“İyirmi il məcburi



Yüklə 463,29 Kb.
Pdf görüntüsü
səhifə14/20
tarix06.05.2018
ölçüsü463,29 Kb.
#42806
1   ...   10   11   12   13   14   15   16   17   ...   20

30 

“İyirMi iL MəcBuri KöçKünMü oLAr?”

faydalanmaqda  davam  edəcəkdir.  Bu  yanaşmanın  arxasında  dayanan  məntiq  ondan 

ibarətdir ki, adətən uşaqlar atalarının yaşadıqları ərazidə qeydiyyata alınırlar. Bu səbəbdən 

də məcburi köçkün rayonlarında qeydiyyata alınmış uşaqlara məcburi köçkün statusu və 

imtiyazları təmin edilir.  

Kənd yerlərində yaşayan məcburi köçkünlər və yerli sakinlər çox vaxt dövlət tərəfindən təmin 

edilən imtiyazları, işsizliyə və ya əlilliyə görə müavinət, eləcə də ünvanlı sosial yardımı əldə 

etməyə çalışarkən korrupsiya halları ilə rastlaşdıqlarından şikayət edirdilər. Bakı şəhərində 

və  kəndlərdə  müsahibə  götürülən  məcburi  köçkünlərin  sözlərinə  görə,  ünvanlı  sosial 

yardım üçün müraciət edərkən onlardan rüşvət tələb etmişlər. verilən məlumatlara əsasən, 

yerli dövlət rəsmiləri məcburi köçkünləri maliyyə yardımı almaq üçün qeydiyyata almağa o 

halda razılaşdırdılar ki, illik imtiyazın birinci altı ayı onlara verilsin. nəticədə, ünvanlı sosial 

yardımları yalnız bir neçə məcburi köçkün əldə edə bilmişdir. Məsələn, qubadlı rayonun-

dan  olan  34,000  məcburi  köçkündən  hazırda  yalnız  291  ailə  ünvanlı  sosial  yardım  alır. 

hətta yerli hökumət rəsmiləri də bu rəqəmin çox aşağı olması ilə razılaşırlar.

62

yoxsulluq  və  dövlətin  məhkəmə  sisteminə  olan  inamsızlıq  səbəbindən  həm  məcburi 



köçkünlər, həm də yerli kənd əhalisi müvafiq dövlət orqanlarına qarşı məhkəmə iddiası 

qaldırmaq  üçün  lazımi  instansiyalara  gedib  nəqliyyat  xərcləri  çəkməyə  belə  həvəs 

göstərmirlər. “Biz ayda dövlətdən çörək pulu üçün yalnız 15 Azn (20 ABŞ dolları) alırıq. İndi 

biz yerli icra hakimiyyətinə gedib çıxmaq üçün lazım olan 1-2 manatı uşağımızın boğazından 

necə kəsək?” deyə əhmədağalı kəndindəki bir nəfər məcburi köçkün soruşmuşdur.     

Ağdam, tərtər və Füzuli rayonlarının cəbhə xəttinə yaxın olan bəzi kəndlərində torpağın 

özəlləşdirilməsi  həyata  keçirilməmişdir,  çünki  bu  kəndlərdəki  torpaqların  bir  hissəsi 

ermənistan  silahlı  qüvvələri  tərəfindən  işğal  edilib  və  ya  ermənistan  və  Azərbaycan 

qüvvələri  arasındakı  təmas  xəttində  sahibsiz  vəziyyətdə  qalmaqdadır.  Bu  səbəbdən 

də hökumət yerdə qalan torpağı qeyri-rəsmi olaraq yerli kənd sakinləri və bəzi məcburi 

köçkünlər arasında bölüşdürmüşdür. Bir neçə kəndin (əhmədağalı, çıraqlı, orta qərvənd, 

qapanlı,  qarağacı  və  bir  neçə  digərləri)  sakinləri  istisna  olmaqla,  kəndlərdə  yaşayan 

əhalinin əksəriyyəti istifadə etdikləri torpaq üzərində mülkiyyəti təsdiq edən sənədlərinin 

olduğunu  təsdiq  etmişlər.  Bu  qeyd  olunan  kəndlərdə  torpaq  üzərində  onların  mülkiyyət 

hüququnu təsdiq edən sənədi olmayan yerli sakinləri məcburi köçkünlərlə eyni vəziyyətə 

salır, xüsusən də kredit üçün müraciət edərkən bu özünü daha çox göstərir.  

demək olar ki, müsahibə götürdüyümüz insanların hamısı ailələrinin yaşadığı ev üzərində 

onların  mülkiyyətini  təsdiq  edən  sənədləri  olmadığını  bildirmişlər.  əmlak  (ev  və  torpaq 

sahəsi)  üzərində  mülkiyyəti  təsdiq  edən  sənədin  olmaması  kredit  əldə  etməkdə  çətinlik 

yaradır, çünki cəbhə xəttinə yaxın yerlərdə yaşayan məcburi köçkünlər və kənd sakinləri 

kredit müqabilində hər hansı girov qoya bilmirlər.

63

62



  Mühacirətdə olan qubadlı rayonunun yerli icra hakimiyyətinin nümayəndəsi, sumqayıt, oktyabr 2011.

63

  əhmədağalı kəndinin yerli sakini (onun eyni zamanda məcburi köçkün statusu da var idi) qeyd etmişdir, “biz 




31 

AzərBAycAndA MəcBuri KöçKünLər və yerLi əhALinin 



“Məcburi köçkünlər torpaqda böyüyüblər və onlar zəhmətkeşdirlər, lakin ən əsası 

onlar torpaqdan necə istifadə etməyi və məhsuldarlığı artırmağı bacarırlar. Onlar 

bilirlər ki, yerli sakinlərin torpağından istifadə edirlər, lakin boyunlarına alırlar ki, 

hətta yerli sakinlər öz torpaqlarını geri tələb etsələr də onu qaytarmayacaqlar. Eyni 

zamanda hüquqi sənədlərin olmaması məcburi köçkünlərin yardım və mikro-kredit 

proqramlarında iştirak etmələrinə imkan vermir, belə ki, burada iştirak üçün hüquqi 

sənədlərin qaydasında olması əsas şərtdir.”

64

 

qanunvericiliyə əsasən, yeni ailə qurularkən kənd bələdiyyəsi yeni ailənin evinə mövcud 

ehtiyatlardan 0.1 hektar torpaq sahəsi ayırmalıdır. Buna baxmayaraq üç səbəbdən kəndlilər 

bu vədin reallıqda yerinə yetirilməsinə nail ola bilməmişlər. Birincisi, onlar hər 0.01 hektar 

torpaq sahəsinə görə bələdiyyəyə 18 Azn (23 ABŞ dolları) ödəməlidirlər. İkincisi, bundan 

sonra onlar Bakıya səfər edib torpaq Komitəsindən rəsmi təsdiq almalıdırlar. Kəndlilər bu 

prosedurun bahalı, ağır və korrupsiya ilə bağlı olmasından şikayətlənirlər Bir nəfər kənd 

sakinin qeyd etdiyi kimi “yerli səviyyədə həll edilə biləcək bir məsələni həll etmək üçün 

Bakıya getmək düzgün deyil”. Bununla belə kəndlilər qanunvericilikdə nəzərdə tutulmuş 

bu prosedurun həyata keçirilməsi üçün onlardan heç kəsin Bakıya getmədiyini bildirmişlər. 

onlar hesab edirlər ki, bu müsbət nəticələnəcəyinə  zəmanət olmayan və çox baha başa 

gələn bir işdir. üçüncüsü və çox güman ki, ən vacibi odur ki, kəndlilərin onlara veriləcək 

torpaq sahəsində ev tikmək üçün vəsaitləri yoxdur.       

məcburi köçkünlər və yerli icmalar arasında münasibətlər

Köçkünlük təcrübəsi

Fokus qruplar zamanı bir çox yerli sakinlər didərgin düşdüklərindən dərhal sonra məcburi 

köçkünlərin qarşılaşdıqları çətinlikləri yada saldılar. onların əksəriyyəti hər bir şeyini qoyub 

çıxmışdılar  və  yeni  məskunlaşdıqları  ərazilərə  “lüt”  şəkildə  ancaq  pal-paltarlarını  gətirə 

bilmişdilər. həmin dövrdə həmrəylik ruhu yüksək idi və yerli əhali könüllü şəkildə məcburi 

köçkün ailələrini paltar, qab-qacaq, döşək, yastıq və s. ilə təmin edirdi. Bəzi yerli sakinlər 

icmada səfərbərlik qrupları yaratmış və məcburi köçkünləri yemək və paltarla təmin edərək 

onlara köməklik edirdi. İnsanlar xatırlayırlar ki, bəzən elə olurdu məcburi köçkün ailələri 

təkcə qohumlarının evlərində deyil, eyni zamanda onlar üçün tamamilə yad olan insanların 

evlərində də müvəqqəti sığınacaq tapırdılar.       

Kəlbəcərdən olan bir nəfər məcburi köçkün kişi qeyd edir ki, o keçirdiyi psixoloji sarıntı 

üzündən köçkünlüyün birinci beş günündə baş verənləri yadına sala bilmir: 



“Elə bil ki, canavar sürüyə hücum etmişdi. İnsan tamamilə ağlını itirir, bilmirsən 

kredit almaqda çətinlik çəkirik, çünki banklar deyir ki, siz cəbhə xəttində və yüksək riskli ərazidə yaşayırsınız,” 

müsahibə, əhmədağalı, sentyabr 2011.

64

  Şövkət əlizadə ilə müsahibə, “oXFAM” təşkilatının nümayəndəsi, Bakı, 20 oktyabr, 2011.



page 32:

third and fourth indented text

italicize all of the indented text



Yüklə 463,29 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə