Microsoft Word Hazir kitab docx



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə10/50
tarix28.06.2018
ölçüsü3,57 Mb.
#52371
1   ...   6   7   8   9   10   11   12   13   ...   50

 
37 
öncə  çar  zabiti  olmuş,  sonra  hərbi  işdən  çəkilərək  öz 
mülkünü dolandırmaqla məşğul olmuşdu. 
Cəlaləddin  gənc  yaşlarından  inqilabi  fəaliyyətə  qo-
şulub.  1906-cı  ildə  Sibirə  sürgün  edilib.  1907-ci  ildə 
qaçaraq  xaricə  gedib.  1907-1912-ci  illərdə  Parisdə 
Sorbon  Universitetində  oxuyub.  1907-1917-ci  illərdə 
müəyyən  aralarla  Fransa,  Türkiyə  və  yenə  Fransada 
mühacirətdə  olub.  1917-ci  il  inqilabından  sonra 
Rusiyaya  qayıdıb.  1918-ci  ildə  Dağıstan  Vilayət 
Hərbi-İnqilab Komitəsinin və Dağıstan Vilayət İcraiy-
yə  Komitəsinin  sədri,  1919-1920-ci  illərdə  RK(b)P 
Dağıstan  Vilayət  Müvəqqəti  Komitəsinin  sədri, 
RK(b)P Dağıstan Vilayət Müvəqqəti Bürosunun sədri, 
Dağıstan Müdafiə Şurasının sədri, 1920-1921-ci illərdə 
Dağıstan  Vilayət  İnqilab  Komitəsinin  sədri,  1921-
1931-ci  illərdə  Dağıstan  Xalq  Komissarları  Şurasının 
sədri  (Baş  naziri),  1932-1937-ci  illərdə  SSRİ  Yeni 
Əlifba  Mərkəzi  Komitəsi  sədrinin  (S.Ağamalıoğ-
lunun) müavini  işləyən C.Qorxmazov 22 iyul 1937-də 
həbs edilərək 27 sentyabr 1937-ci ildə güllələnib.  
Doktor  Bəhaəddin  Şakir  (1874-1922)  İstanbulda 
doğulub.  Hərbi  Tibb  İnstitutunu  1896-cı  ildə  hərbi 
həkim  (yüzbaşı/kapitan)  olaraq  bitirib.  1900-cü  ildə 
həmin  məktəbin  tibb  müəllimi  müavinliyinə  təyin 
edilib.  Eyni  zamanda  şahzadə  Yusuf  İzzəddin 
əfəndi
’nin  özəl  həkimi  olub.  Bu  arada  Əhməd  Cəla-
ləddin  paşa
’nın  məiyyətinə  girib.  Əhməd  Rza  və  «İtti-
had  və  tərəqqi”  Cəmiyyətinin  başçılarıyla  əlaqə 
qurub.  Əhməd  Cəlaləddin  paşanın  müxalifətə 
qatılmasından  sonra  Ərzincana  sürgünə  göndərilib. 
Cəmiyyətə  göndərdiği  yardım  ortaya  çıxdığına  görə 


 
38 
tutulub,  sonra  da  Trab-
zona 
sürgün 
edilib. 
1905-ci  ildə  Misirə,  ora-
dan da Parisə qaçıb.  
Parisdə və bir ara gizlicə 
gəldiyi  İstanbulda  “İtti-
had  və  tərəqqi”  Cəmiy-
yətinin 
çalışmalarının 
canlandırılmasında  Əh-
məd  Rza  ilə  birlikdə 
mühüm  rol  oynayıb. 
1908-ci  ildə  II  Məşrutiy-
yətin  elanından  sonra 
İstanbula  və  Hərbi  Tibb 
İnstitutundakı  keçmiş  vəzifəsinə  dönüb.  Daha  öncə 
Qahirə  və  Parisdə  çıxan  “Şurayi-ümmət”  qəzetinin 
yayımını  İstanbulda  sürdürüb.  1909-cu  ildə  hərbi  və 
mülki  həkimlərin  birləşdirilməsi  ilə  qurulan  Hey-
dərpaşa tibb fakültəsində tibb müəllimi olub. Ertəsi il 
tibb  fakültəsinin  ikinci  rəisliyinə  seçilib.  Balkan 
savaşında  Ədirnədəki  xəstəxanada  baş  həkim  olaraq 
çalışıb (1912). Ədirnəni bolqarlar işğal edərkən dustaq 
düşübsə də az sonra buraxılıb.  
1913-cü  ildə  Təşkilati-Məxsusənin  (Türkiyə  Təhlü-
kəsizlik  Təşkilatının)  siyasi  bölüm  rəhbəri  təyin  edi-
lib.  Həmin  il  Səhiyyə  Müdiriyyəti-ümumiyyəsinə 
bağlı olaraq qurulan Təbabəti-Ədliyyə müdirliyinə və 
Təbabəti-Ədliyyə Əncüməni rəisliyinə gətirilib.  
Birinci Dünya savaşı illərində Ərzincan və yörəsində 
Təşkilati-Məxsusə idarəçisi olub və ermənilərin köçü-
rülməsində  mühüm  rol  oynayıb.  Mudros  Müqavilə-
 
 
Bəhaəddin Şakir
 


 
39 
sindən  sonra  savaş  suçlusu  elan  edilincə  2  noyabr 
1918-ci  ildə  Ənvər  paşa  və  Tələt  paşa  ilə  birlikdə  bir 
alman  hərb  gəmisiylə  Sevastopol  üzərindən  Berlinə 
gedib.  
1920-ci  ilin  sentyabrında  Bakıda  toplanan  Şərq 
xalqları  qurultayına  Ənvər  paşa  ilə  birlikdə  qatılıb. 
1920-ci  ildə  İslam  İnqilab  Cəmiyyətləri  İttihadı’nın  Bakı 
təmsilçisi  olub.  1921-ci  ilin  yazında  bu  təşkilatın 
Moskvadakı  qurultayına  qatıldıqdan  sonra  Alma-
niyaya  dönüb.  17  aprel  1922-ci  ildə  Berlində  erməni 
terrorçuları  onu  Camal  Əzmi  bəy  ilə  birlikdə  şəhid 
ediblər. 
“1917-də  Türkiyə  sosialistləri  məni  professorlar 
Aqil 
Muxtar,  Əli  Hüseynzadə  və  Müslihlə  birgə  Stokholmda 
keçiriləcək  bütün  Avropa  sosialistlərinin  konfransına
12
 
 
gön-
dərib”
.  
AYDINLATMA.  Son  60  ildə  Türkiyənin  5  ən  dəyərli 
həkimindən  biri  olaraq  mükafata  layiq  görülmüş  (ölü-
mündən sonra; 1982) professor Aqil Muxtar Məhəmməd 
Muxtar  oğlu  Özdən  (1877-1949)  İstanbulda  dünyaya 
gəlib.  Hərbi  tibb  məktəbində  oxuyub.  19  yaşındaykən 
Sultan  Əbdülhəmid  rejiminə  qarşı  çarpışan  gənc  tələbə 
məktəbi bitirmədən 1896-da İsveçrəyə qaçıb. 1897-ci ildə 
Cenevrə  tibb  fakültəsinə  girərək  6  il  orada  oxuyub.  Bu 
müddətdə  tez-tez  Fransaya  gedərək  Paris  xəstəxa-
nalarında ünlü tibb müəllimlərinin də dərslərinə qatılıb. 
1902-ci  ildə  təhsilini  bitirincə  Parisə,  Paster  İnstitutuna 
                                                 
12
 Bu, konfrans yox, qurultay idi.  
 


 
40 
gedərək  orada  məşhur  pro-
fessorların  dərslərini  din-
ləyib.  1903-də  yenidən  Ce-
nevrəyə  dönən  Aqil  Muxtar 
burada dissertasiya müdafiə 
edərək tibb doktoru adı alıb. 
1906-da  privat  dosent  olub,  
1907-1908-də  praktik  farma-
kologiya  və  tibb  müfrədatı 
fənlərindən dərs deyib.  
1914-də  İstanbul  Universite-
tinin Heydərpaşa tibb fakül-
təsində  müəllimliyə  başla-
yıb,  1916-cı  ildə  fakültə 
dekanı olub. 1919-da ikinci dəfə dekan seçilib. İstanbulu 
işğal  edən  müttəfiq  güclərin  tibb  fakültəsini  bağlama-
sının qarşısını alıb. 
1908-ci ildən 1943-cü ilin iyulunadək (2 ili də Avropada 
olmaqla)  37  il  fasiləsiz  müalicə  klinikası  və  farmako-
logiyadan  dərs  deyən  Aqil  Muxtar  Özdən  1943-cü  ildə 
təqaüdə  çıxıb.  Bundan  sonra Alman  xəstəxanasında  baş 
həkim  və  iç  xəstəlikləri  uzmanı  olaraq  çalışıb.  1946-da 
CHP-dən İstanbul millət vəkili seçilib. 
1947-də  İsveçrəyə  gedib  və  orada  xəstələnib.  12  mart 
1949-da  İstanbulda  Çəmbərlitaşdakı  evində  72  yaşında 
vəfat  edib.  Möhtəşəm  cənazə  törəninə  bütün  tələbələri 
və xalq qatılıb. 
Aqil Muxtar Türkiyədə dənəyli (eksperimental) müalicə 
və  farmakodinamikanın  qurucusudur.  Türk  tibb 
kodeksinin  hazırlanmasındakı  (1930) rolu  da  önəmlidir. 
 
 
Aqil Muxtar Özdən
 


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə