Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə39/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   35   36   37   38   39   40   41   42   ...   145

__________________________________________ 

129


silahlı qüvvələri tərəfindən işğal olunmuş  ərazilərimizdə 

şəfərlər, qəsəbələr, kəndlər həddindən artıq dağıdılıb, viran 

edilibdir. Bizim bu barədə dəqiq məlumatlarımız vardır. Ancaq 

doğma torpaq, vətənin bu hissəsi yerindədir. Ümidvaram ki, o 

torpaqlar azad edilən kimi, hamı öz yerinə qayıdacaqdır. Əmin 

ola bilərsiniz ki, orada siz, biz - hamımız birlikdə Azərbaycanın 

o gözəl  şəhərlərini, qəsəbələrini, kəndlərini bərpa edəcəyik, 

yenidən quracağıq və onları daha da gözəlləşdirəcəyik. 

Bu köçkünlük, qaçqınlıq dövrü çox çəkdi. Mən bu gün bir 

daha bəyan etmək istəyirəm ki, Azərbaycanın işğal olunmuş 

torpaqlarının azad edilməsi sahəsində aparılan işlər bizim bütün 

işimizin  əsasını  təşkil edir. Azərbaycanın prezidenti kimi mən 

fəaliyyətimin  əksər hissəsini buna sərf edirəm. Çünki bu, 

müstəqil Azərbaycanın – həm bir müstəqil dövlət kimi, həm 

Azərbaycanın  ərazi bütövlüyünü bərpa etmək prinsipinə görə, 

həm də bir milyona qədər Azərbaycan vətəndaşının öz yerinə-

yurduna qayıtması məqsədi ilə - ən böyük problemidir. Bu işlər 

də gedir. 

Mən bu gün sizə bir daha bəyan edirəm ki, biz işğal olunmuş 

torpaqların sülh yolu ilə azad edilməsinə nail olacağıq. Mütləq 

nail olacağıq!  Əziz dostlar, ümid edirəm ki, 1999-cu il sizin 

üçün -cöçkünlər, qaçqınlar üçün Belə ağır vəziyyətdə yaşamağın 

son ili olacaqdır. Ümid edirəm ki, 2000-ci ildə biz 

torpaqlarımızın azad edilməsinə nail olacağıq və siz hamınız öz 

yerlərinizə qayıdacaqsınız. Amma hələlik isə burada, bu 

qəsəbədə müvəqqəti yaşamaq məcburiyyətindəsiniz. Əlbəttə, bu 

qəsəbə burada ev alanlar üçün indiyə qədər yaşadığınız şəraitdən 

daha yaxşıdır. 

Biz Yeni il qarşısındayıq. Biz Dünya azərbaycanlılarının 

həmrəylik günü qarşısındayıq. Müstəqil Azərbaycan ötən səkkiz 

ildə böyük nailiyyətlər  əldə edibdir. Ən  əsas nailiyyətimiz 

müstəqilliyimizi yaşatmaq, möhkəmləndirmək və inkişaf -

etdirmək olubdur. Bu gün, yeni il ərəfəsində mən bir daha bəyan 

edirəm ki, Azərbaycanın müstəqilliyini, milli azadlığını, 

  



__________________________________________ 

130


 

  

suverenliyini biz hamımız birlikdə göz bəbəyimiz kimi 



qoruyacağıq və XXI əsrdə Azərbaycan xalqı daim azad, firavan 

yaşayacaqdır. 

Qaradağ rayonu Azərbaycanın, Bakının  ən gözəl 

rayonlarından biridir. Bu rayon zəhmətkeşlər, neftçilər 

rayonudur. Deyə bilərəm ki, Qaradağ rayonu Bakının bütün 

rayonları ilə müqayisədə ən sabit, sakit bir rayondur. Bu, heç də 

təsadüfi deyildir. Birincisi, öz zəhməti ilə yaşayan,  əməksevar 

insanlar qanunu, qaydanı heç vaxt pozmurlar, cinayət etmirlər, 

hətta pis əməllərə yol vermirlər.  İkincisi, Qaradağ rayonunda 

Azərbaycan neftçilərinin böyük ənənələri yaşayır. 

Neftçilər Azərbaycanın tarixində xalqımıza böyük sərvətlər 

gətirməklə yanaşı, eyni zamanda millətimizin, xalqımızın  ən 

mötəbər bir hissəsi olmuşlar. Hər iş çətindir, ağırdır, amma yerin 

təkindən neft çıxarmaq çox ağır, çətin işdir. Xüsusən dənizdə, 

suyun dərin yerlərində külək, qasırğa zamanı  və başqa ağır 

şəraitdə  işlərin öhdəsindən gələrək neft hasil etmək çox çətin 

işdir. Belə  iş  həmişə insanları daha da mətinləşdirir, daha da 

iradəli, onların mənəviyyatını daha da sağlam edir. Bütün 

bunlara görə  də neftçilər Azərbaycanda həmişə böyük hörmətə 

malik olublar. Onlar bu gün də Azərbaycan cəmiyyətinin 

hörmətli bir hissəsidir. 

Burada həm qurudan, həm də  dənizdən neft çıxarılır. Mən 

dəniz neftçilərini xüsusi qiymətləndirirəm. Biz bu günlər Neft 

Daşlarının 50 illik yubileyini qeyd edirik. Mən Neft Daşlarında, 

Xəzər dənizinin başqa hissələrində 50 ildən bəri neft hasilatı ilə 

məşğul olmuş insanların xidmətlərini xüsusi qiymətləndirirəm. 

Bütün bunlar hamısı birlikdə Qaradağ rayonunun 

xüsusiyyətini təşkil edir. Mən arzu edirəm ki, Qaradağ 

rayonunun sakinləri bundan sonra öz ənənələrinə sadiq olsunlar, 

gələcəkdə də öz işləri ilə nümunə göstərsinlər. Bizim vəzifəmiz 

isə sizin rayonunuzu abadlaşdırmaq, insanların yaşayışı üçün da- 

  



__________________________________________ 

131


ha da yaxşı  şərait yaratmaq və Azərbaycanın har bir 

vətəndaşının, o cümlədən Qaradağ sakinlərinin firavan 

yaşayışını  təmin etməkdən ibarətdir.  Əmin ola bilərsiniz ki, 

həyata keçirdiyimiz siyasi-iqtisadi islahatlar, iqtisadi siyasət, 

Azərbaycan dövlətinin yeni neft strategiyası və bu strategiyanın 

həyata keçirilməsi ilə  əlaqədər  əldə olunan real nailiyyətlər - 

bunlar hamısı 2000-ci ildə  və XXI əsrdə Azərbaycan xalqının 

firavan yaşamasının əsasını qoyubdur. 

Mən inanıram və sizi əmin edirəm ki, bir neçə ildən sonra 

Azərbaycan xalqının yaşayışı tamamilə  dəyişəcək, qaçqınlar, 

köçkünlər öz yerlərinə qayıdıb torpaqlarını yenidən bərpa 

edəcək, insanların əksəriyyəti özləri üçün iş yerləri əldə edəcək, 

həyata keçirilən iqtisadi islahatlar iqtisadiyyatımızı inkişaf 

etdirəcək, yoxsul, ağır vəziyyətdə yaşayan insanlara böyük 

sosial təminatlar veriləcəkdir. Biz bunların hamısını etməyə 

qadirik. Azərbaycan dövlətinin, hökumətinin apardığı daxili və 

xarici siyasət bunu təmin edir və təmin edəcəkdir. 

Əminəm ki, Azərbaycanın vətəndaşları qanun-qaydaya 

bundan sonra da riayət edəcək, bərqərar olunmuş ictimai-siyasi 

sabitlik qorunacaq, saxlanılacaq və daha da möhkəm olacaqdır. 

Azərbaycan müstəqil bir dövlət kimi dünya dövlətləri içərisində 

öz həyat tərzi, iqtisadiyyatı, mənəviyyatı, mədəniyyəti, təhsili ilə 

seçiləcəkdir. Mən buna inanıram. 

Mən sizin hamınızı bu gün burada, Xəzərin sahilində, 

Azərbaycanın gözəl bir guşəsində yaradılmış  qəsəbənin açılışı 

münasibətilə  təbrik edirəm. Bu qəsəbədə bu gündən sonra 

yaşayanların hamısına rahat yaşayış, xoşbəxtlik, səadət 

arzulayıram. 

Mən sizin hamınızı qarşıdan gələn Yeni il münasibətilə təbrik 

edirəm. Sizi dünya azərbaycanlılarının həmrəylik günü 

münasibətilə  təbrik edirəm. Hamınıza cansağlığı, səadət və 

işlərinizdə yeni-yeni uğurlar arzulayıram. Sağ olun. 

  

 

  




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə