“İyirmi il məcburi



Yüklə 463,29 Kb.
Pdf görüntüsü
səhifə11/20
tarix06.05.2018
ölçüsü463,29 Kb.
#42806
1   ...   7   8   9   10   11   12   13   14   ...   20

24 

“İyirMi iL MəcBuri KöçKünMü oLAr?”

ümumilikdə,  məcburi  köçkünlərin  ehtiyaclarının  qarşılanmasına  xidmət  edən  ayrıca 

müəssisələrin  mövcudluğu  məcburi  köçkünlərlə  keçirilmiş  müsahibələr  və  fokus  qru-

plar  zamanı  müsbət  qiymətləndirilmişdir.  onlar  bu  imkanlara  özlərinin  icma  əlaqələrini 

və şəbəkələrini qoruyub saxlamaq üçün vacib alət kimi baxırlar. eyni zamanda, məcburi 

köçkünlərin yerli icmaların istifadə etdikləri şərtlər əsasında digər məktəb və xəstəxanaların 

xidmətlərindən istifadə etmələrinə heç bir məhdudiyyət yoxdur.   

Məcburi köçkünlərə xidmət göstərən bu müəssisələrdə çalışan işçilərin böyük əksəriyyəti 

məcburi köçkünlərdir, çünki iş üçün müraciət etdikdə onlara münasibətdə imtiyazlı yanaşma 

tətbiq olunur. Məcburi köçkünlərin ehtiyaclarının qarşılanması üçün xidmət göstərən ayrıca 

təhsil  və  səhiyyə  müəssisələrinin  qorunub  saxlanılması  hökumətin  gələcəkdə  məcburi 

köçkünlərin  qayıdış  prosesini  asanlaşdırmağa  yönəlmiş  siyasətinin  tərkib  hissəsidir.  Bir 

dövlət rəsmisi qeyd etmişdir: “Biz qayıdışı asanlaşdırmaq məqsədilə işğaldan öncə mövcud 

olmuş  strukturu  qoruyub  saxlamaq  üçün  böyük  zəhmət  sərf  edirik.  əks  halda  [qayıdış 

mümkün olduqda] biz hər şeyi sıfırdan qurmaq məcburiyyətində qalarıq.”

49

 

Sağlamlıq və səhiyyə



ümumiyyətlə, ölkədə keyfiyyətli səhiyyə xidmətlərinə çıxış imkanları çox aşağıdır. dünya 

Bankının 2005-ci ildə həyata keçirdiyi araşdırmaya əsasən əhalinin yalnız yarısı xəstələndiyi 

halda səhiyyə xidmətlərindən istifadə etmişdir, bu onu göstərir ki, onlar aşağı keyfiyyətli 

xidmətlərə görə pul ödəyə bilmirlər və ya ödəmək istəmirlər.

50

 

dünya Bankının 2010-cu ildə həyata keçirdiyi araşdırmaya əsasən, 



“Kasıb əhalinin qeyri-kasıb əhaliyə nisbətən səhiyyə xidmətlərindən istifadə etmək 

ehtimalı  çox  azdır.  Ümumi  istifadənin  üçdə-bir  hissəsi  zəngin  insanların  payına 

düşdüyü halda yoxsulların payı 10 faizdən bir qədər çoxdur. Bu rəqəmlər mövcud 

olan qeyri-bərabərliyin miqyasını göstərir, çünki ümumilikdə imkanlıların sağlamlıq 

vəziyyətinin daha yaxşı olduğunu nəzərə alsaq səhiyyə xidmətlərindən ehtiyacdan 

asılı olaraq “bərabər” ölçüdə istifadə olunması kasıblar arasında bu göstəricinin 

əhəmiyyətli dərəcədə daha çox olmasını nəzərdə tutardı.”

51

1999-cu  ildə  qəbul  edilmiş  qaçqınların  və  Məcburi  Köçkünləri  statusu  haqqında 

Azərbaycan  respublikasının  qanunun  6-cı  Maddəsinə  əsasən  müəyyən  qrup  məcburi 

köçkünlər,  o  cümlədən,  yaşlılar,  uşaqlar,  əlillər,  az  təminatlı  şəxslər  və  başçısını  itirmiş 

ailələr pulsuz tibbi müalicə və pulsuz dərmanla təmin olunmalıdır.

52

 həqiqətdə isə, bütün 



məcburi köçkünlər, - o cümlədən kənd yerlərində yaşayan ən kasıb və ən müdafiəsiz kiçik 

49

  dövlət Komitəsinin rəsmisi ilə müsahibə, Bakı, oktyabr, 2011.



50

  dünya Bankı, Azərbaycanda Səhiyyə Sektoruna Baxış Qeydi, 2005, səh. 2; (http://siteresources.worldbank.

org/intAzerBAiJAn/resources/healthsectornote_vol.1.pdf)

51

  dünya Bankı, Azərbaycanda Həyat Şəraitinin Qiymətləndirilməsi üzrə Hesabat, mart, 2010, səh. xvii.



52

   Müvafiq olaraq qanun “az təminatlı” ailədən olan məcburi köçkün-ün müəyyən olunması meyarını açıqlamır.




25 

AzərBAycAndA MəcBuri KöçKünLər və yerLi əhALinin 

icmalar – qeyd etmişlər ki, qanunun bu tələbinə baxmayaraq, onlar da hamı kimi dərman 

və  həkim  müayinəsinə  görə  ödəniş  etmək  məcburiyyətindədirlər  və  bu  cür  ödənişlər 

çox  vaxt  qeyri-rəsmi  formada  baş  tutur.  Məcburi  köçkünlərin  ölkədə  mövcud  olan  digər 

səhiyyə  müəssisələrinin  xidmətlərindən  istifadə  etmələrinə  heç  bir  məhdudiyyət  yoxdur; 

bu  baxımdan  onlar  qeyri-məcburi  köçkün  əhali  ilə  eyni  imkanlara  malikdirlər.  Məcburi 

köçkünlər  onlar  üçün  ayrılmış  tibb  müəssisələrində  göstərilən  xidmətlərin  səviyyəsini 

qeyri-qənaətbəxş qiymətləndirdilər. Bununla belə bir çoxu tibb müəssisəsinə getməyə və 

ya həkimin yazdığı dərmanların hamısını almağa imkanları olmadığından şikayət edirdilər. 

Bəziləri məcburi köçkün icmalarındakı daha az ödəniş alan və ya pulsuz xidmət göstərən 

fərdi həkimlərə müraciət edirlər. “əgər mən burada yaşamasaydım, sakinlərin əksəriyyəti 

[məskunlaşdıqları inzibati binadakı] çox güman ki, rəhmətə gedərdi” deyə bir nəfər məcburi 

köçkün həkim iddia edir və bu həkim 1997-ci ildə öz işini itirib və indi Gəncə şəhərindəki 

məcburi köçkün icmasında öz fəaliyyətini davam etdirir.         

Kənd yerlərində və şəhərlərdə yaşayan məcburi köçkünlərin əksəriyyəti mənzil şəraitinin pis 

olması və məruz qaldıqları emosional stressin onların sağlamlığına mənfi təsir etdiyindən 

şikayət  edirlər.  əksər  şikayətlər  məcburi  köçkünlərin  yaşadıqları  ictimai  binalardakı 

divarların  və  döşəmələrin  betondan  olması,  bir  çox  evlərdə  soyuqdan  və  yağışdan 

lazımınca qorunmaq imkanlarının olmaması ilə bağlıdır və bütün bunlar məcburi köçkünlər 

arasında revmatizm xəstəliyinin geniş yayılmasına səbəb olur.  

cəbhə  bölgəsində  erməni  mövqelərindən  bir  neçə  yüz  metr  aralıda  yerləşən  qapanlı 

kəndinin  sakinləri  təhlükəli  qonşuluğun  onların  sağlamlığına  vurduğu  mənfi  təsirlərdən 

danışırlar:  



“Son  5-10  ildə  [kənddə]  40-50  nəfər  xərçəng  xəstəliyindən  vəfat  edib.  Əvvəllər 

bizdə  belə  xəstəlik  yox  idi.  Bütün  bunlar  bizim  yaşadığımız  stress  və  qorxunun 

[cəbhə xəttinə yaxın olduğuna görə] nəticəsidir. Kənddə nevroz geniş yayılıb.”

53

  

Müsahibə  prosesində  ziyarət  edilən  yataqxanalarda  yaşayan  bəzi  ailələrin  xüsusi  qayğıya 

ehtiyacı olan fiziki qüsurlu olan ailə üzvlərinin olduğu qeyd olunmuşdur. hazırda yaşadıqları 

yer  onların  xüsusi  ehtiyaclarına  cavab  vermir.  Burada  onlar  darısqal  otaqlarda  yaşayırlar 

və hər dəfə onlar otağı tərk edəndə ailə üzvləri xüsusi tədbir görmək məcburiyyətində qalır, 

bu isə onların cəmiyyətdən tədric olunmasına gətirib çıxarır. hər iki halda fiziki qüsuru olan 

insanlar sosial yardım alırlar, lakin ailə üzvlərinin dediklərinə görə bu onların tibbi ehtiyaclarının 

qarşılanmasına  bəs  etmir.  səhiyyə  müəssisələrinə  çıxış  imkanları  baxımından  şəhərlərdə 

yaşayan  məcburi  köçkün  və  yerli  sakinlərin  vəziyyəti  kəndlərdə  və  kiçik  məcburi  köçkün 

icmalarında və ya digər ucqar ərazilərdə yaşayanlarla müqayisədə daha yaxşıdır. Müvafiq tibb 

müəssisələrinin və həkimlərin olmaması səbəbindən kəndlərdə yaşayan məcburi köçkünlər və 

yerli sakinlər təkcə həkimə və dərmana deyil, eyni zamanda Bakı şəhərində və ya digər şəhər 

mərkəzlərində yerləşən xəstəxana və klinikalara getmək üçün yola da pul xərcləməlidirlər.  

53

  sakinlə (kişi) müsahibə, qapanlı kəndi, sentyabr, 2011.




Yüklə 463,29 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə