“İyirmi il məcburi



Yüklə 463,29 Kb.
Pdf görüntüsü
səhifə4/20
tarix06.05.2018
ölçüsü463,29 Kb.
#42806
1   2   3   4   5   6   7   8   9   ...   20

AzərBAycAndA MəcBuri KöçKünLər və yerLi əhALinin 

köçkün  düşərgələrini  bağladı  və  ən  ağır  şəraitdə  yaşayan  təxminən  100,000  məcburi 



köçkünün xüsusi inşa edilmiş qəsəbələrə köçürülməsini başa çatdırdı.

4

 



Bu gün rəsmi statistik məlumatlara əsasən, Azərbaycandakı məcburi köçkünlərin 86 faizi 

şəhərlərdə, əsasən Bakı və sumqayıtda yaşayır.

5

 Məcburi köçkünlərin təxminən 35 faizi 



yeni tikilmiş qəsəbələrdə məskunlaşıb və 10 faizdən az hissəsi isə, onlara məxsus olan və 

ya olmayan evlərdə və ya mənzillərdə yaşayır. Məcburi köçkün əhalinin böyük hissəsi yarı-

müvəqqəti sığınacaqlarda, inzibati binalarda və yataqxanalarda yaşamağa davam edirlər.

6

 



eyni  zamanda,  məcburi  köşkünlük  vəziyyəti  uzun  müddət  davam  etdiyinə  görə  vaxt 

keçdikcə məcburi köçkünlərin problem və ehtiyaclarının nə dərəcədə dəyişdiyi və iyirmi 

ildən  çox  davam  edən  köçkün  həyatı  şəraitində  onların  ehtiyaclarının  ümumi  əhalinin 

ehtiyacları ilə necə müqayisə olunduğu ilə bağlı suallar ortaya çıxır. 

4

  natali  taqverker,  “Azərbaycan  sonuncu  qaçqın  düşərgələrini  bağlayır”  7  fevral,  2008.  (http://www.unhcr.



org/47aaf6734.html).

5

  dünya Bankının №52801-Az saylı hesabatı, Azərbaycanda Həyat Şəraitinin Qiymətləndirilməsi üzrə Hesabat



mart, 2010.

6

  dünya Bankının №52801-Az saylı hesabatı, Azərbaycanda Həyat Şəraitinin Qiymətləndirilməsi üzrə Hesabat



səh. 33, şəkil 3.12.


AzərBAycAndA MəcBuri KöçKünLər və yerLi əhALinin 

höKuMətin siyAsəti hAqqindA 



üMuMi MəLuMAt

h

ökumət  məcburi  köçkünlərə  münasibətdə  imtiyazlı  siyasət  həyata  keçirmişdir 



və  müdafiəyə  ehtiyacı  olan  bu  qrupun  təxirəsalınmaz  dolanışıq  ehtiyaclarının 

qarşılanması  istiqamətində  real  və  əhəmiyyətli  dərəcədə  uğurlar  əldə  etmişdir. 

digər əhaliyə şamil edilməyən əsas məcburi köçkün imtiyazlarına kommunal ödənişlərdə 

istehlak kvotası əsasında azadolmalar

7

 və əsas ərzaq məhsullarının alınması məqsədilə 



hər bir şəxsə aylıq təxminən 20 ABŞ dolları yardım (daha çox “çörək pulu” kimi tanınır) 

verilməsi  daxildir.  qanunvericiliyə  əsasən  məcburi  köçkünlərin  gəlir  vergisi  dərəcəsi 

aşağıdır (bu əhəmiyyətsiz bir məbləğ təşkil edir), onlara imtiyazlı şərtlərlə kredit verilməsi, 

pulsuz  dərman  və  tibbi  xidmətlərinin  göstərilməsi  nəzərdə  tutulmuşdur  və  məcburi 

köçkün uşaqları pulsuz məktəb tədris vəsaitləri ilə, dərs kitabları ilə təmin olunurlar. Buna 

baxmayaraq gündəlik həyatda bu imtiyazlar qeyri-bərabər şəkildə tətbiq olunur və bir çox 

məcburi köçkünlər bunlardan faydalana bilmədiklərini qeyd edirlər.  

qayıdış perspektivləri real olmayan ermənistan qaçqınlarının adaptasiyası və inteqrasiyası 

üzrə  siyasətindən  fərqli  olaraq,  Azərbaycan  hökuməti  məcburi  köçkünlərin  yerli 

inteqrasiyasını  uzun-müddətli  çözüm  variantı  kimi  dəstəkləməyə  həvəs  göstərməmişdir. 

hökuməti narahat edən odur ki, məcburi köçkünlərin yerli icmalara inteqrasiyası onların 

gələcəkdə dağlıq qarabağdakı və onun ətrafındakı yurdlarına geri qayıtması ehtimalını 

azalda bilər, bu isə, Azərbaycanın gələcəkdə bu ərazilər üzərində öz suverenliyini bərpa 

etmək iddiasını zəiflədə bilər. Bunu nəzərə alaraq məcburi köçkünlərin dağlıq qarabağ və 

onun ətrafındakı işğal edilmiş ərazilərə qayıtması hökumət və həm də məcburi köçkünlərin 

özləri tərəfindən üstün tutulan uzun-müddətli çözüm yoludur.

8

siyasi  təmsilçilik  baxımından  hökumət  “sürgündə”  olan  yerli  dövlət  orqanlarının 



köçkünlükdən öncə mövcud olmuş strukturunu olduğu kimi saxlamışdır. Bu dövlət orqanları 

öz icmalarının ehtiyaclarının təmin olunmasına hələ də məsuliyyət daşıyırlar, baxmayaraq 

ki, onlar ölkənin müxtəlif yerlərində səpələnmiş formada yaşayırlar. Məsələn, qubadlı rayo-

nunun icra hakimiyyəti sumqayıt şəhərində yerləşir, çünki qubadlıdan olan əksər məcburi 

köçkünlər burada məskunlaşıblar. Bununla belə, bu icra hakimiyyəti Azərbaycanın 43 rayo-

nunda məskunlaşmış qubadlının 34,000 əhalisinin problemləri ilə məşğul olur.

9

 sürgündə 



olan bu yerli dövlət orqanları icma üzvlərinin sayının qeydiyyatını aparır, onların yaşayış 

7

  Ailənin hər bir üzvü üçün 150 kilovata bərabər və ya sayğac olmadığı halda qeyri-məhdud həcmdə.



8

  əlavə məlumat üçün bax: təbib hüseynov, “qayıdış və onun alternativləri: ermənistan-Azərbaycan münaqişəsi 

üzrə araşdırma” Dağlıq Qarabağ Münaqişəsində Məcburi Köçkünlük: Qayıdış və onun Alternativləri, London, 

avqust, 2011. 

9

  Mühacirətdə olan qubadlı rayon icra hakimiyyətinin yerli rəsmisi ilə müsahibə, sumqayıt, oktyabr, 2011.  




10 

“İyirMi iL MəcBuri KöçKünMü oLAr?”

şəraiti ilə maraqlanır və icma üzvlərinin problemlərinin həll olunmasında müxtəlif dövlət 

təşkilatları ilə vasitəçilik edirlər. 

yerli  dövlət  orqanları  ilə  birlikdə  dövlət  də  işğal  edilmiş  ərazilərdə  mövcud  olmuş  so-

sial  infrastrukturu  qoruyub  saxlayır.  Beləliklə,  məcburi  köçkünlər  özlərinin  məktəbləri, 

xəstəxanaları, polis məntəqələri və hərbi komissarlıqlarının fəaliyyətini davam etdirilər. on-

lar səs verə və parlament seçkilərində namizədliklərini irəli sürə bilərlər, baxmayaraq ki, bu 

onların hazırda yaşadıqları ərazi üzrə deyil, yalnız qeydiyyata alındıqları əvvəlki yaşayış 

yerləri üzrə mümkündür. Bu isə məcburi köçkün rayonlarından namizədliklərini irəli sürmüş 

insanlara böyük təşkilati problemlər yaradır, çünki məcburi köçkünlərin məskunlaşdıqları 

qəsəbələr ayrı-ayrı bölgələrdə yerləşir və onlar adi dairələrin namizədlərindən fərqli olaraq 

müvafiq  seçicilərlə  görüşlər  keçirmək  üçün  ölkə  ərazisində  bir  çox  seçki  məntəqələrinə 

səfərlər etməlidirlər.

10

 qeyd etmək lazımdır ki, bu çətinliklərə baxmayaraq, məcburi köçkün 



icmaları öz icmalarını qoruyub saxlamaq və parlamentdə ayrıca səsə və təmsilçiliyə nail 

olmaq üçün özlərinin ayrıca seçki dairələrini qoruyub saxlamağa üstünlük verirlər. 

hazırda  işğal  altında  olan  rayonlarda  qeydiyyatda  olduqlarına  görə  məcburi  köçkünlər 

bələdiyyə seçkilərində səs verə və ya namizədliklərini irəli sürə bilməzlər, çünki bu ərazi 

vahidləri  əsasında  qurulan  bir  sistemdir.  Bəzi  insan  hüquqları  müdafiəsi  təşkilatları  bu 

vəziyyətin  məcburi  köçkünlərə  qarşı  ayrı-seçkilik  olduğunu  hesab  edirlər  və  hökumətin 

mövcud qanunvericiliyə dəyişikliklər etməsi ilə bağlı müraciət etmişlər.

11

    



2000-ci ilin əvvəlindən etibarən iqtisadi vəziyyət sabitləşdikdən və ölkənin neft ixracından 

əldə  etdiyi  gəlirlər  artmağa  başladıqdan  sonra  hökumət  məcburi  köçkünlərin  yaşayış 

şəraitinin yaxşılaşdırılması məqsədilə əhəmiyyətli sərmayələr yatırmağa başladı. 2003-cü 

ildə hakimiyyətə gəldikdən sonra prezident İlham əliyev hakimiyyətdə olduğu birinci beş il-

lik müddətin sonuna qədər yerdə qalan bütün məcburi köçkünlərin “çadır düşərgələrindən” 

yeni qəsəbələrə köçürüləcəyini bəyan etdi və hökumət bu vədini 2007-ci ilin sonuna qədər 

yerinə yetirdi. Bu gün Azərbaycan ümumdaxili məhsulun (üdM) təxminən 3 faizini hər il 

məcburi köçkünlər üçün yardım proqramlarının həyata keçirilməsinə sərf edir.

12

 Bu digər 



hökumətlərlə müqayisədə köçkün əhaliyə sərf olunan ən yüksək üdM payıdır və bu faktı bu 

yaxınlarda dünya Bankı “hökumətin özünün köçkün əhalisinə qarşı göstərdiyi görünməmiş 

öhdəlik səviyyəsi” kimi alqışlamışdır.

13

 2010-cu ildə hökumət məcburi köçkünlərin yaşayış 



şəraitinin yaxşılaşdırılmasına əsasən dövlət neft Fondunun vəsaitlərindən olmaqla 123.3 

10

  “Amnesty international” təşkilatı, Azərbaycan: Qovulmuş və sonradan Diskriminasiya Olunmuşlar – Məcburi 



Köçkün Əhalinin Vəziyyətiiyun, 2007.  

11

  ApA İnformasiya Agentliyi  “Bələdiyyələrin formalaşdırılmasında məcburi köçkünlərin iştirakı problemi” mövzu-



sunda dəyirmi masa keçirilib, 12 noyabr, 2011 (http://www.apa.az/az/news.php?id=240892)

12

  dünya Bankı, Azərbaycanda Həyat Şəraitinin Qiymətləndirilməsi üzrə Hesabat, mart, 2010; (http://www-wds.



worldbank.org/external/default/Wdscontentserver/Wdsp/iB/2011/02/04/000003596_20110207151220/ren-

dered/pdF/project0inform1nt1revised0after0pcn.pdf)

13

  dünya  Bankının  №AAA64-Az  saylı  hesabatı,  Azərbaycan:  Mülkiyyətin  qurulması  və  İqtisadi  Müstəqilliyin 



dəstəklənməsi: Məcburi Köçkünlərin həyat Şəraiti, oktyabr, 2011, səh. 10.


Yüklə 463,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə