Microsoft Word hesenli cavid doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə16/26
tarix27.03.2018
ölçüsü0,64 Mb.
#34893
1   ...   12   13   14   15   16   17   18   19   ...   26

 

sanitariya-karantin  nəzarətinin  həyata  keçirilməsinin  və  beynəlxalq  avtomobil 

daşımalarını  yerinə  yetirən  nəqliyyat  vasitələrinə  «icazə»  blanklarının  verilməsinin 

ardıcıllığını  müəyyən  edən  müvəqqəti  Texnoloji  sxem»  təsdiq edilmişdir.  Texnoloji 

sxemdə  dövlət  sərhədinin  buraxılış  məntəqələrində  qanunvericilikdə  müəyyən 

olunmuş  qaydada  gömrük,  baytarlıq,  fitosanitar  və  sanitariya  karantin  nəzarəti  və 

beynəlxalq  avtomobil  daşımalarını  yerinə  yetirən  nəqliyyat  vasitələrinə  « cazə» 

blanklarının  verilməsi  işlərinin  bu  məsələlər  üzrə  məsul  olan  gömrük  əməkdaşları 

tərəfindən həyata keçirilməsi göstərilmişdir. 

Xarici  investorlar  özəlləşdirmədə  iştirak  edə  bilərlər.  Özəlləşdirmədə  iştirak 

etmək  üçün  özəlləşdirmə  çekləri  dövriyyədə  olan  zaman  xarici  investorlar 

özəlləşdirmə opsionunu əldə etməlidirlər (Özəlləşdirmə opsionu - xarici investorlara 

özəlləşdirmə  üçün  lazım  olan  özəlləşdirmə  çeklərinin  alınmasına  hüquq  verən 

qiymətli kağızdır). 

Azərbaycanın Mərkəzi Bankı valyuta tənzimlənməsinə dair mübadilə siyasətini 

müəyyən etməyə və təlimatları qəbul etməyə müvəkkil olunmuşdur. 

Mərkəzi  Bankın  xüsusi  lisenziyası  olmadığı  halda  bütün  ödəmələr  manatla 

həyata keçirilir. 

Ə

mtəələrin  və  xidmətlərin  Azərbaycana  idxalı  ilə  bağlı  rezidentlər  və  qeyri-



rezidentlər tərəfindən  xaricə göndərilən  avanslara  dair pul  məhdudiyyətləri  Mərkəzi 

Bank  tərəfindən  ləğv  olunmuşdur.  Məhdudiyyətlərin  ləğv  olunmasına  baxmayaraq, 

avans  ödənişləri  veriləndən  sonra  əmtəələr  Azərbaycana  180  gün  ərzində 

çatdırılmalıdır. 

Azərbaycan  qanunvericiliyi  daşınmaz  əmlaka  dair  aşağıda  göstərilən  hüquqları 

təmin edir: mülkiyyət, icarə, istifadə 

Sahibkarlıq  konsepsiyası  mülkiyyət  hüququnu,  istifadə  və  ya  gəlir  əldə  etməni 

və torpağın üçüncü tərəfə ötürülməsini nəzərdə tutur. Torpaq mülkiyyətçisi qismində 

Azərbaycan Respublikası, bələdiyyələr və Azərbaycanın fiziki və hüquqi şəxsləri ola 

bilərlər.  Xaricilər  (fiziki  və  hüquqi  şəxslər)  və  vətəndaşlığı  olmayan  şəxslər  torpaq 

mülkiyyətçisi  ola  bilməzlər.  Torpağı  verilmiş  kreditə  görə  girov,  hədiyyə  və  ya 

vərəsəlik  kimi  hüquqi  üsullar  nəticəsində  alan  xaricilər  1  il  ərzində  mülkiyyət 




 

hüquqlarını  3-cü  tərəfə  verməlidirlər.  Əks  halda  torpaq  dövlətin  və  ya  müvafiq 

bələdiyyənin  mülkiyyətinə  keçəcək.  Buna  baxmayaraq,  xaricilər  torpağı 

uzunmüddətli icarəyə götürə bilərlər. 

qtisadi fəaliyyətin artırılması və sahibkarlığın dinamik inkişafı məqsədilə vergi 

sistemində aşağıdakı dəyişikliklər edilib: 

-  Müəssisə  və  təşkilatların  mənfəətindən  vergi  tutulmasının  proqressiv 

sistemindən  proporsional  sisteminə  keçilməsi  və  bu  vergi  növü  üzrə  vergi 

dərəcələrinin  tədricən  35%-dən  20%-ə  endirilməsi,  ƏDV-nin  dərəcəsinin  28%-dən 

18%-dək  azaldılması,  bir  sıra  vergilərin  ləğv  edilməsi,  fiziki  şəxslərin  gəlirlərindən 

tutulan vergilərin dərəcələrinin maksimum həddinin 55%-dən 35%-ə endirilməsi. 

Azərbaycan  qanunvericiliyi  Azərbaycana  idxal  olunan  əmtəələrə  bir  neçə 

gömrük  rejimi  tətbiq  edir.  Bunlardan  xarici  investorlar  üçün  vacib  olanları 

aşağıdakılardır:  tranzit,  gömrük  saxlanılması,  gömrük  anbarı,  müvəqqəti  idxal, 

gömrük zonalarına giriş və çıxış. 

Azərbaycana idxal olunan əmtəələrdən rüsum tutulur (advalor rüsumu - 0-15% - 

ə

dəd  və  ölçü  rüsumuna  uyğundur).  Aksiz  vergisi  bəzi  növ  əmtəələrə  tətbiq  olunur 



(tütün  və  alkoqol  məmulatları).  Azərbaycan  məqsədli  ƏDV  prinsipini  qəbul  edib 

(hazırda 18%) ki, bu da hər hansı əmtəənin gömrük dəyərindən tutulur (tətbiq olunan 

gömrük  rejimindən  asılı  olaraq,  idxal  rüsumu  və  həmçinin  aksiz  vergisi).  Bəzi 

kateqoriyalara və əmtəə növlərinə ƏDV tətbiq olunmur və ya 0% dərəcəsi ilə tətbiq 

olunur. 

xrac (metal ixracından başqa) dövlət rüsumlarından azaddır. 

Hasilatın  Pay  Bölgüsü  haqqında  Sazişlərdə  (HPBS)  və  boru  kəməri  layihələri 

üzrə  sazişlər  çərçivəsində  fəaliyyət  göstərən  podratçılar,  onların  agentləri  və 

subpodratçılar  idxal  rüsumunu  ödəmədən  və  məhdudiyyətsiz  neft-qaz  sənayesi 

təyinatlı  əmtəələri  Azərbaycana  idxal  və  yenidən-ixrac  edə  bilərlər.  HPBS  rejimli 

idxala  0%  ƏDV  tətbiq  olunur.  Eyni  zamanda  " xrac  məqsədli  neft-qaz  fəaliyyətinə 

xüsusi  iqtisadi  rejimin  tətbiqi  haqqında"  Qanuna  əsasən,  neft-qaz  sahəsində 

podratçıların  və  subpodratçıların  ixrac  məqsədli  fəaliyyətinə  0%  dərəcəsi  ilə  ƏDV 

tətbiq olunur. 




 

Qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə dair dövlət reyestri 

hüquqi  şəxslər  və  onların  təsisçiləri  barədə  ümumi  məlumatı  daxil  edir.  Mülki 

Məcəllənin müddəalarına əsasən, hüquqi şəxslərə dair dövlət reyestri açıq elan edilib 

və  hər  bir  maraqlanan  tərəf  qeydiyyat  üçün  təqdim  olunan  sənədlərin  surətini  ala 

bilər.  Dövlət  qeydiyyatı  5  gün  ərzində  keçirilir."Bir  pəncərə"  sisteminə  görə 

kommersiya  fəaliyyəti  ilə  məşğul  olan  hüquqi  şəxslər  Vergilər  Nazirliyində 

qeydiyyatdan keçməlidirlər. 

2002-ci  ilə  qədər  bir  sıra  kommersiya  fəaliyyəti  üçün  müxtəlif  dövlət 

orqanlarından  xüsusi  lisenziyalar  almaq  lazım  idi.  Azərbaycan  Respublikası 

Prezidentinin  2002-ci  il  3  sentyabr  tarixli  Fərmanına  əsasən,  kommersiya 

fəaliyyətinin  əksər  növləri  üçün  lisenziyalaşdırma  ləğv  olunmuşdur.  Lisenziyanın 

alınması  bank  işi,  sığorta,  audit,  daşınmalar,  qiymətli  kağızlar  üzrə  fəaliyyət  və  s. 

üçün tələb olunur. Lisenziyanın uzadılma müddəti 5 ildir. 

Dünya  Bankı  və  Beynəlxalq  Maliyyə  Korporasiyası  tərəfindən  hazırlanan 

"Doing  Business  2009"  hesabatında  Azərbaycan  biznes  mühitinin  yaxşılaşdırılması 

sahəsində  ən  islahatçı  ölkə  elan  edilmişdir.  "Doing  Business  2010"  hesabatında  isə 

ölkəmiz  öz  mövqelərini  qoruyub  saxlamış  və  "Doing  Business  2011"  hesabatında 

Azərbaycan 183 ölkə arasında 54-cü yeri tutmuşdur. Hesabatda 2006-cı ildən etibarən 

5 il ərzində Azərbaycanın biznes mühiti üzrə əhəmiyyətli islahatlar apardığı və biznes 

mühitinin təkmilləşdirilməsinə xüsusi diqqət ayırdığı qeyd edilmişdir. 

"Qlobal Rəqabətlilik Hesabatın"da Azərbaycan MDB ölkələri arasında 1-ci yer, 

makroiqtisadi  mühitin  stabilliyi  altindeksi  üzrə  139  ölkə  arasında  13-cü  yeri 

tutmuşdur. 

Azərbaycanın  MDB  ölkələri  ilə  investisiya  əməkdaşlığının  potensial 

istiqamətləri kimi aşağıdakı sahələri göstərmək olar: 



1.

 Kimya, metallurgiya və energetika sənayeləri: 

−  nisbətən  az  enerji  və  su  tutumlu  yerli  istehlak  və  ixrac  yönümlü  polimer 

materialların istehsalı; 

−  yerli istehlak və ixrac yönümlü qara metallurgiya məhsullarının istehsalı; 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə