“İyirmi il məcburi



Yüklə 463,29 Kb.
Pdf görüntüsü
səhifə5/20
tarix06.05.2018
ölçüsü463,29 Kb.
#42806
1   2   3   4   5   6   7   8   9   ...   20

11 

AzərBAycAndA MəcBuri KöçKünLər və yerLi əhALinin 

milyon Azn (157 milyon ABŞ dolları) xərcləmişdir. Bu göstərici 2003-cü ildə xərclənmiş 

vəsaitdən  altı  dəfə  çoxdur.

14

  2001  və  2011-ci  ilin  oktyabr  ayına  qədər  olan  müddətdə 



dövlət neft Fondu ölkənin müxtəlif yerlərində azərbaycanlı qaçqın və məcburi köçkünlər 

üçün mənzil və sosial əhəmiyyətli müəssisələrin inşasına 807 milyon Azn (1 milyard ABŞ 

dolları), o cümlədən 2011-ci ilin ilk on ayı ərzində 47.2 milyon Azn (60.1 milyon AŞ dolları) 

sərf etmişdir.

15

 yazılı və əsaslandırılmış müraciətlər əsasında dövlət neft Fondu vəsaiti 



nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən qaçqınların və Məcburi Köçkünlərin İşləri 

üzrə dövlət Komitəsinə və qaçqın və Məcburi Köçkünlərin sosial İnkişaf Fonduna köçürür. 

onlar da öz növbələrində bu vəsaiti icraçı təşkilatlara ödəyir və tikinti layihələrinin həyata 

keçirilməsinə nəzarət edirlər. 

dünya  Bankının  məlumatına  əsasən,  Azərbaycandakı  məcburi  köçkünlərin  yoxsulluq 

səviyyəsi yerdə qalan əhalinin yoxsulluq səviyyəsi ilə təxminən bərabərdir. Bununla belə, 

məcburi köçkünlər öz gəlirlərinin yarıdan çoxunu hökumətin köçürdüyü vəsait və azadol-

malar hesabına əldə edirlər; müqayisə üçün qeyd etmək lazımdır ki, qeyri-köçkün əhalinin 

gəlir mənbəyi daha genişdir, bura muzdlu əmək və kənd təsərrüfatı sahəsində müstəqil 

sahibkarlıq  fəaliyyəti  daxildir.  hökumətin  yardımından  bu  cür  asılılıq  xüsusilə  məcburi 

köçkünlərin hökumətin siyasətində baş verən dəyişikliklərə daha həssas olmalarına səbəb 

olur.


16

hökumətin məcburi köçkünlərə münasibətdə həyata keçirdiyi hazırkı siyasəti fərdi məcburi 

köçkünlər arasında müxtəlif yoxsulluq səviyyələrini fərqləndirmir, əksinə onları vahid qrup 

kimi  səciyyələndirir.  Beynəlxalq  yardım  təşkilatlarından  birinin  nümayəndəsi  qeyd  etdiyi 

kimi “İnsanlar fərdi meyarlara əsasən yardım göstərilməsinə adət etməyiblər. Fərdi qay-

dada tətbiq edilən iqtisadi və sosial meyarları dərk etmək və qəbul etmək onlar üçün bir 

qədər çətindir.”

17

 



Buna  baxmayaraq,  bu  cür  köhnə  yanaşma  məcburi  köçkünlüyün  baş  verdiyi  iyirmi  il 

ərzində  bəzi  məcburi  köçkünlərin  cəmiyyətin  əsas  hissəsinə  inteqrasiya  etdiyini  və 

özlərinin həyat şəraitlərini yaxşılaşdırdıqlarını nəzərə almır. nəticədə, məcburi köçkünlərə 

münasibətdə  göstərilən  vahid  yanaşma  məhdud  dövlət  vəsaitlərindən  səmərəli  şəkildə 

istifadə olunmamasına gətirib çıxarır. Müntəzəm sorğular keçirməklə məcburi köçkünlərin 

rifahının müəyyən olunması fəaliyyətini təkmilləşdirməyə və yoxsul məcburi köçkünlərə, 

eləcə  də  oxşar  vəziyyətdə  yaşayan  digər  yoxsul  əhaliyə  dövlət  yardımının  daha  yaxşı 

ünvanlanmasını nizamlamağa ehtiyac vardır.  

14

  əli həsənov, Baş nazirin Müavini və qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə dövlət Komitəsinin sədri, 



Məcburi köçkünlərin sosial problemləri uğurla həll olunurAzərbaycan qəzeti, 22 may, 2011.

15

  dünya Bankı, “qaçqın və məcburi köçkünlərin problemlərinin həlli” Azərbaycan respublikası dövlət neft Fon-



dunun  rəsmi  İnternet  səhifəsi  (http://www.oilfund.az/en_us/layiheler/mecburi-koeckuenlerin-meskunlasdiril-

masi.asp)

16

  Azərbaycanda Həyat Şəraitinin Qiymətləndirilməsi üzrə Hesabat, mart, 2010, səh. 37.



17

  BqXc nümayəndələri ilə müsahibə, Bərdə, sentyabr, 2011.




13 

AzərBAycAndA MəcBuri KöçKünLər və yerLi əhALinin 

MəcBuri KöçKünLərin yerLi icMALArLA 

MüqAyisədə həyAt ŞərAiti



mənzil şəraiti

ü

mumilikdə, kənd və şəhərlərdə yaşayan məcburi köçkün icmaları mənzil şəraitinə 



görə məskunlaşdıqları icmaların sakinləri ilə müqayisədə daha pis şəraitdə yaşayırlar. 

Bununla  belə,  heç  də  bütün  məcburi  köçkünlər  eyni  çətinliklərlə  rastlaşmırlar  və 

məcburi köçkünlərin mənzil şəraiti əhəmiyyətli dərəcədə bir-birindən fərqlənir.  

Məcburi köçkünlərin böyük bir qrupu, təxminən 400,000 nəfəri sovet dövründə inşa edilmiş 

ictimai binalarda – məktəblərdə, bağçalarda, yataqxanalarda, sanatoriyalarda və inzibati 

binalarda  yaşayırlar.

18

  həm  kənd  yerində,  həm  də  şəhərlərdə  bu  cür  yerlərdə  yaşayan 



məcburi köçkünlərin əksəriyyətinin mənzil şəraiti məcburi köçkünləri ətrafdakı yerli icma-

lardan dərhal fərqləndirən əsas nəzərə çarpan amildir. dünya Bankı tərəfindən son vaxt-

larda aparılmış araşdırmaya əsasən məcburi köçkünlərin 42.5 faizi bir otaqlı mənzillərdə 

yaşayırlar, halbuki digər vətəndaşlar arasında bu göstərici 9.1 faiz təşkil edir.

19

 Məcburi 



köçkün ailələrinin malik olduqları orta yaşayış sahəsi 36 kvadrat metr təşkil edir, halbuki bu 

göstərici yerli icmadakı ailələr üçün 74 kvadrat metrdir.

20

2011-ci  ilin  oktyabr  ayına  olan  məlumata  əsasən,  Azərbaycanda  olan  ikinci  ən  böyük 



məcburi  köçkün  qrupu  21,600  ailədən  (107,000  insan)  ibarətdir  və  onlar  da  son  illərdə 

əsasən kənd yerlərində inşa edilmiş və bəziləri tərəfindən ucqar və ya təcrid olunmuş kimi 

təsvir edilən xüsusi təyinatlı evlərə köçürülmüşlər.

21

 2001-ci ildən etibarən hökumət məcburi 



köçkünlər üçün təxminən bir milyon kvadrat metr mənzil sahəsi və 70 qəsəbə inşa etmişdir 

ki, bu da mənzil şəraitinin yaxşılaşdırılmasına kömək etmişdir.

22

 Bu qrupdan olan məcburi 



köçkünlərin mənzil şəraiti yerli əhalinin orta şərait səviyyəsinə oxşardır. Buna baxmayaraq 

məcburi köçkünlər şikayət edirlər ki, ucqar qəsəbələrdə tikilmiş bu yeni evlərin vanna otağı  

 

 

18



  əli  həsənov,  qaçqınların  və  Məcburi  Köçkünlərin  İşləri  üzrə  dövlət  Komitəsinin  sədri  bildirmişdir  ki, 

hökumət  100,000  qaçqın  və  məcburi  köçkünü  yeni  mənzillərə  və  evlərə  yerləşdirmişdir,  və  əlavə  olaraq 

qeyd etmişdir ki, təxminən 400,000 nəfər hələ də “ağır şəraitdə” yaşamağa davam edir və hökumət tədricən 

onların da köçürülməsini davam etdirəcəkdir. noyabr, 2010 tarixdə edilmiş bəyanat.  (http://en.apa.az/news.

php?id=135109)

19

 



 

dünya  Bankının  №AAA64-Az  saylı  hesabatı,  Azərbaycan:  Mülkiyyətin  qurulması  və  İqtisadi  Müstəqilliyin 

dəstəklənməsi: Məcburi Köçkünlərin həyat Şəraiti, oktyabr, 2011, səh. 42.

20

 



 

dünya  Bankının  №AAA64-Az  saylı  hesabatı,  Azərbaycan:  Mülkiyyətin  qurulması  və  İqtisadi  Müstəqilliyin 

dəstəklənməsi: Məcburi Köçkünlərin həyat Şəraiti, səh. 43.

21

 



 

qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə dövlət Komitəsinin rəsmisi ilə müsahibə, Bakı, oktyabr, 2011.

22

  qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə dövlət Komitəsinin rəsmisi ilə müsahibə, Bakı, oktyabr, 2011.




Yüklə 463,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə