Microsoft Word hesenli cavid doc


II. Bazar iqtisadiyyatlı suveren dövl



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə21/26
tarix27.03.2018
ölçüsü0,64 Mb.
#34893
1   ...   18   19   20   21   22   23   24   25   26

 

II. Bazar iqtisadiyyatlı suveren dövlətlərin formalaşmasının keçid mərhə-

ləsində

nteqrasiya amilləri. 

1.

  Son  məhsulun  buraxılışı  və  mlli  iqtisadiyyatların,  eləcə  də  bir  çox 



müəssisələrin  sərbəst  fəaliyyətində  aparıcı  rol  oynayan  infrastruktur 

ə

laqələri, ixtisaslaşma və kooperasiya 



2.

  Geosiyasi  aspektlər,  qonşu  dövlətlərlə  iqtisadi  əlaqələrin  qurulması  və 

inkişafının  məqsədəuyğunluğu,  ümumi  elmi-texnoloji  istehsal  bazası  və 

mədəniyyət 

3.

  MDB ölkələrinin qarşılıqlı ticarəti üçün 10 illiklərlə mövcud olmuş əlverişli 



bazarlar. 

Dezinteqrasiya amilləri. 

1.

  Ticarət-iqtisadi  münasibətlərin  bazara  keçidi  və  liberallaşdırma  şəraitində 



xammal  və  məhsul  tədarükündə  bəzi  qeyri-səmərəli  kooperasiya  əlaqə-

lərinin qurulması 

2.

  Suveren  öz  vergi-büdcə,  valyuta,  gömrük  və  digər  mexanizmlərinə  malik 



müstəqil maliyyə-iqtisadi sistemlərinin yaradılması 

3.

  Birliyin  aparıcı  ölkəsi  olan  Rusiyanın  inteqrasiyaedici  rolunun  itirilməsi, 



onun sosial-iqtisadi və siyasi inkişafında MDB-nin digər ölkələrini cəlb edə 

biləcək real nəticələrin olmaması. 



III.  qtisadi vəziyyətin sabitləşdirilməsindən sonrakı mərhələ

nteqrasiya amilləri. 

1.

  Təsərrüfatçılığın  möhkəmləndirilmiş  sistemlərinin  yaxınlığına  əsaslanmış 



ticari-iqtisadi əlaqələrin müəyyən edilmiş real məqsədyönlülüyü 

2.

  Qərb  bazarları  subyektlərinin  MDB-nin  yalnız  xammal  resurslarının 



ixracatında  maraqlı  olması,  3-cü  ölkələrin  bazarlarında  rəqabətədavamlı 

olmayan  birlik  dövlətlərinin  emaledici  sənaye  sahələrinin  məhsullarının 

satışına mane olan texniki baryerlər və məhdudiyyətlər 

3.

  EÖ  və  regional  qurumlar  tərəfindən  dünya  bazarlarında  rəqabətə  tab 



gətirmək üçün birgə qarşıdurmanın məqsədyönlülüyü 


 

4.

  Milli valyutaların qarşılıqlı dönərliliyi və ödəmələrin bu valyutalarda həyata 



keçirilməsinin mümkünlülüyü əsasında normal tədiyyə-hesablaşma münasi-

bətlərinin qaydaya salınması 

5.

  MDB  ölkələrinin  regional  inteqrasiya  birliklərinin  (Rusiya  və  Belarus 



ittifaqı, gömrük ittifaqı və s.) rolunun və effektivliyinin artması. 

Dezinteqrasiya amilləri. 

1.

  Suveren dövlətlərin sərbəst inkişafı, ticari-iqtisadi və investisiya əlaqələri-



nin  yeni  istiqamətlərinin  axtarılması,  dünya  təsərrüfatı  münasibətləri siste-

minə daxil olma 

2.

  EÖ-in  MDB  ölkələrini  dünyanın  iqtisadi  və  siyasi  qruplaşmalarına 



parçalamaq cəhdi, MDB çərçivəsində dezinteqrasiyaedici siyasi qüvvələr və 

aqressiv ictimai-ideoloji cərəyanların olması 

3.

  MDB  ölkələrinin  kreditlərdən,  trans  və  transfertlərdən  asılılığı  əsasında 



beynəlxalq  iqtisadi  və  maliyyə  təşkilatlarının  yaratdığı  son  dərəcə  ağır 

şə

rait. 



Buradan aydın olur ki, inteqrasiyanın zəruriliyi onun bütün üzvləri üçün vahid 

bazarın  saxlanmasına  olan  ehtiyacdır.  Yeni  bazar  şəraitində  təsərrüfat  əlaqələrinin 

ixtisaslaşdırılma və kooperasiyanın sadə, köhnə formada bərpası məsələsini qoymaq 

düzgün  olmazdı.  Qiymətlərdə  nisbətlərin  dəyişməsi,  dünya  qiymətləri  səviyyələrinə 

uyğunlaşma,  nəqliyyat  tariflərinin  kəskin  artması  və  başqa  amillər  bəzi  təsərrüfat 

ə

laqələrinin  effektivliyindən  xəbər  verir.  qtisadiyyatın  arzuolunan  effektivlik 



səviyyəsinə  çıxması  istehsalın  strukturunun  yenidən  qurulması,  ciddi  texnoloji 

qurumların yaradılma yüksək investisiya xərcləri tələb edir. 

Bu  məqsədlə  birlik  ölkələri  1993-cü  ilin  sentyabrında  iqtisadi  ittifaqın 

yaradılması  haqqında  sazişə imza  atmışlar.  Bu  sazişdə  aşağıdakı  məqsədlər  nəzərdə 

tutulur:  iqtisadiyyatın  sabit  inkişafı  şəraitinin  yaradılması,  bazar  münasibətləri 

ə

sasında  mərhələli  qaydada  ümumi  iqtisadi  məkanın  yaradılması,  bütün  təsərrüfat 



subyektləri  üçün  bərabər  imkanların  və  zəmanətlərin  təminatı,  ticarətdə 

məhdudiyyətlərin və baryerlərin aradan qaldırılması, iqtisadi layihələrin birgə həyata 

keçirilməsi  və  s.  1994-cü  ildə  bu  sənədin  inkişafı  üçün  bir  sıra,  o  cümlədən  azad 



 

ticarət  zonasının,  gömrük  və  tədiyyə  ittifaqlarının  yaradılması,  eləcə  də  istehsal, 

kommersiya,  kredit-maliyyə,  sığorta  və  qarışıq  transmilli  birliklərin  yaradılmasında 

iştirak  haqqında  razılaşmalar  imzalanıb.  Lakin  adı  çəkilən  saziş  və  razılaşmalar  da 

üzv  ölkələrinin  iqtisadiyyatlarının  daxili  inkişaf  prosesləri  ilə  həyata  keçirilən 

islahatlarla  harmonal  inkişafı  təmin  edə  bilmədiyindən  mahiyyət  etibarilə  kağız 

üzərində qalmışdır. 

Üzv ölkələr vəziyyətdən çıxış yolunu 2 istiqamətdə axtarmağa başladılar. 

1.  Yaradılmış  MDB  strukturlarının,  xüsusilə  də  idarəedici  orqanlarının 

fəaliyyətinin aktivləşdirilməsi. 

2.  Müxtəlif  sürətli  inteqrasiyalar  əsasında  ölkə  qruplarının  maraqlarının 

reallaşdırılması. 

Birinci  istiqamətdə  konkret  addımlardan  biri  1998-ci  il  Moskva  sammitində 

birliyin  fəaliyyətinin  mürəkkəbləşdirilməsi  problemləri  üzrə  xüsusi  dövlətlərarası 

fondun  təşkili  oldu.  Müəyyən  irəliləyişlər  əldə  edildi.  MDB-nin  əsas  inkişaf 

istiqamətləri haqqında deklarasiya qəbul olundu və 1994-cü ildə qəbul olunmuş azad 

ticarət  zonasının yaradılması haqqında protokol imzalandı. Lakin bu zonanın 2001-ci 

il  yanvarın  1-nə  nəzərdə  tutulan  rəsmiləşdirilməsi  hələ  də  baş  tutmamışdır.  Birliyin 

gələcəyi hələ də sual altındadır. Onun gələcək təkamülündə 3 baxış var: 

I.  Pessimist  baxış  -  MDB  dərhal  olmasa  da  ayrı-ayrı  dövlətlərin  qurum 

çərçivəsində  imzalanmış  sazişlər  sistemindən  mərhələli  çıxışı  nəticəsində 

mövcudluğunu itirəcək. 

II.  Situasiyanın  qeyri-müəyyənliliyinin  uzun  müddət  saxlanılması  dövlət 

başçıları icra edilməsi məcburi sayılmayan qərarlar qəbul etməklə, dövri olaraq rəsmi 

göstərişlər  keçirəcəklər,  özü  də  bu  sənədlərə  12  liderin  hər  birinin  imza  alması 

vacibdir.  Başqa  sözlə,  hər  bir  üzv  ölkənin  əsas  problemləri  üzrə  dövri 

məsləhətləşmələr sistemi qorunub saxlanacaq. 

III.  Optimist  baxış  -  MDB  ölkələri  azad  ticarət  rejimi  haqqında  qərarların 

tədricən  reallaşdırılması  və  təsərrüfatlararası  qarşılıqlı  yaxınlaşması,  səmərəli  ticari 

və  kooperasiya  əlaqələrinin  bərpası  istiqamətində  tədbirlər  həyata  keçirəcək,  MDB 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə