“İyirmi il məcburi



Yüklə 463,29 Kb.
Pdf görüntüsü
səhifə1/20
tarix06.05.2018
ölçüsü463,29 Kb.
#42806
  1   2   3   4   5   6   7   8   9   ...   20


B

ROOKI


NGS

Brukinqs İnstitutu və London 

İqtisadiyyat İnstitutunun

Məcburi Köçkünlük üzrə birgə 

Layihəsi

Bakı, dekabr, 2011-ci il

 

“İyirmi il məcburi  

köçkünmü olar?”

AzərBAycAndA MəcBuri KöçKünLər 

və yerLi əhALinin ehtiyAcLArinin və 

MəcBuri KöçKünLüK proBLeMinə oLAn 

MünAsiBətin MüqAyisəLi təhLiLi



“İyirmi il məcburi köçkünmü olar?”

AzərBAycAndA MəcBuri KöçKünLər və 

yerLi əhALinin ehtiyAcLArinin və MəcBuri 

KöçKünLüK proBLeMinə oLAn MünAsiBətin 

MüqAyisəLi təhLiLi

 

 

yulia Qureyeva-əliyeva və Təbib Hüseynov 

 

 



Brukinqs İnstitutu və London İqtisadiyyat İnstitutunun 

Məcburi Köçkünlük üzrə birgə Layihəsi

tərəfindən nəşr edilmişdir  

Bakı, dekabr, 2011-ci il 

BROOKINGS



qrafik dizayn: miki@ultradesigns.com

ön hissə:  

Bakı şəhəri: Məcburi köçkün qadın köçkünlük ərazisində. Şəkil: Müəllif İva zimova

Arxa hissə:   solda-Füzuli rayonu: öz yurduna qayıtmış qadın bir zaman didərgin düşdüyü evinin qarşısında. Şəkil: norveç qaçqınlar Şurası, 

Azərbaycan.

sağda - Bakı şəhəri: Məcburi köçkün uşaqlar üçün orta məktəb. Şəkil: danimarka qaçqınlar Şurası, Azərbaycan.




MündəricAt

minnəTdarliQ  ......................................................................................................  

iv

Qisa icmal  ............................................................................................................  

1

tövsiyələr  ..........................................................................................................  3



Giriş  ........................................................................................................................  

5

HökuməTin siyasəTi HaQQinda ümumi məlumaT  ......................................  



9

məcburi köçkünlərin yerli icmalarla müQayisədə  

HəyaT şəraiTi  ...............................................................................................  

13

Mənzil şəraiti ......................................................................................................  

13

dolanışıq və su təchizatı ....................................................................................  



19

sağlamlıq və təhsil .............................................................................................  

23

sənədləşmə .......................................................................................................  



28

Məcburi köçkünlər  və yerli icmalar arasında münasibətlər ...............................  

31

cəbHə xəTTinə yaxin yaşayan məcburi köçkünlər və  

yerli icmalarin TəHlükəsizlik Qayğilari  ........................................  

37

köçkünlük probleminin uzun-müddəTli çözüm yollari ilə bağli 

məcburi köçkünlərin düşüncələri ...................................................  

41

nəTicə  ....................................................................................................................  

45

İsTinad edilmiş mənbələr  ..............................................................................  

47

meTodoloGiya .....................................................................................................  

49



Iv 

MinnətdArLiq  

Müəlliflər araşdırma aparılacaq ərazilərin müəyyən olunmasında və cəbhə xəttinə yaxın olan 

Ağdam və tərtər rayonlarında görüşlərin keçirilməsində göstərdikləri yardım və verdikləri 

dəyərli məsləhətlərə görə Beynəlxalq qırmızı Xaç cəmiyyətinin (BqXc) Bakı və Bərdə 

şəhərlərində fəaliyyət göstərən nümayəndəliklərinə dərin təşəkkürlərini bildirilər. Müəlliflər 

eyni zamanda qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə dövlət Komitəsinə, Ağdam 

və  tərtər  rayonlarında  görüşdükləri  yerli  hakimiyyət  rəsmilərinə,  eləcə  də  ermənistan 

tərəfindən  işğal  edilmiş  və  hal-hazırda  sumqayıt  şəhərində  fəaliyyət  göstərən  qubadlı 

rayonunun  icra  hakimiyyətinə  öz  minnətdarlıqlarını  bildirirlər.  ən  nəhayət,  müəlliflər  bu 

araşdırma zamanı öz hisslərini və düşüncələrini paylaşmış hər bir kəsə - həm məcburi 

köçkünlərə həm də yerli sakinlərə - xüsusi olaraq təşəkkür edirlər. Bu insanların köməyi 

olmadan bu araşdırma baş tuta bilməzdi.   



AzərBAycAndA MəcBuri KöçKünLər və yerLi əhALinin 

qisA icMAL



A

dam  başına  düşən  məcburi  köçkün  əhalisinin  sayına  görə Azərbaycan  dünyada 

ən yüksək göstəricilərdən birinə malikdir. Məcburi köçkünlük vəziyyəti artıq iyirmi 

ilə yaxındır ki, Azərbaycanda davam edir və bu da məcburi köçkünlərin problem 

və hüquq müdafiə ehtiyaclarının vaxt keçdikcə necə dəyişməsi və onların ehtiyaclarının 

ümumilikdə Azərbaycan əhalisinin ehtiyacları ilə necə müqayisə olunduğu barədə suallar 

doğurur.   

Bu  araşdırma  şəhər  və  kənd  yerlərində  məskunlaşan  məcburi  köçkünlərin  və  onların 

qonşularının problemlərini və ehtiyaclarını tədqiq etmişdir. Araşdırmanın gəldiyi nəticələr 

iki şəhər (Bakı və Gəncə) və iki rayon ərazisində (tərtər və Ağdam) aparılmış araşdırmalar 

və məcburi köçkünlər və onların məskunlaşdıqları ərazidəki yerli icmalarla, eləcə də dövlət 

rəsmiləri və yardım təşkilatlarının nümayəndələri keçirilmiş müsahibələrə əsaslanır.

Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Azərbaycanda məcburi köçkünlərin problem 

və ehtiyacları bir qayda olaraq vəziyyətdən və konkret şəraitdən asılı olaraq dəyişir. son 

iyirmi ildə şəhərlərdə məskunlaşmış məcburi köçkünlərin müəyyən hissəsi və regionlarda 

yaşayanların  cüzi  hissəsi  məskunlaşdıqları  ərazilərdə  öz  dolanışıqlarını  təmin  etmişlər. 

nəticədə, Azərbaycanda  mövcud  olan  məcburi  köçkün  icmalarının  üzləşdiyi  problemlər 

müxtəlif  olmuşdur.  eynilə  də,  məcburi  köçkünləri  qəbul  etmiş  yerli  icmalar  üçün  bu 

köçkünlüyün yaratdığı təsirlər müxtəlif olmuşdur. Bəzi hallarda məcburi köçkünlər müəyyən 

meyarlar üzrə (məs. sosial müavinətlərin alınması, dövlət müəssisələrində iş üçün edilən 

müraciətdə imtiyazların verilməsi) yerli icmalardan daha yaxşı dolanışığa malik olsalar da, 

digər meyarlar üzrə (məs. mənzil şəraiti) daha aşağı göstəricilərə malikdirlər. Bu araşdırma 

zamanı  səfər  edilmiş  bəzi  ərazilərdə  məcburi  köçkün  icmalarının  su  təchizatı  yerli 

icmalardan daha yaxşı idi və ya onlar digərlərinə məxsus zəbt etdikləri torpaq sahələrindən 

faydalanırdılar.  digər  hallarda  isə  bir  ehtiyacın,  məsələn  mənzil  şəraitinin,  qarşılanması 

digər ehtiyacların – torpaq sahəsi ilə təminat və dolanışıq imkanlarının pisləşməsinə səbəb 

olmuşdur. Məsələn, bir məcburi köçkün qəsəbəsi əvvəllər məcburi köçkünlər tərəfindən 

mal-qara üçün otlaq sahəsi ikimi istifadə olunan açıq ərazidə inşa edilmişdir.  

Araşdırmanın  gəldiyi  digər  bir  önəmli  nəticə  ondan  ibarətdir  ki,  ucqar  kəndlərdə 

məskunlaşmış və torpaq sahəsi ilə təmin edilməmiş kiçik məcburi köçkün icmaları ən zəif və 

müdafiəyə ehtiyacı olanlardır. Məhz bu cür icmalar çox vaxt həm hökumətin – o cümlədən 

yerli və milli səviyyədə, həm də yardım təşkilatlarının diqqətindən kənarda qalır. onların 

yaşayış şəraiti mütəmadi olaraq yerli qonşu icmalardakı yaşayış şəraitindən, xüsusən də 

mənzil şəraiti, dolanışıq imkanları və torpaq təminatı, səhiyyə və sənədləşmə xidmətlərinin 

təminatı baxımından geri qalır.    



Yüklə 463,29 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə