Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə18/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   14   15   16   17   18   19   20   21   ...   145

__________________________________________ 

59

sahibkarlar təbəqəsinin yaranması, özəl sektora böyük imkanlar 



verilməsi, xarici ticarətin liberallaşdırılması - bütün bunlar 

hamısı həmin bu nəticələri verir. 

Azərbaycana xarici sərmayənin cəlb olunması çox gözəl 

nəticələr veribdir. Bizi gözü götürməyənlər, yaxud da bizə 

düşmən gözü ilə baxanlar belə deyirlər ki, bəli, Azərbaycana 

xarici investisiya gəlir, ancaq bu, təkcə neft sektorunadır. Amma 

həqiqət bundan ibarət deyildir. Son dörd ildə Azərbaycana 5 

milyard Amerika dolları həcmində vəsait, sərmayə qoyulubdur. 

Bunun yarısı neft sektoruna, yarısı isə başqa sektorlara 

qoyulubdur. Bu il isə qoyulan təxminən 1 milyard 600 milyon 

dollar investisiyanın 60 faizi qeyri-neft sektoruna, 40 faizi neft 

sektorunadır. 

Bunlar real göstəricilərdir, statistikadır. Kiçik bir ölkəyə dörd 

il içərisində 5 milyard dollar həcmində investisiyanın gəlməsi, 

iqtisadiyyatın inkişaf etməsi bu gün üçün, gələcək üçün nə qədər 

böyük imkanlar yaradır. Bu, nə  qədər yeni iş yerləri açır, nə 

qədər insanların işləməsi və yüksək  əmək haqqı alması üçün 

şərait yaradır. Budur bizim iqtisadi göstəricilərimiz, budur bizim 

islahatlarımızın nəticəsi! 

Bu minvəlla biz bundan da yaxşı irəliyə gedirik və gedəcəyik. 

Əmin ola bilərsiniz ki, bizim iqtisadi siyasətimiz bundan sonra 

daha çox uğurlar gətirəcək, Azərbaycan xalqının rifah halı günü-

gündən yaxşılaşacaqdır. Bizim imkanımız olacaqdır ki, hər il 

maaşlar artsın, insanların gəlirləri artsın və Azərbaycan xalqı 

firavan yaşasın. 

Azərbaycanın çox düşünülmüş  və tarazlı xarici siyasəti var. 

Məhz bu siyasətin nəticəsində Azərbaycan qısa bir zamanda, 

demək olar, beş il içərisində dünya miqyasında, Dünya 

Birliyində özünə layiq yer tutdu və böyük hörmət qazandı. 

Azərbaycan artıq dünya miqyasında tanınmış  və inkişaf etmiş 

bir ölkə kimi görünür. Azərbaycana maraq artır, Azərbaycanla 

daha da çox hesablaşırlar. Azərbaycanın coğrafı-strateji və- 

  

 



__________________________________________ 

60

ziyyəti, Azərbaycanda görülən işlərin nəticəsi, ölkəmizin təbii 



sərvətləri, həyata keçirdiyimiz böyük layihələr - həm neft 

layihələri, həm də boru kəmərləri layihələri- bunlar hamısı 

Azərbaycana diqqəti və münasibəti tamamilə dəyişdiribdir. 

Belə bir şəraitdə, təbiidir ki, bizim qarşımızda duran ən əsas 

vəzifə Ermənistan-Azərbaycan münaqişəsini, Dağlıq Qarabağ 

problemini həll etməkdir. Çox təşəkkür edirəm ki, siz 

Azərbaycan prezidentinin, Azərbaycan dövlətinin apardığı  həm 

daxili siyasəti, həm xarici siyasəti dəstəkləyir və bunu yüksək 

qiymətləndirirsiniz. Məhz sizin dəstəyinizə, xalqın dəstəyinə və 

etibarına arxalanaraq, Azərbaycan prezidenti kimi mən belə 

cəsarətli addımlar atıram və cəsarətli siyasət həyata keçırirəm. 

Mən sizə  təşəkkür edirəm ki, 1994-cü ildə atəşkəs  əldə 

olunması barədə bizim qərarımızı dəstəkləyirsiniz. Amma təkcə 

siz - Yeni Azərbaycan Partiyasının üzvləri yox, Azərbaycan 

Respublikasının, ölkəmizin  əhalisinin  əksəriyyəti, bəlkə  də 

hamısı bunu dəstəkləyir. Bu, bizim böyük nailiyyətimizdir. 

Ancaq eyni zamanda bu müddətdə  məsələni tam həll etmək 

mümkün olmadığına görə, təbiidir ki, biz öz üzərimizdə olan 

məsuliyyəti hələ tamamilə yerinə yetirə bilməmişik. 

Amma bilin və bütün xalqımız, bütün ölkəmiz bilsin - bu, heç 

də asan məsələ deyildir. Bunun səbəbləri məlumdur. Ancaq 

bunlara baxmayaraq biz bunu həll edəcəyik. Bilirsiniz ki, Mən 

təkcə Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması üçün 

yox, bütün Qafqazda sülhün, əmin-amanlığın yaranması 

sahəsində  də  təşəbbüslərdə bulunmuşam. Xüsusən Cənubi 

Qafqazda təhlükəsizliyin və əməkdaşlığın təmin olunması üçün 

ATƏT-in  İstanbul sammitində  təklif irəli sürmüşəm. O təkliflə 

mən həm ATƏT-in üzvlərini dəvət etmişəm, həm Avropa 

Birliyini dəvət etmişəm, həm dünyanın böyük dövlətlərini, 

ATƏT-in Minsk qrupunun həmsədrləri olan Amerika Birləşmiş 

Ştatları, Rusiya və Fransanı dəvət etmi- 

  



__________________________________________ 

61

şəm, bu işdə marağı olan başqa ölkələri dəvət etmişəm ki, 



hamımız birlikdə birləşib Cənubi Qafqazda təhlükəsizliyin 

təmin olunması  və  əməkdaşlığın inkişafı üçün pakt təsis edək. 

Bu, mümkündür. Amma bunu həyata keçirmək üçün 

Ermənistan-Azərbaycan münaqişəsi həll olunmalı, 

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqları 

azad olunmalı, qaçqınlar öz yerlərinə qayıtmalı və Ermənistanla 

Azərbaycan arasında sülh yaranmalıdır. 

Təbiidir ki, bunlar hamısı bir ildə ola bilməz. Amma əgər 

bunlar haqqında qərar qəbul olunsa, bu barədə lazımi 

müqavilələr imzalansa, şübhəsiz ki, onda mənim müraciət 

etdiyim çox dövlətlər təhlükəsizlik və  əməkdaşlıq paktının 

yaranmasında iştirak etməyə çalışacaqlar. 

Bizim bölgədə qonşu dövlətlərlə bu barədə  əlaqələrimiz 

həmişə  sıx olmalıdır və biz bu siyasəti aparırıq. Bu dövlətlər 

Rusiyadır, Türkiyədir, Gürcüstandır,  İrandır.  İran böyük 

dövlətdir. Qafqazdakı problemlərin həll olunmasında  İran 

kənarda qala bilməz. Ona görə də mən bu gün bəyan edirəm ki, 

təhlükəsizliyin və  əməkdaşlığın təmin olunmasında, təbiidir ki, 

İran da öz töhfəsini verməlidir, öz təşəbbüsünü irəli sürməlidir. 

Yalnız beləliklə Qafqaz ölkələri və Qafqazı  əhatə edən ökələr, 

Qafqaza maraq göstərən Avropa ölkələri, ATƏT üzvləri, 

Amerika Birləşmiş Ştatları - hamısı birlikdə Qafqazda bunu edə 

bilərlər. 

Bu, mütləq lazımdır. Çünki görürsünüz ki, Qafqaz indi 

dünyanın  ən gərgin bir regionuna çevrilibdir. Təsəvvür edin, 

əgər ümumdünya miqyasında götürsəniz, Qafqazda olan 

münaqişələr heç bir yerdə yoxdur: birinci münaqişə olan 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, 

Gürcüstanla Abxaziya, Osetiya münaqişələri,  Şimali Qafqazda 

Çeçenistan münaqişəsi, İnquşetiyada, Şimali Osetiyada və başqa 

yerlərdə müəyyən problemlər, ümumiyyətlə  Şimali Qafqazda 

sabitliyin yaranması problemi. Görün, dünyanın kiçik bir 

  

 

 



 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə