Microsoft Word hesenli cavid doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə23/26
tarix27.03.2018
ölçüsü0,64 Mb.
#34893
1   ...   18   19   20   21   22   23   24   25   26

 

yaradılması  qarşıya  qoyulmuşdur.  Bu  mərhələdə  üzv  ölkələrin  iqtisadiyyatlarının 

yeniləşdirilməsi  və  struktur  yenidənqurulması  üçün  razılaşdırılmış  proqramın 

baxılması və işlənib hazırlanması zəruri idi. 

MDB  məkanında  beynəlxalq  iqtisadi  inteqrasiyanın  intensiv  və  ekstentiv 

inkişafının  şəraiti  və  stimulu  praktiki  cəhətdən  hiss  olunan  üstünlüklər  və  qarşılıqlı 

inteqrasiyanın nəticəsi olmalıdır. 

Hal-hazırda  qarşılıqlı  bazar  münasibətlərinin  əsaslandırılmış,  real  və 

məqsədyönlü şəkildə mikrosəviyyədə gücləndirilməsi prosesi gedir. 

 

 

 

3.2.

  Azərbaycanın MDB ölkələri ilə iqtisadi əlaqələrinin  

inkişaf perspektivləri 

 

Qeyd  etdiyimiz  kimi,  müasir  dünya  iqtisadi  inteqrasiya  proseslərinin 

genişlənməsi və dərinləşməsində dünya təsərrüfat əlaqələri sistemində baş verən ciddi 

keyfiyyət  dəyişiklikləri  ilə  yanaşı  əvvəllər  totalitar,  inzibati-amirlik  prinsipləri 

ə

sasında  fəaliyyət  göstərən  onlarla  postsosialist  və  postsovet  ölkələrinin  bazar 



münasibətləri  sisteminə  keçməsi  də  çox  mühüm  əhəmiyyət  kəsb  etmişdir.  Dünya 

iqtisadi  münasibətlərində  bu  hadisə  külli  miqdarda  tamamilə  yeni  keyfiyyət 

parametrləri  ilə  təzahür  edən  əsaslı  struktur  dəyişiklikləri,  özəlləşdirmə,  xüsusi 

sahibkarlıq fəaliyyəti, ticarətin və maliyyənin liberallaşması, inzibati metodların ləğv 

edilməsi  və  s.  ilə  xüsusi  səciyyə  daşıyır.  SSR -nin  dağılması  ilə  Azərbaycan  da  bu 

ölkələrdən  biri  kimi  beynəlxalq  hüququn  tamhüquqlu  subyektinə  çevrildi  və  əldə 

olunan keyfiyyətcə bu yeni şərait ona bütün fəaliyyət sahələrində müstəqil siyasi və 

iqtisadi siyasət yeritmək imkanı yaratmaqla, dünya ölkələri və regional ölkə qrupları 

ilə  bərabərhüquqlu  və  qarşılıqlı  surətdə  faydalı  olan  əməkdaşlıq  qurmaq  üçün  real 

şə

rait yaratdı. 



Sovet  ttifaqının  dağılması  ilə  bu  ittifaqa  daxil  olan  ölkələr  arasında  iqtisadi 

münasibətlərin  qırılması  və  özünəməxsus  geosiyasi  vakkumun  yaranması 

Azərbaycanı  da  digər  respublikalar  kimi,  dünya  siyasəti,  iqtisadi  və  ümumilikdə 

sivilizasiya proseslərinin müxtəlif meyllərini və istiqamətlərini təmsil edən müxtəlif 




 

ölkə və ölkə quruplarının maraq dairəsinə cəlb etdi. Bu "çağırışa" qarşı Azərbaycanın 

adekvat  cavabı  müasir  B M  sisteminin  mürəkkəb  şəraitində  ona  milli  mənafelərə 

uyğun  olaraq  sərbəst  manevr  etmək  imkanı  verən  çoxvektorlu  iqtisadi  və  siyasi 

diplomatiyası ola bilərdi. Lakin çox təəssüflər olsun ki, müstəqilliyimizin ilk illərində 

siyasi  hakimiyyət  bu  arqumentlərdən  düzgün  istifadə  etməyərək  respublikanın 

beynəlxalq əlaqələrinə ciddi ziyan vurdu və praktiki olaraq onun beynəlxalq aləmdə 

təklənməsinə gətirib çıxardı. 

Mübaliğəsiz  demək  olar  ki,  Heydər  Əliyev  cənablarının  hakimiyyətə  qayıdışı 

Azərbaycanın beynəlxalq iqtisadi münasibətlərinin və onun dünya təsərrüfat əlaqələri 

sisteminə  inteqrasiyası  üçün  yeni  dövrünün  başlanğıcı  oldu.  Hazırda  Azərbaycan 

dünyanın 180-dan çox ölkəsi tərəfindən tanınaraq, bu ölkələrlə müasir B M-in bütün 

formaları və istiqamətləri üzrə ikitərəfli və çoxtərəfli əlaqələr qurur, BƏB sisteminə 

daha  fəal  qoşulur.  Bununla  belə  respublikanın  xarici  siyasətində  çoxvektorluluq  bu 

gün  də  öz  əhəmiyyətini  saxlayır  və  o,  bəzilərinin  qeyd  etdiyi  kimi  qüvvə  və 

vəsaitlərin  bütün  ölkələr  və  əmtəələr  üzrə  səpələnməsi,  dağıdılması  kimi  başa 

düşülməlidir. Ölkənin milli mənafelərinə tam cavab verən xarici iqtisadi strategiyası 

və  onun  əsas  istiqamətlərindən  biri  sayılan  regional  iqtisadi  inteqrasiya  siyasəti 

olmalıdır.  Bu  siyasət  müasir  dünya  təsərrüfat  əlaqələri  sistemində  cərəyan  edən 

prosesləri və təmayülləri, eləcə də dünya ölkələrinin, o cümlədən keçid iqtisadiyyatlı 

ölkələrin  inteqrasiya  təcrübəsini  nəzərə  alaraq,  respublikanın  real  şəraitinə  və  onun 

strateji məqsədlərinə müvafiq olaraq işlənilib hazırlanmalıdır (54,s. 326-328). 

Dünya inteqrasiya təcürbəsində yararlanaraq, keçmiş SSR  ərazisində yaranan 

yeni  müstəqil  dövlətlər,  o  cümlədən  Azərbaycan  elə  müstəqilliyinin  ilk  illərindən 

regional  iqtisadi  əməkdaşlığı  nizama  salmaq,  inteqrasiya  birlikləri,  təşkilatları  və 

ittifaqlarına  qoşulmaq  üçün  müvafiq  səylər  göstərmişlər.  Məhz,  bu  səylərin  və 

obyektiv iqtisadi şəraitin nəticəsində müstəqillik dövrünün qısa bir zaman kəsiyində 

MDB - Müstəqil Dövlətlər Birliyi, Q ƏT - Qara dəniz  qtisadi Əməkdaşlıq Təşkilatı, 

GÜÖAM  -  ölkələri  birliyi,  Avrasiya  qtisadi  Əməkdaşlığı  (A Ə)  və  s.    inteqrasiya 

birlikləri  yaradıldı  və  bu  ölkələrin  bəziləri  artıq  fəaliyyət  göstərən  (postsovet 

məkanından  kənarda)  regional  inteqrasiya  bloklarına  daxil  olurlar,  məsələn 



 

Azərbaycan  və  Orta  Asiya  respublikalarının  daxil  olduqları  ƏT  -  qtisadi 

Ə

məkdaşlıq Təşkilatı. 



Azərbaycanın regional iqtisadi inteqrasiya proseslərində iştirakı və beynəlxalq 

iqtisadi təşkilatlarla əməkdaşlığı əlavə 2.1.-də əyani olaraq göstərilmişdir. Göründüyü 

kimi,  Azərbaycan  hazırda  dörd  regional  iqtisadi  inteqrasiya  birliyinin  tam  hüquqlu 

üzvüdür  əv  A -ilə  əməkdaşlıq  və  tərəfdaşlıq  səviyyəsində  əlaqələri  mövcuddur. 

Respublikanın  inteqrasiya  əlaqələrinin  strateji  istiqamətlərinin  müəyyən  edilməsi, 

onun iqtisadi səmərəliliyinin və perspektivlərinin qiymətləndirilməsi baxımından bu 

ə

laqələrin dərindən öyrənilməsi və tədqiq edilməsi olduqca vacibdir və o, həm nəzəri 



həm də praktiki əhəmiyyət kəsb edir. 

Məlum  olduğu  kimi  inteqrasiya  proseslərinin  inkişafı  haqqında  dürüst 

təsəvvürə malik olmaq üçün, hər şeydən əvvəl inteqrasiya birliyi daxilində əmtəə və 

xidmətlər  üzrə  beynəlxalq  ticarətin  inkişaf  dinamikasını  və  onun  struktur 

dəyişikliklərini  hərtərəfli  tədqiq  etmək  vacibdir.  Bununla  əlaqədar  olaraq  öncə 

Azərbaycan  üçün  olduqca  əhəmiyyətli  sayılan,  yarandığı  gündən  indiyə  qədər 

inteqrasiyanın dərinləşməsi istiqamətində o qədər də irəli getməyən, hətta son illərdə 

deformasiyaya 

uğrayaraq, 

blokdaxili 

ə

məkdaşlığı 



mürəkkəbləşdirərək 

mərkəzdənqaçma  meyllərini  gücləndirən  MDB-ni  nəzərdən  keçirək.  Cədvəl  2.1.-də 

verilən rəqəmlər aydın surətdə göstərir ki, Azərbaycanın xarici ticarətində MDB-nin 

rolu  ildən-ilə  əhəmiyyətli  dərəcədə  azalır,  istər  ixrac,  istərsə  də  idxal  (2002-ci  il 

istisna  olmaqla)  əməliyyatlarında  onun  əhəmiyyəti  nəzərə  çarpacaq  dərəcədə  aşağı 

enir.  Belə  ki,  əgər  1992-ci  ildə  respublikanın  xarici  ticarət  dövriyyəsinin  ümumi 

həcmində  MDB  ölkələrinin  payı  1336,7  mln.dollar,  o  cümlədən  ixrac  -  730 

mln.dollar  və  idxal  -  606,6  mln.dollar  təşkil  etmişdirsə,  bu  göstəricilər  2002-ci  ildə 

müvafiq olaraq 894,3, 243,7 və 650,6 mln.dollar təşkil etmişdir, başqa sözlə ümumi 

dövriyyə 30,1%, ixrac - 67,9% aşağı enmiş, idxal isə 7,3% artmışdır. 

Müstəqillik  dövrünün  ilk  illərindən  etibarən  Azərbaycanın  xarici  ticarətinin 

coğrafiyasında  uzaq  xarici  ölkələrin  timsalında  yeni  oriyentirlər  formalaşmağa 

başladı.  Bu  ölkələrin  bazarları  Azərbaycan  məhsulları  üçün  həm  keyfiyyət,  həm  də 

rəqabət  parametrləri  baxımından  o  qədər  də  cəlbedici  olmasa  da,  əsasən  xammal-




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə