Microsoft Word hesenli cavid doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə24/26
tarix27.03.2018
ölçüsü0,64 Mb.
#34893
1   ...   18   19   20   21   22   23   24   25   26

 

material və bir çox neft maşınqayırma, kimya sənayesi və kənd təsərrüfatı məhsulları 

ilə  oraya  daxil  olmaq  mümkün  idi.  Azərbaycan  bazarına  gəlincə  isə,  o  yüksək 

keyfiyyətli, texnoloji faydalılıq və istehsal parametrləri və xassələri baxımından yerli 

və  MDB  ölkələrinin  əmtəələri  ilə  müqayisəyə  girməyən  uzaq  xarici  ölkələrin 

məhsulları üçün müqavimətsiz və maneəsiz zəbt edilən bazara çevrildi. 

Bütün bunlara 1994-cü ilə qədər xarici ticarətin tənzimlənməsində yol verilən 

ciddi  səhvləri  və  heç  bir  iqtisadi  məntiqə  uyğun  gəlməyən  idxal-ixrac  siyasətini  də 

ə

lavə etsək (ixracın məhdudlaşdırılması və idxalın həvəsləndirilməsi), onda belə bir 



qısa müddət ərzində respublika bazarının uzaq xarici ölkələr tərəfindən (xüsusilə  ran 

və  yaxın  Şərq  ölkələri)  sözün  əsl  mənasında  zəbt  edilməsinin  (müstəqilliyin  ilk 

illərində  əsasən  mənşəyi    məlum  olmayan  keyfiyyətsiz  istehlak  malları  ilə) 

səbəblərini aydın başa düşmək olar. Bütün bunların nəticəsində uzaq xarici ölkələrin 

respublikanın  xarici  ticarətində  xüsusi  çəkisi  ildən-ilə  yüksələrək  2002-ci  ildə 

ümumilikdə  idxalın  60,9%-ni,  ixracın  isə  88,8%-ni  təşkil  etmişdir.  (Cədvəl  2.2). 

Müvafiq  olaraq  MDB  ölkələrinin  payı  71,5  və  92,3%-dən  39,1  və  11,2  faizə  qədər 

aşağı  etmişdir.  Tədqiqat  göstərir  ki,  Azərbaycanın  MDB  ölkələri  ilə  xarici  ticarət 

ə

laqələrində  formalaşmış  bu  meyllər  ümumilikdə  MDB  ölkələrinin  qarşılıqlı  ticarət 



münasibətləri  üçün  də  tam  xarakterikdir.  Belə  ki,  inteqrasiyanın  səviyyəsini  əks 

etdirən blok daxili ticarətin həcmi olduqca aşağıdır, Azərbaycan kimi MDB-yə daxil 

olan  digər  ölkələrin  də  xarici  ticarət  axınlarının  əsas  oriyentirləri  məhz,  uzaq  xarici 

ölkələrdir.  Təsadüfi  deyildir  ki,  hazırda  Azərbaycan  kimi  MDB-yə  daxil  olan  digər 

ölkələrin  də  xarici  ticarət  axınlarının  əsas  oriyentirləri  məhz,  uzaq  xarici  ölkələrdir. 

Təsadüfi deyildir ki, hazırda Azərbaycanın ticarət-iqtisadi əlaqələri olan 128 ölkədə 

118-i uzaq xarici ölkələrdir. Azərbaycanın ən mühüm ticarət partnyorları-tərəfdaşları 

arasında MDB ölkələrini həm kəmiyyətcə, həm də keyfiyyətcə mövqeyi çox zəifdir 

(cədvəl  2.3.).  Əgər  Azərbaycanın  MDB  ilə  ümumi  xarici  ticarət  dövriyyəsini 

Rusiyasız nəzərdən keçirsək, bu rəqəm çox cüzi xüsusi çəki ilə - cəmi 6,8%-lə ifadə 

olunar  ki,  bu  da  inteqrasiya  əlaqələrinin  çox  aşağı  səviyyədə  və  qeyri-qənaətbəxş 

olduğunu təsdiq etməyə imkan verir. Cədvəldən göründüyü kimi Azərbaycanın 10 ən 

mühüm ticarət tərəfdaşları arasında MDB-yə daxil olan dörd ölkə, ixracda - Rusiya, 



 

Gürcüstan, cəmi - 8,1%-lə, idxalda isə Rusiya, Qazaxıstan, Türkmənistan və Ukrayna 

-  37,9%-lə  təmsil  olunurlar.  Göstərmək  lazımdır  ki,  bu  göstəricilərin  səviyyəsi 

tədqiqat dövründə hər il kəskin surətdə azalmışdır. Yalnız 2002-ci ildə bu ölkələrin 

idxalda payı bir qədər artmışdır. 

Məlum  olduğu  kimi  müasir  şəraitdə  hər  hansı  bir  ölkənin  xarici  ticarətinin 

inkişafı (xüsusilə ixracın artımı) onun hansı regional iqtisadi birliyə daxil olması ilə 

birbaşa əlaqədədir. Bu cür qruplaşma nə qədər güclü olarsa, başqa sözlə inteqrasiya 

ə

laqələri  nə  qədər  dərin  və  geniş  olarsa,  onların  qarşılıqlı  ticarəti  də  bir  o  qədər 



sürətlə  inkişaf  edər.  Təəssüf  ki,  bütün  bunları  MDB-yə  aid  etmək  olmaz,  əksinə 

hazırda  dünya  üzrə  regional  ticarətin  xüsusi  çəkisinin  artdığı  bir  şəraitdə,  MDB-də 

vəziyyət əks meyllərlə xarakterizə olunur. Başqa sözlə desək, blok daxili inteqrasiya 

ə

laqələrinin  genişlənməsi  əvəzinə,  mərkəzdən  qaçma  meyllərinin  (Rusiya-Belarus 



ə

laqələri istisna olmaqla) güclənməsi real səciyyə daşıyır. 

MDB  ölkələri  arasında  qarşılıqlı  ticarətin  inkişafını  ləngidən  əsas  amillərə 

aşağıdakıları aid etmək olar: 

1)  stehsalın  ciddi  surətdə  aşağı  enməsi,  iqtisadiyyatın  və  ödəniş  sisteminin 

böhranlı vəziyyəti, tədiyyə qabiliyyətli tələbin aşağı olması və potensial idxalatçıların 

satışla bağlı çətinlikləri; 

2)  Qarşılıqlı  ticarətin  strukturunun  qeyri-balanslılığı  və  əksər  ölkənin  ticarət 

balansının  defisitli  olması,  qarşılıqlı  ticarətdə  qiymətlərin  dünya  qiymətlərinə  yaxın 

olması  və  bəzən  onu  hətta  üstələməsi,  nəticədə  analoji  əmtəələrin  (şübhəsiz 

keyfiyyətcə  üstün)  daha  ucuz  qiymətə  uzaq  xarici  ölkələrdən  almaq  imkanının 

yaranması; 

3)  stehsalın  texnoloji  geriliyi,  işçi  qüvvəsinin  ixtisas  səviyyəsinin,  əmək 

şə

raitinin  nisbətən  aşağı  olması  və  s.  səbəblərlə  əlaqədar  olaraq  istehsal  olunan 



malların keyfiyyətinin aşağı olması və onların ekoloji cəhətdən təmiz olması; 

4)  Uzaq  xarici  ölkələrin  ticarət  əməkdaşlığında  etibarlılığı  da  daxil  olmaqla, 

müqayisə  olunmaz  rəqabət  üstünlüyü  və  birlik  ölkələri  əsasən  Rusiyadan  idxal 

asılılığını  azaltmaq  üçün  bilərəkdən  uzaq  xarici  ölkələrə  istiqamətində  idxalın 

diversifikasiyası; 



 

5) Nəqliyyat və digər tariflərin, xüsusilə tranzit yükdaşımaların əsassız olaraq 

ə

həmiyyətli  dərəcədə  qaldırılması  (Məsələn,  Azərbaycana  qarşı  Rusiyanın  tətbiq 



etdiyi  tranzit  tariflərinin,  bəzən  malların  dəyərini  də  ötüb  keçməsi)  nəticəsində, 

ə

nənəvi  mallarla  mübadilənin  qeyri-səmərəli  olması.  Burada  həmçinin  bir  neçə  il 



ə

rzində  Qafqaz  regionunda  Şimal  dəmir  yolunun,  eləcə  də  Tacikistan  istiqamətində 

nəqliyyat arteriyasının blokadasını da xüsusi qeyd etmək vacibdir; 

6)  Xarici  ticarətin  təşkilati-hüquqi  aspektlərindəki  uyğunsuzluqlar,  daxili 

bazarın  xarici  rəqabətdən  qorunması  zərurəti,  iqtisadi  təhlükəsizliyin  təminatı  və  s.  

göstərir ki, MDB ölkələrinin inteqrasiya prosesləri olduqca mürəkkəb və ziddiyyətli 

xarakter  daşıyır.  MDB  inteqrasiyasını  bu  gün  bəlkə  də  üzv-ölkələrin  xarici  iqtisadi 

ə

laqələrdə getdikcə daha çox uzaq xarici ölkələrə istiqamətlənən ləng, süst bir proses 



adlandırılması  daha  düzgün  olardı.  Bu  proseslərə  bilavasitə  təsir  edən  amillərin 

sırasına  sosial-iqtisadi  islahatların  başa  çatmamasından  başlayaraq,  onların  həyata 

keçirilməsinin  müxtəlif səviyyə  və  artım  tempi  ilə  fərqlənməsi,  bir  çox  məsələlərdə 

üzv-ölkələrin  siyasi  və  iqtisadi  mənafelərinin  kəsişməməsi,  qanunçuluqda  mövcud 

olan  uyğunsuzluqlar,  regional  konfliktlər  və  ərazi  işğalına  qədər  müxtəlif  amillər 

aiddir  (Əlavə 2.3.). Eləcə də  birgə  mülkiyyətin  formalaşma  prosesinin  ləng getməsi 

və  nəticədə  bu  günə  qədər  nəqliyatın,  energetika  və  kommunikasiya  sistemlərinin 

vahid  idarəetmə  sisteminin  yaradılmasını  da  xüsusi  qeyd  etmək  lazımdır.  Bütün 

bunlar  MDB  çərçivəsində  ticarət-iqtisadi  əməkdaşlığın  inkişafını  ciddi  sürətdə 

ləngidir. Bu işdə birliyin əsas orqanlarının fəaliyyətinin qeyri-səmərəliliyini də xüsusi 

göstərmək vacibdir. 

Bütün  bunları  nəzərə  alaraq  MDB  ölkələrəninin  əksəri,  o  cümlədən 

Azərbaycan  hər  şeydən  əvvəl  birliyin  icra  orqanlarının  əsaslı  surətdə 

islahatlaşdırılması,  onun  fəaliyyət  prinsiplərinin  dəyişdirilməsi  üçün  ciddi  tədbirlər 

işləyib  hazırlanması  tərəfdarıdır.  Bu  istiqamətdə  A ,  NAFTA  və  digər  regional 

inteqrasiya birliklərinin təcrübəsinə əsaslanmaq mümkündür. 

MDB yarandığı 10 ildən artıq dövr ərzində ardıcıl inkişaf edən əsil inteqrasiya 

birliyi  kimi  formalaşmasa  da,  müəyyən  nəticələrin  əldə  edildiyini  də  inkar  etmək 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə