Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə12/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   8   9   10   11   12   13   14   15   ...   145

__________________________________________ 

40

Fürsətdən istifadə edərək, səmimi qəbula görə, bu şəhər mənə 



həm işdə kömək etdiyinə görə, həm də çətin anlarda ürək-dirək 

verdiyinə görə sizə, bütün bakılılara təşəkkürümü bildirmək 

istəyirəm. İnanıram ki, Rusiya və Azərbaycan xalqları arasında 

dostluğun alternativi sadəcə olaraq mövcud deyildir. Qəti 

əminəm ki, hansısa siyasi qüvvələr, adamlar bu dostluğa mane 

olmağa çox cəhd göstərsələr də, onların cəhdləri boşa 

çıxacaqdır.  Əminəm ki, əgər xoş  məram olarsa, biz bütün 

problemləri həll edə biləcəyik. 



Heydər  Əliyev:  Səmimi sözlərə görə Sizə  təşəkkür edirəm. 

Rusiya hökumətinin sədri Vladimir Vladimiroviç Putinlə 

Kiyevdə olan çox səmərəli söhbətimizi mən də qeyd etmək 

istərdim. Mən onunla görüşdən, söhbətdən çox məmnun qaldım. 

Yeri gəlmişkən, söhbət çox çəkdi. Deyərdim ki, bu görüş mənim 

son vaxtlar Rusiya dövləti rəhbərliyinin nümayəndələri ilə olan 

əhəmiyyətli görüşlərimdən biridir. Buna görə  də hesab edirəm 

ki, münasibətlərimizin inkişafı üçün bu göruşün çox ciddi 

əhəmiyyəti olacaqdır. 

 

  




__________________________________________ 

41

YENİ AZƏRBAYCAN PARTİYASININ BİRİNCİ                       



QURULTAYINDA NİTQ 

 

Respublika sarayı  



 

20 dekabr 1999-cu il 

 

Hörmətli qurultay nümayəndələri! 



Hörmətli qonaqlar! 

Əziz dostlar! 

Sizi yeni Azərbaycan Partiyasının qurultayı münasibətilə 

ürəkdən təbrik edirəm. Yeni Azərbaycan Partiyasına, onun 

bütün üzvlərinə  və  təəssübkeşlərinə cansağlığı, səadət və yeni-

yeni uğurlar arzulayıram. 

Yeni Azərbaycan Partiyasının I qurultayı  məni 7 il bundan 

öncəki günlərə yönəldir. Burada çox çıxışlarda o günlər 

xatırlandı. Mən sizin hamınızı dinləyərək düşündüm ki, 

Azərbaycanın tarixi, xalqımızın tarixi çox zəngindir. XX əsrdə 

də Azərbaycan xalqının tarixi Azərbaycan xalqının zəngin 

töhfələri ilə  həmişə dolu olubdur. Ancaq 1992-ci ildə 

Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaranması, bu 

münasibətlə keçirilmiş ilk konfrans və yeni Azərbaycan 

Partiyasının bu gün sona çatan I qurultayı Azərbaycan xalqının 

və müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazılacaqdır. 

Qurultayda həm məruzələrdə, həm də qurultay 

nümayəndələrinin çıxışlarında yeni Azərbaycan Partiyasının 7 il 

ərzində gördüyü işlər, əldə etdiyi nailiyyətlər və uğurlar ətraflı, 

obyektiv,  ədalətli təhlil olundu. Eyni zamanda, həm 

məruzələrdə, həm çıxışlarda Azərbaycan dövlətinin, 

hökumətinin, yəni bugünkü iqtidarın son 6 il yarım  ərzində 

gördüyü işlər, 

  

 



  

 



__________________________________________ 

42

  



 

  

əldə etdiyi nailiyyətlər və Azərbaycan xalqının bu illərdə 



keçdiyi ağır, çətin, eyni zamanda çox şərəfli yol öz əksini tapdı. 

Bu təbiidir ki, Yeni Azərbaycan Partiyası yaranandan az bir 

müddət sonra Yeni Azərbaycan Partiyasının sədrinin üzərinə 

partiya işindən əlavə yeni böyük bir məsuliyyət - Azərbaycanın 

ağır dövründə, 1993-cü ildə Azərbaycan Respublikasına, 

ölkəmizə, xalqınıza rəhbərlik etmək məsuliyyəti düşdü. Buna 

görə də o zamandan indiyə qədər dövlətin, hökumətin gördüyü 

işlər və Yeni Azərbaycan Partiyasının fəaliyyəti bir-biri ilə 

vəhdət təşkil edir, üzvi surətdə bağlıdır. 

I qurultay məndə çox böyük təassürat yaratdı. Biz partiya 

yaranandan sonra qurultay keçirə bilməmişik. Qurultayı 

keçirmək bəlkə  də mümkün idi, lakin bunu etməmişik. Bunun 

müəyyən səbəbləri olubdur. Ancaq mən dünən də, bu gün də 

qurultayın işini müşahidə edərək belə fikrə  gəldim - yəqin biz 

düzgün etmişik ki, qurultayı bundan əvvəl keçirməmişik. Çünki 

böyük bir zaman keçibdir, biz Azərbaycan xalqının tarixinin 

böyük bir hissəsini yaşamışıq. Bu zaman ərzində Yeni 

Azərbaycan Partiyası addım-addım irəliləyib, inkişaf edib, 

genişlənib və böyük bir partiyaya çevrilibdir. 

Ona görə də bugünkü qurultay partiyanın nə qədər güclü, nə 

qədər əzəmətli və nə qədər dərin fikirlərə malik olduğunu sübut 

edir və Azərbaycanın bütün vətəndaşlarına, dünya 

ictimaiyyətinə nümayiş etdirir. 

Qurultayın işi məni çox sevindirir. Təbiidir ki, mən bu partiya 

ilə daim əlaqədəyəm və partiyanın ildönümləri mərasimlərinin 

çox hissəsində  iştirak etmişəm. Bunların heç birisi qurultayın 

əvəzini verməyibdir və verə də bilməz. 

Qurultay yüksək  əhval-ruhiyyə nümayiş etdirir. Qurultay 

Yeni Azərbaycan Partiyası üzvlərinin yüksək  əqidəyə malik, 

partiyaya sədaqətli olduqlarını nümayiş etdirir. Qurultay Yeni 

Azarbaycan Partiyası üzvlərinin yüksək intellektual səviy- 



__________________________________________ 

43

  



yəsini əks etdirir. Düşünürəm ki, ötən illərdə partiyanın inkişafı 

bir çox sahələri  əhatə etmişdisə  də,  ən böyük sahə partiya 

üzvlərinin yetkinləşməsi, mətinləşməsi, cəsurlaşması  və 

intellektual səviyyəsinin yüksəlməsi olmuşdur. 

Həm məruzələr, həm də nümayədələrin çıxışları çox 

məzmunludur, konkretdir, əksəriyyəti də çox emosionaldır, yəni 

ürəkdən gələn sözlərdir, formal sözlər deyildir. Mən çıxışların 

hamısındakı səmimiliyi xüsusi qiymətləndirirəm. 

Qurultay artıq göstərir ki, Yeni Azərbaycan Partiyası 

yarandığı dövrdən indiyə  qədər Azərbaycanın ictimai-siyasi 

həyatında özünün dəyərli yerini tutubdur və bu yeri heç kəsə 

verməyəcəkdir və get-gedə öz yerini möhkəmlədəcəkdir. 

Partiyamızın yaranması və inkişaf tarixi haqqında burada çox 

doğru-düzgün məlumatlar verildi və çox xoş sözlər deyildi. Biz 

Naxçıvanda Yeni Azərbaycan Partiyasını yaradarkən inanırdıq 

ki, bu partiya Azərbaycanın həyatında öz yerini tutacaqdır. 

Ancaq biz yekəxanalıq elmək istəmirdik, yəni ozümüzdən 

razılıq hissi ilə yaşamırdıq. Çünki o zaman Azərbaycanda olan 

gərgin ictimai-siyasi vəziyyəti bilirdik və qanunsuzluğu, hərc-

mərcliyi, demokratiyanın, insan hüquqlarının pozulmasını 

görürdük. 

Çıxışlarda tamamilə düzgün qeyd edildi ki, bu partiyanı bir 

adam yox, o illərdə Azərbaycanın ağır vəziyyntini görən, buna 

dözə bilməyən və bu ağır vəziyyətdən çıxış yolunu axtaran 

insanlar və xüsusən ziyalıların hamısı birlikdə yaradiblar. 

Bu gün bir daha qeyd etmək istəyirəm ki, mənim o vaxt 

partiya yaratmaq fikrim yox idi. Mənim həyatım sizə məlumdur. 

Bunun məni həmişə sevindirmiş parlaq illəri də, ancaq həyatım 

üçün çox ağır, çətin, təhlükəli illəri də olubdur. Mən keçmiş 

zamanlarda xalqıma həmişə  sədaqətlə xidmət etmişəm. Amma 

Moskvada yüksək vəzifələrdən kənarlaşdırılandan, istefaya 

gedəndən sonra ətrafımda cərəyan edən ədalətsizliyi və on illər 

boyu sədaqətlə xidmət etdiyim hökumətin, 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə