“İyirmi il məcburi



Yüklə 463,29 Kb.
Pdf görüntüsü
səhifə7/20
tarix06.05.2018
ölçüsü463,29 Kb.
#42806
1   2   3   4   5   6   7   8   9   10   ...   20

16 

“İyirMi iL MəcBuri KöçKünMü oLAr?”

yaşayır. yaşayış sahələri çox darısqaldır. Altı-on kvadrat metr sahəsi olan otaqda altı-yeddi 

nəfər yaşayır. Bu otaqlardan eyni vaxtda yataq otağı, qonaq otağı, mətbəx və vanna otağı 

kimi istifadə edilir. onların quruluş strukturu heç də möhkəm deyil. Bir məcburi köçkün qadın 

şikayətlənərək qeyd etdiyi kimi, “Külək bir balaca güclü əssə bizim damımızın şiferləri və 

daşlar [damın üzərində saxlanılan] başımıza töküləcək.”

30

 yerli qonşularından fərqli olaraq, 



bu məcburi köçkünlər torpaq sahəsinə və mal-qaraya sahib deyillər və onları sahə səfərləri 

zamanı  rast  gəlinən  ən  müdafiəsiz  qruplara  aid  etmək  olar.  Məcburi  köçkünlərlə  eyni 

binanı paylaşan yerli icra nümayəndələri qeyd edirlər ki, hər il onlar bu məcburi köçkünlər 

barəsində tərtər rayon icra hakimiyyətinə və dövlət Komitəsinə məlumat verirlər və onların 

köçürülməsini xahiş edirlər, lakin hələ də onların daha yaxşı əraziyə köçürülməsi barədə 

qərar qəbul edilməmişdir. 

tərtər rayonunun əskipara kəndinin kənarındakı köhnə təsərrüfat binasında məskunlaşmış 

digər bir kiçik məcburi köçkün icması özlərinin çiy kərpicdən düzəltdikləri evlərdə və yarı 

uçulmuş  vəziyyətdə  olan  köhnə  təsərrüfat  binasında  yaşayırlar.  “Bu  evlərin  möhkəm 

döşəməsi və damı yoxdur” məcburi köçkün sakin qeyd edir, “yağış yağanda evin içərisi 

palçıq olur. divarların qalınlığı 10 santimetrdir [bu da ki, soyuqdan qorumur]. uşaqlar və 

cavanların hamısı xəstədir. Burada çoxlu siçovul var.”

31

Ağdam rayonunun əhmədağalı kəndində məcburi köçkünlər əvvəllər sovet dövründə kənd 



klubu  kimi  istifadə  edilmiş  binada  acınacaqlı  vəziyyətdə  və  darısqal  şəraitdə  yaşayırlar. 

onlar pəncərələri küləkdən və soyuqdan qorumaq üçün şəffaf sellofanla və ya plastik tor-

balarla  örtmüşlər  ki,  bu  da  evin  içərisinin  isti  olmasına  çox  az  kömək  edir.  onların  be-

ton döşəməni və pəncərəni örtmək üçün linoleum almaq üçün etdikləri müraciət cavabsız 

qalmışdır. Məcburi köçkünlər şikayət edirlər ki, dövlət və ya yerli hökumət orqanları onların 

hətta ən cüzi və bilavasitə ehtiyaclarına qarşı laqeyd yanaşırlar. eynilə, tərtər rayonunun 

təzəkənd kəndindəki köhnə avtobus məntəqəsində məskunlaşmış məcburi köçkün ailəsi 

özlərini yağışdan qorumaq üçün 30-40 ədəd şiferin verilməsi üçün müraciət etmişdir. 

Müsahibələr zamanı ən çox səslənən şikayətlərdən biri məcburi köçkünlər tərəfindən zəbt 

edilmiş ictimai binalarda yaşayış sahəsinin az olması ilə bağlı olmuşdur. İki və ya hətta üç 

ailə yataq otağı və mətbəx kimi istifadə olunan bir və ya iki kiçik ölçülü otaqlarda yaşamaq 

məcburiyyətində qalır. Bu tikililərdə vanna otaqları olmadığına görə orada yaşayanlar otaq-

da çimmək məcburiyyətində qalırlar. Bu cür tikililərin bəzilərində hər mərtəbədə 25 ailənin 

istifadə etdiyi cəmi iki ayaq yolu vardır.  

Şəhər  və  rayonlarda  yaşayan  məcburi  köçkünlərin  bir  çoxu  yaşayış  sahəsinin  azlığı 

üzündən öz övladlarını evləndirə bilmədiklərindən şikayət edirlər, belə ki, bəyin öz xanımını 

30

  tərtərin qarağacı kəndində yaşayan məcburi köçkünərlə müsahibə, sentyabr, 2011.



31

  tərtərin əskipara kəndi yaxınlığındakı “köhnə sovxoz ərazisi” ndə yaşayan məcburi köçkünlərlə müsahibə, 

sentyabr,  2011.  Məcburi  köçkünlər  səhlabad  və  İsmayılbəyli  kəndlərində  yol  kənarında  yerləşən  məcburi 

köçkün  qəsəbələrinə  siçovul  hücumlarının  baş  verməsindən  şikayət  edirdilər.  Bu  müsahibənin  götürüldüyü 

vaxtdan bir qədər əvvəl səhlabad kəndində bir nəfər məcburi köçkün uşağı siçovul dişləmişdi.  



17 

AzərBAycAndA MəcBuri KöçKünLər və yerLi əhALinin 

yaşayış sahəsi ilə təmin etməsi bir mədəniyyət (adət) normasıdır. Bakı şəhərində söhbət 

edilmiş bir məcburi köçkün qadın bildirmişdir:



“Ailədə uşağı evləndirmək böyük problemdir. Qızlarla iş daha asandır, çünki onlar 

evi tərk edir və bu da bir az genişlik yaradır. Ancaq evlənmək istəyən gənc oğlanlar 

çətinlik çəkirlər, çünki evdə gəlin üçün otaq ayırmağa imkan yoxdur.”

digəri əlavə etmişdir: 



“Mən  oğlumu  evləndirməyə  hazırlaşıram,  ancaq  gəlini  hara  yerləşdirim?  Yeni 

evlənənlərə  yer  ayırmaq  üçün  yəqin  ki,  özüm  mətbəxə  [girişdəki  kiçik  dəhlizi 

göstərir] köçməli olacam.”

32

Mənzil  şəraitinə  gəldikdə  məcburi  köçkünlərin  yerli  əhali  ilə  müqayisədə  yeganə  ciddi 

üstünlüyü  kommunal  xidmətlərə  görə  imtiyazların  olmasıdır.  Fokus  qruplar  zamanı  bəzi 

yerli  sakinlər  məcburi  köçkünlərə  həsəd  apardıqlarını  ifadə  etdilər.  onlar  düşünürlər  ki, 

kommunal xidmətlərə görə imtiyazların olması məcburi köçkünlərə öz gəlirlərini artırmağa 

və  bu  vəsaiti  digər  uzun-müddətli  istehlak  mallarının,  avtomobil  və  digər  avadanlıqların 

alınmasına sərf etməyə imkan verir. 

eyni zamanda qeyd etmək lazımdır ki, bəzi məcburi köçkünlər hələ də əsas kommunal 

xidmətlərdən  istifadə  edə  bilmirlər.  Məsələn,  Bakı  şəhərində  ali  məktəblərdən  birinə 

məxsus doqquz mərtəbəli tələbə yataqxanası binasında yaşayan məcburi köçkünlər təbii 

qazla  təchiz  olunmamışlar  və  onlar  xüsusən  qış  mövsümündə  elektrik  təchizatının  tez-

tez kəsilməsindən şikayət edirdilər, baxmayaraq ki, qonşu binalarda, o cümlədən məcburi 

köçkünlərin məskunlaşdıqları bəzi binalarda, elektrik və təbii qaz təchizatı mövcuddur.

33

evlərində təbii qaz təchizatı olmayan məcburi köçkünlər yemək bişirmək və evi qızdırmaq 



kimi ehtiyaclarını yalnız elektrik enerjisi ilə təmin etməyə məcburdurlar. Köhnəlmiş infra-

struktura malik olan ictimai binalarda bu, xüsusilə qış mövsümündə insanlar otaqları isitmək 

üçün elektrik qızdırıcılarından istifadə etdikləri vaxt, tez-tez elektrik enerjisinin açılmasına 

səbəb olur. 



“Biz  təbii  qazla  təchiz  olunmamışıq.  İnsanlar  qışda  yalnız  elektrik  enerjisindən 

istifadə  etdiklərinə  görə  elektrik  xətlərində  tez-tez  açılmalar  baş  verir.  Elektrik 

təchizatı kəsiləndə isə, sanki həyat donur.”

34

Kənd  yerlərinə  gəldikdə,  belə  görünür  ki,  elektrik,  təbii  qaz  və  su  təchizatı  baxımından 

32

  Bakının yaxınlığında yerləşən pirşağı qəsəbəsində yaşayan məcburi köçkün qadınlarla fokus qrup müsahibə, 



sentyabr, 2011.

33

  pedaqoji İnstitutun yataqxanasında yaşayan məcburi köçkünlərlə müsahibələr, Bakı, oktyabr 2011. məcburi 



köçkünlər bildirdilər ki, hökumət binanı təbii qazla təmin etmək istəmir, çünki onları nə vaxtsa gələcəkdə başqa 

bir yerə köçürməyi planlaşdırır. 

34

  Bakının yaxınlığında yerləşən pirşağı qəsəbəsində yaşayan məcburi köçkün qadınlarla fokus qrup müsahibə, 



sentyabr, 2011.


Yüklə 463,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə