Microsoft Word hesenli cavid doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə18/26
tarix27.03.2018
ölçüsü0,64 Mb.
#34893
1   ...   14   15   16   17   18   19   20   21   ...   26

 

-  əmanətlərin  investisiyalara  səmərəli  transformasiyasını  təmin  edən  müasir 

institusional infrastrukturun inkişaf prosesinə yardımın artırılmasına; 

-  biznesin  informasiya  təminatının  yaxşılaşdırılmasına,  mühasibat  uçotunun  və 

statistikanın beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəldilmiş tədbirlər davam 

etdiriləcəkdir. 



Dövlət investisiyaları sahəsində siyasətin əsas istiqamətləri: 

2013-2016-cü  illər  üçün  ölkədə  dövlət  investisiya  siyasətinin  ana  xəttini 

aşağıdakı prioritetlər təşkil edəcəkdir: 

-  investisiya  axınının  qeyri-neft  sektorunun  və  regionların  inkişafına 

yönəldilməsinin stimullaşdırılması; 

- regionlar arasında investisiyaların bölüşdürülməsinin optimallaşdırılması; 

-  ölkədə  investisiya  fəaliyyətinin  sosial  istiqamətinin  gücləndirilməsi,  insan 

kapitalına, infrastruktura qoyulan investisiyaların prioritetliyi; 

- dövlət investisiya siyasətinin tam şəffaflığının təmin edilməsi; 

- ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasına nəzarətin gücləndirilməsi; 

- dövlətin müdafiə qabiliyyətinin artırılması. 

Özəl investisiyalar sahəsində siyasətin əsas istiqamətləri: 

-  Azərbaycan  müəssisələrinin  investisiya  cəlbediciliyinin  daha  da  artırılması 

məqsədilə tədbirlərin davam etdirilməsi; 

-  müəssisələrin  texnoloji  yenidənqurulması  məqsədilə  müasir  texnoloji 

avadanlığın Azərbaycana gətirilməsi üçün xarici ticarət rejiminin təkmilləşdirilməsi; 

-  daxili  investisiyalarla  yanaşı  birbaşa  xarici  investisiyaların  ixracyönümlü  və 

ə

lavə dəyərin xüsusi çəkisi yüksək olan sahələrə yönəldilməsi; 



-  xidmət  sahələrində  birbaşa  xarici  investisiyaların  tənzimləmə  rejiminin 

təkmilləşdirilməsi;  

-  beynəlxalq  standartlara  uyğun  mühasibat  uçotunun  və  auditor  fəaliyyətinin 

yaradılması prosesinin sürətləndirilməsi. 

 

 

 




 

III FƏS L. 

MDB ÇƏRÇ VƏS NDƏ  NTEQRAS YANIN  NK ŞAF PROBLEMLƏR  VƏ 

AZƏRBAYCANIN  ŞT RAK PERSPEKT VLƏR  

 

3.1.

  MDB inteqrasiya bloku çərçivəsində vahid bazarın 

formalaşma problemləri 

 

Dünyanın bir çox regionlarında gərginləşən ərzaq, enerji, ekoloji, sosial, milli 

və  digər  problemlərin  həlli,  obyektiv  olaraq  milli  iqtisadiyyatların  inteqrasiyasını 

tələb edir ki, bu da ictimai istehsalın artımına iqtisadi imkanların birləşməsi hesabına 

regional  xüsusiyyətlərin  və  sosial-iqtisadi  inkişaf  faktorlarının  daha  səmərəli 

istifadəsinə  gətirib  çıxarır.  Bununla belə inteqrasiya  potensialını  müəyyən  etmək  və 

onun  inteqrasiya  proseslərinin  analizi,  proqnozlaşdırılması  və  tənzimlənməsi  üçün 

idarəetmənin  yeni  zəruridir.  "Potensial"  adı  altında  istehsal-iqtisadi,  təbii-coğrafi, 

elmi-texniki,  struktur-texnoloji,  təşkilati-institusional,  sosial  və  kommersiya 

motivlərindən  maksimal  istifadəyə  istiqamətlənən  ölkələrin  qarşılıqlı  sazişlər 

(dövlətlərarası  proqramlar,  struktur,  ticarət,  qiymət,  vergi,  maliyyə  siyasəti  və  s. 

sahələrdə 

fəaliyyətlər) 

həyata 


keçirməsi 

və 


sosial-iqtisadi 

vəziyyətin 

yaxınlaşdırılması, beynəlxalq təsirin artarılması bacarığı başa düşülür. 

MDB  ölkələri  dövlətlərarası  iqtisadi  əməkdaşlığın  üstünlüklərindən  istifadə 

etməklə  beynəlxalq  əmək  bölgüsündə  layiqli  yer  tuta  bilərlər.  Onlar  inteqrasiyaya 

uğramış  Avropanı  və  sürətlə  inkişaf  edən  Asiya  Sakit  okeanı  regionu  ölkələrini 

ə

laqələndirən,  bazar  məhsul  və  xidmətlərini  formalaşdırmaq  üçün  bütün  iqtisadi 



şə

rtlərə malik coğrafi və mədəni həlqədədirlər. 

MDB ökələrinin sənaye potensialı dünya iqtisadiyyatının təqribən 10%-i, əsas 

təbii  resurslar  ehtiyatı  25%,  ixrac  potensialı  isə  4,5%  həcmində  qiymətləndirilir. 

Hesablamalara  görə  intellektual  mülkiyyət  formasında  ifadə  olunmuş  elmi-texniki 

potensial  500  mlrd.dollardan  az  deyil,  elmtutumlu  məhsullara  ödəmə  qabiliyyətli 

tələb 2010-ci ildə 300-500 mlrd.dollara çata bilər. 

MDB  dövlətlərinin  nəqliyyat-kommunikasiya  sistemi  (dəmir  yolları, 

aerodromlar, hərbi, dəniz və çay portları, boru nəqliyyatı) kifayət qədər inkişaf edib. 

Keçmiş  SSR -də  dəmir  yolları  ümumdünya  göstəricilərinə  görə  yüklərin  yarısını, 




 

sərnişinlərin  isə  25%-ni  daşımışdır.  Beynəlxalq  təşkilatların  hesablamalarına  görə 

MDB-nin  nəqliyyat-kommunikasiya  sistemindən  istifaədsi  100  mlrd.dollar  gəlir 

gətirə  bilər.  Elektrik  enerjisinin  istehsalına  görə  MDB  ölkələri  dünyada  4-cü  yeri 

tuturlar. 1996-ci ildə onların ərazisində 1250 mlrd.kvt.saat və yaxud təqribən dünya 

istehsalının  10%  həcmində  enerji  istehsal  olunmuşdur.  Lakin  bu  potensial  kifayət 

qədər  effektiv  istifadə  olunmur:  bəzi  regionlar  hal-hazırda  normal  enerji  təminatına 

malik deyirlər; ictimai istehsalın enerji tutumu isə Avropanın sənayecə inkişaf etmiş 

ölkələrinin analoji göstəricilərini təqribən 1,5 dəfə üstələyir. 

Milli  təsərrüfatların  və  inteqrasiya  birliklərinin  intensiv  inkişafı  elə  bir  yerdə 

baş  verir  ki,  orada  iqtisadiyyat  qarşılıqlı  sərfəli  ticarət-iqtisadi  münasibətlərin 

genişlənməsinə  istiqamətlənir.  nteqrasiya  qruplaşmalarının  və  yüksək  sənaye 

potensialına  malik  EÖ-in  arasında  əmtəə  mübadiləsi  əməliyyatlarının  həcmi 

ə

həmiyyətli dərəcədə böyükdür ki, bu da həmin ölkələrdə istehsal olunan məhsulların 



yüksək  rəqabət  qabiliyyətli  olmasını,  ərazi  əmək  bölgüsünün  üstünlüklərindən 

istifadəsinin  effektivliyini,  ixtisaslaşmanı  və  istehsalın  kooperasiyasını  göstərir. 

Ə

fsuslar olsun ki, bunları  MDB ölkələri haqqında demək  olmaz.  Onların  EÖ-lə və 



inteqrasiya blokları ilə ticarət dövriyyəsinin həcmi 4,2% təşkil edir. 

nteqrasiya  bloklarının  inkişafında  onların  effektivliyini  şərtləndirən  daha  bir 

vacib  tendensiya  da  mövcuddur.  Bu  inteqrasiya  olunan  ölkələr  arasında  qarşılıqlı 

ticarət  həcminin  nisbətən  böyük  olmasıdır.  Belə  ki,  Avropa  Birliyində  (AB)  daxili 

ticarət  onun  məcmu  ixrac  həcminin  62%-ni,  NAFTA-da  55%,  SSR -yə  daxil  olan 

ölkələrdə 1990-cı ildə 72,3%-ni, 1998-ci ildə MDB-də 27% təşkil etmişdir. Bununla 

da  MDB-də  birinci  növbədə  yüksək  emal  dərəcəsi  olan  əmtəələrin  həcmi  azalır  və 

elmi-texniki potensialdan istifadə pisləşir. Hal-hazırda elmtutumlu məhsullara praktik 

olaraq  tədiyyə  qabiliyyətli  tələb  yoxdur.  Bu  da  istehsalın  tənəzzülünə  və  texnoloji 

bazanın  köhnəlməsinə  gətirir  (aviakosmik,  hərbi-sənaye  kompleksi,  nüvə  fizikası, 

energetika, cihazqayırma, biotexnologiya və s.). 

MDB-in  inteqrasiya  potensialı  aşağıdakıların  effektiv  birgə  istifadəsinin 

imkanlarında  asılıdır:  ərazinin,  işçi  qüvvəsinin  və  mütəxəssislərin,  təbii-coğrafi 

vəziyyətin,  resurs  xammal  bazasının,  sosial-mədəni  və  istehsal-iqtisadi  potensialın, 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə