaycanda salamlayıram. Sizin 

buraya gəlməyinizə  və bu görüşə  şadam.  Şübhə yoxdur ki, 

görüşümüz fikir mübadiləsi aparmağa və Azərbaycanla Rusiya 

arasında münasibətlərə aid bəzi məsələləri, eləcə  də digər 

məsələləri müzakirə etməyə imkan verəcəkdir. 

Qriqori Berdennikov: Heydər  Əliyeviç,  ən  əvvəl bizə vaxt 

ayırdığınıza görə çox sağ olun. Başa düşürük ki, Siz çox 

məşğulsunuz və  şübhəsiz, bizi qəbul etdiyinizə görə Sizə 

minnətdarıq. 

Biz buraya yanvarın 24-25-də Moskvada keçiriləcək görüşlə 

əlaqədər fikir mübadiləsi aparmağa gəlmişik. Ümidvarıq ki, bu 

görüş nəinki ölkələrimiz arasında münasibətlərin inkişafına, həm 

də digər mühüm problemlərin, o cümlədən bölgənin 

problemlərinin həllinə stimul verəcəkdir. Bizə göstərdiyiniz 

diqqətə görə çox sağ olun. 



Heydər  Əliyev: Ondan başlayım ki, siz Ermənistanda 

olmusunuz, özü də kifayət qədər olmusunuz. 



Qriqori   B e r d e n n i k o v: Bir gündən az. 

  

 



 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə