Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə23/256
tarix06.02.2018
ölçüsü4,41 Mb.
#26776
1   ...   19   20   21   22   23   24   25   26   ...   256

49 

 

Almaniyaya qarşı çıxacağı halda, Sovetlər Türkiyəni müdafiə etməyəcəkdir. Lakin 



Almaniya Türkiyəyə hücum etsə, SSRİ buna mane olmağa çalışacaqdır. Düzəlişi 

və danışıqları ümumiləşdirərək İ.Stalin dedi: "Mən düzəlişi belə başa düşdüm ki

əgər münaqişə başlayarsa, Türkiyə neytral qalacaqdır, lakin pakta görə Türkiyə 

ingilis və fransızlardan ayrılmır və digər yerlərdə onlara kömək edir". Ş.Saracoğlu 

Sovet rəhbərliyinin düzəlişlərinə razı olduğunu bildirdi. O, ingilis-fransız-türk 

paktının 3-cü maddəsi, yəni Türkiyənin Yunanıstan və Rumıniyaya kömək 

göstərilməsi ilə bağlı öhdəliyin paktın mətnindən çıxarılıb məsləhət hissəsinə 

keçirilməsi,  İngiltərə  və Fransanın SSRİ-yə hücum edəcəyi təqdirdə Türkiyənin 

onlar qarşısında olan öhdəliyinin qüvvədən düşməsi barədə Sovet şərtlərini öz 

hökumətinə məruzə edib Ankaradan müvafiq təlimat alacağını qeyd etdi (28). Beş 

saat on beş dəqiqə çəkən söhbət gecə 23:15-də başa çatdı. 

Ş.Saracoğlu oktyabr ayının 16-na qədər Moskvada qalsa da, danışıqların 

sonrakı mərhələsi elə bir nəticə vermədi. Sovet İttifaqı İngiltərə və Fransa ilə ciddi 

fikir ayrılığına malik olduğu üçün türklərin onların sifarişini yerinə yetirdiyindən 

ehtiyatlanır və  hər  şeyə  şübhə ilə yanaşırdı. Digər tərəfdən isə, Almaniya ilə 

əməkdaşlıq bu dövrdə Sovet xarici siyasətinin aparıcı istiqaməti olduğundan, onlar 

Türkiyəyə  hər hansı  təminat verməkdənsə Balkanların nüfuz dairəsinə 

bölüşdürülməsinə, bir sıra Balkan ölkələrinə yönəlik  ərazi tələblərinin 

ödənilməsinə daha çox diqqət yetirirdilər. Son anda Sovetlər təklif etdilər ki, 

müharibə olacağı  təqdirdə Türkiyənin  İngiltərə  və Fransaya köməyi minimuma 

enib məsləhətləşmə xarakteri daşımalı, qarşılıqlı yardım haqqında hazırlanan 

Sovet-Türk paktında nəzərdə tutulmalıdır ki, Almaniya Türkiyəyə hücum edərsə

Sovet  İttifaqı Türkiyəyə  hər hansı bir yardım göstərməməli, Boğazlar SSRİ  və 

Türkiyə  tərəfindən birgə qorunmalıdır.(29)  Əlbəttə, bütün bunlar Türkiyənin 

maraqlarına uyğun deyildi. Türklər yaxşı başa düşürdülər ki, bu şərtlərin qəbul 

edilməsi Almaniyaya qarşı müharibədə Türkiyənin müttəfiqi olan Britaniyanın 

hərbi imkanlarını  zəiflədə bilər. Bundan başqa, Boğazların birgə müdafiəsi 

haqqında Sovet təklifi təkcə Montrö konfransında Türkiyənin uğurlarını  şübhə 

altına almırdı, eyni zamanda onun suverenliyini təhlükə altına qoyurdu. Qara 

dəniz və Avropa Türkiyəsinin birgə müdafiəsi, Boğazlar rejiminin dəyişməsi ilə 

bağlı Sovet cəhdləri Türkiyəni müharibəyə sürükləməkdən başqa bir şey deyildi. 

Danışıqların sənədləri göstərir ki, Sovet rəhbərliyi qarşılıqlı yardım haqqında 

Türkiyə  tərəfindən təqdim olunmuş pakt layihəsinə son dərəcə ehtiyatla yanaşır, 

öz üzərinə  hər hansı öhdəlik götürməkdən yayınır, 23 avqust və ona bağlı olan 

gizli protokollar silsiləsinə görə Almaniyanın mənafeyini nəzərə almağa çalışırdı. 

  



50 

 

Türkiyə Xarici işlər nazirinin Moskvada olmasından istifadə edərək Almaniya 



hökuməti Sovetlərə  təsir göstərirdi ki, Türkiyəni  İngiltərə  və Fransa ilə sazişə 

gəlməkdən çəkindirsin. 8 oktyabr 1939-cu ildə Almaniya hökuməti Moskvadan 

xahiş edirdi ki, "Türkiyəni  İngiltərə  və Fransa ilə Saziş bağlamaqdan imtina 

etməyə  və  qəti bitərəf mövqe tutmağa vadar etmək lazımdır. Eyni zamanda 

Almaniya tərəfi Moskva danışıqlarının gedişində Sovet İttifaqı ilə Türkiyə 

arasında hər hansı bir müqavilə imzalanmasını da narahatçılıqla izləyirdi.  Əgər 

belə olardısa, Almaniya tərəfi təkid edirdi ki, Moskva ilə Ankara arasında 

mümkün ola biləcək müqavilənin mətninə belə bir düzəliş daxil edilsin ki, SSRİ 

Almaniya  əleyhinə Türkiyəyə kömək göstərməyə borclu olmayacaqdır" (30). 

Ribbentronun tapşırığı ilə Almaniya nümayəndələrinin belə bir düzəliş  təklif 

etməsi Almaniyanın Türkiyəyə münasibətdə gələcək niyyətlərinin Moskvaya bəlli 

olan təzahür forması idi. 

Hələ Ş.Saracoğlu Moskvada ikən SSRİ-dəki Alman səfiri F.Şulenberqi qəbul 

edən V.Molotov Türkiyə ilə danışıqların bütün mahiyyətini çox açıq  şəkildə 

ortaya qoydu. O dedi: Mən inanmıram ki, biz türklər ilə hər hansı sazişə gələk... 

Əgər biz Türkiyə ilə danışıqlar aparırıqsa, biz onu Türkiyənin mövqeyini 

aydınlaşdırmaq üçün aparırıq. Bu mənada danışıqlar bizə xeyir gətirir. V.Molotov 

bununla bir növ avqust ayının 24-də Almaniya nümayəndə heyəti ilə vidalaşan 

zaman Stalinin dediyi "Sovet İttifaqı heç vaxt öz tərəfdaşını satmaz" fikrini bir 

daha təsdiqləmək istəyirdi (31). Türkiyəni bitərəf qalmağa vadar etmək barədə 

Almaniya tərəfindən irəli sürülən fikir sonralar Sovet rəhbərlərinə  əsas verdi ki, 

Türkiyənin böyük müharibədə uzun müddət bitərəf qalmasını Almaniya 

maraqlarına xidmət kimi qiymətləndirsinlər.  Əslində isə, vuruşan dövlətlər 

arasında Türkiyəni öz təsir dairəsinə  cəlb etmək uğrunda mübarizənin 

kəskinləşdiyi  şəraitdə neytral mövqe tutmaq Türkiyənin maraqlarına daha çox 

uyğun udu. 

Ş.Saracoğlunun SSRİ-yə uzunmüddətli səfəri bir nəticə vermədi və o, oktyabr 

ayının 16-da Moskvanı tərk etdi. H.C.Yalçın az sonra, noyabr ayının 5-də "Yeni 

Sabah"da haqlı olaraq yazırdı ki, əgər bizim Sovetlərdən olan dostlarımız öz 

fikirləri barədə  əvvəlcədən bizi xəbərdar etsəydilər, türklər özlərini nəticəsiz 

qalmış alçaldıcı Moskva danışıqlarından xilas etmiş olardılar. Danışıqların 

nəticəsizliyindən təəssüf edən Türkiyə Respublikasının prezidenti İ.İnönü 1939-cu 

ilin noyabr ayında Böyük Millət Məclisinin növbəti sessiyasının açılışındakı 

çıxışında deyirdi: Məlumunuz olduğu kimi, Xarici işlər nazirimiz Sovet 

hökumətinin müsafiri olaraq Moskvada üç həftəyə qədər görüş və müzakirələrdə 

bulundu. Bu müzakirələrdən,  əski dostumuz Sovet İttifaqı ilə aramızda bugünkü 

məsud münasibətlərdən daha irəli bir vəziyyət ifa edəcək bir anlaşma meydana 

gələ biləcəyinə ümid etmişdik. Nəticəyə varmaq üçün 

 

 

 



 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə