orqanlarında islahatlar aparacaq və onun fəaliyyətinin aktivləşdirilməsi cəhdlərini
dəstəkləyəcəklər.
Birlik ölkələrinin böyük əksəriyyəti təbii ki, məsələyə optimist yanaşmağa
üstünlük verirlər. Lakin perspektivdə onun reallaşdırılması planında sürətli irəliləyiş
gözlənilmir. Ehtimal ki, 2-ci və 3-cü variantların kulminasiyası baş verəcək. Konkret
olaraq MDB üzv ölkələrinin siyasi, ictimai, sosial, iqtisadi sferaların müxtəlif
aspektləri üzrə fikir mübadiləsinin aparılacağı və əgər çoxluğun mövqeyində birliyə
nail olmaq mümkündürsə, onun uyğun razılaşdırma əv sazişlərlə rəsmiləşdiriləcəyi
təşkilat kimi mövcudluğunu saxlayacaq. Ən yaxşı halda bunlar azad ticarət zonasının
yaradılması, kollektiv təhlükəsizliyin təminatı, beynəlxalq terrorizmə qarşı mübarizə
kimi məsələləri əks etdirir.
Bildiyimiz kimi birlik tərkibində siyasi və iqtisadi maraqların daxili
regionalizasiyası formalaşır. MDB dövlətlərində inteqrasiyanın məqsədləri və
vəzifələri fərqli olduğundan, postsovet məkanında ayrı-ayrı regional birliklərin
formalaşması ilə müxtəlif sürətli inteqrasiya prosesi baş verir. Bu birlikləri qarşılarına
qoyduqları məqsədlərə görə 2 qrupa ayırmaq olar.
Birinci qrupa aid olan birliklər inteqrasiyanın sürətlənməsinə doğru
istiqamətlənməklə hələlik birliyin bütün üzvlərinin hazır olmadığı daha sıx iqtisadi və
siyasi qarşılıqlı fəaliyyətə yönəlmiş qərarlar qəbul edirlər. Bunlar Belarus və Rusiya
ittifaqı və 5 ölkənin gömrük ittifaqıdır.
kinci qrupu isə sırf regional maraqlar üzərində qurulan birliklər təşkil edir.
Bunlara Mərkəzi Asiya ittifaqı və GÜÖAM-ı göstərmək olar.
Adı çəkilən qurumlardan ən qabaqcılı Belarus və Rusiya ittifaqıdır. Bu
qurumun formalaşması strategiyası iqtisadi (xalq təsərürfatı komplekslərinin qarşılıqlı
tamamlanması, sıx istehsal kommersiya əlaqələri), xarici siyasi (Avropa qitəsi və
dünya arasında milli təhlükəsizliyin təminatında dövlət maraqlarının uyğun gəlməsi)
və tarixi-sosial (milli mentalitetlərin və dövlətlərin tarixi talelərinin yaxınlığı)
amillərə əsaslanır. Mahiyyət etibarilə daxili sərhədlər aradan qaldırılır, ümumi
gömrük tarifi işə salınır. 6 yanvar 1995-ci ildə Rusiya Federasiyası və Belarus
Respublikası, sonra isə 20 yanvar 1995-ci ildə Qazaxıstan Respublikası arasında
gömrük ittifaqı haqqında müqavilə imzalandı. Sonradan bu quruma Qırğızıstan və
Tacikistan Respublikası da daxil oldu.
Gömrük ittifaqının üzv dövlətlərin qarşılıqlı ticarətdə tam formada azad ticarət
rejimi fəaliyyət göstərir, nə vergilər, nə də kəmiyyət məhdudiyyətləri tətbiq olunur.
Razılaşdırılmış ticari tarif siyasəti formalaşır. Bununla əlaqədar vahid gömrük
siyasətinin əsasını təşkil edən ümumi gömrük tarifi haqqında razılaşmanı xüsusilə
qeyd etmək lazımdır.
Vergi və maliyyə məsələlərinin həllində müəyyən nəticələr əldə edilib.
Dövlətlərarası şura 1999-cu ilin oktyabrında gömrük ittifaqı ölkələri əsasında
qarşılıqlı ticarətdən dolayı vergilərin götürülməsində "Təyinat ölkələri" prinsipinə
keçməyən məqsədəuyğunluğu haqqında qərar qəbul etdi.
Milli valyuta sistemlərinin qarşılıqlı fəaliyyətinin təminatı istiqamətində də
konkret addımlar atılıb. Bu gün "Beşlik" ölkələri tərəfindən qarşılıqlı dönərliliyi əldə
etmək və milli valyuta kurslarının stabilləşdirilməsi istiqamətində bütün lazımi
ikitərəfli müqavilələr imzalanıb.
Yuxarıda göstərilənlər MDB məkanında beynəlxalq iqtisadi inteqrasiyanın əsas
xüsusiyyətləri və çətinliklərini göstərir. Son illər bu inkişafın iqtisadi və siyasi şərtləri
hətta bir neçə dəfə pisləşmişdir. Bu istehsalın davamlı tənəzzülü, siyasi sahədə
köhnədən qalan və yeni yaranan ziddiyyətlərin kəskinləşməsi və s. ilə əlaqədardır.
Bununla və digər məsələlərlə bağlı 1999-cu ildə MDB məkanında iqtisadi
inteqrasiyanın inkişafı barəsində konsepsiya hazırlanmışdır.
Konsepsiya layihəsinin variantlarından birində iqtisadi inteqrasiyanın başlıca
məqsədi müəyyən olunmuşdur: dövlətlərarası əmək bölgüsünün üstünlüklərindən
istifadə etmək, üzv ölkələrin ümumi strateji və cari maraqlarını təmin etmək üçün
istehsal, istehsalın ixtisaslaşdırılması və kooperasiyalaşdırılması. Sonra elan olunur:
qarşılıqlı ticarətin inkişafı, ehtiyat və bazarlara daxil olmanın təmini, sosial yönümlü
istehsal cəmiyyətinin qurulması və s.
Avropa və Asiya bazarlarına əhəmiyyətli dərəcədə daxil olmaq üçün birlik
ölkələri öz məhsul dövriyyəsinin 2006-ci il üçün ən azı 2 dəfə (dünya ticarətinin 3%-
i) artırmalı idi. Ümumi cari məqsədlərə çatmaq - daxili bazarların inkişafı başlıca
məhsul istehsalçılarının qorunması, güclərdən istifadənin yaxşılaşdırılması nəsə sanki
qəribə görünür. Bunu MDB ölkələrinin inteqrasiyası olmadan da etmək olar.
Birinci növbədə ilkin şəraiti qiymətləndirmək lazımdır (əraziyə yaxınlıq, milli
təsərrüfatların ekoloji və texnoloji cəhətdən eyniliyi, mentalitetlərin oxşarlığı, bazar
islahatları üzrə vəzifələrin uyğunluğu, MDB ölkələrinin ikitərəfli və çoxtərəfli
münasibətlərinin inkişafı üçün sabit və qarşılıqlı maraqların formalaşdırılması)
bununla MDB inteqrasiyasının dərinliyi, ayrı-ayrı ölkələrin uzunmüddətli maraqları
ə
sasında formalaşacaq (Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və s.)
Hər halda ilkin olaraq inteqrasiya edən ölkələrin vahid hüquqi, informasiya,
iqtisadi məkanın formalaşdırılması üçün 3 vacib məsələ həll olunmalıdır.
1.
nformasiyanın operativ və maneəsiz mübadiləsi, bütün təsərrüfat
subyektlərinin onları əldə etməsi üçün zəruri şərtlərin təmin edilməsi;
2.
Müxtəlif səviyyələrdə tələb edilən qərarların qəbulu üçün zəruri iqtisadi
məsələlər;
3.
Bütün təsərüüfat fəaliyyətinin, o cümlədən sahibkarlıq fəaliyyətinin hüquqi
normalarının unifikasiyası və koordinasiyası.
Məhz bununla vahid iqtisadi məkanın formalaşdırılması üçün ilkin şərait
yaranacaq, bu da təsərrüfat transaksiya maneəsiz razılaşdırılması və dünya təsərrüfat
münasibətlərinin üstünlük verilən variant və formalarının azad seçilməsini təklif edir.
Ş
übhəsiz ki, vahid informasiya, hüquqi və iqtisadi məkanda könüllülük,
qarşılıqlı yardım, iqtisadi qarşılıqlı faydalılıq, hüquqi zəmanət və cavabdehlik
prinsipləri qarşıya qoyulan vəzifələrdə öz əksini tapmalıdır. nteqrativ inkişafın ilkin
ə
sası hökumətə nəzarət və milli maraqların qorunması və onların beynəlxalq və milli
təhlükəsizliyinin təminidir.
Bundan belə nəticələr çıxarmaq olar ki, B M-in inteqrasion əlamətlər
intensivliyinə görə müxtəlif subregionlarda cəmlənmişdir. Vahid informasiya, hüquqi
və iqtisadi məkanın formalaşması prosesində azad ticarət zonası, gömrük ittifaqı,
tədiyyə ittifaqı, ümumi əmək bazarı, ümumi aqrar bazarı mərhələləri böyük rol
oynamışdır. Bununla bərabər növbəti inkişafda ümumi investisiya və elmi-texnoloji
məkan, birləşmiş nəqliyyat və energetik sistemi, enerji rusumları bazarının
Dostları ilə paylaş: |