“İyirmi il məcburi



Yüklə 463,29 Kb.
Pdf görüntüsü
səhifə12/20
tarix06.05.2018
ölçüsü463,29 Kb.
#42806
1   ...   8   9   10   11   12   13   14   15   ...   20

26 

“İyirMi iL MəcBuri KöçKünMü oLAr?”



Təhsil 

sovetlər  dövründə  olduğu  kimi,  doqquz  illik  icbari  təhsilə  (yaş  həddi  6-15)  cəlb  olunma 

səviyyəsi yüksəkdir və demək olar ki, hər kəs oxuyub-yazmağı bacarır. Lakin müstəqillik 

əldə  edildikdən  sonra  səhiyyə  sahəsində  olduğu  kimi  təhsil  sektorunda  da  əhəmiyyətli 

dərəcədə geriləmələr baş vermişdir. orta təhsildən sonra ali təhsil almaq imkanları getdikcə 

çətinləşir,  belə  ki,  kasıb  əhali  övladlarının  universitetlərdə  təhsil  ala  bilmələrini  təmin 

etməkdə çətinlik çəkirlər. Bundan əlavə, tədris materiallarını əldə etmək imkanlarının aşağı 

olması, müəllimlərin peşəkarlıq səviyyəsinin aşağı düşməsi və məktəblərin, xüsusən də 

kənd yerlərindəki təhsil müəssisələrinin fiziki şəraitinin aşağı olması səbəbindən keyfiyyətli 

təhsilə çıxış imkanlarındakı qeyri-bərabərlik getdikcə daha da genişlənir. 

yuxarıda deyilənlərlə yanaşı, qeyd etmək lazımdır ki, əksər məcburi köçkünlər övladlarının 

təhsil səviyyəsinin qaneedici olduğunu ifadə etmişlər. Bəziləri hətta onların məktəblərindəki 

təhsil  səviyyəsinin  yerli  məktəblərdəki  təhsil  səviyyəsindən  daha  yaxşı  olduğunu  iddia 

edirdilər. Məsələn, sumqayıt şəhərində yerləşən qubadlı rayon icra hakimiyyətinin rəsmisi 

qeyd edirdi ki, 2011-ci ildə qubadlı məktəblərinin məzunları arasında universitetlərə qəbul 

göstəricisi 41 faiz təşkil etmişdir, bir məcburi köçkün məktəbində isə, qəbul göstəricisi 80 

faiz  olmuşdur.

54

  tələbə  qəbulu  üzrə  dövlət  Komitəsinin  sədri  öz  müsahibəsində  qeyd 



etmişdir ki, universitetlərə müraciət edən məcburi köçkün məzunların sayı getdikcə artır 

və  son  illər  onların  qəbul  imtahanlarında  yığdıqları  balların  sayında  da  artım  müşahidə 

edilmişdir.

55

   



Məcburi köçkünlərin yerli məktəblərdə təhsil almalarına heç bir məhdudiyyət yoxdur. Kənd 

yerlərində  kiçik  icmalarda  yaşayan  məcburi  köçkünlər  adətən  yerli  məktəblərdə  təhsil 

alırlar, çünki bu icmalardakı uşaqların sayı onlar üçün ayrıca məktəblərin yaradılmasına 

imkan vermir. Lakin daha böyük icmalarda əksər məcburi köçkünlər öz övladlarını onlar 

üçün ayrılmış məktəblərə göndərirlər. pirşağı və  Gəncədə həyata keçirilən fokus qrupların 

iştirakçıları  belə  qeyd  etdilər  ki,  məcburi  köçkün  məktəblərində  çalışan  müəllimlər  yerli 

məktəblərdəki müəllimlərlə müqayisədə şagirdlərə daha çox diqqət və qayğı göstərirlər.    

Bu  misallar  əsasında  ümumiləşdirmə  aparmaq  və  yerli  əhali  ilə  müqayisədə  məcburi 

köçkünlərin təhsil səviyyəsinin keyfiyyəti barədə qəti fikir səsləndirmək çətindir. Məcburi 

köçkün  müəllimlərinin  daha  yaxşı  çalışması  haqqında  formalaşmış  bu  fikir  onların  öz 

icmalarının  maraqlarına  xidmət  etmək  arzusundan  irəli  gələr  bilər.  Məcburi  köçkünlərin 

yerli məktəblərdən daha çox öz məktəblərinə üstünlük vermələrinin digər bir ehtimal olu-

nan səbəbi ondan ibarətdir ki, müəyyən bir ərazidə yaşayan məcburi köçkün ailələrinin 

iqtisadi vəziyyəti ümumilikdə eynidir və bu da onlara məktəb uşaqları üçün bərabər şəraiti 

təmin etməyə imkan verir. valideynlərin gəlirlərinin qeyri-bərabər olması yerli məktəblərdə 

54

  Müsahibə, qubalının mühacirətdə olan yerli rəsmisi, sumqayıt, oktyabr 2011.



55

  “Məleykə Abbaszadə: Məcburi Köçkün Məzunların qəbul İmtahanlarındakı nəticələri İldən-ilə yüksəlir”, 525-ci 



qəzet, 22 dekabr, 2010.


27 

AzərBAycAndA MəcBuri KöçKünLər və yerLi əhALinin 

özünü daha çox göstərir və bu da bəzən psixoloji pozğunluğa və kasıb ailələrdən gələn 

uşaqların ayrı-seçkiliyə məruz qalmasına səbəb olur. Fokus qrup iştirakçılarının bəziləri 

özləri müəllimlər idi və bu da onların verdikləri cavablara təsir edə bilərdi. Buna baxmayaraq 

qavrayışlar və bəzi dəlillər bir fikri dəstəkləyir ki, ümumilikdə məcburi köçkünlər arasında 

təhsil imkanlarının təmin olunması və tədrisin keyfiyyəti yerdə qalan əhali ilə müqayisədə 

heç də pis deyildir. 

Kiçik  məcburi  köçkün  icmalarının  məskunlaşdıqları  bəzi  ucqar  ərazilərdə  təhsil,  eləcə 

də digər sosial xidmətlərə çıxış imkanları daha məhduddur. Məsələn, əskipara kəndinin 

kənarındakı  köhnə  sovxoz    adlanan  ərazidə  yaşayan  məcburi  köçkünlər  bildirirdilər  ki, 

onların uşaqları əskipara kənd məktəbinə getmək üçün yeddi kilometrə qədər yol qət etməli 

olurlar.

56

 Lakin bu hal geniş yayılmamışdır, əksinə istisna hallarda müşahidə edilmişdir. 



Məcburi köçkünlər onların uşaqlarının aldıqları təhsil səviyyəsindən az razı qalsalar da, 

daha  çox  məktəb  binalarının  pis  vəziyyətdə  olmasından  xüsusilə  şikayətlənirlər.  əksər 

məcburi köçkün məktəbləri texniki şərtlərə cavab verməyən binalarda təşkil edilmişdir və 

burada qış mövsümündə əsas çətinlik məktəbin istiliklə təmin olunmasıdır. soyuq aylarda 

müəllimlər və şagirdlər siniflərdə baş və üst geyimlərini çıxartmırlar və istilik yaratmaq üçün 

hər növ isidicilərdən (elektrik və yanacaqla işləyən) istifadə edirlər. Bəzi məktəb binalarında, 

o cümlədən pirşağıdakı məktəbdə sinif otaqları kiçikdir. Belə olan halda müəllimlər sinifləri 

qruplara ayırmaq və növbə ilə işləmək məcburiyyətində qalırlar ki, bu da tədris mühitinə 

təsir edir.  

Məcburi köçkün valideynlərini narahat edən digər bir məsələ evlərdə məktəb şagirdlərinin 

müstəqil şəkildə ev tapşırıqlarını hazırlamaları üçün ayrıca otağın olmamasıdır: 

“Bizim səkkiz nəfərlik ailəmiz iki kiçik otaqda yaşayır. Evdə bircə normal masamız 

vardır. Qızlarımın ikisi bu masanın ətrafında əyləşib ev tapşırıqlarını hazırlamağa 

başlayanda  həyat  yoldaşım  gəlir  və  mən  onlardan  masanı  boşaltmağı  xahiş 

edirəm  ki,  ərimə  yemək  verim.  Sonra  qardaşımın  oğlu  gəlir,  sonra  mən  paltar 

ütüləməliyəm, sonra kimsə televizora baxır və bütün saatlarda otaqda kimsə olur... 

Bu vəziyyətdə onlar necə dərs oxusunlar?” 

57

   

yerli sakinlər onların yaşadıqları icmalarda təhsilin keyfiyyətindən daha çox narazılıqlarını 

ifadə  edirdilər:  müəllimlər  özlərinin  peşəkar  öhdəliklərini  lazımınca  yerinə  yetirmirlər; 

əksər müəllimlərin peşəkar bacarıqları azdır; onlar şagirdlərin sinifdə tədris almalarında 

maraqlı  deyillər.  yaxşı  qiymət  almaq  üçün  rüşvət  vermək  və  məktəbin  büdcəsinə  hər 

hansı bir şəkildə ianə etmək geniş yayılmışdır. Məktəb ləvazimatları çox bahadır və bəzi 

yoxsul  ailələrin  öz  uşaqlarını  məktəbə  göndərməyə  imkanları  çatmır.  qış  mövsümündə 

sinif  otaqlarının  isidilməsi  eyni  zamanda  yerli  məktəblərdə  də  problemdir  və  bu  adətən 

valideynlərin vəsaiti hesabına həll edilir. hər iki qrup –məcburi köçkünlər və yerli icmalar – 

56

  Məcburi köçkün icması ilə müsahibə, sentyabr 2011.



57

  Gəncə şəhərindəki yataqxanada məskunlaşmış Kəlbəcər məcburi köçkünləri ilə müsahibələr, oktyabr 2011.




Yüklə 463,29 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə