Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə28/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   24   25   26   27   28   29   30   31   ...   145

__________________________________________ 

89

Bax, siz bizim hava limanından danışdınız. Mən onu 1981-ci 



ildə, respublikanın rəhbəri olarkən tikdirməyə başlamışdım. 

Sonra Azərbaycandan getdim. Moskvada işləyərkən, üstəlik, 

Nazirlər Soveti sədrinin birinci müavini kimi nəqliyyata 

kuratorluq etdiyimə görə bu işi nəzarətdə saxlayırdım və tikinti 

müəyyən dərəcədə irəliləyirdi. Sonra onu tamamilə 

dayandırdılar. 

Mən reşpublikaya rəhbərliyə 1993-cü ildə qayıtdım və 

gördüm ki, bütün bu işlər dayandırılıb, uçulub-dağılır. 

Başladığım işi axıra çatdırmaq istəyirdim, amma vəsait yox idi. 

Lakin işlər qaydaya düşəndən, biz vəsait  əldə etməyə 

başladıqdan sonra mən hava limanının tikintisi ilə  məşğul 

oldum. İndi bu, beynəlxalq dərəcəli hava limanıdır. 

Bakının yuxarı, dağlıq məhəlləsinin abadlaşdırılmasına dair 

də belə baş planım vardı və o, bu gün də var. Tikinti planı belə 

idi: biz köhnə evləri uçuracaq, onların yerində isə uca müasir 

yaşayış binaları  və inzibati binalar tikəcəyik. Müəyyən işlər 

görməyə başlamışdıq, amma sonra bütün bunlar yarımçıq qaldı. 

İndi, bazar iqtisadiyyatı dövründə isə biz həmin məhəllələri 

abadlaşdırmaq imkanını xarici sərmayadarlara vermişik. Onlar 

rahatlığı olmayan köhnə evlərin dəyərini sahiblərinə ödəyir, 

onlara başqa yerlərdə mənzillər alır, tikinti üçün yerləri boşaldır 

və orada evlər ucaldırlar. Açığını deyim ki, bu işlər də  uğurla 

gedir. 

Ancaq o illərdə də yeni binalar tikilirdi. Məsələn, şəhərin indi 



sizinlə olduğumuz hissəsi və vaxtilə Kirov parkı adlandırılan 

parkadək olan yuxarı hissəsi də bir vaxtlar Bakının ucqarı 

sayılırdı, oraya Çəmbərəkənd deyirdilər və bu, hündür kənd 

mənasını verirdi. Burada da çoxlu köhnə evlər vardı. 

Çəmbərəkənddən yuxarıda, Kirov parkının olduğu, indi isə 

Şəhidlər xiyabanı - Yanvar faciəsi qurbanlarının uyuduqları 

xiyabanın yerləşdiyi  ərazi isə  qəbiristan idi. 30-cu illərdə bu 

qəbiristanı dağıdıb, yerində park saldılar. Parkla şəhərin mər- 

  

 



__________________________________________ 

90

  



kəzi hissəsi arasında köhnə evlər vardı. Burada işlədiyim illərdə 

mən sakinləri köçürməli odum, özü də harasa deyil, 

mikrorayonlara köçürdük, biz orada yaxşı evlər tikirdik. 

Adamlar razı idilər, çünki köhnə evlərdə, iki otaqda yeddi-

səkkiz adam yaşayırdı, biz isə orada onlara iki-üç mənzil 

verirdik. 

Biz gördüyünüz bu binaları köhnə evlərin yerində tikmişik. 

Məsələn, indi bizim olduğumuz binanın yerləşdiyi bu sahədən 

təxminən 500 ailə köçürmüşdük. Onları köçürdükdən sonra biz 

partiyanın Mərkəzi Komitəsi üçün bina tikdirdik, indi bu, 

Prezident sarayıdır. Belə ki, mən buna şadam. 

Yaxud, siz «Gülüstan» sarayını görmüsünüzmü? Onun 

ucaldıldığı yerdə  də  əvvəllər adamlar çox ağır  şəraitdə 

yaşayırdılar. Mən oraya bir dəfə getdim, ikinci dəfə getdim - 

adətən, bazar günlərində o yerlərə baş  çəkirdim. Mən evlərin 

bir-birinə yapışdığı bu dar küçələrdə görünən kimi, əvvəla, 

mənə baxmaq üçün, ikincisi isə, öz şikayətlərini bildirmək üçün 

çoxlu adam axışıb gəlirdi. Soruşdular ki, biz nə vaxtadək belə 

ağır  şəraitdə yaşayacağıq?  İndi «Gülüstan» sarayının olduğu 

yerdən biz 900 ailə köçürdük. Bu, o illərdə olmuşdur. 

Belə misallar çoxdur. Yaxud, misal üçün, bizdə Respublika 

sarayı var - bu, Moskvadakı qurultaylar sarayı kimidir. O yerdən 

biz min ailə köçürdük. 1972-ci ildə sarayı tikdik, şükürlər olsun, 

30 ilə yaxındır ki, respublikaya xidmət edir. 

Belə misallar olduqca çoxdur. O vaxtlar imkanımız vardı. 

Yəni, dövlət vəsaiti vardı  və kim ondan maksimum səmərəli 

istifadə edə bilirdisə, o da tikib-yaradırdı. Sovet İttifaqının 

büdcəsindən bizə buraxılan dövlət vəsaitindən biz məhz bu 

baxımdan maksimum səmərəli istifadə edirdik. 

İndi isə Belə dövlət tikintisi üçün imkan yoxdur. Buna 

ehtiyac da yoxdur. Çünki özəl strukturlar evlər, binalar tikirlər. 

Məsələn, Milli Bankı götürək. Onun özü pul qazanır, binasını da 

özü tikdirmişdir. Dövlət bir qəpik də ayırmamışdır - çünki bu 

qədər vəsaiti yoxdur. Amma bu bina lazım idi. Yeri gəl- 




__________________________________________ 

91

  



mişkən, bundan əvvəl Beynəlxalq Bank da özünə bina 

tikdirmişdir. Yəni, bu işin mexanizmi belədir. 

Özü də bütün bunlar respublikamızın çox ağır bir dövr 

keçirdiyi  şəraitdə baş verir. Ərazimizin 20 faizi erməni silahlı 

birləşmələri tərəfindən işğal olunmuş, işğal edilmiş bu 

torpaqlardan bir milyon insan qovulub didərgin salınmışdır. 

Onlar çadırlarda yaşayırlar. Bir çoxu burada, tələbə 

yataqxanalarında, məktəb binalarında, çox ağır şəraitdə yaşayır. 

Bu, birincisi, ikincisi isə, onların çoxu işləmir. Biz gərək onları 

dolandıraq. Bax, belə bir şəraitdə biz hər iki işi görə bilirik. 

Bunun sirri nədədir? Sadəcə olaraq, iqtisadi islahatları 

səmərəli aparmaqdadır. Səmərəli islahatlar müxtəlif 

respublikalarda müxtəlif cür həyata keçirilir. Mən keçmiş Sovet 

İttifaqı respublikalarını  nəzərdə tuturam. Biz irəli qaçmamışıq, 

amma çox geri də qalmamışıq. Sadəcə olaraq, bu işə planlı 

surətdə, daha ağıllı yanaşmışıq və yanaşırıq. Buna görə də bizdə 

iqtisadi islahatlar öz nəticələrini verir. Bizdə torpaq tamamilə 

kəndlilərə verilmişdir və kənd təsarrüfatı məhsulunun 98 faizini 

özəl sektorun hesabına  əldə edirik. Yeri gəlmişkən, bu il kənd 

təsərrüfatı məhsulu istehsalı 6 dəfə artmışdır, 

1993-cü ildən, yəni buraya gəldiyim vaxtdan bəri biz hər gün 

çörək problemi ilə  məşğul olurduq. Nə etməli, unu, taxılı 

haradan almalı? Çörək üçün növbəyə dayanırdılar. Ət problemə 

çevrilmişdi. İndi bizdə ət problemi yoxdur, ət bizdə hər yerdən 

ucuzdur. Nəyə görə? Ona görə ki, özəl sektorda mal-qaranın 

sayı o vaxtlar dövlət sektorunda olduğuna nisbətən çoxalmışdır. 

Vəssalam. 

Əlbəttə, islahatları müxtəlif cür aparmaq olar. Hesab edirəm 

ki, biz onları daha səmərəli aparırıq. 

 Mənə xoşdur ki, BAM-çılar məni xatırlayırlar. BAM mənim 

həyatımın ən parlaq dövrlərindən biri olmuşdur. Nazirlər Soveti 

sədrinin birinci   müavini, Siyasi Büronun üzvü kimi  Moskvada 

işlədiyim dövrdə bir çox sahələrə, o cümlədən 

 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə