Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə10/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   6   7   8   9   10   11   12   13   ...   145

__________________________________________ 

34

kimi Sizə  həvələ olunmuş  vəzifələri layiqincə yerinə 



yetirmisiniz. 

Rusiya böyük ölkədir. Hər hansı ölkədə Rusiyanın səfiri 

olmaq böyük şərəfdir. Xüsusən də Azərbaycan kimi bir ölkədə, 

sahəsinə görə bəlkə o qədər də böyük olmayan, ancaq Rusiya ilə 

çox sıx tarixi əlaqalərə malik, öz xüsusiyyətlərinə malik və 

Qafqaz regionunda, - həm də təkcə Qafqazda yox, -əhəmiyyəti 

olan ölkədə. Ona görə  də hesab edirəm ki, Siz Moskvaya 

alnıaçıq qayıda bilərsiniz. 

Birgə işimizə gəldikdə, bəlkə də sizin üçün işləmək məhz ona 

görə çətin deyildi ki, Azərbaycanda dövlət siyasəti, Azərbaycan 

prezidenti olaraq mənim siyasətim həmişə və bu gün də siyasi, 

iqtisadi, humanitar, mədəni, elmi sahələrdə, bütün sahələrdə 

Rusiya ilə münasibətlərin möhkəmlənməsinə  və inkişafına 

yönəldilmişdir. 

Bu, o qədər də sadə deyildir, o mənəda ki, keçmiş SSRİ-nin 

digər ölkələri kimin Azərbaycan da Rusiyanın həmişə xüsusi bir 

yer tutduğunu Sovet İttifaqının böyük bir hissəsindən ayrılaraq 

müstəqillik əldə etmişdir. Dövlətimizin başçısı vurğuladı ki, biz 

XIX və XX əsrlərdə Rusiya ilə birlikdə olmuşuq. Xüsusən də bu 

yüzilliyin 20-ci ilindən, yəni Sovet İttifaqının tərkibində 

olduğumuz və çox sıx bağlı olduğumuz vaxtdan bəri. Buna görə 

də indi bir-birimizdən ayrılmaq, Azərbaycanın, zənnimcə, bizim 

kimi digər ölkələrin də Rusiyadan ayrılması, öz müstəqil 

həyatını qurması, özünün müstəqil daxili və xarici siyasətini 

təmin etməsi, bununla yanaşı, Rusiya ilə münasibətləri 

saxlaması  və möhkəmlətməsi o qədər də asan bir məsələ 

deyildir. 

Dağlıq Qarabağla əlaqədər 1988-ci ildən etibarən baş vermiş 

və sonra Ermənistan-Azərbaycan münaqişəsinə çevrilmiş 

hadisələr, 1990-cı il Yanvarın 20-də baş vermiş hadisələr 

Azərbaycan  əhalisinin geniş  təbəqələrinin sovet quruluşuna, 

Sovet İttifaqına, sovet hökumətinə münasibətinə çox mənfi 

  



__________________________________________ 

35

təsir göstərmişdir. Bəziləri isə bu gün də Rusiyanı keçmiş Sovet 



İttifaqı ilə eyniləşdirirlər. Odur ki, bir çox hallarda istifadə 

etməyə səy göstərmiş və bu gün də səy göstərilən həmin yaralar 

münasibətləri qurmaq yolunda həmişə böyük problem olmuşdu. 

Bu, həmin işi görməyin necə çətin olduğunu göstərir. Amma bir 

prezident kimi mən öz prinsipial xəttimdən heç zaman 

dönməmişəm. 

Ola bilsin ki, xarici siyasətimizdə nə isə Rusiyada kimlərinsə 

xoşuna gəlməmişdir və bu gün də xoşuna gəlmir. Ancaq hesab 

etmirəm ki, bu, dövləti xarakter daşıyır.  Əksinə, bu, subyektiv 

mülahizə  və  təzahürlərin nəticəsidir. Başlıca strateji xətt isə 

bundan ibarətdir ki, Azərbaycan bu gün də, gələcəkdə də Rusiya 

ilə  səmimi münasibətlərə, yaxşı  tərəfdaşlıq münasibətlərinə 

malik olmalıdır. 

Azərbaycanda biz Rusiya ilə münasibətlərə üstün əhəmiyyət 

vermişik və veririk. Bundan sonra da belə olacaqdır, xüsusən 

mənim siyasətimdə. Azərbaycanla Rusiya arasında çox böyük 

əməkdaşlıq sahəsi var. Burada işlədiyiniz dörd il yarımda siz 

adamların Rusiyaya, rus mədəniyyətinə, rus dilinə necə böyük 

hörmət bəslədiyini yəqin hiss etmisiniz. 

Sonra dövlətimizin başçısı Rusiyaya bu cür münasibətin 

kökləri   üzərində   ətraflı   dayanaraq,   bunu   Azərbaycanda 

elmin, mədəniyyətin, təhsilin inkişafında, öz xalqı üçün çox işlər 

görmüş Azərbaycan ziyalılarının təşəkkülündə Rusiyanın böyük 

xidmətləri ilə izah etdi. Ölkəmizin rəhbəri dedi ki, bu baxımdan 

Azərbaycan bütün Müsəlman  Şərqində nümunədir, burada 

Azərbaycana bərabər elə bir ölkə yoxdur ki, dünyəvi həyat tərzi 

belə erkən meydana gəlməyə başlasın və tez bir zamanda   bütün   

xalq   üçün,   bütün   cəmiyyət   üçün   həyat normasına 

çevrilmiş olsun,indi, biz müstəqil dövlət olduğumuz bir vaxtda, 

təbiidir ki, öz milli dəyərlərimizə, adətlərimizə, milli 

mədəniyyətimizə, öz dinimizə böyük 

əhəmiyyət veririk. 

Bununla yanaşı, dünyəvi 

  

 




__________________________________________ 

36

 



  

dövlət kimi, Avropa ilə  sıx bağlı olan dövlət kimi Azərbaycan 

üçün Avropa ilə bu əlaqə  məhz Rusiya vəsitəsilə, Rusiya 

mədəniyyəti vəsitəsilə baş vermişdir. Bizim üçün başlıcası 

xalqımızın inkişafını ümumbəşəri dəyərlər  əsasında təmin 

etməkdir. Ölkəmizin rəhbəri bildirdi ki, ümumbəşəri dəyərlər isə 

həm bizim milli dəyərlərimizdir, həm Avropa, həm də Rusiya 

dəyərləridir və bu dəyərlər sintez şəklində Azərbaycanın 

həyatının əsas məzmununu təşkil edir. 

Mən təəccüb edirəm ki, son vaxtlar Rusiya mətbuatında 

MDB ölkələri arasında, Cənubi Qafqazda Rusiyanın  ən başlıca 

müttəfiqi Ermənistan olduğu təbliğ edilir. Bu, sizin öz işinizdir. 

Əgər Ermənistanda bütün rus məktəbləri bağlanıbsa, hamının 

ancaq erməni dilində  təhsil alması haqqında qanun qəbul 

edilibsə və o, sizin əsas strateji və on yaxşı müttəfiqinizdirsə, nə 

deyirəm, qoy belə də olsun. İndi Azərbaycan naməlum sabəblərə 

görə bu kateqoriyaya daxil deyildir. Amma bir baxın, 

Azərbaycanda nə qədər adam rus məktəblərində oxuyur, özü də 

onların  əksəriyyəti azərbaycanlıdır. Ali məktəblərimizdə rus 

bölməsi saxlanmışdır. Bu cür çox misallar çəkmək olar. Demək 

istəyirəm ki, bu kök salmış hisslər heç vaxt yox olmayacaq və 

Azərbaycanla Rusiya arasında münasibətlər həmişə xoş, səmimi, 

ən yaxşı münasibətlər olacaqdır. Bir də deyirəm, bu, xarici 

siyasətimizdə strateji istiqamətdir və biz bunun belə olmasını 

istəyirik. 

MDB-nin bəzi ölkələrinin Rusiyaya yaxın olması, 

digərlərinin isə Qərbə meyl etməsi barədə fikirləri səriştəsizliklə 

söylənilmiş fikirlər hesab edirəm. Nəzərə çarpdırmaq istəyirəm 

ki, hər bir müstəqil dövlət bütün ölkələrlə münasibətlər 

yaratmaq istəyir, hər bir dövlətin öz mənəfeləri var. 

Azərbaycanın mənəfeləri hər şeydən əvvəl iqtisadi mənəfelərdir, 

habelə ümumbəşəri dəyərlər  əsasında öz xalqının inkişafına 

yönəldilmiş mənəfelərdir. 

Bununla   yanaşı, Azarbaycan heç nəyə baxmadan Rusiya 




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə