Microsoft Word hesenli cavid doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə20/26
tarix27.03.2018
ölçüsü0,64 Mb.
#34893
1   ...   16   17   18   19   20   21   22   23   ...   26

 

ölkələrarası  münasibətlərin  effektivliyi  haqqında  müasir  nəzəriyyələrin  əsas 

müddəalarını həyata keçirməyə imkan verir ki, bu da qarşılıqlı olaraq üstünlük olan 

faktorların  ixracı  və  defisit  istehsal  faktorlarının  idxalı  deməkdir.  MDB  ölkələrində 

ATZ-na keçidə əməkdaşlığın daha böyük formalarına keçid mərhələsi kimi baxmaq 

olar.  Bununla  da  milli  iqtisadiyyatın  struktur  islahatları  bazar  infrastrukturunun 

inkişafını  xarici  iqtisadi  fəaliyyətin  subyektləri  üçün  təsərürfat  şərtlərini 

bərabərləşdirməyi  təmin  etmək  mümkün  olar.  MDB  inteqrasiya  bloku  ancaq 

dövlətlərin birgə səyi nəticəsində əsl uğun gətirə bilər. 

Birlik  ölkələrinə  iqtisadi  islahatların  və  əldə  edilmiş  nəticələrin  təhlili 

birmənalı  şəkildə  onu  göstərir  ki,  dünya  iqtisadi  sisteminə  daxil  olmanın  stabil  və 

balanslaşdırıcı  formada  həyata  keçirmək  üçün  iqtisadi,  sosial  və  institusional 

dəyişikliklərin 

dövlətlərarası 

tənzimlənməsi 

həyata 


keçirilməklə 

onların 


realizasiyasında sinxronluq əldə edilməlidir. 

Bu işin istiqamətləri MDB-nin iqtisadi, inteqrasion inkişafının konsepsiyasında 

müəyyən  edilir.  Bunların  arasında  ən  əsasları  -  azad  ticarət  zonasını,  gömrük  və 

tədiyyə  ittifaqlarının,  ümumi  əmək  bazarının,  ümumi  elmi-texniki,  investisiya  və 

informasiya    məkanının  yaradılması,  kiçik  və  orta  biznesin  dəstəklənməsi, 

razılaşdırılmış  sosial  struktur  və  sosial  siyasətin  həyata  keçirilməsi,  istehsal 

kooperasiyasında  qarşılıqlı  fəaliyyət,  enerji  ehtiyatlarının  aqrasənaye  məhsullarının 

və  nəqliyyat  xidmətlərinin  vahid  bazarının  yaradılması,  digər  sənaye  sahələrində 

ekoloji sferada əməkdaşlıq. 

Bütün  bu  istiqamətlərin  son  məqsədit  vahid  hamı  tərəfindən  qəbul  olunmuş 

qaydalar  əsasında  iş  görən  bərabər  hüquqa  malik  iqtisadi  subyektlərin  qarşılıqlı 

fəaliyyət göstərəcəyi ümumi iqtisadi məkanın formalaşdırılmasıdır. 

Vahid  bazarın  uğurlu  formalaşdırılması  yalnız  qarşılıqlı  mal  mübadiləsinin 

artımı  üçün  şəraitin  yaradılması,  istehsalın  ixtisaslaşdırılması  və  kooperasiyanın 

inkişafı  əsasında  təmin  edə  bilər.  Vahid  bazar  -  onun  fəaliyyət  mexanizminin 

hazırlanması,  prioritet  seqmentlərinin  müəyyən  olunması,  işlərin  mərhələli  inkişafı, 

infrastrukturun yaradılması kimi problemlər kompleksinin həllini nəzərdə tutur. 



 

Bununla  əlaqədar  yuxarıda  göstərilən  məsələlərin  həllində  bir  sıra  tədbirlərin 

həyata  keçirilməsi  xüsusi  əhəmiyyət  kəsb  edir.  Bu  tədbirlərdən  biri  mal  və 

xidmətlərin  sərbəst  hərəkətinə  imkan  yarada  biləcək  15  aprel  1994-cü  ildə  qəbul 

olunmuş  azad  ticarət  zonasının  yaradılması  haqqında  razılaşmanın  reallaşma 

mexanizmini aşkara çıxarmaqdır. 

Qarşılıqlı  ticarətdə  ciddi  maneələrdən  biri  də  dolayı  vergilərin,  o  cümlədən 

ə

lavə dəyər vergisinin yığılma qaydasıdır. Son dövrlərdə dünya təcrübəsində ümumi 



qəbul  olunmuş  sxem  dəyişikliklər  bu  vergilərin  ixrac  olunma  məhsullardan  eyni 

zamanda ölkəyə gətirilən mallardan tutulmasına qarşı çıxır, bu ticarət edən ölkələrin 

qarşılıqlı maraqlarını təmin edir. Ona görə də MDB daxilində məhsul və xidmətlərə 

qoyulan  dolayı  vergilərin  toplanma  qaydasına  uyğun  razılaşdırılmış  bir  qərar  qəbul 

edilməsi meydana çıxmışdır. 

Müasir  dövrdə  azad  ticarət  zonasının  yaradılmasının  iqtisadi  mənası  ondan 

ibarətdir  ki,  o  MDB  ölkələrinin  qarşılıqlı  ticarətində  preferensial  rejimi 

möhkəmləndirməyə  qabildir.  Beynəlxalq  təcrübə  göstərir  ki,  inteqrasiya  birlikləri 

(Avropa  ttifaqı,  MERKOSUR,  NATA  və  s.)  1-ci  növbədə  qarşılıqlı  ticarətin 

liberallaşdırılması  hesabına  inkişaf  edirlər.  Azad  ticarət  zonası  MDB-nin  bütün 

ölkələri  çərçivəsində  yaradılması,  birlik  çərçivəsində  iqtisadi  inteqrasiyanın  inkişafı 

yolunda əhəmiyyətli bir addım olur. Dəfələrlə bildirilmişdir ki, azad ticarət zonasının 

yaradılması  ticarət-iqtisadi  qarşılıqlı  fəaliyyətin  beynəlxalq  mexanizmini  yaradacaq, 

MDB məkanında işgüzar fəaliyyətə əlavə stimullar verəcək. 

Bununla yanaşı bildirmək lazımdır ki, azad ticarət zonasının formalaşdırılması 

ticarət  əməkdaşlığının  müqavilə-hüquqi  bazasının  daim  yeniləşməsini  tələb  edən 

çətin və sistemli prosesdir. 

Vahid bazarın formalaşdırılması yolunda yaranan ciddi maneələrdən biri həm 

dövlət, həm də müəssisələr çərçiəvsində qarşılıqlı borcların ödənməməsi problemidir. 

Bu aktual problemin həlli üçün ödəniş-hesablaşma münasibətlərinin uyğunlaşdırılmış 

mexanizmini  yaratmaq,  kommersiya  banklarının  potensialının  cəlb  edilməsi, 

müəssisələrin borc və veksel öhdəliklərindən istifadə edilməsi zəruridir. 




 

Maliyyə  mühitinin  yaxşılaşdırılması  üçün  bu  ölkələrdə  birjalarda  milli 

valyutaların  azad  surətdə  satışı,  tədbiyyə  balansından  cari  əməliyyatlar,  banklar, 

onların filialları şəbəkəsi və s. aid birgə qərarlar qəbul etmək lazımdır. 

Müasir  mərhələdə  vahid  bazarın  formalaşdırılması  üçün  onun  əsas 

seqmentlərini  ayırmaq,  onlara  dövlət,  digər  dövlətlərarası  və  hökumətlərarası 

orqanların  təsirini  gücləndirmək  məqsədyönlüdür.  Müəlliflər  hesab  edir  ki,  ümumi 

bazarın  başlıca  seqmentləri  kimi,  aqrar-sənaye,  yanacaq-energetika  və  nəqliyyat 

sənayesi çıxış etməlidir. 

MDB  çərçivəsində  meydana  çıxan  problemlərin,  çətinliklərin  əsas  səbəbi 

onların  dünya  təsərrüfatı  əlaqələrinə  tam  qoşulmaması  ilə  əlaqədardır.  Bu  da  birlik 

daxilində regionla inteqrasiya, dezinteqrasiya prosesləri ilə əlaqədardır. 

MDB  ölkələrinin  inkişafının  müxtəlif  mərhələlərində  inteqrasiya  və 

dezinteqrasiya amillərini aşağıdakı kimi göstərmək olar: 



I. Vahid ittifaq dövləti daxilində

nteqrasiya amilləri. 

1.

  Vahid qanunverici-hüquqi sistem əsasında bütün sosial-iqtisadi fəaliyyətin 



vahid dövlət plan-direktiv sistemi 

2.

  ttifaqdaxili  ixtisaslaşma  və  kooperasiya,  eləcə  də  ticarət  pul  axınlarının, 



respublikalar  və  müəssisələrarası  ticari  münasibətlərin,  xarici  iqtisadi 

fəaliyyətin  mərkəzləşdirilmiş  idarə  edilməsinə  malik vahid xalq  təsərrüfatı 

kompleksi 

Dezinteqrasiya amilləri. 

1.

  Vahid  dövlətin  və  vahid  xalq  təsərrüfatı  kompleksinin  dağılmasının  əsas 



səbəblərindən olan inzibati plan quruluşunun çatışmamazlığı 

2.

  qtisadi  effektivliyi  nəzərə  alınmadan  qurulmuş  istehsal  texnoloji 



kooperasiya münasibətlərinin bir hissəsininin süni xarakter daşıması 

3.

  ttifaq respublikalarının cüzi sərbəstliyə malik olması, hamının hətta lokal 



qurumların qərarlarının mərkəzlə razılaşdırılmasının vacibliyi. 

 


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə