“İyirmi il məcburi



Yüklə 463,29 Kb.
Pdf görüntüsü
səhifə17/20
tarix06.05.2018
ölçüsü463,29 Kb.
#42806
1   ...   12   13   14   15   16   17   18   19   20

36 

“İyirMi iL MəcBuri KöçKünMü oLAr?”

torpaqlar azad olunanadək və ya hökumət məcburi köçkünləri yeni ərazilərə köçürənədək  

təxirə salınmalıdır.

69

 Bu qərar həm qanuni mülkiyyətçiləri, həm də məcburi köçkünləri qane 



etmirdi,  çünki  birincilər  onlara  məxsus  əmlakın  nə  zaman  boşaldılacağını  bilmirdilər  və 

ikincilər də qeyri-müəyyənlikdə yaşamağa məcbur edilirdilər. 

İlk  dəfə  2007-ci  ildə  Akimova  Azərbaycana  qarşı  iddiası  və  sonrakı  dövrlərdə  oxşar 

şikayətlərə baxmış Avropa İnsan hüquqları Məhkəməsi məcburi köçkün ailəsi tərəfindən 

mənzili  zəbt  olunmuş  Bakı  sakinin  iddiasını  qəbul  etmiş  və  öz  qərarında  Azərbaycan 

hökumətinin  praktikasını  vətəndaşların  mülkiyyət  hüquqlarının  pozulması  kimi  qəbul 

edərək  hökuməti  qanuni  mülkiyyətçilərin  əmlak  hüquqlarını  bərpa  etməyə  və  məcburi 

köçkünləri  alternativ  yaşayış  yeri  ilə  təmin  etməyə  çağırmışdır.

70

  Bu  və  oxşar  qərarlar 



rəsmi elan olunduğuna görə hökumət bu mübahisələri ya qanuni mülkiyyətçilərlə qarşılıqlı 

razılaşma yolu ilə (məsələn, Akimova Azərbaycana qaşı iddiada olduğu kimi) həll etmək 

məcburiyyətində qalmışdır və yaxud məhkəmənin qərarını hələ də icra etməmişdir. Bu cür 

qərarlar presedent yaratmışdır və şəhərlərdəki mənzillərdə yaşayan məcburi köçkünlərin 

bu cür mənzillərdə yaşayış təminatının olmadığını vurğulamışdır. 

eyni zamanda, məcburi köçkünlər tərəfindən yerli sakinlərə məxsus olan torpaq sahələrinin 

qeyri-qanuni zəbt edilməsi halları da mövcuddur. 1999-cu ildə hökumət torpaq islahatlarına 

başladı  və  ölkə  ərazisində  regionlarda  yaşayan  bütün  əhaliyə  bərabər  torpaq  payı  ver-

ildi.  cəbhə  xəttinə  yaxın  yerlərdə  yaşayan  məcburi  köçkünlər  və  bəzi  kəndlilər  əkin 

torpaqlarının  paylanmasından  faydalana  bilmədilər,  çünki  onların  torpaqları  ermənistan 

qüvvələri  tərəfindən  işğal  altında  saxlanılır.  Kənd  yerlərində  yerli  sakinlər  və  məcburi 

köçkünlər arasındakı əsas gərginliyin torpaq islahatlarının başlandığı dövrlərdə baş verdiyi 

hesab edilir. Bəzi məcburi köçkünlər yerli sakinlərə məxsus olan torpaq sahələrini şifahi 

razılaşma əsasında becərməyə başlamışlar və hər il onlara bir hektara 60-100 Azn icarə 

haqqı ödəmiş və yaxud natura şəklində ödənişlər etmişlər. digərləri isə torpaq sahələrini 

zəbt  etmiş  və  yerli  hakimiyyət  orqanlarından  qeyri-müəyyən  müddətə  bu  torpaqlardan 

istifadə hüququ əldə etmişlər. 

69

  Günel quliyeva, Jdan yazdani, Azərbaycanda  məcburi köçkünlər, 17 dekabr, 2009 (http://www.balcanicau-



caso.org/eng/regions-and-countries/Azerbaijan/idps-in-Azerbaijanhttp://www.balcanicaucaso.org/eng/re-

gions-and-countries/Azerbaijan/idps-in-Azerbaijan)

70

  Bu məhkəmə işlərinə daxildir: Akimova Azərbaycana qarşı, 27 sentyabr, 2007; Mirzəyev Azərbaycana qarşı, 3 



dekabr, 2009; Cəfərov Azərbaycana qarşı, 11 fevral, 2010; Gülməmmədova Azərbaycana qarşı, 22 aprel, 2010; 

Həsənov Azərbaycana qarşı, 22 aprel, 2010; Hacıyeva və digərləri Azərbaycana qarşı, 8 iyul, 2010; İsgəndərov 

və digərləri Azərbaycana qarşı; 8 iyul, 2010, İsmayılova Azərbaycana qarşı, 9 dekabr, 2010. Məhkəmə eyni 

zamanda  əmlakın  hüquqi  sahibinin  olub-olmamasından  asılı  olmayaraq  məcburi  köçkünlərin  zəbt  etdikləri 

yaşayış yerlərindən çıxarılmasını qadağan edən prezidentin 2004-cü ildə qəbul etdiyi fərmanın hüquqi tərəfini 

araşdırmışdır: “…Bu prezident Fərmanı mülki prosedurda yer almış hər hansı müddəanı özündə əks etdirmir 

və  yerli  məhkəmələrə  əmlakın  boşaldılması  haqqında  məhkəmə  qərarlarını  qeyri-müəyyən  müddətə  təxirə 

salmaq səlahiyyəti verir, bu hadisədə də məhz bu baş vermişdir. Bundan başqa 21 may, 1999-cu il tarixdə 

qəbul edilmiş qanuna əsasən məcburi köçkünlərin onların razılığı ilə yerləşdirilməsi digər şəxslərin hüquqlarını 

və  qanuni  maraqlarını  pozursa,  bu  halda  yerli  dövlət  orqanları  məcburi  köçkünlərin  digər  yaşayış  yerinə 

köçürülməsini təmin etməlidir. Müvafiq olaraq qeyd olunan prezident fərmanı daha üstün hüquqi qüvvəyə malik 

olan qanunvericilik aktı ilə ziddiyyət təşkil edir; bu cür hallarda prezidentin Fərmanına əsasən təxirə salınmanın 

qanuniliyi barədə sual yaranır.” Gülməmmədova Azərbaycana qarşı, 38798/07 saylı ərizə, 22 aprel, 2010.




37 

AzərBAycAndA MəcBuri KöçKünLər və yerLi əhALinin 

cəBhə Xəttinə yAXin yAŞAyAn MəcBuri 

KöçKünLər və yerLi icMALArin 

təhLüKəsizLiK qAyğiLAri

h

ər iki tərəfdə bir-birinə yaxın yerləşən kəndlərin olduğu ermənistan və Azərbaycan 



arasındakı nisbətən sabit rəsmi sərhəd bölgəsindən fərqli olaraq, daha qeyri-sabit 

olan  dağlıq  qarabağ  ətrafı  cəbhə  xəttində  azərbaycanlı  mülki  əhali  daha  çox 

məskunlaşmışdır. Bu ərazıdəki kəndlərdən bəzilərində  vəziyyət çox təhlükəlidir, belə ki, 

onlar təmas xəttində yerləşirlər və Azərbaycan silahlı qüvvələrinin səngərləri bilavasitə bu 

kəndlərin kənarından keçir. digər tərəfdən, qarabağ ermənilərinin əsas yaşayış məskənləri 

ermənistanın  nəzarətində  olan  ərazinin  daha  dərinliklərində  yerləşir  və  onların  hərbi 

qüvvələri əsasən Azərbaycan kəndləri ilə həmsərhəd olan insan yaşamayan və ya seyrək 

yaşayış olan ərazilərdə yerləşmişlər. cəbhə xəttinə yaxın ərazidə yaşamaları azərbaycanlı 

mülki əhalini təmas xəttində baş verə biləcək hər hansı gərginliyə qarşı daha həssas edir.          

cəbhə  xəttinə  yaxın  ərazidə  yerləşən  üç  kənddə  2011-ci  ilin  sentyabr  ayında  sahə 

araşdırması  və  müsahibələr  keçirilmişdir:  tərtər  rayonunda  qapanlı  (eyni  zamanda 

qaradağlı-qapanlı  kimi  də  tanınır)  və  qarağacı  kəndləri  və  qismən  işğal  altında  olan 

Ağdam rayonunun əhmədağalı kəndi. Bundan əlavə, bu fəsildəki təhlil müəlliflərdən birinin 

2011-ci  ilin  mart  ayında Ağdam  rayonunun  cəbhə  xəttinə  yaxın  olan  orta  qərvənd  və 

çıraqlı kəndlərində, eləcə də Füzuli rayonunun Alxanlı, Mirzənağılı kəndlərində və rayonda 

yeni salınmış məcburi köçkün qəsəbəsi olan zobucuqda müstəqil şəkildə apardığı əvvəlki 

araşdırmaya da əsaslanmışdır. 

Bu araşdırmalar zamanı cəbhə xəttindən bir qədər aralıda yerləşən əhmədağalı və zo-

bucuq istisna olmaqla, səfər edilən kəndlərin hamısı erməni mövqeləri tərəfindən daima 

atəşə tutulur.  

Bir bariz nümunə kimi, üç tərəfdən erməni qüvvələrinin nəzarətində olan ərazi ilə əhatə 

olunmuş qapanlı kəndini göstərmək olar. Kəndlə erməni mövqeləri arasında olan məsafə 

150-500 metr arasında dəyişir. Kənddəki evlərin əksəriyyətində güllə izləri vardır. qapanlı 

kəndində  BqXc  tərəfindən  yenicə  təmir  edilmiş  evin  divarındakı  güllə  yeri  tədqiqatçıya 

göstərilmişdir. qarağacı kəndinin yerli sakinlərindən biri qeyd etmişdir: 

“Biz  kredit  götürdük,  evin  müəyyən  hissələrini  təmir  etmək  üçün  şifer  və  taxta 

aldıq. İki ay bundan əvvəl onlar bizim evimizi atəşə tutdular və divarda yeni dəliklər 

əmələ gəldi. Biz isə hələ də krediti geri qaytarmalıyıq.” 

çıraqlı və Alxanlı kəndlərinin üçdə-biri dağıdılmışdır və cəbhə xəttinə yaxın olduğuna görə 

əhali  buradan  çıxmaq  məcburiyyətində  qalmışdır.  çıraqlı  kəndinin  əhalisinin  bir  hissəsi 

qonşu  əhmədağalı  kəndində  yerləşmiş  və  1993-cü  ildən  bu  vaxta  qədər  burada  uçuq 

vəziyyətdə  olan  ictimai  binalarda  yaşayırlar.  cəbhə  xəttinə  yaxın  kəndlərdəki  insanlar 



Yüklə 463,29 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə