“İyirmi il məcburi



Yüklə 463,29 Kb.
Pdf görüntüsü
səhifə10/20
tarix06.05.2018
ölçüsü463,29 Kb.
#42806
1   ...   6   7   8   9   10   11   12   13   ...   20

22 

“İyirMi iL MəcBuri KöçKünMü oLAr?”

hazırda  insanların  içməli  su  təchizatının  yaxşılaşdırılması  üzrə  bir  neçə  layihə  həyata 

keçirilir. Məsələn, BqXc Füzuli, Ağdam və tərtər rayonlarının yeddi kəndində içməli su 

təchizatı məqsədilə quyular qazdırmışdır.

43

Bəzi  kənd  yerlərində  torpaq  sahəsi  olan  məcburi  köçkün  icmalarının  dolanışığının  yerli 



kasıb  əhali  ilə  müqayisədə  daha  yaxşı  olduğu  hiss  olunurdu.  Məsələn, Ağdam  və tərtər 

rayonlarının sərhəddindəki dördyol qəsəbəsində məcburi köçkünlər çiy palçıqdan hörülmüş 

uçuq  evlərdə  yaşayırlar,  lakin  qonşu  kəndlərdə  onlar  böyük  ölçüdə  torpaq  sahələri  zəbt 

etmişlər  və  baş  ofisi  Böyük  Britaniyada  yerləşən  “oxfam”  xeyriyyə  təşkilatının  sayəsində 

onların su, o cümlədən içməli su təchizatı yaxşılaşdırılmışdır. qəribədir ki, onlardan çox da 

uzaq olmayan tərtərin İsmayılbəyli kəndinin sakinləri hələ sovet dövründə burada su və təbii 

qaz təchizatının məhdud olduğundan şikayətlənirlər və indi isə artezian və su quyularına 

tətbiq olunan məhdudiyyətlərdən əziyyət çəkdiklərini bildirirdilər. Bir nəfər kənd sakini deyir:



“Bizim kəndimizin 1,200 hektar torpaq sahəsi var. Bunun 400 hektarını kənar ad-

amlar və qonşu kəndlərdən olanlar alıblar. Başqa sözlə desək, kənd camaatının 

üçdə birindən çoxu artıq öz torpaq sahəsini satıb.” 

“Gənclərin  üçdə-ikisi  Bakıda  tikintidə  fəhləlik  edir. Ancaq  əgər  su  olsaydı  onlar 

burda qalıb torpaqda işləyərdilər.”

44

İsmayılbəyli kəndində yol kənarındakı məcburi köçkün qəsəbəsində bəziləri onların torpaq 

sahələrinin məcburi köçkünlər tərəfindən zəbt edildiyini desələr də, digərləri öz torpaqlarını 

məcburi köçkünlərə icarəyə verdiklərini bildirdilər. Məcburi köçkünlər İsmayılbəyli kəndində 

torpaq sahəsindən istifadəyə görə hər il yerli sakinlərə hər hektara görə 50 Azn ödədiklərini 

deyirdilər. 

qonşu  əskipara  kəndinin  sakinləri  də  eynilə  su  qıtlığının  onların  yaşayış  səviyyəsinin 

aşağı olmasına səbəb olduğundan şikayət edirdilər. onların dediklərinə görə, kəndin 1,200 

hektar torpaq sahəsi var, lakin su olmadığından bunun təxminən 50 hektarını becərə bilirlər. 

Bir nəfər kənd sakini qeyd edir:   



“Bizim  ailəmizin  altı  hektar  torpaq  sahəsi  var,  ancaq  10  ildir  ki,  bundan  istifadə 

etmirik. Biz tək deyilik, kəndin 80 faizi eyni vəziyyətdədir”

45

digəri isə əlavə edir:



“Mənim  yeddi  hektar  torpağım  var,  ancaq  ondan  istifadə  edə  bilmirəm.  İki 

hektarında pambıq, iki hektarında isə buğda əkmişdim, ancaq su olmadığından 

əkdiyim pambıq məhv oldu.”

46

43

  BqXc əməkdaşları ilə müsahibə, Bərdə, sentyabr, 2011.



44

  Kəndlilərlə fokus qrup müsahibələri, tərtər rayonu, İsmayılbəyli kəndi, sentyabr 2011.

45

  Fokus qrup müsahibəsi, tərtər rayonu, əskipara kəndi, sentyabr, 2011.



46

  Fokus qrup müsahibəsi, tərtər rayonu, əskipara kəndi, sentyabr, 2011.




23 

AzərBAycAndA MəcBuri KöçKünLər və yerLi əhALinin 

23 

İsmayılbəylidə  olduğu  kimi,  burada  da  kəndlilər  iqtisadi  vəziyyətlərinin  ağır  olması 



səbəbindən öz torpaq sahələrinin müəyyən hissəsini və ya hamısını yerli dövlət rəsmilərinə 

qohum və ya yaxınlığı olan imkanlı iş adamlarına və ya torpaq sahiblərinə satmağa məcbur 

olduqlarını dilə gətirdilər. 

ümumilikdə, İsmayılbəyli və əskipara kəndlərinin vəziyyətini İsmayılbəylinin yol kənarındakı 

məcburi köçkün qəsəbəsi ilə müqayisə edərkən bəlli olur ki, mənzil şəraiti istisna olmaqla 

məcburi köçkünlərin və yerli əhalinin dolanışıq vəziyyəti arasındakı fərq cüzidir. Kommunal 

xidmətlərdən istifadəyə görə imtiyazların və su təchizatının daha yaxşı olmasını nəzərə 

alsaq,  məcburi  köçkünlərin  dolanışıq  imkanlarının  yerli  kənd  sakinlərindən  daha  yaxşı 

olduğu hiss olunurdu.  

sağlamlıq və təhsil 

ümumilikdə  təhsil  və  səhiyyə Azərbaycanda  hər  bir  kəsi  narahat  edən  sahələrdir.    hər 

iki  sektora  kifayət  qədər  maliyyə  vəsaiti  ayrılmır,  zəif  idarə  olunur  və  keyfiyyətli  xidmət 

göstərilmir. Müəllimlər və həkimlər əmək haqlarının aşağı olması səbəbindən qeyri-rəsmi 

ödənişlərə ümid edirlər və müvafiq təhsil və qayğı göstərmək üçün hər hansı stimulları 

yoxdur.     

səhiyyə və təhsil xidmətlərinin təmin olunmasında məcburi köçkün və qeyri-məcburi köçkün 

əhali arasında hər hansı əhəmiyyəti fərq yoxdur. dünya Bankı tərəfindən hazırlanmış he-

sabatda  təqdim  edilmiş  məlumatlara  əsasən,  “qeyri-məcburi  köçkünlərdən  fərqli  olaraq 

məcburi köçkünlər məktəbə, rayon mərkəzinə və səhiyyə mərkəzlərinə getmək üçün orta 

hesabla  eyni  və  ya  daha  az  vaxt  sərf  edirlər  və  daha  az  pul  xərcləyirlər.”

47

  eyni  hesa-



batda verilən məlumata əsasən sorğuda iştirak etmiş məcburi köçkün iştirakçılar yerli əhali 

ilə  müqayisədə  göstərilən  xidmətlərin  keyfiyyətinin  qənaətbəxş  olduğunu  qeyd  etmişlər. 

Fokus qrup müzakirələri zamanı məcburi köçkün qruplarından fərqli olaraq daha çox yerli 

əhali tibb və təhsil müəssisələrində göstərilən xidmətlərin keyfiyyətindən narazı olduqlarını 

ifadə etmişlər. 

yerli əhaliyə xidmət edən qurumlar kimi, əksəriyyətini məcburi köçkünlər təşkil edən böyük  

icmalar öz doğma torpaqlarında mövcud olmuş poliklinika və məktəblərin təşkilati struktu-

runu qoruyub saxlayıblar.

48

 Bu cür poliklinika və məktəblər çox vaxt yerli poliklinika və ya 



məktəblərdə onlar üçün ayrılmış bölmələrdə fəaliyyət göstərirlər. digər hallarda isə, onlar 

bu məqsədlə onlar üçün tikilmiş ayrıca binalarda yerləşirlər. yeni salınmış məcburi köçkün 

qəsəbələrində hökumət onları digər sosial müəssisələr kimi yeni binalarla təmin etmişdir.  

47

  dünya  Bankının  №AAA64-Az  saylı  hesabatı,  Azərbaycan:  Mülkiyyətin  qurulması  və  İqtisadi  Müstəqilliyin 



dəstəklənməsi: Məcburi Köçkünlərin həyat Şəraiti, oktyabr 2011, səh. 43.

48

  Məsələn,  sumqayıtda  işğal  edilmiş  qubadlı  rayonundan  olan  məcburi  köçkün  uşaqları  üçün  32  məktəb 



fəaliyyət göstərir. onlardan  11-in ayrıca binası vardır və yerdə qalanlar isə yerli məktəblərlə eyni yerdə və 

onların  binasında  fəaliyyət  göstərir.  Mühacirətdə  olan  qubadlı  rayon  icra  hakimiyyəti  rəsmisi  ilə  müsahibə, 

sumqayıt, oktyabr 2011. 



Yüklə 463,29 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə