Microsoft Word Hazir kitab docx



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə8/50
tarix28.06.2018
ölçüsü3,57 Mb.
#52371
1   ...   4   5   6   7   8   9   10   11   ...   50

 
29 
özünün  çekist  fəaliyyətinə  başladı.  1921-də  biz  onu 
artıq “troyka” üzvü kimi Şəkidə görürük...  
Ancaq  Əzimzadənin  “öz  toplarıyla”  hədələməsi  də, 
öyrədilmiş  adamların  qara-qışqırığı  da  Əliabbas 
Qədimovun  qəza  sovetlər  qurultayına  nümayəndə 
seçilməsinin  qarşısını  ala  bilmədi.  Əlabbas  həkimin 
nüfuzundan  qorxan  bolşeviklər  anladılar  ki,  onun 
seçilməməsinin bircə yolu qalıb – həbs etmək. Bu işisə 
onlar  çox  gözəl  bacarırdılar.  Bu  dəfə  də  öz  işlərini 
“təmiz” gördülər – o və tərəfdarları dustaq edildi. 
 
Kiş  kəndindən  Şəki  Rayon  Sovetinə  deputat  seçilmiş 
Həmid  Əfəndizadə
’nin  müttəhim  kimi  Azərbaycan  Fövqə-
ladə  Komissiyasının  müstəntiqi  Şahverdiyev’ə  verdiyi  ifa-
də  də  Qasım  Hüseynbəyovun  yuxarıda  dediklərini  bir 
daha təsdiqləyir. Onunla müstəntiq arasında dindirmə bu 
sayaq gedib:  

Sual:  Nə  vaxt,  nə  üçün  və  harada  həbs  olunmağınız 
barədə ətraflı danışın. 
Cavab: Mən Şəki Şəhər İcraiyyə Komitəsinə seçkilərin keçi-
rildiyi  Fəhlə  klubunda,  may  ayının  1-də  həbs  olunmuşam.  Bu 
seçkilərdə namizəd olaraq iştirak etmək üçün Kiş kəndindən se-
çilmişdim.  Ümumiyyətlə,  rayon  İcraiyyə  Komitəsinin  tərkibini 
seçki yolu ilə müəyyən etmək üçün rayonun kəndlərindən 130, 
rayon  mərkəzinin  özündən  isə  35  deputat  Şəki  Sovetinin  bu 
yığıncağında iştirak edirdi. Nümayəndələr deputatların sırasın-
dan İcraiyyə Komitəsinin üzvlüyünə 15, namizədliyinə isə 5 de-
putat seçməli idilər. İclasda iştirak edən deputatların ümumi ra-
zılığı əsasında 15 nəfərin adının salındığı bir siyahı tərtib olun-


 
30 
du. Burada mənim də adım var idi. Adları siyahıya salınmış de-
putatlardan 8 nəfəri Şəkinin kəndlərini, 7 nəfəri isə şəhəri təmsil 
edirdi.  Siyahı  seçkini  keçirməyə  məsul  edilmiş 
Musabəyov, 
Əzimzadə və Tokayevdən ibarət üçlüyə təqdim edildi. Onlar 
siyahını  nəzərdən  keçirib  bəyan  etdilər  ki,  İcraiyyə  Komitəsinə 
seçkilərdə Şəki şəhərini 9, kəndləri isə 6 deputat təmsil etməlidir. 
Nümayəndələr bununla razılaşmayıb əvvəlki variantın üzərində 
israrla  dayandılar.  Belə  olduqda  üçlük  iclası  bağlı  elan  etdi. 
Beləliklə, seçki prosesi dayandırıldı. Elə həmin anda mən də da-
xil olmaqla 
10  deputat  həbs  olundu. Onlardan 4 nəfəri azad 
edilsə də qalan 6 deputat Bakıya Az. FK-ya gətirildi. 
Sual: Şəki İcraiyyə Komitəsinə seçkilər ərəfəsində çıxış 
etmisinizmi, etmisinizsə hansı mövzuda? 
Cavab:  Çıxış  edib  demişəm  ki,  kəndlərdən  seçilən  deputat-
lar  çoxluq  təşkil  etdiyindən  İcraiyyə  Komitəsində  də  onların 
daha çox yeri olmalıdır. 
Sual:  Siz  ictimai  həyatla  nə  vaxtdan  maraqlanmağa 
başlamısınız? 
Cavab:  İctimai  həyatla  Sovet  hakimiyyəti  qurulduqdan 
sonra  maraqlanmağa  başlamışam.  Buna  qədər  isə  uşaqlara 
savad verməklə kifayətlənmişəm”.
 
RÜSTƏMOVUN ƏMƏLLƏRİ 
Bəs  hakimiyyət  orqanları  el-oba  içərisində  nüfuz  və 
hörməti  olan  şəxslərin  tutulmasının  səbəbini  necə  izah 
etdilər? Onlar yalana  əl atdılar. Şəki Siyasi  Büronun rəisi 
Rüstəmov
’un Azərbaycan Fövqəladə Komissiyasının sədri 
Mircəfər Bağırov
’a 2 may 1921-ci il tarixdə yazdığı 476 saylı 


 
31 
raport başdan-ayağa iftira və böhtandan ibarətdir. Orada 
deyilir: həkim Əliabbas Qədimov, Nurməhəmməd Əlimov, 
Qasım  Hüseynbəyov, Kərim  Qazızadə,  Həmid  Əfəndiyev 
və 
Mürsəl İmanzadə məzara gömülmüş Müsavat hökumətinin 
tərəfdarları,  Müsavat  ideologiyasının  daşıyıcılarıdır.  Əhalini 
silahlandıraraq  (?!  –  müəl.)  Sovet  hökumətinə  qarşı  qaldır-
maq  və  onu  yıxıb  əvəzinə  despotik  kapitalist  rejimi  yaratmaq 
onların  başlıca  məqsədidir. 
Bu  adamların  özbaşınalığı  o 
həddə çatıb ki, Şəki İcraiyyə Komitəsinə seçkilər keçirilən 
zaman  qızışdırıcı  sözlərlə  nümayəndələri  bolşevizmin 
qatı  əleyhdarı  olan  adamlara,  yəni  özlərinə  səs  verdir-
məyə  çalışıblar  (öz  tərəfdarlarını  seçdirməyə  çalışmaq 
haçandan özbaşınalıq olub?! – müəl.).  
Bu  gün  Bakıya  yola  düşmüş  fövqəladə  üçlüyün  nümayən-
dələri 
Musabəyov,  Əzimzadə  və  Tokayev
8
 onların  fəaliyyəti 
barədə  geniş  məlumatı  sizə  təqdim  edəcəklər.  Mən  vəzifə  bor-
cunu yerinə yetirən bir kommunist kimi, verdiyim hesabata əla-
və olaraq bildirirəm ki, əksinqilabçıların bu nümayəndələri Şəki 
rayonuna  geri  dönəcəkləri  təqdirdə  fəaliyyət  imkanları  xeyli 
genişlənəcək,  öz  axtarış  və  təbliğatlarında  daha  da  cəsarətli 
olacaqlar
.  (Həyasızlığın,  vicdansızlığın  həddi-hüdudu 
olmazmış! Günahsız insanları şərləyib həbsxana küncünə 
                                                 
8
 Fövqəladə üçlüyün üçüncü üzvü Tokayev haqqında Azərbaycan 
tarixşünaslığında  heç  bir  bilgi  yoxdur.  Milliyyətcə  çeçen  olan 
D.Tokayev
  o  zaman  Azərbaycan  KP  mərkəzi  komitəsinin  üzvüydü. 
Üçlük  üzvü  olması  onun  da  Azərbaycanda  axıdılan  haqsız  qanlarda 
iştirakını göstərir. 


 
32 
atmaları  bəs  deyilmiş,  onları  orada  saxlamağa,  doğma 
yurddan didərgin salmağa da çalışıblar). 
Rüstəmov Azərbaycan FK-nın sədri Mircəfər Bağırova 
2 may 1921-də yazdığı 482 saylı raportunda şərlənib həbs 
olunan  daha  bir  seçki  qurbanının,  ixtisasca  müəllim  olan 
Zahid  İbrahimxəlil  oğlu’nun  adını  çəkir.  Rüstəmov  onu 
gizli  Müsavat  təşkilatının  ən  qatı  üzvü  kimi  təqdim 
edərək  bildirir:  Zahid  İbrahimxəlil  oğlu  zəhmətkeşlər  və 
yoxsullar  arasında  kommunist  partiyasını  nüfuzdan  salmağı 
qarşısına  məqsəd  qoymuşdur.  O,  Şəkidə  İcraiyyə  Komitəsinə 
seçkilər  zamanı  Müsavat  Partiyasının  xeyrinə  güclü  təbliğat 
aparmışdır.  Zahid  İbrahimxəlil  oğlu  476  saylı  raportumda 
haqqında sizə məlumat verdiyim həkim Qədimovun məsləkdaş-
larındandır.  Zahid  İbrahimxəlil  oğlu  özünün  məsuliyyətsiz 
davranışı ilə Şəki qəzasında ictimai həyatı daim qarışdırır. 
Bir qədər də Rüstəmovun özü haqqında. Azərbaycan 
çekistləri içərisində o, öz amansızlığı ilə daha çox seçilirdi. 
Onun  inzibati-ərazi  baxımdan  Şəkiyə  tabe  olan  Xaçmaz 
kəndində
9
 apardığı  kütləvi  həbslər  1921-ci  ilin  yazında 
üsyana  səbəb  oldu.  Kənddəki  milis  işçilərinin  bir  hissəsi 
öldürüldü,  qalanları  isə  canlarını  birtəhər  qurtararaq 
Vartaşen  (indiki  Oğuz)  kəndinə  sığındılar.  Xaçmaz 
kəndinə tərkibində topçu birliyinin də olduğu hərbi hissə 
yeridildi.  Ancaq  üsyançılar  bu  hücumu  dəf  etdilər. 
Xaçmaz  kəndinə  ikinci  hücum  26  may  1921-ci  ildə  gecə 
vaxtı başlandı. Əməliyyata 2-ci topçu alayının komandiri 
Dobrexetov 
rəhbərlik  edirdi.  Bu  hücuma  Atakişiyev’in 
                                                 
9
  ndi Oğuz rayonundadır. 


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə