“İyirmi il məcburi



Yüklə 463,29 Kb.
Pdf görüntüsü
səhifə8/20
tarix06.05.2018
ölçüsü463,29 Kb.
#42806
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

18 

“İyirMi iL MəcBuri KöçKünMü oLAr?”

məcburi köçkün və qeyri-məcburi köçkün əhali arasında fərq daha azdır. Kənd yerlərində 

yerli  və  məcburi  köçkün  əhalinin  elektrik  enerjisi  ilə  təchizatı  eynidir  və  onların  verdiyi 

məlumata əsasən son illərdə onlar elektrik enerjisi ilə müntəzəm təchiz olunurlar. Ağdam 

və tərtər rayonlarında səfər edilən kəndlərdə səfər zamanı təbii qaz təchizatı yox idi, lakin 

quraşdırma işləri aparılırdı və bu işlər tamamlandıqdan sonra həm yerli, həm də məcburi 

köçkün əhalinin təbii qazla təchiz olunması nəzərdə tutulur.

35

 

Kəndlilər və məcburi köçkünlər qışda evlərini isitmək üçün odundan və qurudulmuş mal 



təzəyindən  istifadə  etməyə  məcbur  olduqlarını  bildirirdilər.  təəssüf  ki,  odundan  daha 

çox istifadə edilməsi ətraf mühitə mənfi təsir edir. yay mövsümündə insanların daha çox 

istirahət mərkəzi kimi istifadə etdikləri Gəncənin Ağcakənd ərazisindəki meşənin məcburi 

köçkünlər  tərəfindən  qırılması  yerli  sakinlərin  narazılığına  səbəb  olmuşdur.  əskipara 

kəndidə də sakinlər şikayət edirdilər:

“Əvvəllər kəndə girəndə elə bil meşə idi, ancaq indi buradakı ağacların çoxunu 

kəsmişik. Biz nə edə bilərdik? Evlərimizi isitməyə məcbur idik.”

36

hökumət hər qış mövsümündə (oktyabrdan fevral ayına qədər beş ay müddətində) məcburi 

köçkünləri adambaşına 40 litr benzinlə təmin edir. Buna baxmayaraq, məcburi köçkünlər 

qışda  evlərini  isitmək  üçün  odun  almaq  məcburiyyətində  qaldıqlarını  bildirilər.  Məsələn, 

qarağacı  kəndində  məskunlaşmış  son  dərəcə  kasıb  olan  kiçik  məcburi  köçkün  icması 

qış  mövsümündə  odun  alınması  üçün  təxminən  70-80 Azn  pul  xərclədiklərini  bildirirlər. 

İsmayılbəyli  kəndinin  yaxınlığında  yol  kənarında  çətin  mənzil  şəraitində  yaşayan,  lakin 

torpaq sahəsi ilə təmin olunmuş və mal-qaraya sahib olduqlarına görə imkanları nisbətən 

yaxşı olan məcburi köçkünlər öz evlərini isitmək üçün hər qış odun alınmasına təxminən 200 

Azn (250 ABŞ dollarından çox) xərcləyirlər. İsmayılbəyli kəndinin məcburi köçkünlər kimi 

eyni imtiyazlara malik olmayan yerli sakinləri bildirirlər ki, təbii qaz təchizatının olmaması 

onların ailə büdcəsinə böyük zərər vurur və onların istilik məqsədilə hər qış sərf etdikləri 

vəsait 400 Azn-ə çatır (500 ABŞ dollarından çox). 

pis mənzil şəraiti məcburi köçkünlərin sağlamlıq problemlərinin çoxalmasının səbəblərindən 

biri kimi qeyd edilmişdir. Bir çox hallarda Bakı şəhərində və regionlarda yaşayan məcburi 

köçkünlər  yaşadıqları  mənzillərin  döşəməsinin  beton  olduğu  üçün  qışda  çox  soyuq 

olmasından  və  bu  səbəbdən  revmatizm  xəstəliyindən  əziyyət  çəkdiklərindən  şikayət 

edirdilər. Bir məcburi köçkün şikayətlənərək qeyd etmişdir: 



“Bizim uşaqların böyrəkləri xəstədir [uşaqların soyuqdan tutduqları nefrit xəstəliyi]. 

Hamımız  tez-tez  xəstələnirik.  Bizə  verilən  o  az  miqdarda  pulu  da  dərmanlara 

xərcləməli oluruq.”

37

35

  2011-ci ilin sentyabrında etdiyimiz səfər zamanı kəndlərin çoxunda qaz xətləri var idi və bəziləri 2012-ci ilin 



qışında onlara qaz veriləcəyini gözləyirdi. 

36

  Müsahibələr, tərtər rayonunun əskipara kəndindəki yerli sakinlər, sentyabr, 2011.



37

  tərtər rayonunun əskipara kəndi yaxınlığındakı köhnə sovxoz ərazisində yaşayan məcburi köçkünMəcburi 




19 

AzərBAycAndA MəcBuri KöçKünLər və yerLi əhALinin 

qarağacı  kəndində  bir  nəfər  gənc  məcburi  köçkün  ana  özünün  altı  aylıq  körpəsini 

göstərərək şikayət etdi və bildirdi ki, pis yaşayış şəraiti, soyuq və rütubət üzündən onun 

körpə  uşağında  hərəkət  pozğunluğu  yaranmışdır.  “Mənim  övladım  xəstədir  və  həkimlər 

deyir ki, onu təmiz və quru yerdə saxlamaq lazımdır. Ancaq bizim qaldığımız yer soyuq 

və  rütubətlidir.  Bizim  gedəcək  başqa  yerimiz  də  yoxdur.”

38

  tərtər  rayonunun  səhlabad 



kəndindəki yarıuçuq məktəb binasında yaşayan digər bir gənc məcburi köçkün ana ötən 

yayda  özünün  yeddi  aylıq  körpəsini  bişməcə  xəstəliyi  səbəbindən  itirdiyini  qeyd  etdi. o 

qeyd etdi ki, bu faciəyə onların yaşadıqları evin şəraiti səbəb olduşdur.  

dolanışıq və su təchizatı 

BMt-in qaçqınların İşi üzrə Ali Komissarlığı (unhcr), Beynəlxalq qırmızı Xaç cəmiyyəti 

(BqXc), “oxfam” kimi Azərbaycanda fəaliyyət göstərən donor və yardım təşkilatları hes-

ab edirlər ki, əvvəlki illərdən fərqli olaraq, məcburi köçkünlüyə zəif və müdafiəyə ehtiyacı 

olan qrupların müəyyən edilməsində kifayətedici şərt kimi baxılmamalıdır. onlar həmçinin 

hesab edirlər ki, məcburi köçkünlərin sosial-iqtisadi vəziyyəti ümumi əhalinin vəziyyətindən 

çox  da  fərqlənmir.

39

  Mənzil  şəraiti  baxımından  əksər  məcburi  köçkünlərin  vəziyyətinin 



daha əlverişsiz olduğu aşkar nəzərə çarpsa da, digər meyarlara gəldikdə mənzərə daha 

mürəkkəbdir və konkret vəziyyətdən asılıdır.    

əksər məcburi köçkünlər əsasən hökumətin göstərdiyi yardımdan və Bakıda və xaricdə 

yaşayan  qohumlarının  göndərdikləri  vəsaitdən  asılıdırlar.  dünya  Bankının  məlumatına 

görə,  gəlir  mənbəyi  əsasən  muzdlu  əmək  və  ya  kənd  təsərrüfatında  kiçik  sahibkarlıq 

olan yerli icmalardan fərqli olaraq, məcburi köçkün ailələrinin gəlirinin 73 faizi hökumətin 

göstərdiyi yardıma əsaslanır. Məcburi köçkün ailələrinin yalnız 15 faizinin əsasən qeyri-

rəsmi, dövlət və ya özəl sahədə çalışmaqla gəlir əldə etdikləri qeyd olunur.

40

 

eyni zamanda, kənd yerlərində kiçik qruplarda son dərəcə müdafiəsiz və kasıb şəraitdə 



yaşayan məcburi köçkün icmaları istisna olmaqla, məcburi köçkünlərin vəziyyətinin yerli 

kasıb əhalidən o qədər də fərqlənmədiyi hiss olunur. yerlərdə aparılan araşdırma göstərir 

ki, kənd yerlərində məcburi köçkünlər və yerli əhali işsizlik və ya iş yerlərinin az olmasından, 

suvarma və içməli su təchizatının yetərli olmamasından, infrastrukturun, xüsusilə yolların 

pis  vəziyyətdə  olmasından  və  təbii  qaz  təchizatı  problemindən  və  sosial  xidmətlərdən 

faydalanarkən rast gəlinən çətinliklərdən demək olar ki, bərabər şəkildə əziyyət çəkirlər.     

köçkünlərlə müsahibə, sentyabr, 2011.

38

  Müsahibə, qarağacı kəndi, sentyabr, 2011.



39

  Bakı şəhərindəki BqXc və oxfam təşkilatlarının nümayəndələri ilə müsahibələr, sentyabr və oktyabr, 2011. 

eyni zamanda bax: “Azərbaycandakı məcburi köçkün vəziyyətinin qiymətləndirilməsi və onların ehtiyaclarını 

təmin edən mövcud  əməkdaşlıq mexanizmləri” unhcr, Geneva, 2005, səh. 16-18; (http://www.unhcr.org/

refworld/docid/442d369d4.html)

40

  yerdə qalan 12 faiz qeyri-hökumət formalı yardımlara arxayındır. dünya Bankı, Azərbaycanda Həyat Şəraitinin 



Qiymətləndirilməsi üzrə Hesabat, mart, 2010.


Yüklə 463,29 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə