Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə25/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   21   22   23   24   25   26   27   28   ...   145

__________________________________________ 

80

 



 

Heç lazım da deyildir ki, hamı partiyada olsun. Onda bu, partiya 

olmayacaq, cəmiyyət ilə partiya bir-birinə qarışacaqdır. 

Mən qurultayımızdakı nitqimdə dedim və indi də demək 

istəyirəm. Partiyaya əqidəli, partiyaya xidmət edən adamlar 

gəlməlidir. Partiyanın üzvləri gərək partiya ilə daim bir yerdə 

olsunlar, partiyanın fəaliyyətini həyata keçirsinlər və partiyanın 

- Azərbaycan iqtidarının fəaliyyətini geniş  təbliğ etsinlər. Bax, 

bu, indiki fikir mübadiləsində  və xüsusən, mətbuat vəsitəsilə 

aparılan mübarizədə çox vacibdir, lazımdır. 

Təbiidir ki, partiyamız, yaxud da bizə aid mətbuat orqanları 

bəzi müxalifət qüvvələrinə  mənsub olan qəzetlərin səviyyəsinə 

heç vaxt enməzlər. Çünki, mən baxıram, - müxalifət 

qəzetlərindəki yazıların tam əksəriyyəti ya yalandır, ya 

uydurmadır, ya fitnəkarlıq xarakteri daşıyır, ya da böhtandır. 

Bilirsiniz, beləliklə çox yaşamaq olmaz. İnsanlar buna bir il, iki 

il, üç il dözər.  İnsanlar bu yalana, böhtana daim dözə bilməz. 

Düzdür, cəmiyyətin bir təbəqəsi var ki, belə  şeylərə aludədir. 

Onlar elə istəyirlər görsünlər ki, harada bir münaqişə, pis fikir, 

mənfi bir şey var. Cəmiyyətdə belə  təbəqəyə  mənsub olan 

insanlar da var. Bu da təbiidir. Cəmiyyət heç vaxt bir rəngdə ola 

bilməz.  Əgər keçmişdə kimsə bunu bir rəngdə etmək istədisə, 

onlar hamısı  məğlub oldu. Cəmiyyət müxtəlifdir, insanların, 

vətəndaşların fikir müxtəlifliyi var, bu da təbiidir. Bunların 

hamısı Yeni Azərbaycan Partiyasından mübariz olmağı  tələb 

edir. Mən sizin qarşınızda bunu əsas vəzifə kimi qoyuram. 

Əziz dostlar, beləliklə, bizim qurultayımız bitdi, biz öz 

işlərimizi gördük. Sizin hamınıza, Yeni Azərbaycan Partiyasının 

bütün üzvlərinə cansağlığı, səadət, yeni-yeni uğurlar 

arzulayıram. 

  

 



__________________________________________ 

81

RUSİYA JURNALİSTLƏRİ QRUPU İLƏ  



GÖRÜŞDƏ SÖHBƏT 

 

Prezident sarayı  

 

25 dekabr 1999-cu il 

 

Heydər  Əliyev: Sizi, Rusiya, Moskva jurnalistlərini 

salamlayıram.  Şadam ki, siz ölkəmizə - Azərbaycana diqqət 

göstərmisiniz. 

Mənə dedilər ki, siz buraya bizim həyatımızla tanış olmağa 

gəlmisiniz və bundan, təbii olaraq, hər bir jurnalistin etdiyi kimi, 

öz yazılarınızda istifadə etmək niyyətindəsiniz. Ümidvaram ki, 

siz bu baxımdan müəyyən iş görməyə müvəffəq olmusunuz, 

hərçənd, ola bilsin, bundan ötrü Azərbaycana səfəriniz üçün 

ayırdığınız vaxtdan daha çox vaxt gərəkdir. 

Buna baxmayaraq, hər bir belə fürsət ictimaiyyətimizdə, 

məndə  məmnunluq hissi doğurur. Çünki Rusiya mətbuatı 

Azərbaycanda indiyədək geniş oxunur. Burada insanlar Rusiya 

mətbuatını oxuyur və  əlbəttə, yazılar normal, yaxşı, obyektiv 

olduqda buna öz münasibətlərini bildirirlər.  Şübhəsiz, adamlar 

sevinirlər ki, ölkəmiz haqqında, xalqımız haqqında doğru-

düzgün yazırlar. Amma onlar hər cür iftiralar, uydurmalar və ya 

aşkar yalan gördükdə,  əlbəttə, bu, adamları narahat edir və 

onlarda hətta hiddət, narazılıq doğurur. 

Buna baxmayaraq, Rusiya mətbuatını oxuyurlar. Çünki bizdə, 

Azarbaycanda cəmiyyət, təbii ki, yekcins deyildir. Elə adamlar 

var ki, onlar həyatın real surətdə mövcud olan, yaxud özlarinə 

mənfi görünən hansısa tərəflərinin üzə çıxa- 

  

 



 


__________________________________________ 

82

rılmasını istəyirlər. Təkrar edirəm, buna görə də heç nədən asılı 



olmayaraq oxuyurlar. 

Mən bu mənəda həmişə istəmişəm ki, Moskva jurnalistləri 

Sovet  İttifaqı dağılandan sonra müstəqillik  əldə etmiş MDB 

ölkələrində  həyatı doğru-düzgün  şəkildə  işıqlandırsınlar. Çünki 

Rusiya böyük ölkədir və bizim üçün çox vacibdir ki, Rusiya 

ictimaiyyəti, hər halda, mətbuatla, qəzetlərlə  əlaqə saxlayan 

ictimaiyyət doğru-düzgün məlumatlandırılsın. 

Biz,  şübhəsiz, deyə bilmərik ki, Azərbaycanda hər  şey 

idealdır, hər  şey yaxşıdır. Yox,bu, belə deyildir. Hətta iqtisadi 

cəhətdən inkişaf etmiş demokratik ölkələrdə  də  hər  şey ideal 

deyildir. Buna görə  də biz belə iddiada deyilik ki, haqqımızda 

yalnız və yalnız tərif yazılsın. Əksinə, burada olan və o qədər də 

aşkarlanmayan nöqsanların, qüsurların işıqlandırılması  mənfi 

cəhət deyildir. Amma uydurmalar yazanda... 

Təəssüf ki, təxminən 1986, 1987-ci illərdə  hər cür 

uydurmalarla fərqlənməyə çalışan, bu uydurmaları həqiqət kimi 

qələmə verən jurnalistlər peyda olmağa başladı. Belələri bu gün 

də var. 


Bunlar mənim ümumi fikirlərimdir. Şübhəsiz ki, onların heç 

kimə, xüsusən də sizə birbaşa dəxli yoxdur. Bunu özümün belə 

bir fikrimi bir daha təsdiqləmək üçün deyirəm ki, Azərbaycanda 

Rusiya mətbuatına maraq böyükdür və istərdim, siz ölkəmizə 

diqqət yetirərək, bu həqiqəti özünüz görəsiniz və bunu öz 

yazılarınızda mümkün qədər və ya özünüz bildiyiniz kimi 

işıqlandırasınız. 

Siz üç gündü buradasınız. Bu, çox vaxt deyildir. Buna 

baxmayaraq, müəyyən təsəvvür  əldə etmək mümkündür. Mən 

buna  şadam. Mənə dedilər ki, siz mənimlə görüşmək 

istəyirsiniz. Budur, mən sizinlə görüşə  gəlmişəm. Sizi 

salamlayıram. 



Gennadi Maltsev  («Jurnalist» jurnalının baş redaktoru, 

Milli  İnformasiya Palatasının prezidenti, Rusiya Jurnalistlər 

İttifaqının katibi, Rusiya Təbiiyyətşünaslıq Elmləri 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə