Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə45/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   41   42   43   44   45   46   47   48   ...   145

__________________________________________ 

149


KUBA RESPUBLİKASININ 

DÖVLƏT ŞURASININ SƏDRİ 

ZATİ-ALİLƏRİ 

CƏNAB FİDEL KASTROYA 

 

Zati-aliləri! 



Kuba Respublikasının milli bayramı - Azadlıq günü 

münasibətilə sizi və dost Kuba xalqını ürəkdən təbrik edirəm. 

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Kuba 

Respublikası arasında dostluq və  əməkdaşlıq  əlaqələri 

xalqlarımızın rifahı naminə genişlənib möhkəmlənəcəkdir. 

Fürsətdən istifadə edib sizə möhkəm cansağlığı  və  səadət, 

ölkənizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram. 

 

Hörmətlə, 



 

HEYDƏR ƏLİYEV  

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 1 yanvar 2000-ci il 



 

 

 



  

 

 



 

 

 



 

  



__________________________________________ 

150


 

«EKONOMİÇESKAYA JİZN» QƏZETİNİN  

MÜXBİRİNƏ MÜSAHİBƏ 

 

2 yanvar 2000-ci il 

 

Bir vaxtlar ucsuz-bucaqsız məkan olan, gah Rusiya 

imperiyası, gah SSRİ, gah da MDB adlandırılan məkanın 

dağıdılması  və ya birləşdirilməsi lüzumu barədə ictimaiyyətin 

niskili çoxdandır ki, geniş hal almışdır. Bəs qonşularımız 

azadlıq və suverenlikdən savayı daha nə  əldə etmişlər? Nə 

itirmişlər? O cümlədən Rusiyanın özü də  nə qazanmış, nə 

itirmişdir?  İqtisadi mövzuda yazan jurnalistlərin nümayəndə 

heyəti bu yaxınlarda Bakıda olmuşdur, Onların arasında 

«Ekonomiçeskaya qazeta» nəşriyyat evinin jurnalistləri də 

vardı. Azərbaycan prezidenti Heydər  Əliyev ilə söhbətimiz, 

hökumət komandasındakı respublikanın gənc iqtisadçıları ilə, 

Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti İlham 

Əliyevlə, habelə adi adamlarla və  şəhər sakinləri ilə 

görüşlərimiz bu ölkənin Rusiya ilə  əməkdaşlığa açıq və hazır 

olması təəssüratı bağışladı. 

Heydər  Əliyeviç, Bakıda yeniliklər çoxdur. Şəhərin tarixi 

hissəsinin necə  bərpa edildiyi görünür, çoxlu müasir binalar 

var, yeni HAVA limanı tikilib... 

Respublikanın rəhbəri kimi, mən hava limanını hələ 1983-ci 

ildə tikdirməyə başlamışdım, sonra Moskvaya işləməyə getdim 

və tikintini dayandırdılar. 1993-cü ildə  mən respublikaya 

rəhbərliyə qayıtdım və gördüm ki, burada hər şey dağıdılır. Biz 

işləyib ilk vəsaiti qazandıqdan sonra aerovağzalın inşasına 

başladıq və indi o, beynəlxalq dərəcəyə layiqdir. 

Bakıda az qala bir-birinə yapışmış çoxlu köhnə evlər var. Baş 

tikinti planına uyğun olaraq onlar uçurulur və yerlərində yeni, 

  



__________________________________________ 

151


müasir evlər və inzibati binalar ucaldılır. Bu, bazar iqtisadiyyatı 

dovründə mümkün olmuşdur, hərçənd SSRİ dövründə  də biz 

respublikamıza buraxılan maliyyə  vəsaitindən səmərəli istifadə 

edirdik.  İndi bizdə tikintini özəl strukturlar aparır. Biz şəhərdə 

sərmayədarların planlarına uyğun olaraq tikinti aparılmasına 

imkan vermişik. Məsələn, Milli Bank pulu özü qazanır və 

dövlətdən bir qəpik almadan tikinti ilə  də özü məşğul olur. 

Bilirsiniz ki, ərazimizin 20 faizi Emrənistan silahlı birləşmələri 

tərəfindən işğal edilib və bu torpaqlardan qovulmuş bir milyon 

qaçqın çadırlarda, ictimai binalarda və  məktəb binalarında 

yaşayır. Bu adamların çoxu işləmir və dövlət onları 

dolandırmağa məcburdur. 



Aydındır ki, respublikada problemlər çoxdur, amma Bakının 

küçələrində geyinib-gecinmiş adamlar çoxdur, xarici markalı 

maşınların  əlindən tərpənmək mümkün deyil, bazar yerli 

məhsullarla doludur, o qədər də baha olmayan yaxşı kafelər 

var, teatrlar işləyir, fərəhli haldır ki, onlardan biri də rus 

teatrıdır. Yəni, həyat qaydasına düşür. 

Məsələ  hər  şeydən  əvvəl iqtisadi islahatların səmərəli və 

planlı  şəkildə aparılmasındadır. Biz Azərbaycanda torpaqları 

kəndlilərə vermişik və kənd təsərrüfatı məhsullarının 98 faizini 

özəl sektorun hesabına əldə edirik. 1999-cu ilə istehsalı altı dəfə 

artmışdır, halbuki 1990-cı ildən 1994-cü ilədək respublikanın 

iqtisadiyyatında tənəzzül hər il 20-25 faiz təşkil edirdi. Çörək 

almaq mümkün deyil, çox boyük növbələr yaranırdı. İndi bizdə 

ət çox ucuzdur. Ümumi məhsulun 60 faizi, sənaye məhsulunun 

30 faizi, tikintinin 60-70 faizi, yük daşınmalarının 40-45 faizi 

özəl sektorun payına düşür. 

Lakin başlıcası neftdir. Azərbaycan müstəqil olduqdan sonra 

öz iqtisadiyyatının inkişafını təmin etməli idi və təbii ki, biz ilk 

növbədə öz sərvətlərimizdən istifadə etməyi qərara aldıq. Bizim 

neftçilərin - dənizdə «qara qızıl» hasilatı sahəsində ən təcrübəli 

olan neftçilərimizin nə vəsaiti, nə də Şimal dənizində cəmi 25 il 

neft çıxaran ingiltərə və Norveç kimi inkişaf 

  



__________________________________________ 

152


 

  

etmiş ölkələrin bu gün malik olduğu texnologiyaları yox idi. 



Lakin biz Yaponyadan tutmuş ABŞ-dək 15 ölkənin 33 şirkətinə 

Azərbaycanda işləməyə imkan verərək vəziyyəti düzəltdik. 

Onlar bizim sənayemizə öz kapitallarını qoyur, 500-700 metrə 

qədər dərinliklərdə  işləmək üçün müasir texnikadan və 

platformalardan istifadə edirlər. Biz onların təcrübəsini fəal 

surətdə öyrənir və eyni zamanda Xəzər dənizinin  şelfınə yaxşı 

bələd olan neftçilərimizin təcrübəsini onlarla bölüşürük. Son 

dörd ildə respublikanın iqtisadiyyatına 5 milyard dollar sərmayə 

qoyulmuşdur, özü də ancaq neft sektoruna yox. 

1995-ci ildə biz tənəzzülün qarşısını aldıq və sonrakı illər 

iqtisadiyyatımızın inkişaf illəri oldu. Faktlar və statistika 

məlumatı bunu sübut edir. Bunlar beynəlxalq maliyyə 

mərkəzlərinin -Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının, 

Avropa Yenidənqurma və  İnkişaf Bankının, Avropa Birliyi 

İqtisadi Komissiyasının daimi nəzarəti altındadır. Biz insanlara 

sərbəstlik, sahibkarlıq üçün geniş imkanlar vermişik, xarici 

ticarəti liberallaşdırmışıq. 

Heydər  Əliyeviç, siz necə  işləyirsiniz? Yeni Azərbaycan 

Partiyasının qurultayında təxminən 2,5 saatlıq emosional və 

«sinədəftər» çıxışınızdan hiss edilir ki, Siz yaxşı formadasınız. 

Necə lazımdırsa, elə  də  işləyirəm, vəssalam. Mən 

çıxışlarımın mətnini heç vaxt əvvəlcədən yazmıram, 

baxmayaraq ki, həmişə çoxlu rəqəm göstərirəm. Sadəcə, bir gün 

əvvəl məlumat və arayışlarla tanış oluram, mənim yaxşı 

yaddaşım var. Öz işinə bağlı olanda, öz işinə yaxşı bələd olanda, 

nə deyəcəyini həmişə bilirsən. O ki qaldı  mənim fomrada 

olmağıma, neçə yaşım olduğunu bilirsiniz. Mən yaşca MDB 

ölkələrinin, necə deyərlər, ən ahıl prezidentiyəm... Mən həmişə 

çox işləmişəm və bu cür işləməyi də davam etdirirəm. 

Respublikamızda təxirəsalınmaz işlər çoxdur. 

 

Gennadi Poqov 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə