Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə16/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   12   13   14   15   16   17   18   19   ...   145

__________________________________________ 

53

Burada dünən də, bu gün də deyildi ki, partiyanın inkişaf 



dövrü, məsələn, 1993-cü, 1994-cü, 1995-ci illərdə bir az zəif 

getdi. Bu da həqiqətdir. Ona görə yox ki, xalq bizim partiyaya 

daxil olmaq istəmir. Ona görə ki, o vaxt mənim üçün, Yeni 

Azərbaycan Partiyasının sədri üçün birinci növbədə 

Azərbaycanın prezidenti kimi Azərbaycanın problemlərini həll 

etmək vacib idi. Partiyamızın da məqsədi bu idi, partiyamız da 

bu arzu ilə yaranmışdı. Ona görə də mən bütün səylərimi, bütün 

imkanlarımı, bütün vaxtımı, bütün biliyimi, iradəmi buna 

yönəltdim, buna səfərbər etdim. Görürsünüz ki, nəhayət, 1993-

cü, 1994-cü illərdə Azərbaycanı o ağır dövrdən çıxarmağa nail 

oldum. 

Ancaq bu, təkcə mənim işim deyildi. Bizim partiyanın üzvləri 



daim mənim yanımda idilər. Ancaq bu da az idi. Bu gün hamı 

bu həqiqəti dərk edibdir ki, əgər xalqın, Azərbaycan 

vətəndaşlarının, millətimizin Heydər  Əliyevə böyük inamı, 

etibarı  və böyük ümidi olmasaydı onlar o ağır dövrdə Heydər 

Əliyevin ətrafında birləşə bilməzdilər. Bu isə olmasaydı, Heydər 

Əliyev bu məsuliyyətin altından çıxa bilməzdi. 

Ona görə  də Azərbaycan prezidenti və Yeni Azərbaycan 

Partiyasının sədri kimi mənim  əsas gücüm, əsas mənbəyim 

xalqdır. 1987-ci ildə  mən bütün işlərdən kənar olandan sonra 

vaxtilə  mənimlə  vəzifələrdə  işləmiş insanlar uzağa çəkildilər. 

Bəzisi xəyanət etdi. Bəzisi sadəcə, özünü qorumaqla məşğul 

oldu, - mən onları anlayıram, bağışlayıram. Amma xəyanət 

edənləri bağışlamıram, yəni bağışlamışam, amma bunu 

yadımdan çıxarmıram. Ancaq insanların qəlbindən Heydər 

Əliyevi heç kəs çıxara bilmədi. Nə Qorbaçov hakimiyyəti, nə 

Vəzirov hakimiyyəti, nə Mütəlibov hakimiyyəti, nə  Əbülfəz 

Elçibəy hakimiyyəti - heç birisi Heydər  Əliyevi Azərbaycan 

xalqının qəlbindən çıxara bilmədi. 

O vaxt Moskvada yaşayanda mənə  bəzi məlumatlar 

verirdilər. Məlumat verirdilər ki, Azərbaycanda sürücülər, yəni 

şo- 

  



__________________________________________ 

54

  



ferlər, həm yük maşınlarının  şoferləri, həm taksi şoferləri 

portretimi, şəklimi, - bəziləri general formasında, bəziləri də adi, 

mülki geyimdə, - öz avtomobillərinin şüşəsinin qabağına qoyub 

nümayiş etdirirlər. Yəqin ki, bunu siz də xatırlayırsınız. Bunu 

heç kim təşkil etmirdi. Amma bu, sadə adamların, heç bir 

hakimiyyətdən qorxmayan, heç bir konyunktura ilə yaşamayan 

adamların - xalqın  əksəriyyəti bunlardan ibarətdir - qəlbindən 

gələn duyğular idi, ona görə bunu edirdilər. Mən bu gün onu 

unutmamışam və  həmin o Azarbaycan oğullarına, sürücülərə, 

şoferlərə xüsusi təşəkkür edirəm. Ona görə yox ki, onlar məni 

təbliğ edir, mənim haqqımda təbliğat aparırdılar. Ona görə ki, 

onlar məni öz qəlblərində saxlamışdılar. Mən onların qəlbində o 

qədər yaşamışdım ki, öz hissiyyatlarını bu yolla büruzə 

verirdilər. 

Amma təkcə bu deyildir. Azərbaycan xalqının  əksəriyyəti 

məni unutmadı, xidmətlərimi qiymətləndirdi. Məhz buna görə 

də mən 1993-cü ildə yenidən Azərbaycanın böyük, ağır yükünü 

çiynimə götürəndə bu vəzifəni uğurla həyata keçirə bildim. 

Məhz buna görə - xalqın mənimlə birliyinə görə, xalqın 

dəstəyinə görə 1994-cü ilin oktyabr ayında Azərbaycanda dövlət 

çevrilişi cəhdinin - o gecə artıq baş verməkdə idi, - qarşısını 

xalqın qüdrəti, birliyi, iradəsi ilə ala bildik. O vaxt həmin 

çevrilişə  cəhd edənlər silahlı idilər, Özü də onlarda bütün 

silahlar var idi. Amma məndə heç bir tapança da yox idi. Ancaq 

mənə hər bir silahdan güclü olan xalq məhəbbəti var idi. 

Bütün bu dediklərimin hamısı eyni zamanda və xüsusən Yeni 

Azərbaycan Partiyasına aiddir, Yeni Azərbaycan Partiyasının 

üzvlərinə aiddir. Bəli, o ağır dövrdə, Heydər  Əliyev təqib 

olunduğu halda və blokada şəraitində Naxçıvanda yaşadığı yalda 

Yeni Azərbaycan Partiyasının təşkilat konfransına toplaşanlar 

qəhrəmanlıq ediblər. O illərdə Yeni Azərbaycan Partiyasına 

yazılanlar və bu partiyanın təşkilatlarına üzv olanlar 

qəhrəmanlıq ediblər.  Bunlara görə mən Azərbay- 

  



__________________________________________ 

55

canda artıq məlum olan 91-lərə, yəni 1992-ci il oktyabr ayının 



16-da «Səs» qəzetində dərc olunmuş mənə müraciətə imza atan 

91-lərin hamısına bir daha, bir daha təşəkkür edirəm. Naxçıvana 

toplaşıb Yeni Azərbaycan Partiyasını yaradanlara, bu işin fəal 

iştirakçılarına və birinci konfransda seçilmiş idarə heyətinə

siyasi  şuraya xüsusi təşəkkür edirəm. Çünki onlar bu təşkilat 

işinin başında durmuşdular və sonrakı dövrdə - mən dövlət işi 

ilə məşğul olduğuma görə - partiyanın inkişaf etməsində böyük 

xidmətlər göstərmişlər. Təşəkkür edirəm. 

Öz aqibətini Yeni Azərbaycan Partiyası ilə bağlayanlar səhv 

etməmişlər. Tarix, keçən illər bunu göstərdi. Yeni Azərbaycan 

Partiyası  sədrinin, Azərbaycan prezidentinin həyata keçirdiyi 

daxili və xarici siyasət ilbəil uğurlar gətirir, Azərbaycan 

yüksəlir, inkişaf edir. Bu barədə dünən də, bu gün də dediyiniz 

sözlərə görə, verdiyiniz qiymətə görə təşəkkür edirəm. 

Həqiqətən dərin bir quyuda olan Azərbaycanı oradan 

çıxarmaq mümkün deyildi. Mümkün deyildi! Bir tərəfdən 

iqtisadi böhran, ikinci tərəfdən daxildə qanunsuz silahlı dəstələr, 

cinayətkarlar və sair, sabitliyin olmaması, bununla yanaşı 

Ermənistan silahlı birləşmələrinin Azərbaycan torpaqlarını 

ardıcıl surətdə  işğal etməsi və belə  şəraitdə  hər bir cinayətkar 

dəstənin, hər bir cinayətkarın öz şəxsi məqsədləri üçün yeni 

cinayətlər törətməsi - bunlar hamısı 1993-94-cü illərin 

gerçəklikləri idi. Biz bunların qarşısını aldıq. 

Ancaq indi, zaman keçəndən sonra, insanlar bu gün rahat 

yaşadığı halda bəzən tez unudublar ki, 1993-cü ildə, 1994-cü 

ildə vəziyyət necə idi, indi necədir. Mən təşəkkür edirəm ki, siz 

unutmursunuz və qurultayda bu barədə çox dəyərli sözlər 

dediniz. 

Biz Azərbaycanı böhrandan çıxardıq. 1990-cı ildən 1994-cü 

ilə  qədər Azərbaycanın iqtisadiyyatı dağılma dövrü keçiribdir. 

Əgər Azərbaycanın son dövr tarixinə  nəzər salsaq, bunu 

təxminən belə qiymətləndirmək olar: 1988-ci ildən Azərbay- 

  

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə