“İyirmi il məcburi



Yüklə 463,29 Kb.
Pdf görüntüsü
səhifə2/20
tarix06.05.2018
ölçüsü463,29 Kb.
#42806
1   2   3   4   5   6   7   8   9   ...   20

“İyirMi iL MəcBuri KöçKünMü oLAr?”

son illərdə hökumət məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində 

əsaslı  addımlar  atmışdır.  əsas  nailiyyətlərdən  biri  mənfi  mənada  ad  çıxarmış  “çadır 

düşərgələrinin”  2007-ci  ilin  sonuna  qədər  ləğv  edilməsi  olmuşdur.  Bu  gün  Azərbaycan 

hökuməti məcburi köçkünlük problemi ilə üzləşmiş hər hansı digər bir ölkə ilə müqayisədə 

öz gəlirlərinin daha çox hissəsini məcburi köçkünlərin ehtiyaclarına sərf edir. Bununla belə 

hökumət məcburi köçkün əhalinin böyük hissəsinin onların hazırda məskunlaşdıqları köhnə 

və darısqal binalardan daha yaxşı şəraiti olan mənzillərə köçürülməsi istiqamətində hələ 

çox  işlər  görməlidir.  Bundan  başqa,  hökumətin  məcburi  köçkünlərə  yardım  strategiyası 

məcburi  köçkünlərin  üzləşdiyi  sosial  təcridolunmanın  aradan  qalxmasına  yardım  etmir 

və  eyni  zamanda,  yerli  əhali  arasında  incikliyin  yaranmasına  da  səbəb  olur.  Geniş 

yayılmış sosial-iqtisadi problemlər üzündən yerli icmalar hökumətin məcburi köçkünlərin 

dəstəklənməsinə  yönəlmiş  siyasətinin  ədalətsiz  olduğunu  hesab  edirlər.  onlar  hesab 

edirlər ki, onların özlərinin həyat şəraiti məcburi köçkünlərin həyat şəraitindən çox da yaxşı 

deyildir.   

yerli  qonşu  icmalarla  müqayisədə  məcburi  köçkünlərin  problemlərinin  miqyası  ilə  bağlı 

xeyli dərəcədə qeyri-müəyyənlik vardır. Bir çox hallarda məcburi köçkünlərin ehtiyacları 

yerli qeyri-məcburi köçkün əhalinin hüquqları bahasına təmin olunur. Bu xüsusilə mülkiyyət 

hüquqlarının təmin olunmasında özünü daha çox göstərir. Köçkünlük zamanı əksər məcburi 

köçkünlər şəhər və kənd yerlərində özbaşına şəkildə yerli sakinlərə məxsus olan (və ya 

sonradan onların adına keçirilmiş) evləri və torpaq sahələrini zəbt etmişdilər. İcra hakimiyyəti 

tərəfindən  qəbul  edilmiş  qərarlara  əsasən,  məcburi  köçkünlər  alternativ  yaşayış  yeri  ilə 

təmin olunmadıqları müddətdə onları yaşadıqları ərazilərdən – hətta onlar hüquqi cəhətdən 

bu  mülkiyyətə  sahib  olmasalar  da  belə  –çıxartmaq  olmaz.    Bu  bəzi  ev  sahiblərinin  öz 

şikayətlərini Avropa İnsan hüquqları Məhkəməsinə qədər qaldırmasına gətirib çıxarmışdır. 

Avropa Məhkəməsi isə, öz növbəsində, hökumətin mövcud praktikasının hüquqiliyini sual 

altına almışdır. Gələcəkdə bu cür halların qarşısını almaq üçün hökumət yerli sakinlərin 

qanuni olaraq sahib olduqları əmlakı zəbt etmiş məcburi köçkünlərin alternativ mənzil ilə 

təmin edilməsi prosesini sürətləndirməlidir və ya birincilərə istifadə etmədikləri əmlaka görə 

təzminat ödənilməlidir.                

cəbhə  xəttinə  yaxın  və  ermənistan  və Azərbaycan  tərəfindən  nəzarət  edilən  ərazilərin 

kəsişməsində yerləşən ərazilərdə həm məcburi köçkünlər, həm də qeyri-məcburi köçkün 

icmaları yaşayır. hər iki qrupun xüsusi yardıma ehtiyacı vardır ki, bu ehtiyaclar hökumət və 

beynəlxalq yardım təşkilatları tərəfindən qarşılanmalıdır. cəbhə xəttinə yaxın olduğuna görə 

buradakı əhali cəbhə xətti boyunca qarşıdurmaların artmasına və demək olar ki, hər gün 

atəşkəsin pozulması nəticəsində baş verən qarışıq atışmalara qarşı daha həssasdır. son 

vaxtlar hökumət bu ehtiyacları qarşılamaq üçün mülki əhalinin nizamsız atılan güllələrdən 

qorunması məqsədilə mühafizə divarları inşa etməyə başlamışdır.         

cəbhə  xəttində  yaşayan  icmalar  eyni  zamanda  dolanışıqlarını  təmin  etmək  üçün  öz 

həyatlarını təhlükəyə atmaq məcburiyyətində qalırlar. Boş torpaq sahələrinin qıtlığı üzündən 

cəbhə  xəttinə  yaxın  ərazilərdə  yaşayanlar–məcburi  köçkünlər  və  yerli  sakinlər–öz  mal-




AzərBAycAndA MəcBuri KöçKünLər və yerLi əhALinin 

qarasını sahibsiz ərazilərdə otarmaq məcburiyyətində qalırlar və bu yolla mina partlaması 



və düşmən gülləsinə tuş gəlmək riski altında öz həyatlarını təhlükəyə atırlar.                    

cəhbə xəttinə yaxın olması və əkin və otlaq ərazilərinin böyük hissəsinin işğal altında olması 

səbəbindən  Azərbaycan  hökuməti  tərəfindən  ölkənin  hər  bir  yerində  həyata  keçirilmiş 

torpaq  özəlləşdirməsi  cəbhə  bölgəsinə  yaxın  kəndlərdə  baş  tutmamışdır.  Bu  ərazilərdə 

torpaq sahələri şərti olaraq yerli əhali və məcburi köçkünlər arasında bölüşdürülmüşdür 

ki, bu da yerli əhalini faktiki olaraq məcburi köçkünlərlə eyni vəziyyətə düşürür, çünki yerli 

əhali  də  torpaq  üzərində  mülkiyyəti  təsdiq  edən  hər  hansı  rəsmi  sənəd  olmadan,  bank 

krediti və digər kredit mexanizmlərindən tam yararlana bilmir.  

hökumətin cəbhə xəttinə yaxın ərazilərdə məskunlaşmış bu cür icmalara yardım siyasəti 

ardıcıllığı  ilə  seçilmir.  Məsələn,  cəbhəyə  yaxın  olan  kəndlərdən  birində,  əhmədağalıda, 

hökumət yerli ehtiyacları qarşılamaq məqsədilə bütün müvafiq imtiyazlarla birlikdə məcburi 

köçkün statusunu yerli qeyri-köçkün əhaliyə də şamil etmişdir. Buna baxmayaraq hökumət 

eyni imtiyazları cəbhə bölgəsinə yaxın, oxşar şəraitə malik olan digər bir kənddə, qapanlıda, 

təmin etməmişdir. yardım siyasətində ardıcıllığın olmaması cəbhə bölgəsinə yaxın olan 

kəndlərin əhalisi arasında məyusluq hissinin səbəblərindən biri ola bilər.   

yuxarıda  qeyd  olunan  və  araşdırmada  geniş  toxunulan  misallar  göstərir  ki,  məcburi 

köçkünlərə eyni qaydada münasibətin göstərilməsini özündə ehtiva edən hökumətin əvvəlki 

vahid yanaşma siyasəti məhdud dövlət vəsaitlərindən səmərəli şəkildə istifadə olunmasına 

imkan  vermir.  İyirmi  illik  məcburi  köçkünlük  həyatı  ərzində  məcburi  köçkünlər  müxtəlif 

dərəcədə güzərana malik olan fərqli bir qrupa çevrilmişlər. Bunu nəzərə alaraq hökumətin 

siyasəti  dəyişməlidir  və  ümumilikdə  yoxsulluğun  aradan  qaldırılmasına  yönəlmiş  səylər 

çərçivəsində  məcburi  köçkünlərin  fərdi  ehtiyaclarının  qarşılanmasına  ünvanlı  şəkildə 

yanaşmağa əsaslanmalıdır.   

Tövsiyələr:



Məcburi köçkünlər və bütövlükdə az təminatlı əhali arasındakı azalan fərqlərin ətraflı 

araşdırılmasına və bu məqsədlə onların ehtiyaclarının daha yaxşı qiymətləndirilməsi 

üçün müntəzəm sorğuların həyata keçirilməsinə ehtiyac vardır. Bu hər iki icmada olan 

ehtiyacların  qarşılanması  məqsədilə  müvafiq  strategiyaların  müəyyən  olunmasına 

imkan verən daha məlumatlı siyasətin hazırlanmasına kömək edər.   



hökumət  məcburi  köçkün  icmalarının  daxilindəki  qeyri-bərabərlikləri  qəbul  etməli 

və  digər  qruplara  nisbətən  daha  zəif  məcburi  köçkün  qrupları  və  az  təminatlı  yerli 

sakinləri önə çəkən diferensial siyasət yanaşmasından istifadə etməlidir. həm məcburi 

köçkünləri, həm də yerli qonşu icmaları hədəfləyən birgə yardım proqramları, xüsusilə 

yoxsul kənd yerlərində, məsələn suvarma və içməli su təchizatının yaxşılaşdırılması, 

bu  icmalarda  həyat  şəraitinin  yaxşılaşmasına  və  məcburi  köçkünlərin  iqtisadi 

müstəqilliyinin  artırmasına  səbəb  olar  və  bu  da  hökumətin  üzərinə  düşən  maliyyə 



Yüklə 463,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə