Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə48/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   44   45   46   47   48   49   50   51   ...   145

__________________________________________ 

161


 

«III MİNİLLİK. ƏSRİN YEKUNLARI  

GƏLƏCƏYƏ BAXIŞ»  

BEYNƏLXALQ KONQRESİNƏ 

 

Hörmətli konqres iştirakçıları!  



Sizi - «III minillik. Əsrin yekunları. Gələcəyə baxış» 

beynəlxalq konqresinin bütün iştirakçılarını ürəkdən salamlayır, 

hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm. 

Sizin xoşməramlı toplantınız bəşəriyyətin həyatında 

əlamətdar tarixi anların yaşandığı bir dövrə  təsadüf edir. Bu 

günlər müqəddəs  İsa peyğəmbərin mövludunun iki min illiyi 

böyük təntənə ilə qeyd olunur. Möhtəşəm tarixi, ictimai-siyasi 

hadisələrlə dolu XX əsr başa çatır, dünyamız böyük həyəcan və 

ümidlərlə III minilliyə qədəm qoyur. 

Əsrlərin, minilliklərin belə bir tarixi qovuşuq məqamında II 

minilliyin yekunlarını  və yeni minillikdə dünyamızın inkişaf 

perspektivlərini müzakirə etmək məqsədi ilə dünya şöhrətli 

alimlərin, görkəmli elm, mədəniyyət xadimlərinin, siyasət və iş 

adamlarının bir araya gəlməsini yüksək qiymətləndirir, xeyirxah 

məram və  məqsədlərinizi ürəkdən dəstəkləyirəm. Ümidvaram 

ki, Konqresdə konstruktiv müzakirələr aparılaraq dünyamızın 

dünəni, bu günü və gələcəyi barədə obyektiv elmi nəticələr əldə 

ediləcəkdir. Əziz dostlar! 

Dünyanın ən qədim elm və mədəniyyət mərkəzlərindən olan 

Azərbaycan artıq doqquzuncu ildir ki, xalqımızın sarsılmaz  və 

iradəsi sayəsində öz tarixi haqqına - milli müstəqilliyinə  

olmuşdıır. Dünya Birliyinin tam və  bərabər hüquqlu üzvü olan 

suveren Azərbaycan Respublikası müstəqil daxili və xarici 

 

  



 

  



__________________________________________ 

162


siyasət xətti yeridərək sivilizasiyalı beynəlxalq aləmlə 

inteqrasiya istiqamətində mühüm nailiyyətlər  əldə etmişdir. 

Demokratik dövlət quruculuğu prosesi, hüquqi islahatlar ardıcıl 

və dönməz xarakter almışdır. Azərbaycanın mühüm geostrateji 

mövqeyi, zəngin yeraltı-yerüstü sərvətləri, tarixi böyük İpək 

yolunun  Şərqi Qərblə qovuşduran strateji məntəqəsi olması 

barədə, güman edirəm ki, sizlərin kifayət qədər məlumatınız 

vardır. Bu gün dünyanın bir çox aparıcı dövlətləri, nüfuzlu şirkət 

və iqtisadi qurumları Azərbaycan Respublikasında neft 

sənayesinə  və digər sahələrə böyük investisiyalar qoymaqla 

perspektivli iqtisadi proqramlar həyata keçirməkdədirlər. 

Biz beynəlxalq hüquqi dəyərlərin ölkəmizdə bərqərar olması 

və dünya dövlətləri ilə qarşılıqlı  işgüzar  əlaqələrin, bərabər 

hüquqlu siyasi, iqtisadi, mədəni, elmi-texniki əməkdaşlığın 

inkişafı istiqamətində ardıcıl iş aparırıq. Respublikada hökm 

sürən ictimai-siyasi sabitlik, xalqımıza xas olan yüksək 

qonaqpərvarlik və  işgüzarlıq bu işin uğurla həyata keçirilməsi 

üçün  əlverişli  şərait yaradır. Müstəqil, demokratik Azərbaycan 

Respublikası mütərəqqi dünyaya açıq bir ölkədir və  mən sizin 

hər birinizi öz ölkəmdə salamlamaqdan məmnun olardım. 

Azərbaycanda  ənənəvi dünya dinlərinin, o cümlədən 

xristianlığın kökü çox-çox qədimlərə gedib çıxır. Burada aparıcı 

konfessiyalar, müsəlman məscidləri, yəhudi sinaqoqları, xristian 

kilsələri  əsrlərlə  əmin-amanlıq  şəraitində  fəaliyyət göstərərək 

insanlar arasında dostluq, qardaşlıq münasibətlərinin,  şəfqət və 

mərhəmət hisslərinin bərqərar olmasında gərəkli rol oynamışlar. 

Demokratik, dünyəvi respublikamız bu gün də öz mütərəqqi 

tarixi ənənələrinə sadiqdir. 

Mən sizi əlamətdar tarixi bayram - İsa peyğəmbərin 

mövludunun iki minilliyi münasibətilə ürəkdən təbrik edir

  



__________________________________________ 

163


hər birinizə cansağlığı, xoşbəxtlik arzulayır, xeyirxah məramla 

toplaşdığınız beynəlxalq konqresinizin işinə böyük uğurlar 

diləyirəm. 

 

HEYDƏR ƏLİYEV 



Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 4 yanvar 2000-ci il 



 

 

  




__________________________________________ 

164


TÜRKİYƏYƏ QISAMÜDDƏTLİ İŞGÜZAR  

SƏFƏRƏ YOLA DÜŞMƏZDƏN ƏVVƏL  

BİNƏ HAVA LİMANINDA  

JURNALİSTLƏRİN SUALLARINA CAVAB 

 

9 yanvar 2000-ci il 

 

S u a l: Cənab prezident, Türkiyə Respublikasına bu 

dəfəki səfərdən məqsəd nədir və  səfər zamanı Türkiyə 

rəhbərliyi ilə hansı  məsələləri müzakirə etmək nəzərdə 

tutulur? 

C a v a b: Bilirsiniz ki, Türkiyə Cümhuriyyəti ilə 

Azərbaycan arasında çox sıx dostluq, əməkdaşlıq  əlaqələri var. 

Bu 

əlaqələr daim bizim görüşlərimizin və 



məsləhətləşmələrimizin olmasını  tələb edir. Bilirsiniz ki, son 

zamanlar mən bir neçə  dəfə Türkiyədə olmuşam və  hər dəfə 

bütün başqa tədbirlərdə  iştirak etməklə yanaşı, ölkələrimiz 

arasındakı əlaqələr haqqında geniş fikir mübadiləsi aparmışıq. 

İndi mənim səfərim prezident hörmətli cənab Süleyman 

Dəmirəlin dəvəti ilədir. Bu, qısamüddətli bir səfərdir.  Əsas 

məsələ Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması 

barədə yenidən məsləhətləşmələr aparmaqdır. Çünki bilirsiniz 

ki, Ermənistan Azərbaycanın torpaqlarını  işğal etdiyinə görə

Türkiyənin bu ölkə ilə indiyə qədər nə diplomatik əlaqəsi var, nə 

sərhədlərinin açılmasına yol verirlər, nə yolların açılmasına yol 

verirlər. Bilirsiniz ki, Türkiyə ilə Ermənistan arasında uzun 

məsafəli sərhəd var. Burada yollar var: həm dəmir yolu, həm 

avtomobil yolu var, bu da təbiidir ki, Ermənistan üçün çox 

lazımdır. Ona görə  də bu məsələnin həll olunmasında 

Ermənistan prezidenti Koçaryanla mənim apardığım 

danışıqlarda bu problemlər həmişə durur. 

  

 



 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə