Avropa Birliyi və abş-ın nəqliyyat sistemlərindəki fərqlər



Yüklə 0,6 Mb.
tarix23.12.2022
ölçüsü0,6 Mb.
#97767
Seymur İsmayılov 620 3


Avropa Birliyi və ABŞ-ın nəqliyyat sistemlərindəki fərqlər
Avropa birliyi və ABŞ-ın nəqliyyat sistemləri arasındakı fərqləri bir sıra aspektdən dəyərləndirmək mümkündür:

  1. Qatar nəqliyyatı: Avropa birliyi ölkələri arasında olan qatar yollarına nəzər saldıqda, onların ABŞ qatar yollarına nəzərən daha çox olduğu və sıx yerləşdiyi açıq şəkildə görünür. ABŞ-ın bəzi ərazilərində yaxşı dizayn olunmuş tranzit şəbəkələri olsa da, bəzi ərazilər Amtrak(ölkənin ən böyük qatar yolu şirkəti) tərəfindən əhatə olunmayıb. Sürət qatarı yollarına baxdıqda da bənzər mənzərənin şahidi oluruq. ABŞ-da bir sıra sürət qatarı yolları olsa da bunlar sayı azdır və çox da sürətli olduqları(Avropada olanlara nisbətən) vurğulana bilməz. Məsələn, Boston və Washingtonu bir-birinə bağlayan Acela Line-da ən yüksək sürət 150 km/saat olsa da, ortalama sürəti 70 km/saat-dan bir qədər azdır. Lakin Avropada isə vəziyyət tamamilə fərqlidir.



Bunun səbəbini izah etmək üçün bəziləri ABŞ-ın ərazicə daha böyük olduğunu və bu cür nəqliyyat infrastrukturunun quraşdırılmasının daha çətin olduğunu bildirirlər. Lakin bu yanlışdır. ABŞ(9.8 mln ) ərazicə Avropa birliyindən(4.2 mln ) böyük olsa da, Kontinental Avropa(10.5 mln ) ABŞ-dan ərazicə daha böyükdür. Yəni, bunu əminliklə qeyd etmək olar ki, Avropa ABŞ-dan daha yaxşı dizayn olunub.

  1. Avtomobil nəqliyyatı: ABŞ-da şəxsi nəqliyyatı vəsaitələrindən istifadə digərlərinə nisbətən üstünlük təşkil edir. Əhalinin 90%-i avtomobil sahibidir. Lakin alternativ nəqliyyat inkişaf etmədiyindən yerdə qalan 10%(avtomobili olmayan) bu vəziyyətdən şikayətçidir. Bir digər absurt məsələ isə avtomobil yollarına və parking üçün ayrılan ərazilərin həcmindədir. ABŞ-da parking üçün ayrılan ərazi, yaşayış yerləri üçün ayrılan ərazidən daha böyükdür. ABŞ-da 250 milyon avtomobil üçün 2 milyard parking sahəsi vardır, Avropada isə 300 milyon avtomobilə 250 milyon. Bu məsələdə bir digər faktor isə əhali sıxlığıdır. İnsanların ən sıx yerləşdiyi şəhərlərə nəzər saldıqda Avropa şəhərlərinə az rast gəlinir. Bəs necə olur ki, Avropada yolların az olmasına baxmayaraq əhalinin sıxlığı da azdır? Bunun səbəbi avtomobil istifadəsini azaltmaq və daha önəmlisi keyfiyyətli alternativ təmin etməkdir. Avropada ictimai nəqliyyat infrastrukturu inkişaf etmişdir. Bir sözlə Avropa birliyi avtomobil almaq və istifadə etməyi bahalaşdırmışdır. Bunu avtomobil vergilərinin və benzinin qiymətinə nəzər saldıqda görmək mümkündür.





  1. Volesiped nəqliyyatı: Bir digər böyük fərq isə volesiped infrastrukturundadır. Bu cür infrastruktur Avropada mükəmməl şəkildə qurulmuşdur. Bunu daha yaxşı anlamaq üçün Avropada yerləşən velosiped yollarının xəritəsinə baxmaq kifayət edir. Bu cür xəritəni ABŞ ilə müqayisə etmək istərdim, lakin belə bir xəritə hələ ki yaradılmayıb.



Avropa birliyi 2014 və 2020 arasında şəhərlərin inkişafı üçün 115 milyard avro ayırmışdır. Buradakı məqsəd daha ağıllı, yaşıl və əlaqəli şəhərlərin yaradılmasıdır. Bu siyasətində nəticəsi olaraq ətraf mühitə yararlı şəhərlər yaradılır. Ortalama bir ABŞ şəhərinin vətəndaşı, Avropa birliyi şəhərinin vətəndaşına nisbətən atmosferə 6 qat daha çox karbon emmisiyası buraxır.
Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə