Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə61/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   57   58   59   60   61   62   63   64   ...   145

__________________________________________ 

210


Sizə  məlum olduğu kimi, bu, birinci pay bölgüsü 

müqaviləsidir və pay bölgüsünə dair ilk müqaviləyə görə biz 

quruda bu quyunu qazırıq Mən deyərdim ki, bu, yatmış 

əjdahanın oyadılmasına bənzəyir. 



Heydər  Əliyev:  Təşəkkür edirəm. Hörmətli cənab Rifkind, 

hörmətli cənab Remp, verdiyiniz məlumatlara görə  mən sizə 

təşəkkür edirəm. 

Böyük Britaniyada Azərbaycanın yaxşı tanınması üçün, 

Azərbaycanın bugünkü gününü ölkənizin vətəndaşlarına daha da 

obyektiv çatdırmaq üçün gördüyünüz işlər bizdən ötrü çox 

əhəmiyyətlidir. Ona görə, cənab Rifkind, verdiyiniz məlumatlar 

məni çox məmnun etdi və güman edirəm ki, siz bu işi bundan 

sonra da davam etdirəcəksiniz. 

Ümumiyyətlə, demək istəyirəm ki, biz indi dünyanın bir çox 

şirkətləri ilə  əməkdaşlıq edirik. Hətta çox boyük, nəhəng 

şirkətlərlə. Amma bu sahədə «Ramko» şirkəti hamısından çox iş 

görür. Mən bunu çox qiymətləndirirəm. O nəhənglər belə 

şeylərə bir az fikir vermirlər. Amma sizin bu sahəyə diqqət 

yetirməyiniz həqiqətən Azərbaycana olan dostluq, səmimilik 

münasibətini nümayiş etdirir. 

Sabah sizin burada keçirəcəyiniz tədbirdə  də, təbiidir ki, 3 

bizim nümayəndələr yüksək səviyyədə  iştirak edəcəklər. Kimi 

istəyirsiniz, mən ora göndərim. 

Cənab Rempin «Muradxanlı» haqqında verdiyi məlumatlar 

da məni sevindirir. Mən görüşün əvvəlində dedim ki, televiziya 

idi, ya qəzetdə - haradasa gördüm ki, belə bir məlumat verilib ki, 

«Muradxanlı»da işlər yaxşı gedir. 

Həqiqətən, - cənab Remp dedi, «Muradxanlı» yatmış böyük, 

nəhəng yataqdır. Bu, Abşeron yarımadasında və Abşeron 

yarımadasından cənubda, onun ətrafında olan yerlərdən bir az 

uzaqda Azərbaycanın  ərazisində açılan ilk neft yatağıdır. Bu 

yataq 70-ci illərin ortasında, ya ikinci yarısında açıldı. 

  



__________________________________________ 

211


O vaxt bu, bizim üçün çox böyük bir hadisə idi. Çünki orada 

ilk quyu gərək ki, 500-800 ton neft verirdi və bizim neftçilər o 

vaxt bunun çox böyük perspektivi olduğunu deyirdilər. Mən də 

Azərbaycanın rəhbəri kimi, təbii ki, nəinki bunu dəstəkləyirdim, 

hətta buna bütün yardımları edirdim. Sonra dedilər ki, o 

quyunun neft hasilatı azaldı. Nəsə orada səhvlər buraxıldı. Sonra 

mən Azərbaycandan getdim. Amma maraqlanırdım ki, 

«Muradxanlı» necə oldu? Mən yenidən Azərbaycanın 

rəhbərliyinə  gəbndə - 1993-1994-cü illərdə yenə  də 

«Muradxanlı» haqqmda maraqlanırdım. Çünki dənizdə bizim 

yeni-yeni yataqlarımız çox açıldı. Məsələn, «Azəri», «Çıraq», 

«Günəşli» də o vaxt, o illərdə açılmış və istifadəsinə başlanmış 

yataqlardır. Amma Azərbaycanın quru hissəsində yeni yataqlar 

açılmayıbdır. Ona görə bu, bizi çox sevindirmişdir və «Ramko» 

şirkətinin bu yatağa maraq göstərməsini mən böyük 

məmnuniyyətlə  qəbul etdim. İnanıram ki, siz doğrudan da o 

yatmış nəhəngi yuxudan oyadacaqsınız və oradan yaxşı nəticələr 

əldə edəcəksiniz. Mən sizin bütün işlərinizi dəstəkləyirəm. Sağ 

olun. 

S t i v R e m p: Cənab prezident, icazə verin Sizə Londonda 

ingilis dilində  nəfis  şəkildə buraxılmış «Azərbaycan - Odlar 

yurdu» kitabını  təqdim edim. Cənab prezident, bu kitab 

Azərbaycanın həyatının bütün sahələrini  əks etdirir və 40 min 

nüsxə tirajla nəşr olunmuşdur. Burada Sizin rəhbərliyiniz altında 

Azərbaycanda son dövrlərdə qazanılmış nailiyyətlərdən, 

ölkənizin ictimai-siyasi həyatının bugünkü reallıqlarından bəhs 

edilir, həmçinin siyasət, iqtisadiyyat, mədəniyyət, elm, təhsil 

sahələrinə dair maraqlı yazılar vardır. Kitabda qaçqınların, 

məcburi köçkünlərin düşdüyü ağır vəziyyət, Ermənistan silahlı 

qüvvələrinin Azərbaycan  ərazisinin 20 faizini işğal etməsi 

barədə məlumatlar dərc edilmiş və işğal olunmuş ərazilər xəritə 

vəsitəsilə göstərilmişdir. Bu da oxucularda aydın təsəvvür 

yaradır. Azərbaycanın, Bakının 

  

 



__________________________________________ 

212


 

  

mənzərəsi, dənizdə  və qurudakı neft yataqları, ayrı-ayrı  sənaye 



müəssisələri barədə fotoşəkilləri olan bu kitab İngiltərənin rəsmi 

dairələrinə, dövlət kitabxanalarına, ali məktəblərdə  təhsil alan 

tələbələrə paylanacaq, Azərbaycana da gətiriləcəkdir. 

  



__________________________________________ 

213


BÖYÜK BRİTANİYANIN «MORRİSON KASPİAN  

LTD» ŞİRKƏTİNİN DİREKTORLAR ŞURASININ  

SƏDRİ FREYZER MORRİSON İLƏ  

GÖRÜŞDƏ SÖHBƏT 

 

Prezident sarayı  

 

17 yanvar 2000-ci il 

 

Heydər  Əliyev: Azərbaycana xoş  gəlmisiniz! Sizi çoxdan 

gözləyirik. 1998-ci ildə Londonda biz anlaşma imzalamışıq, 

indiyə qədər həyata keçirilmir. Ona görə mən elə bu sualı dərhal 

sizə verirəm. Bilmirəm, siz mənə nə deyəcəksiniz. Buyurun. 

Freyzer Morrison:  Cənab prezident, təşəkkür edirəm. 

Bakıda yenidən olmaq bizim üçün çox xoşdur. Xüsusilə xoşdur 

ki, Sizi bu cür yaxşı  əhval-ruhiyyədə görürük. Həqiqətən, Siz 

doğru buyurdunuz ki, biz sənədi Londonda imzalamışdıq. 

Həmin sənədi biz Bakının meri ilə imzalamışdıq. Bu sənədə 

əsasən Bakı bulvarında müəyyən işlər görməliydik. Böyük 

məmnuniyyətlə Sizə  məlum edirəm ki, bu sahədə müəyyən 

tərəqqi  əldə olunubdur. Mənim indiki səfərim «Ramko»nun 

Azərbaycana sərmayələr cəlb etmək üzrə  tədbiri ilə üst-üstə 

düşür. Cənab Maikolm Rifkind və  cənab Stiv Remp məndən 

xahiş etdilər ki, bu konfransda iştirak edim. Mən bunu böyük 

məmnuniyyətlə Sizə məlum edirəm. 

Mən  Şotlandiyanın elə bir hissəsindənəm ki, orada iqtisadi 

durğunluq vardı, iqtisadiyyat çox aşağı göstəriciləri ilə seçilirdi 

və əhali də çox kasıb yaşayırdı. Lakin bu vəziyyət 1970-ci illərə 

qədər davam etdi. Sonra, Sizə  məlum olduğu kimi, Şimal 

dənizində neft tapıldı. Son 25 ildə iqtisadiyyat görünməmiş 

şəkildə inkişaf etməyə başladı  və neftdən sonra burada elə bir 

nəsil 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə