Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə66/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   62   63   64   65   66   67   68   69   ...   145

__________________________________________ 

227


QAFQAZ VƏ XƏZƏR REGİONU ÖLKƏLƏRİNDƏ  

ABŞ-ın SƏFİRLƏRİ, AMERİKANIN  

MÜXTƏLİF NAZİRLİKLƏRİNİN YÜKSƏK  

VƏZİFƏLİ ŞƏXSLƏRİ İLƏ GÖRÜŞDƏ

*

 SÖHBƏT 

 

Prezident sarayı  

 

20 yanvar 2000-ci il 

 

Heydər   Əliyev: Hörmətli səfirlər! 

Hörmətli qonaqlar, xanımlar və cənablar! 

Mən sizin hamınızı Azərbaycanda səmimi-qəlbdən 

salamlayıram. Sizin hamınızın Azərbaycana toplaşmağınızdan 

və Bakını, Azərbaycanı özünüz üçün görüş yeri seçməyinizdən 

çox məmnun olduğumu bildirirəm. 

Bildiyimə görə, siz burada çox işlər görmüsünüz və öz işinizi 

davam etdirirsiniz, uğurlar  əldə etmisiniz. Mən bu münasibətlə 

sizi təbrik edirəm. Amerika Birləşmiş 

Ştatlarının 

Azərbaycandakı  səfiri cənab Eskuderonu və  səfirliyin bütün 

əməkdaşlarını mən xüsusi təbrik edirəm. Çünki Amerikanın bu 

qədər səfirləri Azərbaycana toplaşıblar, Amerika Birləşmiş 

Ştatlarının Bakıdakı səfirliyini özləri üçün görüş yeri seçiblər. 

 

 

 



 

  

 



 

 

                                                 



*

 

Görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Stenli Eskudero, keçmiş Sovet İttifaqı dağıldıqdan 



sonra müstəqillik qazanmış ölkələrə yardımlar üzrə ABŞ-ın əlaqələndiricisi səfir Vilyam Teylor, 

ABŞ prezidenti cənab Bill Klintonun və dövlət katibi xanım Madelin Olbraytın Xəzər regionu 

ölkələrində enerji məsələləri üzrə xüsusi müşaviri səfir Con Vulf, Amerika Ticarət Palatasının 

Azarbaycandakı prezidenti Kenni Houzi iştirak edirdilər. 

  

 



__________________________________________ 

228


Belə böyük bir toplantının Amerika Birləşmiş  Ştatlarının 

Azərbaycandakı  səfirliyində keçirilməsi, təbiidir ki, həm 

Amerika Birləşmiş  Ştatları hökumətinin, həm də bir çox 

ölkələrdəki səfirliklərin Amerikanın Azərbaycandakı  səfirliyinə 

göstərdiyi etimaddır, qayğıdır və diqqətdir. Eyni zamanda, biz 

sizin bu toplantının Azarbaycanda, onun paytaxtı Bakıda 

keçirilməsini, təbiidir ki, Azərbaycana göstərilən diqqət və qayğı 

kimi qiymətləndiririk. Mən bundan çox məmnun olduğumu 

bildirmək istəyirəm, düşünürəm ki, sizin çoxunuz ilk dəfədir ki

Azərbaycana, Bakıya gəlmisiniz və ölkəmizin həyatı, bugünkü 

günü ilə tanış olmaq imkanı əldə etmisiniz. Bu, bizim üçün çox 

əhəmiyyətlidir. Biz bu məsələdə maraqlıyıq. Çünki biz istəyirik 

ki, müstəqil Azərbaycanın bu gününü hər kəs öz gözüylə görsün, 

onunla yaxından tanış olsun. 

Azərbaycan müstəqil dövlət kimi gəncdir. Biz dövlət 

müstəqilliyimizin 9-cu ilini yaşayırıq. Bizim problemlərimiz, 

keçid dövrünün çox çətinlikləri vardır. Amma bununla yanaşı, 

bizim nailiyyətlərimiz də, uğurlarımız da vardır. Biz xüsusən 

son illər müstəqillik şəraitində bir çox uğurlara nail ola bilmişik. 

Ona görə  də bunlarla tanış olmağınız,  şübhəsiz ki, Azərbaycan 

haqqında sizdə daha da dolğun, düzgün və obyektiv təəssürat 

yarada bilər. Mən sizi bir daha salamlayıram və sizi dinləməyə 

hazıram. 

Stenli Eskudero: Cənab prezident, çox sağ olun. Amerikanın 

belə geniş tərkibli bir nümayəndə heyətini burada öz ofisinizdə - 

Ağ evdə  qəbul etdiyinizə görə Sizə  təşəkkürümüzü bildiririk. 

Özümə böyük şərəf hesab edirəm ki, səfirliyimizin təşəbbüsü ilə 

Azərbaycanda belə geniş tərkibli böyük bir görüş keçirilir və bu 

görüşdə çox mötəbər səfirlər iştirak edirlər. 

Möhtərəm prezident, Amerika Birləşmiş  Ştatlarının Qafqaz 

və  Xəzər regionu ölkələrindəki səfirləri, Türkiyədəki, 

Rusiyadakı səfirliklərin nümayəndələri, Amerika Birləşmiş Ştat- 

  



__________________________________________ 

229


ları hökumətinin müxtəlif nazirliklərini təmsil edən yüksək 

vəzifəli dövlət məmurları bu gün Sizin görüşünüzə gəliblər. 

Cənab prezident, bu gün bu şəxslərin Sizin görüşünüzə 

gəlməsi əslində Amerika Birləşmiş Ştatları hökumətinin Qafqaz, 

o cümlədən Xəzər bölgəsinin ölkələri ilə  məşğul olan bütün 

məmurlarının Bakıya toplaşması deməkdir. Bizim məhz belə bir 

tərkibdə buraya toplaşmağımızın və qarşılıqlı maraq doğuran 

məsələləri müzakirə etməyimizin özü onu sübut edir ki, 

Amerika Birləşmiş  Ştatları hökuməti Azərbaycana, Qafqaza, 

Xəzər bölgəsinin və  Mərkəzi Asiyanın bütün ölkələrinə böyük 

önəm verir. Biz bu dövlətlərin qarşılaşdıqları  məsələlərlə 

müntəzəm surətdə məşğul oluruq. 

Cənab prezident, son bir gün yarımdır ki, belə bir geniş 

tərkibdə biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə 

tənzimlənməsi yolları barədə də fikir mübadiləsi aparmışıq. Biz 

eyni zamanda, münaqişə  həll olunduqdan, işğal altındakı 

torpaqlar azad edildikdən sonra orada aparılacaq bərpa işlərinə 

donor ölkələrin cəlb edilməsi üçün hansı  işlər görülməsinin 

vacibliyi barədə də ətraflı fikir mübadiləsi aparmışıq. 

Biz Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla aradan 

qaldırılması, tənzimlənməsi məsələləri barədə fikir mübadiləsi 

aparmaqla bərabər, belə bir sülh əldə olunarsa regional iqtisadi 

əməkdaşlığın bu dövlətlərə gətirəcəyi bəhrələr haqqında, habelə 

son dövrlər Bakı-Ceyhan əsas ixrac neft kəməri ilə əlaqədar başa 

çatmaqda olan bütün məsələlərin, Trans-xəzər qaz kəməri 

barədə məsələlərin müzakirəsinə xeyli vaxt ayırmışıq. 

Cənab prezident, biz bu gün Sizinlə bu görüşdən sonra 

Amerikanın Bakıdakı  səfirliyinə toplaşacağıq, regional 

təhlükəsizlik və  gələcək işlərimizin planlaşdırılması  məsələləri 

barədə yenidən fikir mübadiləsi aparacağıq. Hesab edirəm ki, bu 

danışıqlarımız bu günü əhatə etməklə  bərabər, sabah günün 

birinci yarısına qədər davam edəcəkdir. 

  

 

 




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə