Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə13/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   9   10   11   12   13   14   15   16   ...   145

__________________________________________ 

44

 



partiyanın mənə qarşı  təzyiqlərini, təqiblərini görərkən yenidən 

siyasətə qayıtmaq fikrində olmadım. Hesab etdim ki, mən 

hayatda öz missiyamı yerinə yetirmişəm, onun qiymətini isə 

gələcək, tarix verəcəkdir. 

Məni siyasi həyata qayıtmağa məcbur edən 1990-cı ildəki 

yanvar hadisələri oldu. Mən ondan əvvəl də Azərbaycandakı 

vəziyyəti imkan dairəsində izləyirdim, baxmayaraq ki, 

Moskvadakı yaşayışım çox məhdud  şəraitdə keçirdi. Təbiidir, 

mən orada yaşayarkən ürəyim Azərbaycanda, öz xalqımla, öz 

torpağımla idi. Əgər imkanım olsaydı  dərhal qayıdıb, 

Azərbaycana gəlib öz torpağımda yaşayardım. Ancaq bunlar o 

zaman mümkün deyildi. Buna baxmayaraq mən 1988-ci ildən 

Azarbaycan xalqının başına gələn bəlaları oradan müşahidə 

edirdim, görürdüm, inciyirdim, ağrıyırdım. Çalışırdım ki, öz 

fikirlərimi o vaxtkı sovet hökumətinin, Kommunist Partiyasının 

başçılarına çatdırım. Ancaq təəssüf ki, o vaxt onlar da məni 

nəinki eşitmək istəmirdilər, hətta mənə düşmən gözü ilə 

baxırdılar. 

Mənim Azərbaycanda vaxtilə  işlədiyim dövrdə yetişmiş, 

inkişaf etmiş kadrlar da hesab edirdilər ki, Azərbaycanın işlərini 

onlar özləri görürlər, Heydər  Əliyevə ehtiyacları yoxdur. 

Əksinə, onlar Azərbaycanın düşmənlərinin səsinə qoşularaq 

Heydər  Əliyevin  əleyhinə  təbliğatlar aparırdılar, böhtanlar, 

yalanlar yayırdılar, mətbuat səhifələrinə çıxarırdılar. 

Bunların hamısını görən, həyatını öz xalqına, millətinə

torpağına sərf etmiş insan, təbiidir ki, başqa cür fikirləşə 

bilməzdi. Bunlara görə  də  mən yenidən siyasətə qayıtmaq 

istəmirdim. Yanvar hadisələri məni coşdurdu. Yanvar hadisələri 

XX  əsrdə Azərbaycanın başına gətirilmiş  ən ağır bəlalardan 

biridir və Azarbaycana qarşı edilən hərbi təcavüz, terrordur. 

Nəzər salın - tarixçilər bunu daha dəqiq deyə bilərlər -sovet 

hakimiyyəti dövründə heç bir müttəfiq respublikaya, heç bir 

xalqa bu cür hərbi təcavüz, terror edilməmişdi. Bu, 

  



__________________________________________ 

45

Azərbaycan xalqına, o vaxt SSRİ-nin tərkibində olan 



Azərbaycan Respublikasına qarşı edilmişdir. 

Biz Yanvar faciəsinin 10-cu ildönümü ərəfəsindəyik. Mən bu 

barədə  fərman imzalamışam, lazımi işlər görülməlidir. Biz bu 

faciənin 10-cu ildönümünü qeyd edəcəyik. Çünki bunu heç vaxt 

unutmaq olmaz. Tarixdə  həm naitiyyətləri, həm də faciələri 

unutmaq olmaz. Xüsusilə faciələr gələcək nəsillər üçün ibrət 

dərsi olmalıdır. 

Mən ondan sonrakı dövrdə Naxçıvanda yaşamağa məcbur 

oldum. Ancaq Azərbaycana gələrkən bəziləri belə başa düşdü ki

mən vətənə yenə  də hakimiyyəti  ələ almaq üçün gəldim. 

Dəfələrlə  bəyan etdim ki, bu məqsədlə  gəlməmişəm, mən 

azərbaycanlıyam, Azərbaycan mənim ana torpağım, vətənimdir. 

Mənim burada yaşamağa haqqım vardır. Gəlişimin əsas məqsədi 

budur. Eyni zamanda, Azərbaycanın ictimai-siyasi həyatında 

gedən proseslərə öz köməyimi, yardımımı göstərmək 

məqsədidir. Mən bunları  təklif etdim. Siz bilirsiniz ki, mən 

Azərbaycanın Ali Sovetinin sessiyasında bunları  təklif etdim. 

Ancaq o vaxt bunları qəbul etmədilər. 

Beləliklə, mən çalışırdım ki, insan üçün nə lazımdır edim. 

Ancaq heç bir iddiam yox idi. 

Naxçıvan Muxtar Respubliksının əhalisi ağır bir dövrdə məni 

muxtar respublikaya rəhbərlik etməyə dəvət etdi. Mən bir neçə 

gün müqavimət göstərdim, bundan imtina etdim. Ona görə yox 

ki, mən istəmirdim Naxçıvan  əhalisinə, muxtar respublikaya 

xidmət edim. Ona gorə ki, mən sadəcə, özümü yenidən dövlət 

işinə bağlamaq istəmirdim. 

Ancaq o vaxt Naxçıvandakı  ağır  şərait məni məcbur etdi. 

Həlkə  də bu, Naxçıvanın  şansı imiş. Bəlkə  də Allah 

naxçıvanlılara və Azərbaycanın qədim müqəddəs torpağı olan 

Naxçıvana rəhm etmişdi ki, mən Naxçıvana getməyə  məcbur 

etdi. 

Ona görə  də  mən Naxçıvanda yaşayırdım və muxtar 



respublikanın problemləri ilə məşğul idim. Lakin görürdüm 

  



__________________________________________ 

46

 



ki, respublika dağılır, Azərbaycan gündən-günə  ağır vəziyyətə 

düşür. Ancaq nə etməli? Bu zamanlar Naxçıvana mənim yanıma 

çoxları, Azərbaycanın hər yerindən adamlar gəlirdilər. Mən 

onları  qəbul edirdim, onlara danışırdım, məsləhətlərimi 

verirdim, bu adamların dərdlərinə şərik çıxırdım, nə mümkündür 

edirdim. Ancaq heç bir iddiam yox idi. 

1992-ci ilin fevralında Azərbaycanda hakimiyyət dəyişikliyi 

baş verən zaman adi vətəndaşlardan başqa, Azərbaycanın bir 

çox görkəmli insanları, ziyalıları, dövlət adamları, hətta mətbuat 

səhifələrində  əleyhimə  məqalə yazmış, fəaliyyətimi tənqid 

etmiş, Azərbaycanın Ali Sovetinin sessiyalarında mənim 

çıxışlarıma mane olmaq istəmiş adamlar Naxçıvana müraciət 

edirdilər, mənim yanıma gəlirdilər, məni Azərbaycana - mən 

orada da Azərbaycanda idim, - Bakıya dəvət edirdilər. Amma 

mən bunların heç birisini qəbul etmədim. Qəbul elmədim və 

onlara başa saldım ki, siz nəhayət, anlamısınız - Heydər Əliyev 

Azərbaycana lazımdır. Amma mən isə -indi hesab edirəm ki, 

sizinlə bir yolda gedə bilmərəm. 

Xatirimdədir, o vaxt Azərbaycan prezidenti istefa verəndən 

sonra respublikanın yeni prezidenti seçilənə qədər müvəqqəti, 3 

ay hakimiyyətdə olanlar da - o zaman Ali Sovetin sədri işləyən 

Yaqub Məmmədov mənə bir neçə telefon edərək xahiş etdi ki

Naxçıvana gəlsin və  Mənimlə görüşsün. Mən ona dedim ki, 

məqsəd nədir? Dedi ki, siz təcrübəli adamsınız, məsləhətləşmək 

istəyirik. Dedim ki, yox, mən sizinlə görüşmək isiəmirəm. 

Naxçıvana gələ bilərsiniz, heç bir qadağa yoxdur, ancaq mən 

Naxçıvanda sizi qəbul edə bilmərəm. 

O, mənə bir neçə dəfə müraciət etdi, xahiş etdi, telefon etdi. 

Çünki niyə? Başqaları kimi, o da mənim vaxtında yüksək 

vəzifələrə çəkdiyim adamlardan biri idi. Ancaq təəssüf ki, sonra 

başqa yola düşmüşdü. Yəqin, Azərbaycan ağır vəziyyətdə 

olarkən onun və onun kimilərinin başları daşa dəydi, fikirləşdilər 

ki, Heydər Əliyevə müraciət etmək lazımdır. 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə