Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə38/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   34   35   36   37   38   39   40   41   ...   145

__________________________________________ 

126


 

 

atəşkəs rejimi əldə etməyə nail olduq. Xalqımızı bu ağır 



vəziyyətdən çıxarmaq üçün xalqa bu atəşkəs rejimində rahat 

yaşamaq imkanı  əldə etdik. Ötən illər Azərbaycanın 

iqtisadiyyatını tədricən inkişaf etdirməyə nail olduq. 

İndi, XX əsri sona vuraraq, 2000-ci ilə gedərək qürur hissi ilə 

deyə bilərəm ki, həyatımızın nə qədər çətin, faciəli bir dövrünü 

yaşadıqsa, eyni zamanda ölkəmizin dirçəlişini, inkişafını, daha 

da gözəl gələcəyini təmin edə bildik. O dövrün bizim xalqımız 

üçün  ən böyük faciəsi torpaqlarımızın bir qisminin işğal 

olunması, soydaşlarımızın işğal edilmiş torpaqlardan çıxarılması 

və ağır vəziyyətdə yaşamasıdır. Bu, dünyada misli görünməmiş 

bir haldır. Yerindən-yurdundan didərgin düşmüş 

azərbaycanlılar, vətəndaşlarımız yeddi ildən artıqdır ki, 

çadırlarda, yaxud yaşayış üçün lazımi  şəraiti olmayan müxtəlif 

binalarda ağır vəziyyətdə yaşayırlar. Onlar ümidlə yaşayırlar. 

Çünki biz 1993-1994-cü illərdə onlara ümid verdik. Ümid 

verdik ki, biz xalqımızı bu bəladan xilas edəcəyik, işğal olunmuş 

torpaqlar azad olunacaq, xalqımız, didərgin düşmüş 

soydaşlarımız öz arzularına çatacaqlar, yerlərinə-yurdlarına 

qayıdacaqlar. 

Ancaq bu dövrün çətinliklərini yaşayarkən köçkün, qaçqın 

vəziyyətində olan soydaşlarımızın həyatını heç olmasa bir az da 

rahat etmək, yüngülləşdirmək üçün son illər az işlər 

görməmişik. Doğrudur, bunların heç birisi köçkünlərin, 

qaçqınların bugünkü vəziyyətini normal hesab elməyə  əsas 

vermir. Ancaq hər halda, birincisi, Azərbaycanın bu təbəqəsinə 

dövlətin, hökumətin münasibəti, qayğısı, ikincisi, köçkün, 

qaçqın vəziyyətində yaşayan insanların maddi vəziyyəti  əldə 

olan imkanlardan maksimum istifadə edərək müəyyən qədər 

yaxşılaşdırılmalıdır. 

Biz bu işləri görmüşük və bundan sonra da görəcəyik. Əmin 

ola bilərsiniz ki, köçkünlərin, qaçqınların problemi Azərbaycan 

dövlətinin, hökumətinin və şəxsən mənim diqqət 

  



__________________________________________ 

127


mərkəzimdədir. Mən bunu özümün ən əsas vəzifəm və borcum 

hesab edirəm. Mən bundan sonra da Azərbaycanın 

imkanlarından istifadə edib köçkünlərin, qaçqınların yaşayışını 

daha da yaxşı etməyə çalışacağam. 

Təbiidir ki, bu zaman dövlətin imkanları ilə yanaşı, ayrı-ayrı 

təşkilatlar, xeyirxah insanlar da az iş görməyiblər. Bunu elə sizin 

Qaradağın timsalında, bu rayonda məskunlaşmış köçkünlərin, 

şəhid ailələrinin, Qarabağ alillərinin vəziyyətindən görmək olar. 

Milli məclisdə Qaradağın deputatı İlham Əliyevin təşəbbüsü ilə

bilavəsitə onun gördüyü işlər nəticəsində üç ay bundan öncə biz 

burada gözəl bir binanın istifadəyə verilməsini birlikdə qeyd 

etdik. Güman edirəm ki, həmin evin sakinləri olan insanlar indi 

daha da rahat yaşayırlar. 

Mən o vaxt orada çıxış edərkən dedim ki, o evdə olan 

mənzillərə telefon çəkmək lazımdır. Bu telefonlar çəkilib, yoxsa 

yox? Hamının telefonu varmı? 



Yerdən səs: bəli, çəkilibdir. Hamının telefonu vardır. 

Heydər  Əliyev: demək, nə mümkündür onu etdik. Təbiidir 

ki, bu, böyük bir işin xırda bir hissəsidir. Ancaq heç olmasa, bir 

işdir. 

O vaxt bildirildi və  İlham  Əliyev mən buraya gələndə  də, 



əvvəl də  mənə  məlumat verərək dedi ki, burada bir qəsəbə 

tikmək və həmin qəsəbədə köçkünlərin bir hissəsinin müvəqqəti 

yaşayışını  təmin etmək istəyirlər. Mən belə  təşəbbüsləri, 

təklifləri həmişə böyük razılıq hissi ilə  qəbul edirəm, 

alqışlayıram.  Şübhəsiz ki, İlham  Əliyevin bu sahədə 

təşəbbüsünü də mən məmnuniyyətlə qəbul etdim və ona xeyir-

dua verdim. İndi isə çox şadam ki, bu təşəbbüs də başa çatıbdır. 

Hamımız buraya toplaşmışıq ki, bu qəsəbənin açılışını qeyd 

edək. 

Bu, Azərbaycanda qaçqınlar, köçkünlər üçün görüləsi işlərin 



bəlkə də bir damlasıdır. Amma hər bir damlanın da çox böyük 

əhəmiyyəti vardır. Əgər hərə gölə bir damla töksə, atsa, həmin 

göl dəniz, sonra isə okean olar. Ona görə də əgər 

  



__________________________________________ 

128


 

İlham  Əliyevin bu təşəbbüsü kimi, buna bənzər təşəbbüslər 

bundan sonra da olsa, demək, dövlətin də, hökumətin də yükü 

azalar və  ən  əsası odur ki, ağır vəziyyətdə olan köçkünlərin, 

insanların həyat şəraiti müəyyən qədər yaxşılaşar. 

Mən bu təşəbbüsə və bu gün burada yaranmış qəsəbəyə görə 

hamınızı  təbrik edirəm. Mən çox sevinirəm ki, İlham  Əliyev - 

gənc bir insan xalqa qayğı göstərməyi öz vəzifəsi hesab edir. 

Mən sevinirəm ki, o, Milli Məclisin deputatı kimi, seçiciləri ilə 

daim  əlaqədədir və seçicilərinə qayğı göstərir, onların 

problemlərini həll etməyə çalışır. Bu, hər bir deputatın borcudur. 

Xalq dövlət orqanlarına seçdiyi hər bir adama etibar 

göstərərək, eyni zamanda ondan əməli iş gözləyir. Milli Məclis 

deputatlarının hər biri gərək öz seçiciləri ilə daim əlaqədər 

olsun, onların problemlərini bilsin, əlindən gələni həmin 

problemlərin həllinə sərf etsin, bu işdən ayrılmasın. Bu, müstəqil 

Azərbaycanın Milli Məclisi deputatlarının hamısının vəzifəsidir. 

İlham  Əliyevin bu barədə gördüyü işlər, təbiidir ki, Milli 

Məclisin bir deputatı kimi onun öz üzərinə düşən məsuliyyəti 

dərk etdiyini və  həmin məsuliyyətə görə lazımi iş görmək 

istəklərini göstərir. 

Əziz dostlar, mən burada köçkünlər üçün qəsəbə salınması 

münasibətilə sizin hamınızı ürəkdən təbrik edirəm. Sizin 

hamınıza köçkünlük, qaçqınlıq dövründə bu qəsəbədə rahat 

yaşamağı, daha da yüksək əhval-ruhiyyədə olmağı arzu edirəm. 

Təbiidir ki, bu köçkünlər, qaçqınlar öz yerlərinə qayıtmalıdır. 

Bu qəsəbə  və burada tikilmiş evlər müvəqqəti xarakter daşıyır. 

Mənə deyiblər ki, buradakı  hər bir ev lazımi məişət  şəraiti ilə 

təmin olunubdur. Güman edirəm ki, buna baxmayaraq, 

torpaqlarımızı azad edən kimi, burada və ya başqa yerlərdə 

məskunlaşan köçkünlər dərhal öz yerlərinə qayıdacaqlar. 

Doğrudur, mən bunu sizə bildirmək istəyirəm ki, Ermənistan 

  

 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə