Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə54/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   50   51   52   53   54   55   56   57   ...   145

__________________________________________ 

183


Mən televiziya vasitəsilə baxdım:  İnsanlar nə  qədər 

sevinirlər, mahnılar söyləyirlər, rəqslər edirlər. Mən bu gün 10 

dəqiqə televiziyaya baxdım. Bir azəri mahnısını çox gözəl 

oxudular və  rəqs etdilər. Mənim ürəyim sevindi. Ona görə  də 

məhz bu gün - Ramazan bayramı günü burada olmağım məni 

daha da sevindirmişdir. 

Ancaq təbiidir, mənim ziyarətim gəzmək üçün, istirahət üçün 

deyil. Mənim ziyarətim hər dəfə  işlər görmək üçündür və 

dostum, qardaşım Süleyman Dəmirəl də elədir, - gecə  də, 

gündüz də çalışır. Onun üçün bayram da yoxdur, bazar da 

yoxdur, başqa günlər də yoxdur. Ona görə biz dünən də, bu gün 

də görüşüb çox dəyərli söhbətlər, danışıqlar apardıq. Mənim ən 

əsas danışıqlarım, söhbətlərim hörmətli cümhur başkanı 

Süleyman Dəmirəl ilə oldu. O, bəyan etdiyi kimi, biz 

ölkələrimiz üçün vacib olan bir neçə məsələləri ortaya qoyduq, 

fikir mübadiləsi apardıq. Bunların içində birinci növbədə 

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə  həll 

edilməsi və Azərbaycanın işğal edilmiş torpaqlarının azad 

olunması, köçkünlərin, qaçqınların öz yerinə qayıtması 

məsələsidir. Biz bu məsələni noyabr ayında ATƏT-in  İstanbul 

zirvə görüşündə da çox geniş müzakirə etmişdik-həm hörmətli 

Süleyman Damirəl ilə, həm də prezident Klinton ilə, prezident 

Şirak ilə, digərləri ilə. Ancaq yenidən tələbat var idi ki, Türkiyə 

ilə Azərbaycan bu gün bu məsələni bir daha dəyərləndirsinlər, 

bu məsələ haqqında nə ediləcəkdir - eyni fikirdə olsunlar. 

Məmnunam ki, həmişə olduğu kimi, indi də Türkiyə 

Azərbaycanı  dəstəkləyir. Biz bu baradə eyni fikirdəyik və 

fikrimiz də bundan ibarətdir ki, bu il, yəni 2000-ci ildə mütləq 

sülh yaransın, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 

problemi sülh yolu ilə  həll olunsun. Mən bu danışıqlardan  

məmnunam və çox məmnunluqla Bakıya dönürəm. 

Bakı-Ceyhan boru xəttinin yaranması haqqında biz beş il 

 

  

 




__________________________________________ 

184


 

çalışdıq, beş il vuruşduq - birlikdə, Azərbaycan-Türkiyə. 

Nəhayət, ortaya gətirdik, nail olduq və  İstanbul zirvə görüşü 

zamanı bu anlaşma çox böyük təntənə ilə imzalandı. Bu, 

dünyada böyük bir hadisə kimi qiymətləndirilibdir. Ancaq indi 

biz bir mərhələni keçdik. İkinci mərhələ praktiki işlər, yəni bu 

boru xəttinin inşasına başlanmasıdır. Biz bu barədə də danışdıq, 

fikir mübadiləsi apardıq. 

Bizim heyətlər görüşüblər və bu ayın 21-22-də  İstanbulda 

Türkiyə-Azərbaycan-Gürcüstan heyətləri görüşəcəklər və 

güman edirəm, inanıram ki, orada bütün məsələlər həll 

olunacaq, çözüləcəkdir və biz işə başlayacağıq. Bunu etmək 

lazımdır. Çünki nə  qədər ki, Bakı-Ceyhan boru xətti haqqında, 

neft kəməri haqqında hazırlıq gedən zaman bizlərə çox əngəl 

edənlər var idisə, indi də var. Bunlar indi tükənməyiblər. 

Bəziləri də belə  şayiə yayırlar ki, «İmzalandı, amma həyata 

keçirilmir. Bu, real deyil, filan deyil». Amma mən bu gün də 

bəyan edirəm ki, imzalanan anlaşma həyata keçiriləcəkdir və bu 

əsrin böyük boru xətini biz yaradacağıq. Buna heç şübhə 

yoxdur. 


Başqa ikitərəfli münasibətləri də danışdıq, müzakirə etdik. 

Burada heç bir problem yoxdur. Kiçik məsələlər meydana çıxır: 

hansısa məmur nəsə etmədi, ya etdi, filan. Amma əsas ondan 

ibarətdir ki, Türkiyə ilə Azərbaycan arasında olan dostluq, 

qardaşlıq əlaqələri hər gün, günü-gündən genişlənir, inkişaf edir 

və insanların bunu inkişaf etdirməsi nə  qədər önəmlidirsə, o 

qədər də dövlətlərin, hökumətlərin bu işi həmişə  əlində 

saxlaması, daha da çox dəstək verməsi və öz tərəflərindən lazımi 

tədbir görməsi vacibdir. Biz Azərbaycanda bunu edirik. Türkiyə 

də edir. Amma bir çox məsələləri daha da sürətlə irəliyə 

aparmaq üçün görüşmək lazımdır, danışmaq lazımdır. 

Mən bu gün hörmətli Baş nazir Bülənd Ecevit ilə  də 

görüşdüm. Bu barədə, dediyim sözlər, məsələlər haqqında çox 

ət- 


  


__________________________________________ 

185


raflı söhbət etdik. Sonra Baş nazirin müavini hörmətli Dövlət 

Baxçəli ilə görüşdük. Onunla da məsələlər  ətrafında çox geniş 

söhbətlər apardıq. Silahlı Qüvvələrin Baş  Qərargahının rəisi 

hörmətli Hüseyn Kıvrıkoğlu ilə görüşdük. Onunla da bizim iş 

birliyimiz haqqında danışıqlar apardıq. 

Mən bütün bu görüşlərdən, danışıqlardan çox məmnunam. 

Hesab edirəm ki, bu, Azərbaycan üçün faydalıdır. Düşünürəm 

ki, Türkiyə üçün də faydalıdır və Türkiyə-Azərbaycan dostluğu, 

qardaşlığı üçün də faydalıdır. 

Mən Sizə,  əziz dostum, bir daha təşəkkür edirəm və üzr 

diləyirəm ki, mən Sizə bu bayram günü bir az əziyyət verdim. 

Sağ olun. 

 

  

 



  

 

 



  

 



__________________________________________ 

186


TÜRKİYƏDƏN BAKIYA QAYIDARKƏN  

BİNƏ HAVA LİMANINDA JURNALİSTLƏRİN  

SUALLARINA CAVAB 

 

10 yanvar 2000-ci il 



 

M ü x b i r:   Cənab prezident, xahiş edirəm, səfəriniz 

haqqında qısa da olsa məlumat verəsiniz. 

Heydər  Əliyev: Çox gözəl təəssüratım var. Hər dəfə 

Türkiyəyə gedəndə çox gözəl təəssüratlarla geriyə dönürəm. 

Bilirsiniz, bu dəfə  mən Türkiyədə  cəmisi 24 saatdan da az 

olmuşam. Ancaq bu müddətdə çoxlu görüşlərimız, 

danışıqlarımız olubdur. Bunların hamısı da çox əhəmiyyətlidir. 

Türkiyədə bayramdır. Azərbaycanda Ramazan bayramı bir 

gün, amma Türkiyədə üç gün qeyd edilir. Orada bu gün də 

bayramdır, dünən də bayram idi. İnsanlar orada çox gözəl 

bayram edirlər, mahnılar oxuyurlar, rəqs edirlər, bir-birini 

ziyarət edirlər. 

Bilirsiniz, yəqin Türkiyə televiziya kanalları veribdir. 

Türkiyənin prezidenti, mənim  əziz dostum, qardaşım, hörmətli 

Süleyman Dəmirəllə çox ətraflı görüşlərimiz, danışıqlarımız 

olubdur. Türkiyənin Baş naziri hörmətli cənab Bülənd Ecevitlə, 

Baş nazirin müavini hörmətli cənab Dövlət Baxçəli ilə, Türkiyə 

Silahlı Qüvvələri Baş Qərargahının rəisi hörmətli cənab Hüseyn 

Kıvrıkoğlu, xarici işlər naziri hörmətli cənab  İsmayıl Cəm ilə 

çox məsələləri müzakirə etmişik. Mən bütün bu danışıqlardan, 

müzakirələrdən məmnunam. Ona görə  də, görürsünüz, yaxşı 

əhval-ruhiyyə ilə gəlmişəm. 



S u a l: Cənab prezident, Ermənistan-Azərbaycan, Dağlıq 

Qarabağ münaqişəsinin sülh yolu ilə  həll edilməsi barədə 

danışıqlar hansı səviyyədədir? 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə