ölkələrarası münasibətlərin effektivliyi haqqında müasir nəzəriyyələrin əsas
müddəalarını həyata keçirməyə imkan verir ki, bu da qarşılıqlı olaraq üstünlük olan
faktorların ixracı və defisit istehsal faktorlarının idxalı deməkdir. MDB ölkələrində
ATZ-na keçidə əməkdaşlığın daha böyük formalarına keçid mərhələsi kimi baxmaq
olar. Bununla da milli iqtisadiyyatın struktur islahatları bazar infrastrukturunun
inkişafını xarici iqtisadi fəaliyyətin subyektləri üçün təsərürfat şərtlərini
bərabərləşdirməyi təmin etmək mümkün olar. MDB inteqrasiya bloku ancaq
dövlətlərin birgə səyi nəticəsində əsl uğun gətirə bilər.
Birlik ölkələrinə iqtisadi islahatların və əldə edilmiş nəticələrin təhlili
birmənalı şəkildə onu göstərir ki, dünya iqtisadi sisteminə daxil olmanın stabil və
balanslaşdırıcı formada həyata keçirmək üçün iqtisadi, sosial və institusional
dəyişikliklərin
dövlətlərarası
tənzimlənməsi
həyata
keçirilməklə
onların
realizasiyasında sinxronluq əldə edilməlidir.
Bu işin istiqamətləri MDB-nin iqtisadi, inteqrasion inkişafının konsepsiyasında
müəyyən edilir. Bunların arasında ən əsasları - azad ticarət zonasını, gömrük və
tədiyyə ittifaqlarının, ümumi əmək bazarının, ümumi elmi-texniki, investisiya və
informasiya məkanının yaradılması, kiçik və orta biznesin dəstəklənməsi,
razılaşdırılmış sosial struktur və sosial siyasətin həyata keçirilməsi, istehsal
kooperasiyasında qarşılıqlı fəaliyyət, enerji ehtiyatlarının aqrasənaye məhsullarının
və nəqliyyat xidmətlərinin vahid bazarının yaradılması, digər sənaye sahələrində
ekoloji sferada əməkdaşlıq.
Bütün bu istiqamətlərin son məqsədit vahid hamı tərəfindən qəbul olunmuş
qaydalar əsasında iş görən bərabər hüquqa malik iqtisadi subyektlərin qarşılıqlı
fəaliyyət göstərəcəyi ümumi iqtisadi məkanın formalaşdırılmasıdır.
Vahid bazarın uğurlu formalaşdırılması yalnız qarşılıqlı mal mübadiləsinin
artımı üçün şəraitin yaradılması, istehsalın ixtisaslaşdırılması və kooperasiyanın
inkişafı əsasında təmin edə bilər. Vahid bazar - onun fəaliyyət mexanizminin
hazırlanması, prioritet seqmentlərinin müəyyən olunması, işlərin mərhələli inkişafı,
infrastrukturun yaradılması kimi problemlər kompleksinin həllini nəzərdə tutur.
Bununla əlaqədar yuxarıda göstərilən məsələlərin həllində bir sıra tədbirlərin
həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu tədbirlərdən biri mal və
xidmətlərin sərbəst hərəkətinə imkan yarada biləcək 15 aprel 1994-cü ildə qəbul
olunmuş azad ticarət zonasının yaradılması haqqında razılaşmanın reallaşma
mexanizmini aşkara çıxarmaqdır.
Qarşılıqlı ticarətdə ciddi maneələrdən biri də dolayı vergilərin, o cümlədən
ə
lavə dəyər vergisinin yığılma qaydasıdır. Son dövrlərdə dünya təcrübəsində ümumi
qəbul olunmuş sxem dəyişikliklər bu vergilərin ixrac olunma məhsullardan eyni
zamanda ölkəyə gətirilən mallardan tutulmasına qarşı çıxır, bu ticarət edən ölkələrin
qarşılıqlı maraqlarını təmin edir. Ona görə də MDB daxilində məhsul və xidmətlərə
qoyulan dolayı vergilərin toplanma qaydasına uyğun razılaşdırılmış bir qərar qəbul
edilməsi meydana çıxmışdır.
Müasir dövrdə azad ticarət zonasının yaradılmasının iqtisadi mənası ondan
ibarətdir ki, o MDB ölkələrinin qarşılıqlı ticarətində preferensial rejimi
möhkəmləndirməyə qabildir. Beynəlxalq təcrübə göstərir ki, inteqrasiya birlikləri
(Avropa ttifaqı, MERKOSUR, NATA və s.) 1-ci növbədə qarşılıqlı ticarətin
liberallaşdırılması hesabına inkişaf edirlər. Azad ticarət zonası MDB-nin bütün
ölkələri çərçivəsində yaradılması, birlik çərçivəsində iqtisadi inteqrasiyanın inkişafı
yolunda əhəmiyyətli bir addım olur. Dəfələrlə bildirilmişdir ki, azad ticarət zonasının
yaradılması ticarət-iqtisadi qarşılıqlı fəaliyyətin beynəlxalq mexanizmini yaradacaq,
MDB məkanında işgüzar fəaliyyətə əlavə stimullar verəcək.
Bununla yanaşı bildirmək lazımdır ki, azad ticarət zonasının formalaşdırılması
ticarət əməkdaşlığının müqavilə-hüquqi bazasının daim yeniləşməsini tələb edən
çətin və sistemli prosesdir.
Vahid bazarın formalaşdırılması yolunda yaranan ciddi maneələrdən biri həm
dövlət, həm də müəssisələr çərçiəvsində qarşılıqlı borcların ödənməməsi problemidir.
Bu aktual problemin həlli üçün ödəniş-hesablaşma münasibətlərinin uyğunlaşdırılmış
mexanizmini yaratmaq, kommersiya banklarının potensialının cəlb edilməsi,
müəssisələrin borc və veksel öhdəliklərindən istifadə edilməsi zəruridir.
Maliyyə mühitinin yaxşılaşdırılması üçün bu ölkələrdə birjalarda milli
valyutaların azad surətdə satışı, tədbiyyə balansından cari əməliyyatlar, banklar,
onların filialları şəbəkəsi və s. aid birgə qərarlar qəbul etmək lazımdır.
Müasir mərhələdə vahid bazarın formalaşdırılması üçün onun əsas
seqmentlərini ayırmaq, onlara dövlət, digər dövlətlərarası və hökumətlərarası
orqanların təsirini gücləndirmək məqsədyönlüdür. Müəlliflər hesab edir ki, ümumi
bazarın başlıca seqmentləri kimi, aqrar-sənaye, yanacaq-energetika və nəqliyyat
sənayesi çıxış etməlidir.
MDB çərçivəsində meydana çıxan problemlərin, çətinliklərin əsas səbəbi
onların dünya təsərrüfatı əlaqələrinə tam qoşulmaması ilə əlaqədardır. Bu da birlik
daxilində regionla inteqrasiya, dezinteqrasiya prosesləri ilə əlaqədardır.
MDB ölkələrinin inkişafının müxtəlif mərhələlərində inteqrasiya və
dezinteqrasiya amillərini aşağıdakı kimi göstərmək olar:
I. Vahid ittifaq dövlə ti daxilində .
nteqrasiya amilləri.
1.
Vahid qanunverici-hüquqi sistem əsasında bütün sosial-iqtisadi fəaliyyətin
vahid dövlət plan-direktiv sistemi
2.
ttifaqdaxili ixtisaslaşma və kooperasiya, eləcə də ticarət pul axınlarının,
respublikalar və müəssisələrarası ticari münasibətlərin, xarici iqtisadi
fəaliyyətin mərkəzləşdirilmiş idarə edilməsinə malik vahid xalq təsərrüfatı
kompleksi
Dezinteqrasiya amilləri.
1.
Vahid dövlətin və vahid xalq təsərrüfatı kompleksinin dağılmasının əsas
səbəblərindən olan inzibati plan quruluşunun çatışmamazlığı
2.
qtisadi effektivliyi nəzərə alınmadan qurulmuş istehsal texnoloji
kooperasiya münasibətlərinin bir hissəsininin süni xarakter daşıması
3.
ttifaq respublikalarının cüzi sərbəstliyə malik olması, hamının hətta lokal
qurumların qərarlarının mərkəzlə razılaşdırılmasının vacibliyi.
Dostları ilə paylaş: |