“İyirmi il məcburi



Yüklə 463,29 Kb.
Pdf görüntüsü
səhifə16/20
tarix06.05.2018
ölçüsü463,29 Kb.
#42806
1   ...   12   13   14   15   16   17   18   19   20

34 

“İyirMi iL MəcBuri KöçKünMü oLAr?”



“Onlar  elə  fikirləşirlər  ki,  əgər  sən  məcburi  köçkünsənsə  deməli  cır-cındır 

geyinməlisən. Yaxşı geyinəndə və əynində təzə paltar olanda, onlar təəccüblənirlər: 

‘Bu  təzə  paltar  hardandır,  pulu  haradan  almısan?”  –  pirşağıda  yaşayan  əslən 

Xocalıdan olan məcburi köçkün xanım. 



“Çoxları  bura  gəlir  və  soruşurlar:  Siz  məcburi  köçkünsünüz  və  kondisioneriniz 

də var? Onlar fikirləşmirlər ki, düz əməlli pəncərəsi olmayan bir evdə 40 dərəcə 

istidə yaşamaq mümkün deyil” – pirşağıda yaşayan əslən Xocalıdan olan məcburi 

köçkün xanım.  

ümumilikdə maddi rifah baxımından yerli sakinlər məcburi köçkünlərin vəziyyətinin onların 

vəziyyətilə eyni olduğunu hesab edirlər. Şəhər və kənd yerlərində yaşayan yerli sakinlərin 

əksəriyyəti  məcburi  köçkünlərə  münasibətdə  nəzərə  çarpacaq  səviyyədə  oxşar  mövqe 

nümayiş etdirərək qeyd edirlər ki, məcburi köçkünlər əslində onlardan daha yaxşı yaşayırlar. 

qeyri-məcburi köçkün respondentlərin sözlərinə əsasən məcburi köçkünlərin kommunal 

xidmətlərə görə ödənişdən azad olmaları və “çörək pulu” almaları məcburi köçkünlərin yerli 

sakinlərlə müqayisədə daha əlverişli mövqedə olmalarına səbəb olur.   

“Bir dəfə avtobusda olanda bir məcburi köçkün qadın sürücüyə dedi ki, ‘Mən yol 

pulunu verə bilməyəcəm, çünki üstümdə pulum yoxdur. İndi gedirəm çörək pulumu 

almağa.’ Avtobusda olan hamı narazılıq elədi. Onun bizdən nə fərqi var? Nə üçün 

biz yol pulunu veririk, ancaq o vermir? Onun vəziyyəti bizdən qat-qat yaxşıdır – 

dövlət heç olmasa ona çörək pulu verir” – Gəncə şəhərindən olan yerli xanım.  

yerli sakinlər məcburi köçkünləri öz statuslarından istifadə edərək onlara düşməyən imti-

yazlar almaqda və ya güzəştlər əldə etməkdə günahlandırırlar, məsələn iş axtaranda və ya 

yerli məhkəmə və yaxud bələdiyyələrdə mübahisələrin həll olunmasında. 

yoxsuluq, işsizlik və sosial xidmətlərlə təminat baxımından məcburi köçkünlər və əhalinin 

qeyri-məcburi  köçkün  hissəsinin  problemləri  oxşar  olduğuna  görə  beynəlxalq  donorlar 

müstəsna olaraq məcburi köçkünlərə yönəlmiş yardımı azaltmış və bunun əvəzində daha 

geniş əhali qrupunu əhatə edən uzun-müddətli inkişaf proqramlarının həyata keçirilməsinə 

başlamışlar.  Məsələn,  1997-ci  ildən  bəri  “oxfam”  təşkilatı  məcburi  köçkün  icmalarına 

yönəlmiş  birbaşa  yardım  fəaliyyətini  dəyişərək  hər  iki  icmanı  əhatə  edən  yoxsulluğun 

azaldılması  və  inteqrasiya  yanaşmasına  üstünlük  vermişdir.  Bu  il  təşkilat Azərbaycanın 

cənub-mərkəzi hissəsində məcburi köçkün və yerli icmalardakı kiçik fermerlər və onların 

işçilərinə kömək edəcək biznes modelinin inkişafı layihəsinin icrasına başlamışdır.      

eynilə  BqXc  də  münaqişədən  əziyyət  çəkmiş  icmaların–yerli  əhali  və  məcburi 

köçkünlərin–ehtiyaclarının qarşılanması məqsədilə dağlıq qarabağın təmas xəttinə yaxın 

olan ərazilərində layihələr həyata keçirir. Bu layihələr çərçivəsində Füzuli, Ağdam və tərtər 

rayonlarının yeddi kəndində içməli su təchizatı üçün quyular qazılmış və məcburi köçkünlər 

və yerli sakinlərə dolanışıqlarını yaxşılaşdırmaq üçün kiçik həcmli maliyyə yardımı veriləcək 




35 

AzərBAycAndA MəcBuri KöçKünLər və yerLi əhALinin 

min  az  təminatlı  ailə  müəyyən  olunmuşdur.

66

  Bu  yanaşmaya  uyğun  olaraq  beynəlxalq 



ictimaiyyət  davamlı  olaraq Azərbaycan  hakimiyyətini  məcburi  köçkünlərin  sosial-iqtisadi 

vəziyyətinin yaxşılaşdırılmasına daha çox maliyyə vəsaiti ayırmağa və yoxsulluğun aradan 

qaldırılması strategiyasının bir hissəsi olaraq onlar üçün gəlir gətirəcək uzun-müddətli və 

dayanıqlı çözüm yolları təmin etməyə çağırmışdır.  



Əmlak məsələləri

Bəzi  məcburi  köçkünlər  yerli  sakinlərə  məxsus  əmlak  və  evləri  zəbt  etmişlər.  Məsələn, 

fokus qruplardan birinin iştirakçıları, Gəncədə yaşayan əslən Kəlbəcərdən olan məcburi 

köçkünlər etiraf edirlər ki, onlar 1993-cü ildə özəlləşdirilmiş yerli sakinin mülkiyyəti olan 

keçmiş  inzibati  binanı  zəbt  ediblər.  Buna  baxmayaraq,  sahibi  onları  çıxartmağa  cəhd 

göstərməyib və binaya məxsus olan üç hektar torpaq sahəsindən anbar məqsədilə istifadə 

edir.  Məcburi  köçkünlər  razılaşırlar:  “Biz  ondan  çox  razıyıq.  o  heç  vaxt  bizə  qarşı  pis 

münasibət göstərməyib.”   

Bununla  belə,  bir  çox  hallarda  əmlak  mübahisələri  məhkəmə  müzakirəsi  predmetinə 

çevrilmiş, o cümlədən Avropa İnsan hüquqları Məhkəməsinə də müraciətlər edilmişdir. 

Azərbaycan  hökuməti  1990-cı  illərin  əvvəllərində  məcburi  köçkün  əhali  Bakı  və  digər 

şəhərlərə axışdığı dövrdə özbaşına zəbt etdikləri boş mənzillərin və evlərin onlar tərəfindən 

saxlanılması məqsədilə hüquqi bazanı təmin etməyə cəhd göstərmişdir. nəticədə, 1992 

və  1994-cü  illərdə  zəbt  etdikləri  yaşayış  yerlərindən  məcburi  köçkünlərin  çıxarılmasının 

qarşısını almaq məqsədilə nazirlər Kabinetinin 1999-cu ildə qəbul etdiyi qərara əsasən 

digər (qeyri-məcburi köçkün) vətəndaşlara bu yaşayış yerləri üzərində mülkiyyət hüququ 

verən  yaşayış  orderlərinin  hüquqi  qüvvəsi  müvəqqəti  olaraq  dayandırılmışdır.  2004-cü 

ildə prezident tərəfindən verilmiş fərmana əsasən əmlak üzərindəki mülkiyyət hüququn-

dan asılı olmayaraq məcburi köçkünlər 1992 və 1998-ci illərdə məskunlaşdıqları hər hansı 

yaşayış yerindən çıxarıla bilməzlər.

67

 

Bu  fərmanlar  əmlak  hüquqlarına  təminat  verən  daxili  qanunlar,  eləcə  də  məcburi 



köçkünlərin  sosial  müdafiəsi  haqqında  qanunla  ziddiyyət  təşkil  edir.  Belə  ki,  bu  qanun-

da qeyd olunur ki, əgər məcburi köçkünün məskunlaşması digər vətəndaşların mülkiyyət 

hüquqlarının pozulmasına səbəb olursa, bu halda hökumət məcburi köçkünləri alternativ 

yaşayış yeri ilə təmin etməlidir.

68

 nəticədə məcburi köçkünlərə qarşı mülkiyyət hüquqları 



ilə bağlı şikayətlərdə yerli məhkəmələr mülkiyyətçinin əmlak hüquqlarını təsdiq etsələr də, 

qeyd edirdilər ki, məcburi köçkünlərin şəxsi daşınmaz əmlakdan çıxarılması  işğal edilmiş 

66

  Layihə çərçivəsində BqXc hər bir müdafiəyə ehtiyacı olan ailəyə hər biri 750 Azn (955 ABŞ dolları) olmaqla 



iki dəfəlik yardım edir. yardım almaq üçün bu ailələr öz ehtiyaclarını qarşılayan bir layihə təqdim etməlidirlər. 

Adətən  bu  layihələr  iqtisadi  müstəqilliyin  təmin  olunması  məqsədilə  mal-qaranın  alınmasını  nəzərdə  tutur. 

Müsahibə, BqXc əməkdaşları, Bərdə, sentyabr, 2011. 

67

  “qaçqınların və Məcburi Köçkünlərin yaşayış Şəraitinin yaxşılaşdırılması və Məşğulluğunun Artırılması üzrə 



dövlət  proqramı”nın  təsdiq  olunması  üzrə Azərbaycan  respublikası  prezidentinin  1  iyul,  2004-cü  il  tarixli 

fərmanı.


68

  “Məcburi  Köçkünlərin  və  onlara  Bərabər  tutulan  Şəxslərin  sosial  Müdafiəsi  haqqında”  Azərbaycan 

respublikasının qanunun 5-ci Maddəsi, 21 may, 1999.



Yüklə 463,29 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə