“İyirmi il məcburi



Yüklə 463,29 Kb.
Pdf görüntüsü
səhifə3/20
tarix06.05.2018
ölçüsü463,29 Kb.
#42806
1   2   3   4   5   6   7   8   9   ...   20

“İyirMi iL MəcBuri KöçKünMü oLAr?”

yükünü azalda bilər.  



Bütün mərhələlərdə şəffaflığı təmin etməklə, aydın sənədləşmə və prosedurlar tətbiq etməklə 

statusundan asılı olmayaraq məcburi köçkünlərin və aztəminatlı ailələrin ünvanlı sosial yardım 

alması prosesini təkmilləşdirmək olar.  



hökumət,  beynəlxalq  donorlar  və  vətəndaş  cəmiyyəti  Azərbaycanda  həyat  şəraitinin 

yaxşılaşdırılmasına  yönəlmiş  dövlət  proqramlarının  səmərəliliyini  yaxından  monitorinq 

etməlidirlər  və  hər  iki  qrupun  –  məcburi  köçkünlər  və  yerli  sakinlərin  –  bu  proqramlardan 

bərabər şəkildə faydalanmasını təmin edəcək dəyişikliklər təklif etməlidirlər. 



hökumət məcburi köçkünlərin cəbhə xəttinə yaxın ərazilərə köçürülməsindən çəkinməlidir və 



bu cür təhlükəli ərazilərdə yaşayan əhalinin fövqəladə şəraitdə təxliyə planını hazırlamalıdır. 



hökumət eyni zamanda köçürülmə üzrə aydın konsultasiya prosedurlarını hazırlamalıdır və 

bu yolla yeni qəsəbələr inşa edilərkən məcburi köçkünlərin səslərinin eşidilməsini və onların 

fikirlərinin nəzərə alınmasını təmin etməlidir. Bu yalnız yaşayış yerinin fiziki yerləşməsi deyil, 

eyni zamanda təmin olunan yaşayış şəraiti ilə əlaqədar fikirlərin öyrənilməsini ehtiva etməlidir.




AzərBAycAndA MəcBuri KöçKünLər və yerLi əhALinin 

GiriŞ 


M

əcburi  köçkünlük  müstəqillik  qazandıqdan  bəri  iyirimi  il  ərzində  Azərbaycanı 

xarakterizə  edən  əsas  əlamətlərdən  biri  olmuşdur.  qonşu  ermənistanla 

Azərbaycanın  əsasən  ermənilərin  məskunlaşdığı  dağlıq  qarabağ  bölgəsi 

üzərində  davam  edən  münaqişəsi  keçmiş  sovet  İttifaqının  tənəzzülə  uğraması  ilə  eyni 

vaxtda başlamış və regionda ən böyük qaçqın və məcburi köçkün axınlarının yaranmasına 

gətirib çıxarmışdır. 

Münaqişə  1988-ci  ildə  ermənilərin  dağlıq  qarabağın  ermənistana  birləşməsini  tələb 

etmələri ilə milli ayrı-seçkilik zəminində baş qaldırmışdır. 1992-ci ildə sovet İttifaqı süqut 

etdikdən sonra yaranmış hakimiyyət vakuumu nəticəsində icmalar səviyyəsində baş verən 

toqquşmalar yenicə müstəqillik əldə etmiş ermənistan və Azərbaycan arasında iri miqyaslı 

elan  edilməmiş  müharibəyə  gətirib  çıxartdı.  hər  iki  tərəfdən  təxminən  25,000-30,000 

insanın  həyatını  itirdiyi  müharibə  nəticəsində  ermənistan  qüvvələri  dağlıq  qarabağ  və 

ətrafda yerləşən yeddi rayon üzərində nəzarəti əldə etdilər ki, bu da ümumilikdə Azərbaycan 

ərazisinin 13.6 faizini təşkil edir. Atəşkəs haqqında razılaşma 1994-cü ildə imzalandı və 

bu günə qədər bu vəziyyət saxlanılır, baxmayaraq ki, tərəflər dağlıq qarabağın statusu 

ətrafındakı fikir ayrılığını hələ də həll edə bilməmişlər.    

qaçqın və məcburi köçkünlərin axını Azərbaycanda üç ardıcıl mərhələdə baş vermişdir. 

Birinci mərhələdə, münaqişənin ilkin dövrlərini əhatə edən 1988-1989-cu illərdə təxminən 

200,000 etnik azərbaycanlı qaçqın ermənistanı tərk edib Azərbaycana gəldi. 1992-ci ildə 

dağlıq qarabağda iri miqyaslı müharibə baş qaldırdıqdan sonra, əsasən Şuşadan olmaqla, 

təxminən  40,000  məcburi  köçkün  bölgəni  tərk  etmək  məcburiyyətində  qaldı.  dağlıq 

qarabağı ermənistandan ayıran qonşu Laçın rayonunu əlavə 60,000 sakin tərk edərək 

məcburi  köçkünə  çevrildi.  sonuncu  və  ən  böyük  məcburi  yerdəyişmə  1993  və  1994-cü 

illərdə baş verdi və bu zaman dağlıq qarabağın ətrafındakı altı rayonun 500,000-dən çox 

azərbaycanlı (o cümlədən, müəyyən qədər müsəlman kürdləri) əhalisi ermənistan hərbi 

qüvvələrinin  hücumları  nəticəsində  öz  yurdlarını  tərk  etmək  məcburiyyətində  qaldılar.

1

 



1994-cü ilin mayında atəşkəs sazişi imzalanana qədər Azərbaycan hazırda qismən işğal 

edilmiş Füzuli və Ağdam rayonlarında bəzi torpaq sahələrini azad edə bilmişdir. növbəti  

 

1

  Bu  altı  rayon  Kəlbəcər, Ağdam,  Füzuli,  qubadlı,  cəbrayıl  və  zəngilandır.  onlardan Azərbaycan Ağdam  və 



Füzuli  rayonlarının  təxminən  üçdə-birinə  nəzarət  edir.    1993-cü  ilin  sonlarına  yaxın  ermənilər Azərbaycan 

ərazisinin içərisinə doğru irəlilədiyi bir vaxtda təxminən 780,000 azərbaycanlı məcburi köçkünə çevrilmişdi. 

Arif yunusov və Laura Baqdasaryan “Azərbaycan və ermənistan cəmiyyətlərində müharibə, sosial dəyişiklik 

və ’nə müharibə, nə sülh’ sindromları”. “Liderlik Hədləri: Dağlıq Qarabağ Sülh Prosesində Elita və Cəmiyyətlər” 

2005,  səh.  53.  Bundan  əlavə  əsasən  Bakı  və  digər  böyük  şəhərlərdə  yaşayan  təxminən  350,000  erməni 

əhali Azərbaycanı tərk etmişdir. tomas de vaal, təbib hüseynov, culia Karaşvili, “ermənistan, Azərbaycan 

və  Gürcüstandakı  qaçqın  və  məcburi  köçkünlərin  vəziyyəti”,  Avropa  parlamentinin  Xarici  Məsələlər  üzrə 

Komitəsinin xahişi ilə arayış sənədi, noyabr, 2007-ci il. 




“İyirMi iL MəcBuri KöçKünMü oLAr?”

illərdə cəbhə xəttindən – həm dağlıq qarabağdakı “təmas xətti”ndən, həm də de-yure ermənistan-

Azərbaycan  arasındakı  beynəlxalq  sərhəd  ərazisindən  olan  çoxlu  sayda  məcburi  köçkün  geri 

qayıtdı. 

Bu  gün Azərbaycanda  595,000  insan  –  və  ya  ümumi  əhalinin  təxminən  yeddi  faizi  –  məcburi 

(ölkədaxili) köçkündür.

2

 Müvafiq olaraq, adam başına düşən məcburi köçkün əhalisinin sayına görə 



Azərbaycan dünyada ən yüksək göstəricilərdən birinə malikdir. hökumət ermənistandan gəlmiş 

azərbaycanlı  qaçqınlara  və  işğal  edilmiş  ərazilərdən  gəlmiş  məcburi  köçkünlərə  münasibətdə 

fərqli siyasi yanaşma tətbiq etmişdir. Bu gün ermənistandan olan qaçqınların böyük əksəriyyəti 

müvafiq qaydada məskunlaşmış və yerli əhaliyə inteqrasiya etmişlər, Azərbaycan vətəndaşlığını 

və  məskunlaşdıqları  evlərə  tam  mülkiyyət  hüquqları  əldə  etmişlər.

3

  digər  tərəfdən,  hökumətin 



məcburi köçkünlərin problemlərinin həllinə yönəlmiş siyasəti onların ehtiyaclarının müvəqqəti həll 

edilməsinə yönəlmişdir, çünki hökumət hələ də məcburi köçkünlərin didərgin düşdükləri ərazilər 

üzərində  Azərbaycan  nəzarəti  əldə  etdikdən  sonra  onların  geri  qayıtmasını  dəstəkləyir.  əksər 

azərbaycanlı  qaçqınlardan  fərqli  olaraq  məcburi  köçkünlərin  didərginlik  problemi  uzunmüddətli 

həllini tapmadığına görə bu sənəddə didərginlik probleminə məcburi köçkünlərin mövqeyindən və 

onların gözü ilə nəzər salınır və onların və yaşadıqları icmaların məcburi köçkünlük məsələsinə 

olan münasibəti və ehtiyacları müqayisə edilir.   

Münaqişə ərazilərini tərk etdikdən sonra məcburi köçkünlər ölkənin müxtəlif yerlərində müvəqqəti 

məskunlaşmağa başladılar. onlardan bəziləri inzibati binalarda, məktəblərdə, yarımçıq tikililərdə, 

yataqxanalarda və sanatoriyalarda məskunlaşdılar. digərləri isə məcburi köçkün düşərgələrində, 

vaqonlarda,  qazma  sığınacaqlarda  və  kənd  yerlərindəki  digər  müvəqqəti  sığınacaqlarda 

yerləşdirildilər. 

didərginliyin  ilk  illərində  hökumət  və  beynəlxalq  yardım  təşkilatlarının  fəaliyyəti  əsasən  ərzaq, 

paltar,  yorğan  və  əsas  tikinti  materialları  kimi  ilkin  humanitar  yardımın  göstərilməsindən  ibarət 

olmuşdur.  1990-cı  illərin  sonlarında  iqtisadiyyatın  sabitləşməyə  başlaması  ilə  Azərbaycan 

hökuməti  ermənistandan  olan  qaçqınlar  və  işğal  edilmiş  ərazilərdən  olan  məcburi  köçkünlərə 

münasibətdə daha fəal siyasət yürütməyə başladı və öz yanaşmasını dəyişərək humanitar yardımın 

göstərilməsindən daha çox yaşayış şəraitinin yaxşılaşdırılmasına başladı.  

2001-ci  ildən  bu  vaxta  qədər  hökumət  ən  ağır  şəraitdə  yaşayan  məcburi  köçkünlərin  mənzil 

şəraitinin  yaxşılaşdırılmasına  başlamışdır.  2007-ci  ilin  sonunda  Azərbaycan  sonuncu  məcburi  

 

 

2



  dünya Bankının № AAA64-Az saylı hesabatı, Azərbaycan: Mülkiyyətin qurulması və İqtisadi Müstəqilliyin dəstəklənməsi: 

Məcburi  Köçkünlərin  həyat  Şəraiti,  oktyabr,  2011.  Məcburi  köçkünlərin  sayı  barədə  mübahisələr  vardır. Azərbaycan 

hökumətinin bildirdiyinə əsasən, dağlıq qarabağ və qonşu ərazilərdən olanları özündə əks etdirən bu rəqəmdən əlavə 

ermənistanla  sərhəddən  və  dağlıq  qarabağın  cəbhə  xəttinə  yaxın  ərazilərdən  100,000-dən  çox  insan  öz  yurdlarını 

məcburi  tərk  etmişdir  və  beləliklə  də  məcburi  köçkünlərin  ümumi  sayı  700,000  təşkil  edir.  Müsahibə,  qaçqınların  və 

Məcburi Köçkünlərin İşləri üzrə dövlət Komitəsi, Bakı, oktyabr, 2011.

3

  “Artıq ermənistandan olan məskunlaşmamış azərbaycanlı qaçqın yoxdur”, (dövlət Komitəsi rəsmisi ilə müsahibə, Bakı, 



oktyabr, 2011). 


Yüklə 463,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə