“İyirmi il məcburi



Yüklə 463,29 Kb.
Pdf görüntüsü
səhifə13/20
tarix06.05.2018
ölçüsü463,29 Kb.
#42806
1   ...   9   10   11   12   13   14   15   16   ...   20

28 

“İyirMi iL MəcBuri KöçKünMü oLAr?”

28 

müasir təhsil müəssisələrinin azlığını uşaqların təhsilinin keyfiyyətinə mənfi təsir edən ciddi 



bir problem hesab edirlər. 

Məhdud  resurslar  üzərində  rəqabət  universitetlərə  qəbul  zamanı  da  özünü  göstərir. 

dövlət  ali  təhsil  müəssisələrində  təhsil  alan  məcburi  köçkün  tələbələr  təhsil  haqqından 

azaddırlar

58

, bu isə o deməkdir ki, digər tələbələr dövlət təhsil müəssisələrində məhdud 



sayda yer ayrılan və yalnız yüksək bal yığmaqla əldə olunan təhsil haqqından azad olun-

maq üçün mübarizə aparmalıdırlar. özəl ali təhsil müəssisələrində isə məcburi köçkünlər 

üçün təhsil haqlarının azaldılması nəzərdə tutulmur. 

sənədləşmə

Məcburi  köçkünlər,  eləcə  də  yerli  icmaların  sənədləşmə  məsələləri  ilə  bağlı  verdikləri 

cavablar qarışıq olmuşdur. Bakı və Gəncə şəhərlərində söhbət edilən məcburi köçkünlər 

şəxsiyyəti  təsdiq  edən  sənədləri  və  məcburi  köçkün  statusunu  sübut  edən  vəsiqələri 

aldıqlarını bildirmişlər. Bununla belə Ağdam və tərtər rayonlarında məcburi köçkünlərin 

vəsiqələrinin olmaması daha geniş yayılmışdır. 

hətta hər hansı xüsusi bir bölgə daxilindəki vəziyyət də konkret haldan asılı olaraq fərqlənir. 

Məsələn, pirşağı və İsmayılbəyli kəndindəki yol kənarında məskunlaşmış məcburi köçkünlər 

bildirdilər  ki,  onların  sürgündə  fəaliyyət  göstərən  icra  hakimiyyətlərinin  rəsmiləri  dövlət 

Komitəsinə müraciət üçün ərizə formalarını özləri gəlib toplamışlar və sonradan məcburi 

köçkünlərə vəsiqələri təqdim etmişlər. Bakı şəhərində, eləcə də qarağacı, əhmədağalı və 

təzəkənd kəndlərində yaşayan digər məcburi köçkünlər bu sahədə bürokratik problemlərin 

və hətta məcburi köçkün vəsiqəsi və doğum şəhadətnaməsinin alınmasında korrupsiya 

hallarının olduğunu qeyd etmişlər. hüseynli kəndində söhbət edilən bir məcburi köçkün 

qeyd etmişdir: 

“Onlar doğum şəhadətnaməsi üçün mənim qohumumdan 20 AZN [25 ABŞ dolları] 

tələb etdilər. Onun uşağı altı, ya yeddi ay bundan əvvəl dünyaya gəlib, ancaq hələ 

də çörək pulunu ala bilmir.”

59

 



eyni zamanda məcburi köçkünlərdə yeni doğulmuş uşaqlara görə “çörək pulunun” doğum 

tarixindən  və  yaxud  uşağın  qeydiyyata  alındığı  tarixdən  etibarən  hesablanması  barədə 

qeyri-müəyyənlik vardır.

60

58



  qeyd etmək lazımdır ki, əsasən dövlət universitetləri istənilən halda pulsuz təhsil verir və ödənişli təhsil alanları 

qalmaq üçün yerlə də təmin edir. pulsuz təhsil, məcburi köçkün dövlət universitetlərindəki ödənişli yerlərə qəbul 

olunduğu halda şamil edilir, bu isə abituriyent test imtahanında az bal yığdığı halda baş verir. 

59

  Müsahibə, təzəkənd məcburi köçkün qəsəbəsindən olan məcburi köçkünlərlə hüseynli kəndində müsahibə, 



sentyabr 2011.

60

  tərtər rayonunda bir nəfər məcburi köçkün valideyn soruşmuşdur: “Mən on aydır ki, uşağımın çörək pulunu ala 



bilmirəm. Ancaq deyirlər ki, tezliklə alacam. Mənə indi 10 ay üçün, yoxsa uşağımı qeydiyyata aldıqları vaxtdan 

sonrakı müddətə çörək pulu verəcəklər?” Bizim iştirakımızla yerli dövlət rəsmiləri bunu bilmədiklərini dedilər. 

Müşahidə, tərtər rayonunda kənd, sentyabr 2011. 



29 

AzərBAycAndA MəcBuri KöçKünLər və yerLi əhALinin 

dövlət  Komitəsi  tərəfindən  verilən  məcburi  köçkün  vəsiqələrinin  son  vaxtlara  qədər  hər 

hansı praktiki əhəmiyyəti yox idi. Məcburi köçkünlərin verdikləri məlumata əsasən 2011-ci 

ildə hökumət yeni qayda qəbul etdi və bu qaydaya əsasən “çörək pulu” almaq üçün edilən 

hər hansı yeni müraciətin təsdiqlənməsi üçün məcburi köçkün vəsiqəsi təqdim edilməlidir. Bu 

cür qaydalar əhəmiyyətli təsirə malikdir, çünki bu ödənişlər (adambaşına 15 Azn və ya 20 

ABŞ dolları) bütün məcburi köçkünlərin aldığı hökumət tərəfindən verilən yeganə yardımdır. 

dövlət Komitəsinin rəsmisi hər hansı yeni qaydanın tətbiq olunmadığını desə də, yeni tələb 

yerlərdə  bəzi  valideynlərin  2011-ci  ildə  dünyaya  gəlmiş  övladlarına  görə  “çörək  pulu”  ala 

bilməmələrinə səbəb olmuşdur, halbuki, onlar özləri bu yardımı almaqda davam etmişlər.   

problemin  xarakteri  tam  aydın  olmasa  da  və  mərkəzi  hakimiyyət  rəsmiləri  yardım 

verilməsində  hər  hansı  dəyişikliklərin  olduğunu  təkzib  etsələr  də,  bu  problemin  səbəbi 

ola bilsin məcburi köçkünlərin qeydiyyatı və onlara vəsiqələrin verilməsi ilə məşğul olan 

yerli  dövlət  orqanlarının  və  dövlət  Komitəsinin  yerli  nümayəndəliklərinin  fəaliyyəti  ilə 

bağlı ola bilər. dövlət Komitəsinin rəsmisi qeyd etdi ki, onlar qeydiyyat prosesini elektron 

sistem vasitəsilə həyata keçirməyə hazırlaşırlar ki, bu da məcburi köçkünlərə yerli dövlət 

orqanlarına getmədən Komitənin internet səhifəsində birbaşa qeydiyyatdan keçməyə im-

kan verəcəkdir.

61

digər  bir  qeyri-müəyyənlik  cəbhə  xəttinə  yaxın  yerlərdə  yerləşən  kəndlərdə  məcburi 



köçkün statusunun verilməsi ilə bağlıdır. Bu kəndlərdən bəzilərinin – çıraqlı, orta qərvənd, 

əhmədağalı  (Ağdam  rayonu)  və  Alxanlı  (Füzuli  rayonu)  kəndlərinin  sakinlərinə  bütün 

imtiyazları  özündə  ehtiva  edən  məcburi  köçkün  statusu  verilmişdir.  əhmədağalı  istisna 

olmaqla  bu  kəndlərin  bir  hissəsi  dağılmış  vəziyyətdədir  və  əhalisinin  bir  hissəsi  qonşu 

kəndlərdə məskunlaşmışlar, bu səbəbdən də hökumətin bu qərarı əsaslı görünür. Buna 

baxmayaraq,  əhmədağalı  kəndində  məcburi  köçkün  statusunun  verilməsi  qərarı  bir 

qədər anlaşılmazdır, çünki kəndin özü erməni qüvvələrinin ön mövqelərindən 1700-1800 

metr  məsafədə  yerləşir.  Müqayisə  üçün  qeyd  edək  ki, tərtər  rayonunun  qapanlı  kəndi 

erməni  mövqelərindən  150-500  metr  aralı  məsafədə  yerləşir  və  hətta  1994-cü  ilin  may 

ayında  bir  gün  müddətinə  işğal  edilmişdir,  lakin  buranın  əhalisinə  məcburi  köçkün  sta-

tusu verilməmişdir. əhmədağalı və qapanlı kəndlərindəki bu vəziyyət onu göstərir ki, bəzi 

hallara məcburi köçkün statusunun verilməsi ilə əlaqədar hökumətin qəbul etdiyi qərarlar 

anlaşılmaz və ziddiyyətlidir.   

Məcburi köçkün statusunun sənədləşməsi digər bir vacib  məsələdir. Bəzi hallarda məcburi 

köçkün  statusu  ailənin  uşaq  üzvlərinə  keçir.  əgər  məcburi  köçkün  kişi  qeyri-məcburi 

köçkün  qadınla  ailə  qurursa,  bu  zaman  onun  məcburi  köçkün  statusu  uşaqlarına  da 

şamil edilir. Ancaq əgər məcburi köçkün qadın yerli kişi ilə ailə qurarsa onun uşaqlarına 

məcburi köçkünlərə verilən imtiyazlar şamil edilməyəcəkdir, ancaq özü bu imtiyazlardan 

61

  dövlət Komitəsinin rəsmisi ilə müsahibə, oktyabr 2011. o sistemin nə zaman tətbiq olunacağı barədə sualdan 



yayınırdı.  eyni  zamanda  hazır  olduqdan  sonra  məcburi  köçkünlərin  bu  onlayn  sistemdən  nə  dərəcə  geniş 

istifadə edə biləcəkləri də qeyri-müəyyəndir.  




Yüklə 463,29 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə