2008-ci ilin yekunları üzrə pul siyasətinin yerinə yetirilməsi vəziyyəti haqqında



Yüklə 300,31 Kb.
Pdf görüntüsü
tarix17.09.2018
ölçüsü300,31 Kb.
#69088


 

 

 



 

 

2009-ci ilin I rübünün yekunları üzrə 



pul siyasətinin yerinə yetirilməsi 

vəziyyəti haqqında 

 

H E S A B A T



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

                     Azərbaycan Respublikası Mərkəzi Bankı



 

                                                    Bakı-2009

 

 

 




 

 

1

 

1. 

Makroiqtisadi durum və qlobal iqtisadi proseslər 

Makroiqtisadi vəziyyət. Azərbaycan iqtisadiyyatı son illərdə nümayiş etdirdiyi 

yüksək iqtisadi artım tempini 2009-cu ilin I rübündə də saxlamışdır.

 

Hesabat rübündə



 

ölkədə  iqtisadi  artım  4.1%,

 

o  cümlədən  qeyri-neft  sektorunda  isə  13.7%  təşkil 



etmişdir.  

Qrafik 1.  

 

Bazar  iqtisadiyyatlı  ölkə  ücün  vacib  şərt  olan  özəl  sektorun  iqtisadiyyatdakı 



rolu da yüksək olaraq qalır. Dövr ərzində ÜDM-in 85%-dən coxu, o cümlədən sənaye 

məhsulunun 74.4%-i, kənd təsərrufatı məhsulunun demək olar ki, hamısı qeyri-dövlət 

bölməsinin payına düşmüşdür. 

 

Ötən ilin son aylarından başlayan deflyasiya prosesi cari ilin I rübündə də davam 



etmişdir. Belə ki, 2009-cu ilin I rübündə 2.1% deflyasiya qeydə alınmışdır.  Orta illik 

inflyasiya 8.4% təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövründən 2 dəfə aşağıdır. 

 

 

 

 

 

 


 

 

2

 

Qrafik 2. 

 

Ötən  ilin  müvafiq  dövrünə  nəzərən  dünya  bazarında  enerji  daşıyıcılarının 



qiymətinin kəskin düşməsinə baxmayaraq ölkənin xarici ticarət balansında müşayiət 

olunan müsbət meyllər davam etməkdədir. Dövlət Statistika Komitəsinin məlumatına 

əsasən  xarici  ticarət  dövriyyəsi  2009-cu  ilin  I  rübündə  3804.4  mln.  dollar  təşkil 

etmişdir  ki,  bunun  da  2482.3  mln.  dolları  ixracın,  1322.1  mln.  dolları  isə  idxalın 

payına düşür. Ümumilikdə dövr ərzində ticarət balansında 1160.2 mln. dollar profisit 

yaranmışdır

.  

Əhalinin  sosial  vəziyyətinin  yaxşılaşması  cari  ilin  I  rübündə  də  davam 

etməkdədir.  Belə  ki,  bu  dövrdə  orta  aylıq  əmək  haqqı  292  manata  çatmış  və  onun 

artım tempi ötən ilin müvafiq dövrünə nəzərən 26.5% təşkil etmişdir.  

 

 Dünya  maliyyə və əmtəə  bazarlarında baş  verən  meyllər.



 

Aparıcı ölkələrin 

iqtisadiyyatında  baş  verən  proseslər  onların  maliyyə  bazarlarının  indikatorlarında  öz 

əksini tapmışdır.  

Rüb ərzində ABŞ dollarının məzənnəsi dünyanın aparıcı valyutalarına nəzərən 

əsasən bahalaşma istiqamətində dəyişmişdir. Belə ki, 2009-cu ilin I rübünün yekunu 

üzrə  ABŞ  dollarının  məzənnəsi  avroya  nəzərən  5.7%,  Rus  rubluna  nəzərən  12.3%, 

İngilis  funt  sterlinqinə  nəzərən  1.3%,  İsveçrə  frankına  nəzərən  8%,  Yapon  yeninə 

nəzərən isə 8.2% bahalaşmışdır.  



 

 

3

 

 

Rüb  ərzində  əsas  dünya  fond  indekslərinin  səviyyəsi  azalmışdır.  Belə  ki,  Nyu 



York Fond Birjasında hərraca çıxarılan 30 ən iri sənaye şirkətinin orta qiymətini əks 

etdirən  “Dou  Cons”  indeksi  13.3%,  ABŞ-ın  100  ən  iri  yüksək  texnoloji  şirkətinin 

səhmlərinin qiymətləri əsasında hesablanmış  “Nasdaq” indeksi 3.1%, Avropanın 100 

ən  iri  şirkətinin  səhmlərinin  qiymətləri  əsasında  hesablanmış  “FTSE  eurotop  100” 

indeksi  12.2%,  Almaniya  Fond  Birjasında  hərraca  çıxarılan  100  ən  iri  şirkətin 

səhmlərinin  orta  qiyməti  “DAX”  indeksi  15.1%,  Tokio  Fond  Birjasında  hərraca 

çıxarılan  225  ən  iri  şirkətin  səhmlərinin  qiymətləri  əsasında  hesablanmış  Nikkey 

indeksi isə 6.6% aşağı düşmüşdür. 



 

Qeyd olunan dövrdə dünya bazarında  Azeri light  markalı neftin  orta  qiyməti 

45.7 ABŞ dolları təşkil etmişdir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə (98.3 

dollar) 53.5% azdır.  



 Dövr  ərzində  dünya  bazarlarında  qızılın  qiymətinin  artması  davam  etmişdir. 

Belə ki, beynəlxalq bazarda qızılın unsiyasının qiyməti dövrün əvvəlində  876.1 ABŞ 

dolları  olduğu    halda,  dövrün  sonuna  4.8%  (və  ya  44.5  ABŞ  dolları)  artaraq   920.1 

ABŞ dolları səviyyəsinə yüksəlmişdir.  

 

2. Pul siyasəti

 

Pul siyasətinin hədəflərinə nail olunması vəziyyəti. Mərkəzi Bank 2009-cu il 

üçün bəyan etdiyi pul siyasətinin əsas istiqamətlərinə uyğun olaraq hesabat dövründə 

makroiqtisadi  tarazlığın  və  dayanıqlığın  təmin  olunmasına,  habelə  bank  sistemində 

maliyyə sabitliyinin qorunmasına yönəldilmiş pul və məzənnə siyasəti yeritmişdir.  

Rüb  ərzində  əsasən  qonşu  ölkələrdə  gedən  devalvasiyanın  psixoloji  təsiri  ilə 

valyuta bazarında dollara tələbat artmışdır. Bazarın vaxtında tənzimlənməsi sayəsində 

manatın məzənnəsi sabit qalmış və nəticədə ilin əvvəlindən bəri manat ABŞ dollarına 

qarşı cəmi 0.2% ucuzlaşmışdır. Tədiyə balansının tarazlığı manatın məzənnəsinin sabit 

qalmasının əsas faktoru olmuşdur.  Manatın sabit qalması dövr  ərzində inflyasiyanın 

artmamasına, iqtisadi subyektlərin maliyyə itkilərindən qorunmasına imkan vermişdir.  




 

 

4

 

Ticarət  partnyoru  olan  ölkələrin  valyutalarına  nəzərən  ikitərəfli  nominal 



məzənnələrinin  dəyişiminin  ticarət  xüsusi  çəkiləri  nəzərə  alınmaqla  həndəsi  ortasını 

əks etdirən manatın nominal effektiv məzənnəsi 2009-cu ilin I rübündə ümumi ticarət 

dövriyyəsi  üzrə  7.9%  bahalaşmışdır  ki,  bu  da  orta  illik  inflyasiyanın  birrəqəmli 

səviyyəyə düşməsinə  müsbət təsir göstərmişdir. Real effektiv məzənnə isə bu dövrdə 

4.2%  möhkəmlənmişdir.  Partnyor  ölkələrin  əksəriyyətində  inflyasiya  getdiyi  halda 

Azərbaycanda  deflyasiyanın  baş  verməsi  real  effektiv  məzənnəyə  azaldıcı  təsir 

göstərmişdir. 

Qlobal böhranın ölkə iqtisadiyyatına təsirini minimuma endirmək üçün 2008-ci 

ilin  sonlarından  başlanan  pul  siyasətinin  yumşaldılması  2009-cu  ilin  I  rübündə  də 

davam etdirilmişdir.  

Ölkədə inflyasiya gözləntilərinin azalmasını nəzərə alaraq və işgüzar aktivliyin 

yüksəldilməsi  məqsədilə  hesabat  dövrü  ərzində  uçot  dərəcəsi  8%-dən  3%-ə,  faiz 

dəhlizinin  yuxarı  həddi  isə  13%-dən  8%-ə  endirilmişdir.  Məcburi  ehtiyat  normaları 

6%-dən 0.5%-ə salınmışdır.  

Beləliklə  rüb  ərzində  Mərkəzi  Bank  tərəfindən  likvidliyin  verilməsi 

əməliyyatları 

aktivləşdirilmiş, 

likvidliyin 

cəlb 

olunması 



alətləri 

isə 


məhdudlaşdırılmışdır.  Rüb  ərzində  Mərkəzi  Bankın  təkrar  maliyyələşdirmə 

əməliyyatlarının həcmi 10% artmışdır. Həm manat, həm də xarici valyuta ilə məcburi 

ehtiyat  normasının  azaldılması  hesabına  isə  I  rüb  ərzində  bank  sisteminə  247  mln. 

manat likvidlik verilmişdir.  

Nəticədə  son  illər  ərzində  ilk  dəfə  olaraq  likvidliyin  verilməsi  alətlərinin 

(yenidənmaliyyələşdirmə,  tərs  REPO,  SVOP)  həcmi  ilə  likvidliyin  cəlb  olunması 

alətlərinin  (not  portfeli,  REPO,  məcburi  ehtiyatlar)  fərqini  xarakterizə  edən  likvidlik 

saldosu pozitiv zonaya keçmişdir.



 

Bütün bunlar bankların likvid vəsaitlərinin artması ilə müşaiyət olunmuş və pul 

təklifinin əhəmiyyətli azalmasının qarşısını almışdır. Rübün sonuna ötən ilin müvafiq 

dövrü  ilə  müqayisədə  manatla  pul  bazasının  artım  tempi  14%,  manatla  geniş  pul 




 

 

5

 

kütləsinin  artımı  isə  7.1%  təşkil  etmişdir.  Pul  kütləsinin  qeyri-neft  Ümumi  Daxili 



Məhsula nisbəti 31%-ə çatmışdır.  

 

Qrafik 5.           

 

 



Mərkəzi  Bankın  makroiqtisadi  sabitliyə  yönəldilmiş  pul  və  məzənnə  siyasəti 

ölkədə maliyyə sabitliyinin qorunmasına yardım etmişdir. 



 

3. Maliyyə bazarları  

   

Banklararası  pul  bazarı.  2009-cu  ilin  I  rübündə  Mütəşəkkil  Banklararası 

Kredit  Bazarında  əqdlər  manat,  ABŞ  dolları  və  avroda  bağlanmışdır.  Manatla 

bağlanmış əqdlərin ümumi həcmi 18,5 mln. manat təşkil etmişdir. Bağlanmış  əqdlər  

üzrə  orta  illik  faiz  dərəcəsi  12,9%  təşkil  etmişdir. Dövr  ərzində  ABŞ dolları  ilə  

bağlanmış  əqdlərin  ümumi  həcmi  6,5 mln. ABŞ  dolları  və  orta  illik  faiz  dərəcəsi  

15,8% təşkil  etmişdir. Avro  ilə  bağlanmış 12 əqdin ümumi həcmi  27,2 mln. avro, 

orta  illik  faiz  dərəcəsi  isə  14,3% təşkil  etmişdir. Verilmiş  kreditlərin  müddəti  1-

270 gün  diapozonunda  olmuşdur. 

   

Hesabat  dövrü  ərzində   dövlət qiymətli kağızları ilə “bank-bank” sxemi üzrə  



banklararası REPO əməliyyatlarının ümumi həcmi 61,2 mln. manat  təşkil  etmişdir. 

Müqayisə üçün qeyd edək ki, 2008-ci ilin müvafiq dövrü ərzində bu  göstərici 204,3 

mln. manat olmuşdur.

 

Banklararası REPO əməliyyatları üzrə orta  ölçülmüş  gəlirlilik 




 

 

6

 

1,51%  təşkil  etmişdir.  Aparılmış  əməliyyatların  müddəti  1-11  gun  diapozonunda 



olmuşdur.

 

Dövlət  qiymətli  kağızlar  bazarı.  Cari ilin yanvar-mart ayları ərzində notların  

yerləşdirilməsi  üzrə  Mərkəzi  Bank  tərəfindən  11  auksion  keçirilmişdir.  Emissiyanın  

ümumi  həcmi  375  mln.  manat,  yerləşdirilmiş  notların    həcmi  isə  135  mln.  manat 

(emissiya  həcminin  36%-i)  təşkil  etmişdir.  Mərkəzi    Bankın    qısamüddətli    notları  

üzrə  orta  ölçülmüş  gəlirlilik    azalaraq  dövrün  əvvəlində  keçirilmiş  ilk  auksiondakı   

4,26%-dən sonuncu auksionda 2,61%-dək enmişdir. Notlar üzrə təkrar bazarın  həcmi 

35,9 mln. manat təşkil etmişdir ki, bu da 2008-ci ilin muvafiq dövrü  ilə  müqayisədə 

49% çoxdur.  

 

Bankların  likvid  vəsaitlərə  ehtiyacını,  onların  müştərilər  qarşısında  



öhdəliklərinin  vaxtında  icrasını  təmin    etmək  məqsədilə  dövr  ərzində  aparılmış   

REPO  əməliyyatlarının həcmi  1359,1  mln.  manat  təşkil  etmişdir.

 

2009-cu ilin  I  rübü 



ərzində əksREPO əməliyyatı keçirilməmişdir

.  


Cari  ilin  I  rübü  ərzində  Maliyyə  Nazirliyi  tərəfindən  Dövlət  qısamüddətli 

istiqrazların  yerləşdirilməsi  üzrə  24  hərrac  keçirilmişdir.

 

Emissiya  həcmi  253  mln. 



manat,  yerləşdirilmiş  DQİ-lərin  həcmi  isə  77,2  mln.  manat  təşkil  etmişdir.

 

Orta  



ölçülmüş  gəlirlilik  ilk  hərracda  5,7%  təskil  etdiyi  halda,  son  hərracda  5,04%  

səviyyəsinə enmişdir.



 

Dövr ərzində  DQİ-lər üzrə təkrar bazarın həcmi 131 mln. manat 



təşkil etmişdir. 

Ümumilikdə, 2009-cü ilin I rübündə Mərkəzi Bankın yeritdiyi pul siyasəti, 

preventiv rejimdə qəbul edilən qərarlar və görülən qabaqlayıcı tədbirlər maliyyə 

sabitliyinin qorunmasını təmin etmişdir.  

 

Yüklə 300,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə