“İyirmi il məcburi



Yüklə 463,29 Kb.
Pdf görüntüsü
səhifə15/20
tarix06.05.2018
ölçüsü463,29 Kb.
#42806
1   ...   12   13   14   15   16   17   18   19   20

32 

“İyirMi iL MəcBuri KöçKünMü oLAr?”



hara qaçasan, nə edəsən və ya bundan sonra necə yaşayasan, uşaqlarını necə 

böyüdəsən …”

o, yerli insanların onun ailəsinə necə köməklik etdiklərini yada salır və qeyd edir ki, uşaqları 

döşəmədə yatanda bağçanın müdiri onlara döşək və yorğan vermişdir. “onlar bizə hörmət 

edirdilər və çox köməklik ediblər”. 

Bununla belə, məcburi köçkünlər qeyd edirlər ki, yerli əhalinin heç də hamısı onları xoş 

qarşılamamışdır. onlar düşünürlər ki, köçkünlükdən sonrakı ilkin dövrlərdə olan əlaqələr 

indikindən daha gərdin idi. Xocalıdan olan məcburi köçkün qadının dediklərindən:  

“Bizə deyirdilər: “Nə üçün evlərinizi qoyub qaçdınız? Niyə görə qalıb torpaqlarınız 

uğrunda vuruşmadınız?” İndi əlaqələrimiz yaxşıdır. Yerli mağaza sahibləri məcburi 

köçkünlərə nisyə mal verirlər. Nə də olmasa biz bir millətik...”

65

Bu günkü ictimai əlaqələr

Məcburi köçkünlər və onların məskunlaşdıqları yerli icmaların eyni etnik, dil və milli adətləri 

paylaşması  hər  iki  icma  arasında  dialoqun  baş  tutmasına  kömək  edir.  Fokus  qruplarda 

iştirak  etmiş  bütün  məcburi  köçkün  iştirakçılar  qeyd  etmişlər  ki,  onların  yerli  icmalar 

arasında dostları və həmkarları vardır. Bir qayda olaraq toy və yas mərasimlərində on-

lar bir araya gəlirlər. hər iki icmadan olanlar arasında baş tutmuş nikahlar barədə statis-

tik məlumatlar olmasa da, səfər edilən bütün icmalarda belə nümunələr mövcud idi. Bəzi 

məcburi köçkünlər hesab edirlər ki, bu cür qarşılıqlı nikahların sayı getdikcə artır:



“Əvvəlcə onlar bizə qarşı bir az şübhə ilə yanaşırdılar. Ancaq indi görürlər ki, gənc 

məcburi köçkünlər fəaldır və zəhmətkeşdirlər və ona görə də məcburi köçkünlərlə 

ailə qurmağa üstünlük verirlər. Bakıdan olan yerli qızlarla müqayisədə bizimkilər 

daha fəaldır və səhər tezdən ev işlərini görməyə başlayırlar” – pirşağıda yaşayan 

əslən Xocalıdan olan məcburi köçkün qadın.  

eyni zamanda bəzi məcburi köçkünlər, xüsusən də şəhərlərdə yaşayanlar özlərini sosial 

cəhətdən təcrid olunmuş hesab edirlər. onlar yerli icma ilə olan əlaqələrinin normal, lakin 

yaxın olmadığını qeyd edirlər. Bəziləri məcburi köçkün olduqlarına görə təhqir olunduqları 

hadisələri danışdılar:  



“Biz  özümüzü  cəmiyyətin  tam  hüquqlu  üzvləri  kimi  hiss  etmirik.  Biz  cəmiyyətin 

sahibsiz “ştatdankənar” üzvləriyik. Necə deyərlər, ‘Gözdən uzaq, könüldən iraq’”  

– pirşağıda yaşayan əslən Xocalıdan olan məcburi köçkün qadın. 



“Bir  dəfə  bir  ananın  öz  uşağına  ‘Ağlama  yoxsa  səni  qaçqına  göstərəcəm’  deyə 

qorxutduğunu eşitdim’” – Bakı şəhərindəki yataqxanada yaşayan əslən Ağdamdan 

olan məcburi köçkün qadın.

“Biz  dəfə  bir  yerli  sakinlə  mübahisəmiz  düşdü  və  o  mənə  dedi:  Ermənilər  sizə 

65

  Bakı şəhərinin yaxınlığındakı pirşağı qəsəbəsində yaşayan məcburi köçkün xanım ilə fokus qrup müsahibə, 



sentyabr, 2011.


33 

AzərBAycAndA MəcBuri KöçKünLər və yerLi əhALinin 



etdiklərinə görə onlara təşəkkür düşür, siz bundan da pisinə layiqsiniz” – Gəncə 

şəhərindəki yataqxanada yaşayan əslən Kəlbəcərdən olan məcburi köçkün kişi. 

yerli şəhər sakinləri də hesab edirlər ki, uzun müddət köçkünlük şəraitində yaşasalar da 

məcburi  köçkünlər  ‘yad’  olaraq  qalıblar,  onlar  yaşadıqları  icmalara  tam  şəkildə  inteqra-

siya edə bilməyiblər. əksəriyyəti kənd yerlərindən gəldiklərinə görə onlar şəhərdəki şəraitə 

uyğunlaşa bilməmişlər və daha çox təsərrüfatla məşğul olmağa həvəslidirlər. Xüsusilə Bakı 

şəhərindəki yerli sakinlər hesab edirlər ki, iş dalınca digər əyalətlərdən şəhərə üz tutan 

məcburi köçkünlər və miqrantlar özləri ilə kənd təcrübəsini də gətirirlər. Məcburi köçkünlərin 

məskunlaşdıqları yataqxanaların yaxınlığında yaşayan yerli sakinlər səs-küy, səliqəsizlik 

və sanitariya şəraitinin pis olmasından şikayət edirdilər. yaşayış şəraitini yaxşılaşdırmaq 

üçün burada yaşayan məcburi köçkünlərin çoxu balkonlara kran suyu çəkiblər və çirkab 

suların mərkəzi kanalizasiya sisteminə tökülməsi üçün özləri küçə boyu açıq vəziyyətdə 

axan kanalizasiya sistemi çəkiblər. 

eyni  zamanda  bəzi  yerli  sakinlər  qeyd  edirlər  ki,  məcburi  köçkünlərin  məskunlaşdıqları 

rayonlardakı təhlükəsizlik ümumilikdə yaxşılaşmışdır. 

“Gec saatlarda özümü təhlükəsiz hiss edirəm. Gecə yarısına qədər küçələrdə in-

sanlar olur. məcburi köçkünlərin yaşadıqları otaqlar kiçikdir, ailələri isə, böyükdür, 

ona görə də kişilər gecənin yarısına qədər bayırda otururlar. Mən tək yaşadığıma 

görə qaranlıq düşdükdən sonra insanların küçədə gəzişməsi və bir-birləri ilə söhbət 

etməsi mənim üçün yaxşıdır.” – Bakı şəhərində yerli sakin. 

yerli sakinlər məcburi köçkünlərin payına düşən və hələ də çəkdikləri çətinliklərini anlayır 

və onların hansı şəraitdə bu yerlərə gəldiklərini nəzərə alaraq, qonşuluqda yaşayanlarla 

əlaqə qurmağın lazım olduğunu dərk edirlər:  



“Onlar öz istəkləri ilə bura gəlməyiblər. Onlar qoyub gəldiklərinin hamısını burda 

tapa bilməyiblər …” – Gəncə şəhərindən olan yerli xanım. 

“Onlar yaxşı insanlardır; Mən həmişə onlardan ərzaq malları alıram. Onlar dürüst 

adamlardır və heç vaxt tərəzidə aldatmırlar. Mən onlardan narazı deyiləm. Nə də 

olmasa biz hamımız insanıq …” – Bakı şəhərindən olan yerli xanım.     

Məcburi köçkünlərin ehtiyacları barədə qavrayışlar və yardım strategiyaları 

rəsmi  diskursda  məcburi  köçkünlər  ‘məzlum’,  ‘yazıq’  və  xüsusi  yardıma  ehtiyacı  olan 

şəxslər kimi təsəvvür edilir. Məcburi köçkünlər elə güman edirlər ki, “kənardan gələnlər” 

– müxtəlif yardım təşkilatlarını, xarici təşkilatları və ya medianı təmsil edən nümayəndə 

heyətləri gələndə hökumət istəyir ki, onlar müdafiəsiz görkəmdə olsunlar.   

Məcburi  köçkünlərin  ictimai  obrazı  və  onların  gündəlik  reallıqları  arasında  baş  verən 

hər hansı uyğunsuzluq yerli sakinlərin narazılığına və müəyyən qədər paxıllığına səbəb 

olur.  onlar  iqtisadi  vəziyyətindən  asılı  olmayaraq  məcburi  köçkünlərə  verilən  imtiyazları 

narazılıqla qarşılayırlar: 



Yüklə 463,29 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə